Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1046/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi - “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokuror luğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkməsinin 24 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Musayev, hakimlər N.F.Quliyev və C.Ş.Səfərlidən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1996-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 1 il azaldılıb 1 il 1 ay 4 gün olaraq müəyyən edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2ış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum Cəlilabad Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 (bir) il 1 (bir ) ay 4 (dörd) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə müvafiq olaraq bu cəzanın iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 6 (altı) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 10 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər K.S.Bəşirov və İ.Q.Abdullayevdən ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkməsinin 24 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.Ə.Rəcəbov, hakimlər V.C.Cəfərov və R.M.Abdulovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əlyev, hakimlər M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkməsinin 24 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum Cəlilabad Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 1 (bir) il 1 (bir) ay 4 (dörd) gün Cinayət Məcəlləsinin 68.1.11-ci maddəsinə müvafiq olaraq bu cəzanın iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 6 (altı) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki qərarla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istinta q orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,819 qram və 6,724 qram olmaqla, ümumi təmiz çəkisi 12,543 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini (bundan sonra - heroin) əldə etmiş, üzərində saxlamış və daşımışdır. 10 noyabr 2021-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsi (bundan sonra – Cəlilabad RPŞ-nin) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinin (bundan sonra – BNMİ CBRŞ) əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Green Store” marketinin yaxınlığında saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibində olmuş göstərilən heroinlər və bir ədəd elektron tərəzi aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum qeyd edilən narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması üzrə hərəkətləri satış məqsədi olmadan törətmiş və bu səbəbdən Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci inst ansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərinə əməl olunmaqla tədqiq olunmuş sübutlarla Məhkum onun üzərindən aşkar edilərək götürülmüş 2 bükümdə cəmi 12,543 qram - külli miqdar təşkil etməklə şəxsi istehlak miqdarından 83 dəfə çox olan heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi sübutlara və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı kassas iya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən, Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqda ona zor tətbiq edilməsi və təzyiq göstərilməsi, bunun təsiri ilə məhkəməyədək icraatda etirafedici izahat və ifadələr verməsi, məhkəmədə isə həmin həqiqətə uyğun olmayan məlumatları inkar edərək ittihamda göstərilən narkotik vasitəyə və nasaz vəziyyətdə olan elektron tərəziyə aidiyyətinin olmadığını bildirməsi nəzərə alınmamış, nəticədə polis orqanının ondan götürülmüş narkotik vasitə kimi rəsmiləşdirdiyi 2 bükümdə 12,543 qram çəkidə heroin narkotik vasitəsinə aidiyyatı olmadığı, həmin narkotik vasitənin onun tərəfindən əldə edilib, üzərində saxlanılması sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində həmçinin onu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin birinci yekun qərarının ləğv edilməsinə dair A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2023-cü il tarixli qərarında əksini tapmış müddəaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərini yeni apellyasiya baxışı zamanı kifayət qədər nəzərə almamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları düzgün tədqiq edib-qiymətləndirmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum onun üzərindən aşkar edilərək götürülmüş 2 bükümdə 12,543 qram heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması haqqında nəticəyə gəlib təqsirkarın əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni ap ellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı və onun təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərb aycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş halla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və Məhkum müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqınd a qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – heroinin kütləsinin külli miqdar – 12,543 qram təşkil etməklə şəxsi istehlak miqdarından təxminən 83 dəfə çox olması, habelə Məhkum elektron tərəzinin aşkarlanması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddə asında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin müddəa belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin əsassız olduğunu göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedi kdə iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının müddəaları ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizanın 15 noyabr 2021-ci il tarixli rəyinə görə Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsindən törəyən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Məhkum qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı heroin məhz tiryək alkoloidlərini tərkibində saxlayan maddələrə aiddir. Məhkəmə-narkoloji ekspertizanın rəyində həmçinin o da qeyd olunmuşdur ki, ekspertizanın gedişində Məhkum ondan aşkar olunmuş heroini məhz özü istifadə etmək üçün əldə edib saxladığını bildirmişdir. Məhkum m əhkəməyədək icraatda şübhəli şəxs qismində verdiyi etirafedici ifadəsində də narkotik vasitənin satışı ilə məşğul olmadığını, ondan götürülmüş heroini də bu məqsədlə deyil, şəxsi istehlakı üçün əldə edib saxladığını göstərmişdir. Üstündə elektron tərəzini gəzdirməsini isə o, özünün istehlakı üçün müvafiq istifadə miqdarlarını müəyyənləşdirmək istəyi ilə izah etmişdir. Məhkum birinci instansiya məhkəməsində dindirilərkən ibtidai istintaqda verdiyi etirafedici ifadədən imtina etməsinə baxmayaraq, narkotik istifadəçisi olduğunu, hər dəfə 1-2 qram heroin alıb çəkdiyini məhkəməyə bildirmişdir. Məhkum götürülmüş 12,543 qram heroin iki bükümdə olub külli miqdar təşkil etsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, narkotik vasitənin Məhkum özü tərəfindən məhz satış üçün xırda bükümlər ə qablaşdırılması müəyyən edilməmişdir. Həmçinin, müstəntiqin Cəlilabad Rayon Polis Şöbəsinin rəisinə ünvanladığı 15 dekabr 2021-ci il tarixli 52/0306 nömrəli əməliyyat tapşırığı ilə əlaqədar ona göndərilən (cinayət işinə əlavə edilən) şöbənin CAB-nin baş əməliyyat müvəkkli Elmir Əliyevin 23 dekabr 2021-ci il tarixli raportunda Məhkum narkotik vasitənin satışı ilə məşğul olmasının müəyyən edilməsinə dair məlumat verilsə də, bu məlumat heç bir konkret faktla möhkəmləndirilməmiş, müstəntiq özü də bu istiqamətdə araşdrıma aparmadan həmin formal cavabla qane olmuşdur. Belə ki, ibtidai istintaq orqanı Məhkum yaşadığı evdə axtarış keçirməmiş (CPM, maddə 242-də nəzərdə tutulmuş istintaq hərəkəti), eləcə də onun mobil telefonunda olan məlumatların (müvafiq olaraq da digər istehlakçılarla əlaqələri nin olub-olmamasına dair bilgilərin) əldə edilməsi üçün ona və yaxud ondan digər şəxslərə ötürülən məlumatların ələ keçirilməsi kimi CPM-in 259-cu maddəsində nəzərdə tutulmuş istintaq hərəkətini həyata keçirməmişdir (15 noyabr 2021-ci il tarixli Məhkum götürülmüş mobil telefona baxış keçirilməsi haqqında müstəntiqin tərtib etdiyi protokolda sadəcə qeyd olunmuşdur ki, “zənglər və SMS-lər siyahısına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən zəng və SMS müəyyən edilmədi”). Cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları isə (Şahid1, X4, Şahid3, Şahid4) Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dair nəticə ilə uzlaşdırıla biləcək məlumat verməmiş, onlar müstəsna olaraq Məhkum saxlanılmasına, saxlanıldıqdan sonra Cəlilabad Rayon Polis Şöbəsində üzərində şəxsi axtarışın aparılmasına və şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitənin, eləcə də elektron tərəzinin götürülməsinə dair məlumat vermiş, eyni zamanda Məhkum qarşı işgəncə tətbiq etmədiklərini və pis rəftar etmədiklərini göstərmişlər. Məhkum həbsdə saxlanıldığı istintaq təcridxanasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə və Cəlilabad Rayon Prokurorluğuna ünvanlandığı Məhkum bədəni üzərində xəsarətlərin aşkar edilməsinə dair 17 noyabr 2021-ci il tarixli məktublarla əlaqədar Cəlilabad Rayon Prokuorluğunda aparılmış araşdırma nəticəsində Məhkum saxlanıldıqdan sonra polis əməkdaşlarının ona qarşı işgəncə, sair formada pis rəftar tətbiq etmədiyi müəyyən edilərək 27 fevral 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və eyni zamanda həmin qərarda araşdırmanın gedişində Məhkum narkotik vasitəni şəxsi istehlakı üçın əldə edib saxlamasına dair izahat verdiyi qeyd edilmişdir. İttiham tərəfinin təqdim etdiyi sübutlar yuxarıda təsvir edilən məzmunda olduğu və 8 dekabr 2023-cü il tarixli yekun qərarda qeyd edildiyi kimi CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın (satış məqsədinin) sübuta yetirilməsində mövcud olan şübhələri aradan qaldırmaq üçün kifayət etmədiyi, o cümlədən hazırki iş üzrə əvvəl çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qərarı Ali Məhkəmənin Cinayət kollegiyasının 31 avqust 2023cü il tarixli qərarı ilə ləğv edildikdən sonra keçirilmiş yeni apellyasiya baxışında da ittiham tərəfi həmin şübhələri aradan qaldırmaq üçün materiallar təqdim etmədiyi vəziyyətdə məhkəmənin Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməkdən (satış məqsədinin olmasını sübuta yetirilmiş saymaqdan) imtina etməsi və onun əməlini həmin maddədən CM-in 234.1-ci maddəsinə tövsif etməsi əsassız və qanunsuz nəticə kimi qiymətləndirilə bilməz. Belə ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatın ın obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxi lində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər s übutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektiv liyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün (əməlin hüquqi tövsifinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllən in 234.1-ci maddəsinə) dəyişdirilməsinə dair yekun qərarını yuxarıda təsvir edilən normalarla müqayisə etdikdə Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, o cümlədən Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yararan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyri nə təfsir edilməsi barədə tələblərə cavab verdiyi, əməlin faktiki məzmununa və faktiki hallara cinayət-hüquqi normanın tətbiqinə dair məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsasların olmadığı müəyyən olunur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzanın əsaslılığını, qanuniliyini və ədalətliliyini də şübhə altına almaq üçün əsas görmür. Çünki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 2 il müddətə, CM-in 67.1-ci maddəsinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməsindən və bununla əlaqədar gətirdiyi dəlillərdən görünür ki, cəzanın təyin edilməsində əhəmiyyətli olan – Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar (əməlindən peşman olması, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunması), cəzanı ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61), hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinə (maddə 67) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinin əsassız o lduğunu aşkarladığı kimi müdafiəçinin də Məhkum təqsirliliyinin mübahisləndirilməsinə həsr olunmuş kassasiya şikayətinin əsassız olduğuna dəlalət edir və kassasiya baxışı nəticəsində CPM-in 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya müraciətlərində istinad olunan həmin Məcəllənin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyindən, istər kassasiya şikayətinin, istərsə də kassasiya protestinin təmin olunması, mübahisələndirilən qərarının isə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair müdafiəçinin və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 8 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 8 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1046/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1046/2024
17.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver