Məhkəmə qərarları › İş №1(102)-1046/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1046/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1046/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə 2 may 2000-ci ildə Tərtər rayonu, Sarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əv vəllər məhkum olunmamış, Tərtər rayonu, Sarov kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-601/2023 nömrəli 25 dekabr 2023cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.N.Mahmudov (sədrlik edən və məruzəçi), E.İ.Rüstəmov və X.H.Səmədov) 1(100)-132/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirli bilinmiş və o, 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 2 oktyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs da CM-in 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən Ə.G.Abdullayev, hakimlər R.M.Cəfərov, N.T.Əliyev) 1(104)601/2023 nömrəli 25 dekabr 2023-cü İİ tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-132/2021 nömrəli 17 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum 2019-cu ilin sentyabr ayının ortalarında Tərtər rayonu, Sarov kəndində yaşayan həmkəndlisi X6 meyvə bağında fəhlə işləyərkən tanış olduğu Tərtər rayonu, Kəngərli kəndində yaşayan Təqsirləndirilən şəxs ilə 1 oktyabr 2019-cu il tarixdə, saat 10 radələrində Tərtər rayonu, Sarov kəndindəki «Xan» çay evində çay içərkən əmisi X1 uşaqlıqda ona işgəncə verdiyini, buna görə də qisas almaq məqsədilə onu öldürməyi planlaşdırdığını bildirib Təqsirləndirilən şəxs bir dost kimi ona bu işdə kömək etməyini, Ziyaməddin Kərimovun inəkləri satdığı üçün evində olan 6000-7000 (altı-yeddi min) manat pulunu götürmək və ailə üzvlərini də öldürüb bir otağa yığmaqla evdə istifadə olunan maye qazı açaraq evi yandırmaqla cinayətin izini itirmək barədə təklifi ilə razılaşaraq Təqsirləndirilən şəxs ilə birlikdə Ziyaməddin Kərimovu qəsdən öldürmək qərarına gəlmiş, Təqsirlən dirilən şəxs Ziyaməddin Kərimovu daha tez öldürmək üçün onun boğazını kəsmək lazım olduğunu bildirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin gün, yəni 1 oktyabr 2019-cu il tarixdə saat 11 radələrində çay evindən çıxıb birlikdə onun Tərtər rayonu Sarov kəndində yaşayan ana babası X5 evinə gəlib həyətində bir az oturduqdan sonra Ziyaməddin Kərimovun yaşadığı Tərtər rayonu, Sarov kəndindəki evə getsələr də Ziyaməddin Kərimov evdə olmadığından yenidən Ziyəddin Abbasovun yaşadığı evə qayıdaraq nahar edərkən, o, babası Ziyəddin Abbasovun evdə olmamasından istfadə edərək evin mətbəxindən cinayətdə istifadə etmək üçün götürüb Təqsirləndirilən şəxs verdiyi mətbəx bıçaqlarını kəmərinin altında gizlətmiş, Ziyaməddin Kərimovun yerini öyrənmək üçün yenidən X9 kəndindəki evinə gedərkən onunl a görüşə bilmək üçün o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Ziyaməddin Kərimovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onu əxlaqsız qadın yanına aparacaqlarını bildirmiş, Ziyaməddin Kərimov onlarla razılaşdıqdan sonra evə çatdıqda o, Təqsirləndirilən şəxs Ziyaməddin Kərimova və ailə üzvlərinə nənəsinin “Bəhruz” adlı qohumu kimi təqdim etmiş, Ziyaməddin Kərimovu şübhələndirməmək üçün onunla birlikdə evin həyətində oturub çay içərək bir müddət söhbət etdikdən sonra təxminən saat 23 radələrində bir azdan qaydıacaqlarını bildirərək Təqsirləndirilən şəxs ilə birlikdə Ziyaməddin Kərimovun evindən çıxmış, “İnçə” çayının kənarı ilə gedib dəmir tordan düzəldilmiş kiçik qapıdan keçməklə Ziyaməddin Kərimovun evinin arxa tərəfindəki bağa keçdikd ən sonra Təqsirləndirilən şəxs istifadəsində olan ******-**-** mobil nömrədən Ziyaməddin Kərimovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib darıxdığını bildirərək söhbət etmək üçün onu arxadakı meyvə bağına çağırmış, o isə əmisinin onu görməməsi üçün bağın içərisində təxminən 10 metr aralı məsafədə gizlənmiş, Təqsirləndirilən şəxs bir neçə saat, 02 oktyabr 2019-cu il tarixə təxminən saat 02 radələrinə qədər Ziyaməddin Kərimovla xurma meyvəsinin ucuz satılmasından söhbət edərək Ziyamədin Kərimovun fikrini yayındırdıqdan sonra üzərində gətirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunu öldürmək məqsədi ilə qəflətən onun boğaz nahiyəsindən bir zərbə vurmuş, Ziyaməddin Kərimov müqavimət göstərdikdə ardıcıl olaraq onun bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı b ıçaq zərbələri endirmiş, lakin bıçağın dəstəyi qırıq olduğundan zərbələri dəqiq yetirə bilmədiyi üçün üzərindəki digər soyuq silah hesab edilməyən 2-ci mətbəx bıçağını çıxarıb Ziyaməddin Kərimovun bədəninin müxtəlif nahiyələrinə yenə də çoxsaylı zərbələr endirmiş, o, Ziyaməddin Kərimovun öldüyünü düşünüb gizləndiyi yerdən çıxaraq əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs ilə birlikdə Ziyaməddin Kərimovun ailə üzvlərini öldürüb pulu ələ keçirmək məqsədi ilə evin qarşısına keçmiş, Təqsirləndirilən şəxs yaşayış evinin həyətində gözləyərkən o, evə daxil olaraq mətbəxdən bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağını götürsə də, əmisinin arvadını və uşaqlarını öldürmək fikrindən daşınıb Təqsirləndirilən şəxs yanına qayıdıb Ziyaməddin Kərimovun ölüb-ölmədiyini yoxlamaq üçün ba ğa qayıtmağını təklif etmiş, birlikdə bağa qayıtdıqda sonuncunun yerdə üzü üstə uzanıqlı vəziyyətdə olduğunu, lakin tərpəndiyini müşahidə etdiklərindən o, babası Ziyəddin Abbasovun yaşayış evindən götürdüyü üst tərəfi göy, iç tərəfi qara rəngli rezin əlcəyi əlinə geyinərək Təqsirləndirilən şəxs əlindən bıçağı alıb əmisinin kürək və baş nahiyəsinə çıxsaylı bıçaq zərbələri vurmuş, lakin Təqsirləndirilən şəxs Ziyaməddin Kərimovun yenə də hərəkət etdiyini gördükdə bıçağı alaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə onun boğaz nahiyəsini kəsmiş, Ziyaməddin Kərimova qırtlağın və damar şaxələrinin kəsilməsi ilə böyük ölçülü 1 ədəd kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sol qulaq seyvanı və sol yanaq nahiyələrindəki 2x0,2 sm ölü çüdə, 0,2 sm dərinlikdə, başın ənsə və boyun nahiyələrini əhatə edən sahədəki 0,6x0,2 sm ölçüdə və 0,3-0,2 sm dərinlikdə olan 3 ədəd, döş qəfəsi nahiyəsinin arxa səthindəki-sağ kürəküstü nahiyədək 0,6x0,2, 0,4x,0,2 sm ölüçlərdə və 0,4-0,3 sm dərinlikdə olan 2 ədəd, sağ əl nahiyəsindəki 0,5x0,2 sm ölçüdə və 0,3 sm dərinlikdə olan 1 ədəd yaralar sağlamlığa zərər vurmayan xəsarətlər, bədən üzərindəki digər yaralar isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib zərərçəkmiş şəxə xüsusi ağrılar yetirilməsində ifadə olunan müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək Kərimli X3 Zamin Faiq oğlu ilə qabaqcadan əldir olan bir qrup şəxs halında X2 tamah niyyəti ilə, xüsusi amansızlıqla öldürmüş, onu qəsdən həyatdan məh rum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ona daha yüngül cəza təyin edilməsi xahiş edilmişdir. Şikayət müəllifi hesab edir ki, məhkəmə tərəfindən barəsində ağır cəza təyin edilmişdir. İş üzrə yüngülləşdirci hallar düzgün nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəçi2, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələri ndən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti vermiş şəxs verilmiş kassasiya şikayətində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində “bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə” əməlinə görə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə”yə görə; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsin də “tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməli nin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum düzgün olaraq CM-nin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə məhkum edilməsi iş materialları ilə sübut edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza t əyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM- nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1 -ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyin in xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin gö stəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və on un ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, hab elə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını a ğırlaşdıran hallar müəyyən etməmişdir, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmiş, apellyasiya məhkəməsi isə bu birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-601/2023 nömrəli 25 dekabr 2023cü il tarixli qərarı kassasiya şikayətinə müna

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar