Məhkəmə qərarları › İş №1(102)-1045/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1045/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1045/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-630/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassas iya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 16 avqust 2000-ci il tarixdə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuş, natamam ali təhsilli, işsiz, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. 2. 11 avqust 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 25 avqust 2022-ci il tarixdə Goranboy Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmu şdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməməsinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli, 274-İVQ nömrəli Qanununun 19, 20 və 21-ci maddələrində nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnun olmamasına və çağırış komissiyası tərəfindən tibbi müayinələrindən keçirilərək həqiqi hərbi xidmətə yararlı hesab edilməsinə baxmayaraq, “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2022-ci il tarixli Sərəncam ının tələblərinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsini qəbul etməkdən imtina edərək qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır.

5. Goranboy Rayon Məhkəməsinin 1(045)-72/2022 nömrəli, 22 sentyabr 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilin 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsə, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 22 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiy a şikayəti verib hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs Məhkum bəraət verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün, həqiqi mülki alternativ xidmət hüququna Azərbaycan Respublikası Konstitusiyasının 76.2-ci maddəsi ilə və Azərbaycanın öhdəlik kimi qəbul etdiyi beynəlxalq qanunvericiliklə zəmanət verilir. Goranboy Rayon Məhkəməsinin gəldiyi nəticə işin faktları ilə ziddiyyət təşkil edir, məhkəmə cinayət normalarını və beynəlxalq hüquq normalarını düzgün şəkildə tətbiq etməmiş və təyin olunmuş cəza sözügedən hüquq pozuntusuna və ya güman olunan cinayətkarın şəxsiyyətinə uyğun deyil. Məhkum oğlunun Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yay ınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmada təqsirli bilinsə də, onun xidmətdən imtinasına qanuni əsasları varıdır. O, həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – SHXÇDX) Goranboy rayon şöbəsində, həm də prokurorluqda var gücüylə Müqəddəs Kitab təlimlərinə uyğun yaşamağa çalışdığını və bu səbəbdən vicdanının hərbi xidmət keçməyə yol vermədiyini davamlı şəkildə izah etmişdir. Dini əqidəsi hərbi xidmət keçməyə yol verməyən vətəndaşların hüquqlarına Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsində zəmanət verilir. Təqsirləndirilən şəxsin məhkum edilməsi onun Konstitusiyanın zəmanət verdiyi hüquqlarını pozur. İlk dəfə hərbi xidmətə çağırıldığı andan təqsirləndirilən şəxs davamlı olaraq təkrar edirdi ki, onun dərin ina mı hərbi xidmət keçməsinə yol vermir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirli bilinməsi, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 9.2-ci maddəsinin qanunla nəzərdə tutulantələbinə də uyğun deyil. Təqsirləndirilən şəxs dəfələrlə SHXÇDX-ya və prokurorluğa çağırılmış və hər dəfə tez zaman ərzində çağırıldığı yerə gəlmiş, hərbi xidmətdən qaçaraq və ya gizlənərək yayınmağa heç vaxt çalışmamış, sadəcə olaraq hakimiyyət nümayəndələrindən dövlətin üzərinə götürdüyü daxili və beynəlxalq öhdəliklərinə əməl edərək ona alternativ mülki xidmət keçmək imkanının yaradılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs alternativ mülki xidmət haqqında qanunun olmadığına görə cəzalandırılmamal ıdır. Əqidəsinə görə hərbi xidmətdən imtina edən təqsirləndirilən şəxslə qatı cinayətkar kimi rəftar edilməməlidir, çünki onun vəziyyəti həbslə cəzalandırılan cinayət törədənlərin, yaxud həqiqətən də hərbi xidmətdən boyun qaçıranların vəziyyətindən tamamilə fərqlidir. 7. 10 noyabr 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ilkin baxış iclasının qərarı ilə verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan açıq məhkəmə iclasına təyin edilmişdir.

8. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, hərbi təcavüzə məruz qalan vətəni müdafiə etmək əqidəsindən asılı olmayaraq hər bir vətəndaşın müqəddəs borcu və vəzifəsidir, bu səbəbdən apellyasiya şikayəti əsaslı hesab edilə bilməz.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-630/2022 nömrəli, 12 dekabr 2022-ci tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin 1(045)-72/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, sınaq müddətinin əvvəlinin 12 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəliləri ilə eynidir, Məhkum onları təkrarlamaqla qeyd etmişdir ki, əqidəsinə görə hərbi xidmətdən imtina etməsinə baxmayaraq onun Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi Avropa Konvensiyasının 9 və 14-cü, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 18-ci və Azərbaycan Respublikası Konstitusiyanın 47, 48, 76.2, 147, 148 və 151-ci maddələrinin pozuntusunu təşkil edir. Qeyd edilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-630/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və məhkuma bəraət verilməsi xahiş edilir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciət lərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin b u tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum k assasiya şikayətində əməlində cinayət tərkibinin olmadığını və barəsində cinayət təqibinin aparılmasını istisna edən halların mövcud olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-630/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd ed ir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubol mamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

23. Hazırki kassasiya şikayəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisəli şəkildə yoxlanıldıqda aşkar edilir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai araşdırma zamanı qanuni üsullarla əldə edilmiş və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarında hərtərəfli və obyektiv araşdırılmış sübutların məcmusu ilə tam təsdiq olunur. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz qərarını həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası toplanmış sübutların hazırki qərarda yenidən təsvir və şərh edilməsini zəruri saymır.

24. Məhkumun müdafiəçisi tərəfindən verilmiş şikayəti araşdıran apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi cinayətin tərkibinin olması, bu cinayətin törədilməsində onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılması və Azərbaycan Respublikası CP Mnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

26. Aşağı instansiya məhkəmələrinin Məhkum edilməsinə əsas verən istinad etdiyi qanunvericilik normaları və həmin normalara söykənən hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyası məlumatlıdır ki, hazırki cinayət işinə oxşar əvvəlki cinayət işlərində qəbul edilmiş məhkəmə qərarları ilə bağlı qaldırılmış şikayətlərə baxılmasının nəticəsi olaraq qəb ul etdiyi qərarında Avropa Konvensiyasının 9-cu maddəsinin pozuntusunu aşkar edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – “Avropa Məhkəməsi”) Ermənistan Respublikası tərəfindən torpaqlarımızın davam edən işğalının vətəndaşların alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsinə məhdudiyyət qoyulmasına əsas verməsi barədə Azərbaycan Hökumətinin dəlilini qəbul etməmişdir o əsasla ki, bu dəlillə bağlı Hökumət ətraflı izah verməmişdir (Müşfiq Məmmədov və Başqaları Azərbaycana qarşı, № 14604/08 və s., §§ 88 və 97-98, 17 oktyabr 2019-cu il).

28. Məhkəmə kollegiyası xatırladır ki, təkcə Avropa Məhkəməsinin yuxarıda istinad edilən qərarının qəbul edilməsindən ötən dövrdə Ermənistan Respublikasının silahlı qüvvələri əvvəl 2020-ci ilin iyul ayında hər hansı səbəb olmadan dövlətlər arası sərhəd xəttini qoruyan Azərbaycan Respublikasının ordu hissələri istiqamətində atəş açıb hərbi əməliyyat keçirməyə cəhd göstərmiş, daha sonra isə - 27 sentyabr 2020-ci il tarixdə təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini mərmi və raketlərlə atəşə tutub iri miqyaslı hərbi əməliyyata başlamışdır. İki dövlət arasında açıq müharibə vəziyyəti ilə nəticələnən bu addım Azərbaycan ordusu tərəfindən cavabsız saxlanılmamış, 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq işğalda olan ərazimizin əksər hissəsi azad edilmiş və 10 noyabr 2020-ci il tarixdə məhz Azərbaycan tərəfinin irəli sürdüyü, regionda sülh və beynəlxalq hüququn bərqərar olmasına yönəlmiş təşəbbüsü nəticəsində atəşkəs əldə edilmişdir.

29. Bununla belə, Ermənistan tərəfi Azərbaycan dövlətinin ərazi bütövlüyünü ta nıyan sülh müqaviləsini imzalamaqdan indiyədək boyun qaçırır, 10 noyabr 2020-ci il tarixli Bəyannamənin qəbul edilməsindən 2 ildən çox müddətin keçməsinə baxmayaraq istər öz dövlət ərazisindən, istərsə də işğal altında saxladığı ərazilərdən daim Azərbaycan Respublikasının ordu hissələrinin yerləşdiyi mövqeləri, eləcə də dinc əhalinin məskunlaşdığı əraziləri atəşə tutur, nəticədə demək olar ki hər gün insan tələfatı və əmlak itkiləri müşahidə edilir.

30. Məhkəmə kollegiyasının fikrincə, qeyd edilənlər nəzərə alınmaqla vətəndaşların alternativ xidmət keçməsinə məhdudiyyətin qoyulması barədə Azərbaycan Hökumətinin dəlili əsaslı hesab edilməlidir ona görə ki, Avropa Konvensiyasının 9-cu maddəsinin 2-ci bəndinə əsasən ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyat ı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün öz dininə və baxışlarına etiqad etmək azadlığı demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.

31. Faktiki hərbi vəziyyətdə olan Azərbaycan dövləti üçün isə vətəndaşların həqiqi xidmət keçməsinin təşkili zəruri və qaçılmaz vəzifə olduğundan, belə vəziyyətdə onların dini, siyasi və fəlsəfi baxışlarına görə həqiqi hərbi xidmətdən kütləvi yayınmasına şəraitin yaradılması dövlətin özünümüdafiə fəaliyyəti üçün ciddi təhlükə yaratmış olar.

32. Məhkəmə kollegiyası hesab edir ki, daim müşahidə edilən itkilərlə nəticələnən Ermənistan Respublikasının davam edən hərbi təcavüzü şəraitində vətəndaşlara istəklərinə görə alternativ xidmətin keçməsinə imkanların yaradılması, dövlətin üzərində olan ictimai as ayiş və ictimai qaydanın, eləcə də Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının, o cümlədən Avropa Konvensiyası və ona dair Protokollarla müdafiə edilən yaşamaq və mülkiyyətin müdafiəsi hüquqlarının təmin edilməsi üzrə öhdəliklərin lazımi səviyyədə icra edilməsinə xələl gətirən amil kimi nəzərdən keçirilməlidir. Belə olan halda, hərbi xidmət keçməkdən boyun qaçırmasına görə Məhkum cinayət məsuliyyətinə cəlb edilməklə məhkum edilməsi cəmiyyətin maraqlarının təmin edilməsinə yönələn zəruri tədbir olaraq qəbul edilməklə, onun insan hüquq və azadlıqlarına edilən proporsional müdaxilə hesab edilməlidir.

33. Təfsir edilənlərlə yanaşı, məhkəmə kollegiyası Məhkum təyin edilən cəzanın şərti tətbiq edildiyini də nəzərə alır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə məhk umun üzərinə kifayət qədər mülayim məhdudiyyətlərin qoyulması müəyyən edilmiş, yetərincə mürəkkəb icra şəraitində keçən müddətli alternativ xidmətlə müqayisədə şərti cəzaçəkmənin şərtləri nəzərəçarpacaq dərəcədə yumşaq məhdudiyyət təsirinə malikdir ki, bu hal həmçinin hüquqa edilən müdaxilənin proporsional olduğu qənaətinə gəlməyə əsas verir.

34. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yox lanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-630/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsi ni rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(104)-630/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar