Məhkəmə qərarları › İş №1(102)-1045/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1045/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1045/2025 30.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Beyləqan rayonunda qeydiyyatda olm aqla, ünvan 1 ünvanında yaşamış və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli 1(103)-2495/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 1(003)-37/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim Z.M.Tağıyev) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016 -ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasının ödənilməmiş hissəsi olan 792,02 manat cərimə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə o, qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və 792,02 manat məbləğində cərimə cəzası təyin edilmiş, Məhkum şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə və 792,02 manat məbləğində cərimə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzas ı və 792,02 manat məbləğində cərimə saxlanılmışdır. CM-in 68.2-ci maddəsinə əsasən, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 (bir min) manat cərimə cəzasının ödənilməmiş 792,02 manatının müstəqil icra olunması, cəzaçəkmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024cü il tarixli 1(103)-2495/2 024 nömrəli qərarı ilə (hakimlər: Z.V.İbrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 1(003)-37/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılmış və Məhkum 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum şübhəli şəxs qismində saxlanıldığı müddət (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət) 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən, bir günə bir gün hesablanmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və Məhkum üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-in 67.1-ci və 68.2-ci maddələrinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 16 avqust 2023cü il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Hökmə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 30 dekabr 2022-ci il tarixdə saat 23 radələrində qabaqcadan əldir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək, Bakı şəhəri Xəzər r ayonu Binə qəsəbə bələdiyyəsinin balansında olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Aviasiya Akademiyası”ın yaxınlığında olan Xristian qəbirstanlığından 1 ədədi 200 manat olmaqla, ümumi dəyəri 800 manat olan 4 ədəd dəmir barmaqlıqları gizli yolla talayaraq Binə bələdiyyəsinə ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində daha yüngül cəza təyin edilməsi, habelə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətin in dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hall arı araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumu n kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi, habelə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum təyin edilmiş cəzaya aid dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbayc an Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən Məhkum cəzasını yüngülləşdirici halların olmamasını, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüll ük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəs inə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə kollegiyası məhkumun cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, CM-in 56-cı maddəsində “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi” qeyd edilmişdir. Həmin Maddənin 56.1.3-cü maddəsinə əsasən: “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsl ər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində” cəza çəkmələri nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Məhkum Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli 1(003)-454/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası tamamilə toplanmaqla, ona qəti olaraq 4 (dörd) il azadlıqdan məhrum etmə və 1000 (min) manat cərimə cəzası təyin olunmuşdur. Məhkum 19 avqust 2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Beyləqan Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 7(020)-14/2024 saylı qərarından görünür ki, Məhkum “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(003)-454/2016 nömrəli hökmünə əsasən təyin olunmuş 1000 (bir min) manat miqdarında cərimə cəzasından azad edilmişdir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən Məhkum törətdiyi əməl az ağır cinayət hesab edildiyindən və cinayət qanunvericiliyinin tələbinə əsasən Məhkum azadlıqdan mə hrum etmə cəzasını çəksə və ona təyin olunmuş cərimə cəzasından amnistiya aktı tətbiq olunmaqla azad olunsa da, onun məhkumluğu ödənilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar