Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1047/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Şəhəri Nəsimi Rayo n Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim B.Ə.Pənahov) 14 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 (bir) i l 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya icraatı zamanı Məhkum məhkəmə kollegiyasına ərizə göndərərək, onun tərəfindən də apellyasiya şikayətinin verilməsini bildirmişdir. Həmçinin, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən elektron qaydada məhkəmə kollegiyasına məktub ünvanlanaraq Məhkum tərəfindən hökmdən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə daxil olduğundan cinayət işinin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-214/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2021ci il tarixli hök mündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmaqla, həmin cinayət işi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1 və 388.1-ci maddələrinin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkum xx.xx.2022-ci il tarixdə şikayətin verilməsi müddətinin bərpa olunması haqqında vəsatət verərək şikayətin verilməsi müddətinin üzürlü hesab edilməsi və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-369/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Məhkum Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilmiş və apellyasiya şikayəti ge ri qaytarılmışdır. Həmin qərardan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 29 mart 2022-ci il tarixli ilkin baxış qərarı ilə (hakimlər Seyfəliyev Əli Səlim oğlunun sədrliyi və məruzəsilə, X7 və X2 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin rədd edilməsinə və apellyasiya şikayətinin geri qaytarılmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-369/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassas iya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfin şikayət etdiyi hissədə, yəni, hökmü yalnız işə Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman əldə etdiyini, ona hökmün rəsmi qaydada verilmədiyini kifayət qədər əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin hökmü onun tərəfindən alınmamış və belə olan təqdirdə həmin sənəddən şikayət verə bilməsi absurddur. Nəsimi Rayon məhkəməsi vəsatətini rədd edərkən onun Bakı Apellyasiya məhkəməsində proseslərdə iştirak etdiyini və həmin müddətdə hökmlə tanış olduğunu qeyd etmişdir. Lakin, o, qərarın bu hissəsi ilə də razılaşmayaraq, göstərir ki, hökmlə Bakı Apellyasiya məhkəməsində yalnız sonuncu, 2022-ci ilin yanvar ayında baş tutan məhkəmə prosesində onun hökmdən və orada qeyd oluna nlardan xəbəri olmuşdur. Bundan xəbər tutan kimi dərhal da o, apellyasiya şikayətini yazaraq göndərmişdir. Lakin, məhkəmə nədənsə, bu halı nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin faktiki olaraq razılaşdığı qeyd olunan məqamlar düzgün qiymətləndirilməmiş, məhkəmə xx.xx.2022-ci il tarixli 1(006)-369/2021 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarını formal olaraq təkrarlamaqla səhv nəticəyə gəlmişdir. Buna görə də hesab edir ki, həmin qərar ləğv edilməli, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilməli və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayət inin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddəti ndə verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyi ldir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, məhkəmənin 14 oktyabr 2021-ci il tarixli, 1(006)-369/202l saylı ittiham hökmü təqsirləndirilən şəxs Məhkum iştirakı ilə elan edilmiş və tərəflərə rəsmi göndərilmişdir. Zərərçəkmiş şəxsin xx.xx.2021-ci il tarixdə daxil olmuş apellyasiya şikayəti ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə məhkəmənin ilkin baxış iclası, daha sonra bir neçə məhkəmə prosesləri keçirilmiş, bu iclaslarda da Məhkum iştirak etmişdir. Həmin vaxtdan 3 aydan artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə Məhkum tərəfindən apellyasiya şikayəti, habelə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir. Göründüyü kimi, Məhkum tərəfindən məhkəmənin ittiham hökmündən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, bununla bağlı sonuncunun gətirdiyi dəlil isə əsassızdır. Cinayət-Prosessual Məcəlləsinə görə: Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq on u buraxmış şəxs üçün bərpa edilir (203.3-cü maddə); Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər (386.3-cü maddə). Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, müdafiə tərəfi apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Məhkum apellyasiya şikayətini vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş və məhkəmə lərə təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müd dət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X5rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair Apellyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1047/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1047/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver