Məhkəmə qərarları › İş №1(102)-1045/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1045/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1045/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dek abr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Eldar Mikayılov, hakimlər Siyavuş Hacıyev və Mahmud Ağalarov) 1(101)-807/2021 nömrəli 31 avqust 2021-ci il tarixli hökmü ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddə tinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edlmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmışdır. Hökmlə Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 öz tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib özündə saxlayaraq daşımış və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üz ərində saxlamışlar. Belə ki, Məhkum1 öz tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Sabir» adlı şəxslə əvvəlcədən razılaşdığı qaydada, 27 avqust 2020-ci il tarixdə saat 21-20 radələrində istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 59 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən keçidin yanına qoyulmuş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1700 (bir min yeddi yüz) qram çəkidə narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1300 (bir min üç yüz) qram çəkidə narkotik vasitə tiryəki əldə edərək üzərində gəzdirməklə Məhkum2 təhvil vermək üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai və Azadlıq küçələrinin kəsişməsində yerləşən yolun kənarınadək daşımışdır. Öz növbəsində cinayət əməlinin digər iştirakçısı Məhkum2 həmin məqsədlə qeyd edilən ünvana getmiş, həmin gün, yəni 27 avqust 2020-ci il tarixdə saat 23-20 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 həmin narkotik vasitələri Məhkum2 qızma təhvil verən zaman hər ikisi həmin ünvanda saxlanılaraq həmin İdarənin inzibati binasına aparılmışlar. 28 avqust 2020-ci il tarixdə saat 01-20 radələrində həmin idarədə Məhkum2 üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun sağ əlində olmuş şəffaf sellofan paketin içərisindən həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1700 (bir min yeddi yüz) qram açıq qəhvəyi rəngli kustar üsulla hazır lanmış narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1300 (bir min üç yüz) qram narkotik vasitə tiryək Məhkum2 aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa, Məhkum1 istintaq zamanı müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kağız bükümdə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda 0,493 (sıfır tam, mində dörd yüz doxsan üç) qram əldə edərək, yaşadığı ünvan 2 ünvanda yerləşən evinə daşıyıb apararaq gələcəkdə istifadə etməsi üçün “Argo” markalı siqaret qutusunun alt tərəfində gizlədib saxlamışdır. 27 avqust 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qi smində tutularaq 29 avqust 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra arvadı X1 içində narkotik vasitə gizlədilməsindən məlumatı olmamasından istifadə edərək, ondan sovqat və siqaret gətirilməsini xahiş etmişdir. 10 oktyabr 2020-ci il tarixdə Şəbinə Quliyevanın istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş taksi sürücüsünün vasitəsilə göndərdiyi sovqata qoyulmuş siqaretə Bakı İstintaq Təcridxanasında baxış keçirilərkən siqaretin alt hissəsində gizlədilmiş həmin 0,493 (sıfır tam, mində dörd yüz doxsan üç) qram narkotik vasitə heroin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik ed ən və məruzəçi), Əli Seyfəliyev və Rəşad Abdulov) 1(103)-1855/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli hökmü Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməsi, ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin xaric edilməsi və əməlinin yalnız CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi əməlini düzgün qiymətləndirməyərək, əməlin tövsifində səhvə yol vermiş və son nəticədə əsassız olaraq uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həm əməlinin tövsifindən və ona təyin olunmuş cəzanın ağırlığından narazıdır. Belə ki, onun narkotik vasitələrin satmaq məqsədi olmamışdır. Həmçinin nə ibtidai istintaq nə də məhkəmə istintaqı zamanı onun əməlində narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansısa bir mötəbər sübut əldə olunmamışdır. Bundan əlavə kassator ona təyin olunmuş cəzanın ağır olmasını bildirərək qeyd edir ki, o, psixi xəstəlikdən əziyyət çəkir, 2-ci qrup əlildir və himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası işin materialla rını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apelyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən e dilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum1 kassasiya şikayətində onun ittihamından Azərbaycan Respublikasının CMin 234.4.1 və 234.4.3-cü maddələrinin xaric edilməsi və əməlinin həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən görünü r ki, həmin maddələrlə cinayət məsuliyyəti yalnız əməlin satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədildiyi halda əmələ gəlir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum1 tərəfindən Azərbaycan Respublikası CMin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi təsdiq edilmişdir. Belə ki, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ol unmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Pirallahı qəsəbəsində öz həyat yoldaşı Şəbinə Quliyeva və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Onun rəsmi iş yeri olmasa da, balıqçılıqla məşğul olmaqla ailəsini dolandırmışdır. İş üzrə təqsirləndirilən şəxs Məhkum2 uzun müddətdir ki, tanıyır və onunla həmişə yaxşı münasibətlərdə olmuş və hal-hazırda da aralarında heç bir ədavət yoxdur. Məhkum2 mərhum oğlu Talehlə o, uzun illər dostluq etmiş və bu səbəbdən də sonuncunun anası Məhkum2 tanımış və onunla da yaxşı münasibətləri yaranmışdır. Dostu Taleh onlar həbs olunmazdan bir neçə gün əvvəl, yəni 17 avqust 2020-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Mərhum dostu Talehin anası Məhkum2 ilə tanış olduqdan sonra sonuncunun vasitəsi ilə İranda ya şayan Sabir adlı qohumu tanış olmuşdur. Sabirlə «whatsapp» vasitəsi ilə, bəzi hallarda telefonla zəng vurmaqla əlaqə saxlamış və balıqçılıqla məşğul olduğu üçün İrandan ucuz qiymətə satılan balıq torların İran İR-dan alıb ona göndərməsini Sabirdən xahiş etmiş və Sabir də ona tor göndərəcəyini bildirmişdir. 27 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində Pirallahı qəsəbəsində yaşadığı evin həyətində işləyərkən, Məhkum2 ona zəng edərək Sabirin ona sellofan torbada narkotik vasitə göndərdiyini və həmin narkotik maddə olan torbanı Bakı şəhəri Xətai rayonu ərazisindəki Zığ avtomobil yolunda yerləşən 59 nömrəli tam orta məktəbin yaxınlığında olan keçidin yanında bir nəfər qadının verəcəyini və həmin torbanı aldıqdan sonra onun yaşadığı Sumqayıt şəhəri Tağıyev qəsəbəsində aparıb ona ç atdırmasını xahiş etmişdir. Məhkum2 mərhum oğlu Talehlə dost olduğuna görə o buna etiraz etməmiş və həmin gün saat 21 radələrində Məhkum2 dediyi yerdən, yəni Bakı şəhəri Xətai rayonu ərazisindəki Zığ avtomobil yolunda yerləşən 59 nömrəli orta məktəbin yaxınlığında olan keçidin yanına getmişdir. Oradan telefonla Məhkum2 zəng vuraraq dediyi qadını harada gözləyəcəyini soruşmuş və Nisə qadının Sabirin göndərdiyi şəxs olduğu üçün bu barədə Sabirlə əlaqə saxlamasını istəmişdir. O, Sabirə zəng vuraraq özü dayandığı yeri ona demişdir. Bundan təxminən iki-üç dəqiqə sonra əlində sellofan torba olan əvvəllər tanımadığı bir nəfər qadın ona yaxınlaşmış və ondan bir qədər aralıda əlindəki torbanı yerə qoyaraq ona heç nə deməyib oradan uzaqlaşıb çıxıb getmişdir. Bundan sonra o, həmin sellofan torbanı gö türüb içinə baxmadan Məhkum2 zəng vuraraq həmin sellofan torbanı götürdüyünü bildirmişdir. Nisə onu Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yerləşən Xətai və Azadlıq küçələrinin kəsişməsində yolda onu gözlədiyini və tez bir zamanda oraya gəlməsini demişdir. Buna görə də o, tanımadığı bir taksi maşınına minərək həmin yerə getmiş və taksidən düşdükdən sonra Nisənin onu gözlədiyi yerə getmişdir. Həmin yerə getdikdən sonra isə Nisə ilə görüşdən əvvəl o, həmin sellofan torbanı Nisənin olduğu yerin yaxınlığında yerləşən məscidin kənarına tullamış, sonra isə Nisəyə zəng vuraraq torbanı atdığı yeri ona demişdir. Nisə isə ona zəng vuraraq içində narkotik vasitə olan sellofan torbanın atdığı yeri tapa bilmədiyini ona bildirmişdir. Buna görə də o, gedib həmin torbanı atdığı yerdən götürmüş və Nisəyə yaxı nlaşaraq narkotik vasitə olan sellofan torbanı Nisəyə vermişdir. Bundan iki-üç dəqiqə sonra əvvəllər tanımadığı mülki geyimli dörd nəfər şəxs onlara yaxınlaşaraq polis işçiləri olduqlarını onlara bildirmişlər və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. O, polis işçilərinə həmin narkotiklərlə bağlı heç bir iştirakı olmadığını, tanışı Məhkum2in xahişi ilə tanımadığı bir qadından həmin sellofan torbanı Nisəyə vermək üçün götürdüyünü bildirmişdir. Onun özü heç vaxt hər-hansı bir narkotik maddənin satışı ilə məşğul olmamışdır və həmin narkotik maddələri kiməsə satmaq üçün götürməmişdir. O, özünü içində narkotik maddələr olan həmin torbanı götürüb tanışı Məhkum2 verməkdə özünü təqsirli hesab edir, lakin özünü narkotik maddələrin satışı ilə bağlı təqsirli hesab etmir. Verilmiş sual lara cavab olaraq bildirmişdir ki, İran İslam Respublikasında yaşayan «Sabir» adlı şəxsə onun özü heç vaxt hər-hansı bir narkotik maddə sifariş etməmiş və ondan heç vaxt hər-hansı bir narkotik maddə qəbul etməmişdir. Yuxarıda göstərdiyi kimi, onun özü balıq ovu ilə məşğul olduğuna görə əvvəllər bir neçə dəfə həmin «Sabir» adlı şəxslə «whatsapp» şəbəkəsi ilə əlaqə saxlayaraq yalnız balıq torları göndərməsini xahiş etmişdir. Tanışı Məhkum2 ona qohumu Sabirin yolladığı sellofan torbada narkotik maddə olmasını demiş, lakin həmin torbanın içərisində nə qədər və hansı narkotik maddə olması barədə ona bir söz deməmişdir. O, hər-hansı bir narkotik vasitəni kimdənsə qəbul edib harasa aparmağın cinayət olduğunu bilir. Lakin, Məhkum2 ailə üzvləri ilə həmişə yaxşı münasibətlərdə olduğuna görə onun xah işini yerinə yetirərək içində narkotik maddə olan həmin sellofan torbanı tanımadığı bir qadından qəbul edib Sumqayıt şəhəri Tağıyev qəsəbəsinə aparıb ona vermişdir. Onun özü həmin iş üzrə həbs olunmazdan əvvəl, yəni 2020-ci ilin avqust ayının ortalarında öz şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin almış, sonra isə həmin heroini istifadə etdiyi «Argo» markalı siqaretin alt hissəsində gizlətmişdir ki, gələcəkdə özü üçün istifadə etsin. Həmin siqaret qutusunu Pirallahı qəsəbəsinə yaşadığı evdə rəfin içində saxlamış və həmin qutunun içərisində narkotik saxladığı barədə ailə üzvlərinin məlumatı olmamışdır. Həmin iş üzrə həbs edilib Bakı İstintaq Təcridxanasına aparılıb orada saxlanılan zaman o, icazəli qaydada öz həyat yoldaşı Şəbinə Quliyeva ilə telefon əlaqəsi saxlayan zaman özü nə bir qədər yemək gətirməsini və həmçinin evdə saxladığı siqaretini də ona gətirilməsini demişdir. Həmin hadisə günü, yəni 10 oktyabr 2020-ci il tarixdə o, həmin İstintaq təcridxanasında olan zaman ona məlum olmuşdur ki, arvadı Şəbinənin Pirallahı qəsəbəsində taksi sürücüsü işləyən Cahangir adlı şəxs vasitəsi ilə ona göndərdiyi ərzaq yoxlanan zaman onun özü istifadə etdiyi «Argo» markalı siqaret qutusunun içərisindən onun gizlətdiyi, həmin təxminən yarım qram çəkidə olan heroin aşkar olunmuşdur. Həmin narkotik maddəni qanunsuz olaraq öz istifadəsi üçün alıb saxladığına görə özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam təqsirli hesab edir. Lakin, özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni narkotik maddələrin satışı ilə bağlı özünü təqsirli hesab etmir. Onunla Məhkum2 arasında və həmçinin İranda yaşayan Sabir adlı şəxsin arasında sonuncunun onlara hər-hansı bir narkotik vasitə göndərməsi barədə qabaqcadan heç bir razılaşma olmamışdır. İş üzrə təyin edilməklə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın 28 avqust 2020-ci il tarixli, 6/1694 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Məhkum2 götürülmüş...” yazısı olan paketdəki, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1700 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 1300 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum1 öz tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib özündə saxlayaraq daşıması və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması ibtidai istintaq zamanı toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum1 və Məhkum2 üzərindən aşkar olunmuş narkotik vasitələrin miqdarının 1700 qram və 1300 qram olmasını, həm heroin, həm də tiryək olmaqla narkotik vasitələrin ayrı-ayrı növlərdə olmasını, bu qədər çəkidə narkotik vasitələrin hansı zərurətdən eyni zamanda üzərində gəzdirmələrini ağlabatan şəkildə izah edə bilməmələrin i nəzərə alaraq, hesab edir ki, cinayət işinin materialları ilə Məhkum1 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edilməsi və daşınması, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlanılması tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası Məhkum1 qanunsuz əldə etdiyi və daşıdığı 1700 qram heroin və 1300 qram tiryək narkotik vasitələrinin miqdarını nəzərə alaraq, həmçinin onun həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etməsi və daşıması barədə kassasiya şikayətinin dəlilini də əsaslı hesab etmir. Odur ki, “satış məqsədi” tövsifedici əlamətin məhkəmənin hökmündən çıxarılmaqla Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə heç bir əsas yoxdur. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin bu barədə dəlillərini əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və işə baxan apelyasiya instansiyası məhkəməsinin qərarının təsviriəsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum1 Azərbaycan Re spublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, onun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apelyasiya məhkəmə sinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Kassasiya kollegiyası işə baxan məhkəmələrin Məhkum1 cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum1 cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum1 təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə ki, məhkəmələr Məhkum1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və c inayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar