Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1047/2019 21.08.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 1047/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "21" avqust 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-c i il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Salmanov Rahib Vaqif oğlu, hakimlər Bayramov Mayıl Abbas oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 1961 -ci il tarixdə Sabirabad rayonunun Quruzma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Güzdək qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 234.2-ci maddəsi ilə 04 il 06 ay müddətə, CM-nin 237.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlayaraq daşımış, habelə təkrarən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya edib onl arın hissələrini toplamışdır. Belə ki, Məhkum yaşadığı Abşeron rayonu ərazisində, Qobu-Güzdək yolunun Abşeron rayonu Güzdək qəsəbəsi ərazisindən keçən 2-ci kilometrliyində, yoldan 180 metr Güzdək qəsəbəsi istiqamətində sağ tərəfdə, “Qobu” yanacaq doldurma məntəqəsindən 280 metr məsafədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində 2016-cı ilin iyul ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarının birini qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edib həmin toxumdan yetişmiş 01 ədəd çətənə bitkisinin yarpaqlarını yığıb toplamaqla qurudub satışi məqsədi ilə qanunsuz olaraq 476,425 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən Kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mar ixuananı sellofan torbaya yığaraq yaşadığı evin dəhlizində olan rəfin üzərindəki setka formalı plastmas materialdan olan qutunun içərisində saxlamış, təkrarən 2016-cı ilin avqust ayının əvvəllərində həmin ilin iyul ayında istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkisinin özündə qalan toxumlarını yaşadığı evin həyətində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, 07.10.2016-cı il tarixdə, səhər saat 09 radələrində yaşadığı evin dəhlizində olan rəfin üzərindəki setka formalı plastmas materialdan olan qutunun içərisində sellofan paketdə saxladığı qurudulmuş marixuananın bır hissəsini satış məqsədi ilə 02 ədəd ağ kağıza bükərək bükümlərdən birini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsindəki cibində və digər bükümü sağ ayağındakı corabında gizlədib üzərində saxlamaqla daşımış, 07.10.2016-cı il tarixdə, saat 18 radələrində Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəlı” topadan satış bazarının giriş qapısının qarşısında saxlanılaraq Qaradağ rayon Polis idarəsinin inzibati binasına gətirilmiş, orada dəvət edilmiş hal şahidlərinin iştirakları ilə üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üst hissəsindəki cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 01 ədəd kağız bükümündə təmiz çəkisi 5,956 qram və sağ ayağındakı corabdan 01 ədəd ağ kağız bükümündə təmiz çəkisi 20,469 qr am, ümumi təmiz çəkisi 26,425 qram olan tərkiblərinə görə eyni olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, nəmin gün, saat 23 radələrində yaşadığı Abşeron rayonu ərazisində, Qobu-Güzdək yolunun Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisindən keçən 2-c.i kilometrliyində, yoldan 180 metr Güzdək qəsəbəsi istiqamətində sağ tərəfdə, “Qobu” yanacaq doldurma məntəqəsindən 280 metr məsafədə yerləşən nömrəsiz fərdi yaşayış evinə və evin həyətyanı sahəsinə dəvət edilmiş hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən evin dəhlizində olan rəfin üzərindəki setka formalı plastmas material olan qutunun içərisində sellofan torbada satış məqsədi ilə qanunsuz olaraq saxl adığı təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və evin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq olunmuş 01 ədəd təmiz çəkisi 350,0 qram bitki nümunəsi, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi və aqrotexniki qaydada qulluq olunmuş 11 ədəd təmiz çəkisi 3,350 qram bitki nümünələri, əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (Kannabis) bitkilərinin şitilləri aşkar edilərək müvafiq qaydada protokolla götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Əhmədov Həsən Hüseyn oğlu, hakimlər Hüs eynov Mirpaşa Süleyman oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 13 noyabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, onun əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmaqla ona qəti olaraq aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməli CM-nin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama kimi tövsif olunmalıdır, belə ki, iş materiallarından onun narkotik vasitəni satması barədə heç bir sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə onun əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmaqla ona qəti olaraq aşağı həddə cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli qərarı is ə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün h əlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Məhkum əməlinin düzgün tövsif olunmaması, onun CM-nin 234.2-ci maddəsi olan əməlinin Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin «Məhkəmə-bioloji ekpertizası» barədə 07 oktyabr 2016-cı il tarixli, 21986 saylı ekspert rəyindən görünür ki, Məhkum aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki 2 (iki) ədəd kağız bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri - 5,956 qram, 20,469 qram, ümumi təmiz çəkisi 26,425 qram təşkil edən bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin «Məhkəmə-bioloji ekpertizası» barədə 18 oktyabr 2Q16-cı il tarixli, 22685 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Məhkum yaşadığı evindən həyətyanı sahəsindən aşkar olunub götürülmüş...” sözlər və imzalar olan bir ədəd qara rəngli polietilen torbadakı bir ədəd təmiz çəkisi-350,0 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir və 11 (on bir) ədəd təmiz çəkisi - 3,350 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləridir. Aqronomun rəyinə əsasən bitki nümunələrinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Məhkum yaşadığı evindən a şkar olunmuş...” sözlər və imzalar olan bır ədəd şəffaf sellofan torbadakı təmiz çəkisi - 450,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd üzərində yarpaqları olmayan çətənə (kannabis) bitkisi və 11 (on bir) ədəd çətənə (kannabis) şitilləri ilə marixuanaların (eyni olub- olmaması) müqayisəli tədqiqatlarını aparmaq mümkün deyildir. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin «Ambulator məcburi-narkoloji tibbi yoxlama» barədə 14 dekabr 20,6-cı il tarixli, 2110 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Məhkum tiry ək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ei bəndinə uyğun olaraq, halhazırda Məhkum İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydi yyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 02 dekabr 2016cı il tarixli tələbnamədən görünür ki, Məhkum əvvəllər Sabirabad Rayon Məhkəməsinin 15 avqust 2001-ci iltarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70- ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06 may 2003-cü il tarixli amnistiya qərarının 3.4-cü bəndinə əsasən cəzadan azad olunmuş və Azərbaycan RespublikasınınCinayət Məcəlləs inin 83-cü maddəsinin tələbinə əsasən göstərilən hökm üzrə hazırkı cinayət əməli törədilən anadək məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 1 fevral 2017-ci il tarixli, 523-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Cinayət Məcəlləsinin 237-1-ci maddəsinə dəyişiklik edilərək yeni redaksiyada verilmişdir. Belə ki, həmin maddədə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama)» cinayət məsuliyyətinə səbəb olan hal kimi təsbit edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 1 fevral 2017-ci il tarixli, 523-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu müvafi q olaraq törətdiyi ictimai təhlükəli əmələ görə təqsirləndirilən şəxs Məhkum vəziyyətini yaxşılaşdırdığından həmin qanunun geriyə qüvvəsi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmin maddənin İİİ bəndinə əsasən dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə Əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etm iş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin Əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittiha mdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq, məhkəmədə araşdırılmış sübutların məcmusunu müqayisəli təhlil edib qiymətləndirərək məhkəmə tərkibi, təqsirləndirilən şəxs Məhkum təkrarən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etmə epizodu ilə bağlı ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan «təkrarən» ifadəsinin xaric olunmaqla göstərilən epizod üzrə onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.2-ci maddəsindən həmin Məcəllənin 237.1-ci maddəsinə tövsif olunmasım əsaslı və qanuni hesab etmişdir. Eləcə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab olunan qurudulmuş marixuanam əldə etmə, saxlama və daşıma, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmə cinayət əməllərinin təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir, ona görə də, göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinib qa nunla müəyyən edilmiş qaydada cəzalandırılmalı və ona həmin Məcəllənin 66.3cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum 2016-cı ilin iyul ayının əvvəllərində, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bir ədəd çətənə bitkisini kultivasiya etməsi epizodu üzrə inzibati qaydada araşdırma aparılıb hüquqi qiymət verilməsi üçün, hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işindən aidiyyəti materiallar ayrılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsində təsbit olunmuş cinayətlərin təsnifatına əsasən, təqsirləndirilən şəxs Məhkum törətdiyi həmin Məcəllənin 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin «az ağır» cinayətlər s ırasına daxil olunmasını, onun əvvəllər məhkum olunmasına baxmayaraq məhkumluğunun ödənilməsini, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.6-cı maddəsində qeyd olunan məhkumluğun ödənilməsinin və ya götürülməsinin məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etməsi barədə müddəasını nəzərə alaraq, habelə Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Məhkum tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin «Ambulator məcburi-narkoloji tibbi yoxiarna» barədə İ4 dekabr 2016-cı il tarixli, 2110 nömrəli ekspert rəyindən göründüyü kimi müayinə zamanı təqsirləndirilən şəxs Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2 bəndinə uyğun olaraq, hazırda Məhkum İİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmadığı, ərazi narkoloji dispanserində q eydiyyata alınmasının məsləhət görüldüyü qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, cəza çəkdiyi müddət ərzində Məhkum narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməməli, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkot ik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0,10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1,0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən ed ilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». «İnsan hüq uqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alına nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat d axil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməy ə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi İstehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli qanuna əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramı və ondan artıq olan hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. 2 qram və ondan artıq miqdarda « heroin» isə külli miqdar hesab edilir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyası, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» və 19 dekabr 1988-ci il tarixli «Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövr iyyəsi. beynəlxalq cinayət hesab edilmişdir... Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, İstehlakçı İlə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə alınması, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin y ığılması və sair hərəkətlər başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.3 -ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehiak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehiak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsul iyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər... Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən m əhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum yuxanda göstərilər cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılımış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən halları, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, Məhkum törədiyi cinayət əməlini etiraf etməklə peşmançıl ıql çəkməsini onun barəsində cəzan ı yüngülləşdirən hallar kimi, Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, apellyasiya şikayətində işin hallarına düzgün qiymət verilməməsi, Məhkum ağır cəza təyin edilməsi göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi onu səciyyələndirən hallar nəzərə alınmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirildməsi üçün əsas ola bilməz, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2017-ci il tarixli hökmü dəyişdirilməd ən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə (kassasiya şikayətində göstərilənlərə uyğun olan) münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, bununla həmin dəlilləri faktiki olaraq qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, bunları ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin faktiki hallarına, qanunun tələblərinə, müvafiq Konvensiyanın müddəalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kas sasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini, əməlinin düzgün tövsif olunmadığını, CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığı iddia olunsa da, müdafiə tərəfinin irəli sürdüyü bu dəlil iş materiallarına uyğun deyildir. İş materiallarından görünür ki, məhkəmələ r tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respubli kası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsin də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim imza imzalar ƏliSeyfəliyev
Məhkəmə qərarları › İş №1(102)-1047/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1047/2019
21.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver