Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1047/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Həşimov Namiq Yusif oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməs inin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,120.1ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərardan Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1980-ci il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Səbail Rayon Məhkəməsinin 11 may 2017- ci il tarixli hökmü ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş və məkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 2də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 67-ci maddəsinə əsasən isə Səbail Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 (min beş yüz) manat cərimə cəzasının ödənilməmiş 1440 (min dörd yüz qırx) manat hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya tam birləşdirilməklə qəti olaraq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 06 (altı) ay müddətə azadl ıqdan məhrum etmə cəzasına və 1440 (min dörd yüz qırx) manat cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 29,120.1-ci maddəsi ilə ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid1 ailə münaqişəsi zəminində bir müddət ayrı yaşadıqdan sonra barışıb yenidən birlikdə yaşadıqlarından ayrı olduqları müddətdə onun dostu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərində kirayə tutduqları mənzildə ər-arvad kimi yaşamalarının ona məlum olacağından ehtiyyatlanıb guya Zərərçəkmiş şəxs onu zorlaması barədə ona verdiyi məlumatdan hiddətlənərək qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək başqa mənbədən soyuq silah hesab edilməyən cib bıçağı əldə edib üzərində saxlamış və 20 yanvar 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib həmin gün onunla görüşmək istəməsini fürsət bilib Sumqayıt şəhəri, Novxanı bağlar massivində görüşməyə razılıq verib həmin tarixdə də saat 19:00 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivinin yol kənarında yerləşən "MURAD" marketin yaxınlığında, 2 Aprel küçəsinin yaşayış olmayan nömrəsiz bağ evinin qarşısına çatdıqda Zərərçəkmiş şəxs Şahid1 ilə mübahisə etdiyini görüb cinayətkar niyyətini hayata keçirmək üçün üzərində gəzdirdiyi həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyyələrinə çoxsaylı zərbələr vurub sonuncuya 02 ədəd döş qəfəsinin sol yarısının döş boşluğuna keçən yarası, 01 ədəd qarının qarın boşluğuna keçərək acı bağırsağı zədələyən yarası kimi dərəcəsinə görə həyat üçün təhl ükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid və döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 03 ədəd yarası, alnın sol yarısının 01 ədəd yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmiş, hadisə yerində olan şəxslərin çağırışı ilə gəlmiş TTYS-nın həkimləri tərəfindən Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyi üçün, iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyərək qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik e dən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlu oğlundan ibarət tərkibdə) 05 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və onun əməlinin CM-nin 29,120.1-ci maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsni xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm i btidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi qanunun tələblərini pozaraq iş üzrə düzgün araşdırma aparmamış və nəticədə onun barəsində ədalətsiz hökm çıxarılmış, apellyasya instansiyası məhkəməsi də düzgün olmayaraq həmin hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmiş, bu yekun məhkəmə aktları isə yalnız mülahizələrə əsaslanmışdır. Kassasiya şikayətinin müəllifi həmçinin bildirir ki, məhkəmələr onun zərər çəkmiş şəxslə aralarında olan şəxsi münasibətlərini nəzərə almamış, münaqişənin səbəbini araşdırmamış və onun əməli düzgün tövsif edilməmiş, o, əsassız olaraq CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, bününla da onun hüquqları kobud şəkildə pozulmuşdur. Sonda Məhkum zərərçəkmiş şəxslə barışmasını və kassasiya şikayət ində əsaslandığı dəlillərin nəzərə alınmasını və həmin dəlillərə əsasən onun əməlinin CM-nin 29, 120.1-ci maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılacağının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş tirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirən məhkum öz şikayətində həmin məhkəmə tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət veri lməyərək onun əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun törətmədiyi cinayət əməlinə görə əsassız olaraq məhkum olunmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi gö rür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hök m və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil et diyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, eksperti zaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqları nın və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin 7-ci hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymət ləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisə sinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinay ət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Burada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyinə istinad olunması da hazırki iş üzrə qanuni nəticəyə gəlmək üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uy ğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının q əbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının m əhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutlaı araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun 14 oktyabr 2020-ci il tarixli hökmdə təsvir edilən cinayət əməlini, yəni qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək üzərində gəzdirdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyy ələrinə çoxsaylı zərbələr vurub sonuncuya 02 ədəd döş qəfəsinin sol yarısının döş boşluğuna keçən yarası, 01 ədəd qarının qarın boşluğuna keçərək acı bağırsağı zədələyən yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid və döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 03 ədəd yarası, alnın sol yarısının 01 ədəd yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirməsi, hadisə yerində olan şəxslərin çağırışı ilə gəlmiş TTYS-nın həkimləri tərəfindən Zərərçəkmiş şəxs vaxtında tibbi yardım göstərilməsi səbəbindən həyatı xilas edildiyi üçün, iradəsindən asılı olmayan səbəblərdən cinayətkar əməlini başa çatdıra bilməyərək qəsdən sonuncunu öldürməyə cəhd etməsi barədə nəticəyə gəlmiş, a pellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiam üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək eyni zamanda göstərmişdir ki, o, 2010-cu ildə X7 ilə ailə qurmuş, həmin nikahdan uşaqları olmadığından 2016-cı ildə boşanmışlar. 11 may 2017-ci il tarixdə о, Bakı şəhəri Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1500 manat miqdarında cərimə edilib cəzası yüngülləşdirilməklə həbsdən azad edilmiş və son vaxtlar taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həbsdə olarkən orada X16 ilə, daha sonra sonuncunun qardaşı Zərərçəkmiş şəxslə tanış olmuşdur. Həbsdən azad olduqdan sonra Zərərçəkmiş şəxs və onun ailəsi ilə münasibət saxlamışdır. Bu arada o, Şahid1 ilə tanış olmuş, Zərərçəkmiş şəxs ailəsini Şahid1 elçi göndərib sonuncu ilə 11 sentyabr 2018-ci ildə ailə qurub Ünvan 3-da kirayə etdiyi 34 saylı mənzildə yaşamış, bu nikahdan 11 fevral.2019-cu ildə Sevgi adlı qızları olmuşdur. Şahid1 ilə ailə qurduqdan sonra Zərərçəkmiş şəxs onun evinə ailə üzvü kimi sərbəst gəlib-getmişdir. Hadisədən təxminən iki ay əvvəl işdən evə gələrkən Şahid1 əsəbi halda demişdir ki, qapıya Zərərçəkmiş şəxsin Ruhin və Cavidan adlı dostları gəlib onu soruşaraq onlara borcu olduğunu deyib səs-küy salmaqla ona hədə-qorxu gəlmişlər. O, qapıya gələn şəxslərin heç birinə borcunun olmadığını desə də Şahid1 dava-dalaş saldığından o, evdən getmişdir. Bundan sonra da o, Şahid1in bütün maddi ehtiyaclarını ödəmişdir. Bir müddətdən sonra Şahid1in ona qarşı münasibəti dəyişmiş, onunla barışmağa cəhd göstərsə də o, bundan imtina edib, yaşadığı ünvanı da dəyişmişdir. Nəhayət Şahid1 ilə barışıb onu 13 yanvar 2020-ci il tarixdə evə qaytarıb ol ub-keçənləri öz aralarında müzakirə edib ona qarşı olan soyuqluğun səbəbini soruşarkən Şahid1 bildirmişdir ki, onlar əvvəlki evdə kirayədə yaşayarkən dostu Zərərçəkmiş şəxs onlara gəlib onun küsüb evdən getməsindən, tək olduğundan istifadə edib fiziki zor tətbiq edərək onunla cinsi əlaqədə olmuş, bundan sonra onu rüsvay edəcəyi ilə hədələyib şantaj etmişdir. Hətta o, başqa ünvana köçüb orada gizlənsə də Zərərçəkmiş şəxs onun olduğu ünvanı tapıb ora gələrək onu növbəti dəfə zorlamışdır. Şahid1in bu sözləri onda Zərərçəkmiş şəxsə qarşı qəzəb, nifrət və qisas hissi oyatmış, hadisədən bir neçə gün əvvəl Şahid1i atası Xin yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki bağ evinə aparıb Zərərçəkmiş şəxsdən qisas almaq üçün onu izləməyə başlamış və bir müddət əvvəl dükandan aldığı cib bıçağ ını üzərində gəzdirmişdir. O, 20 Yanvar 2020-ci il tarixdə saat 17:00 radələrində qayınatsıgilə gələrkən Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edib harada olduğunu soruşmuş, o, da qayınatasıgildə olduğunu dedikdə sonuncu 510 dəqiqəyə Novxanıya çatacağını demişdir. O, Zərərçəkmiş şəxsin Novxanıya qayınatasıgilə gələrsə Şahid1 ilə qarşılaşacağını yəqin edib buna imkan verməmək üçün idarə etdiyi «Toyota-prius» markalı Az **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Novxanı magistral yolunun kənarında yerləşən «Murad» marketin yaxınlığında onu gözləmişdir. Təxminən 20-30 dəqiqədən sonra Zərərçəkmiş şəxs idarə etdiyi «Neksia Ravon» markalı Az **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onun yanında dayanmış, onlar avtomobildən düşmədən bir qədər ordan-burdan danışmış, söhbət zamanı Zərərçəkmiş şəxs Şahid1in Novxanıda atasının bağ evində olduğunu bilmiş və oraya getmək istədiyini bildirdikdə, o, sonuncudan həmin evə tez-tez getməsinin səbəbini soruşmuş və eyni zamanda buna narazı olmasını hiss etdirməyə çalışmış, lakin Zərərçəkmiş şəxs buna əhəmiyyət verməyib bu dəfə avtomaşınını təmir etmək üçün qayınatasıgilə gedib ondan vintaçan almağı təklif etmiş, o, buna da razı olmadıqda Zərərçəkmiş şəxs qayınatasıgilə gedib çay içməyi təklif etmişdir. Zərərçəkmiş şəxs bütün təkliflərinin rədd edildiyini görüb Novxanıda məscidin harada yerləşdiyini soruşub qəflətən avtomobili yüksək surətlə idarə edərək «Murad» marketin yaxınlığından keçən kanalın üzərindəki körpünün böyründən bağlar massivinə doğru torpaq yolla hərəkət etməyə başlamışdır. O, Zərərçəkmiş şəxsin məscidə getdiyini düşünüb qayınatasıgilə qayıdarkən Şahid1 zəng edib «həyətə çıxıram, Zərərçəkmiş şəxs gəlir, onunla görüşüb hər şeyi bitirəcəm» demiş, o, isə yoluna davam edib bağ yolunda 2 Aprel küçəsinə çatarkən Zərərçəkmiş şəxsin yolun kənarında yerləşən yaşayış olmayan bağ evinin hasarının yanında idarə etdiyi avtomobili saxlayıb Şahid1i nəlayiq sözlərlə söyüb yumruq-təpiklə döyərək başını və bədənini divara çırpdığını görmüşdür. O, da idarə etdiyi avtomobili saxlayıb yerə düşərək Zərərçəkmiş şəxsi vurub Şahid1dən ayırmış, bu vaxt Zərərçəkmiş şəxs cibindən bıçaq çıxarıb onun üzərinə yeridikdə o üzərində gəzdirdiyi qatlanıb-açılan bıçağı cibindən çıxarıb Zərərçəkmiş şəxsi vurmuş, lakin ona neçə bıçaq zərbəsi endirdiyini xatırlamır. Bunu görən Şahid1 “bəsdir, nə edirsən, əl çək ondan, a llah onun bəlasını versin” dedikdə o, Zərərçəkmiş şəxsdən əl çəkmiş, bu vaxt qayınatası və qayınanası hadisə yerinə gəlmiş, onlar gələndən sonra onsuz da Zərərçəkmiş şəxsə xəsarət yetirə bilməyəcəyini nəzərə alıb hərəkətlərini dayandırmış, daha sonra əməlindən peşman olub Zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün həkim çağıraraq hadisə yerini tərk etmiş, özünü könüllü olaraq Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə təslim edib Zərərçəkmiş şəxs xəsarət yetirərkən silah qismində istifadə etdiyi bıçağı polis əməkdaşlarna təqdim etmişdir. Məhkum həmin ifadələrində həmçinin qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirərəkən onu öldürmək niyyətində olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, o, 2017-ci ildə qardaşı X16 CM-nin 234-cü maddəsi i lə həbs edilib İstintaq təcridxanasında saxlanarkən onun yanına gedib-gələndə qardaşının vasitəsi ilə həmin vaxt orada saxlanan Məhkum ilə tanış olmuşdur. Məhkum həbsdən azad edildikdən sonra onlar dostluq etmiş və hər ikisi taksi fəaliyyəti ilə məşğul olmuş, bu sahədə işləməklə biri-digərinə kömək etmişdir. O, Şahid1 ilə Məhkumun yanında işləyərkən tanış olmuş, Məhkumla Şahid1 ailə qurmuş və bu nikahdan onların Sevgi adlı qızları anadan olmuşdur. 2019-cu ilin avqust ayında Məhkum birdən-birə hamıdan gizlənməyə başlamış, daha sonra isə bir müddət Şahid1dən ayrılmışdır. 2019-cu ilin oktyabr ayının əvvəllərində Şahid1 onun mobil telefonuna tez-tez zəng edib danışaraq müxtəlif şəkillər göndərib onunla daha yaxın münasibət yaratmış, nəticədə onlar Bakı şəhərində, S.Vurğun parkında görüşmüşlər. 2019-cu ilin noyabr ayında o, ünvan 2 ünvanda iki otaqlı mənzil kirayə edib Şahid1i həmin ünvana gətirmişdir. Həmin vaxt Şahid1 birinci ərindən olan oğlu Tuncayı, Anardan olan qızı Sevgini Sumqayıt şəhərində yaşayan valideynlərinin himayəsinə vermişdir. O, Şahid1 ilə həmin ünvanda ər-arvad kimi yaşamağa başlamış, bu müddət ərzində Şahid1in anası Lətifə sonuncunun qızı ilə oraya gəlib onlarla birlikdə təxminən beş gün qalıb getmişdir. Şahid1 onunla bir yerdə yaşayarkən Məhkum Şahid1ə zəng edib dəfələrlə danışaraq ailə münasibətlərini bərpa etməyi xahiş etsə də, Şahid1 bundan imtina edib onun yanında yaşadığını Məhkumdan gizlətmiş, sonuncu da onların arasında olan münasibətlər barədə məlumatsız olmuşdur. 2020-ci ilin yanvar ayının ortalarında Şahid1in ona qarşı münasibəti dəyişmiş, bu zəmin də də onlar arasında narazılıq yaranmış, Şahid1 də buna görə atası evinə qayıtmışdır. Bundan sonra o, Şahid1ə zəng edərək evə gəlmədiyinin səbəbini soruşduqda sonuncu bunu istəmədiyini, uşaqları ilə atası evində yaşayacağını, lakin onunla istədiyi vaxt görüşə biləcəyini bildirmiş, eyni zamanda onlar arasında olan münasibətlərin gizli qalmasını istəmişdir. O, Şahid1in bu təklifi ilə razılaşmış, lakin o, həmin vaxt onun artıq əri Məhkumla barışıb onunla bir yerdə yaşadığını bilməmişdir. Sonralar bir neçə dəfə Şahid1ə zəng etsə də, sonuncu ona cavab verməmiş, araşdırdıqda isə onun Məhkumla barışdığını və onu aldatdığını öyrənmiş, sonuncunun bu hərəkətləri ona pis təsir edib onu qəzəbləndirmişdir. 18 yanvar 2020-ci il tarixdə Şahid1 onun telefon zənginə nəhayət cavab verdikdə ona aralarında ol muş münasibət barədə əri Məhkuma deyəcəyini bildirmiş, 20 yanvar 2020-ci il tarixdə səhər saatlarında Məhkuma zəng edib görüşməyi təklif etmiş, Məhkum da Novxanıya qayınatasıgilə qızına baş çəkməyə gəldiyini bildirmişdir. Həmin gün saat 18 radələrində o, idarə etdiyi avtomaşınla Masazır qəsəbəsinə sərnişin gətirib oradan da Novxanıya Şahid1gilə gedib həm onunla,həm də Məhkumla görüşüb onlarla söhbət etməyi qərara almışdır. O, Şahid1ə dəfələrlə zəng etsə də ondan cavab almamış, saat 18:30 radələrində Məhkumla danışıb Masazır qəsəbəsində olduğunu bildirdikdə sonuncu onu Novxanı bağlar massivində qayınatasıgilə gedən yolun üstündə yerləşən «Murad» marketin yanında gözləyəcəyini demişdir. Təxminən 20 dəqiqədən sonra o, «Murad» marketə yaxınlaşarkən yolun kənarında Məhkumun idarə etdiyi «Toy ota prius» markalı Az ** UN *** qeydiyyat nişanlı minik avtomobili ilə dayandığını görüb ona yaxınlaşaraq avtomobildən düşmədən bir-iki dəqiqə onunla umumi söhbət etmiş, sonra isə Şahid1ə zəng etmiş, bunu isə Məhkum görməmişdir. Şahid1 nəhayət telefonunu açdıqda nə üçün onun telefonuna cavab vermədiyini soruşmuş, sonuncu isə xeyli yüksək tonla danışıb səs-küy saldığından qəzəblənib ona Məhkumun yanında olmasını, aralarındakı münasibətlər barəsində ona xəbər verəcəyini bildirdikdə Şahid1 hər şeyi özü Məhkuma deyəcəyini söyləmişdir. Şahid1in hərəkətləri və sözləri onu qəzəbləndirmiş, avtomobili marketin yaxınlığından keçən su kanalının kənarı ilə idarə edərək Şahid1gilə getmişdir. Təpədən aşağı enərkən Şahid1in ev paltarında yolda artıq ona doğru iti addımlarla gəldiyini gördükdə, o, avtomaş ını saxlayıb yerə düşərək onun qolundan tutub hara getdiyini, nə üçün telefon zənglərinə cavab vermədiyini soruşarkən Məhkum idarə etdiyi avtomobillə gəlib onlara çatmasını görmüşdür. Şahid1 Məhkumu görüb «məni vurma, məni burax!» deyib yalandan səs-küy salmağa başlamış, o, isə Şahid1dən əlini çəksə də Şahid1 ondan yapışmış, Məhkum isə çatan kimi onu arxadan qucaqlayıb əlindəki bıçaqla onun döş qəfəsinin sol tərəfindən ardıcıl zərbələr endirmişdir. O, Məhkuma müqavimət göstərdiyindən bəzi zərbələr ona dəyməmiş, lakin növbəti bıçaq zərbəsindən yerə yıxıldıqda sonuncu əl çəkməyib bu dəfə bıçaqla başından zərbə endirib başına bir neçə təpik vurmuşdur. Bu vaxt Şahid1 Məhkuma “bəsdir, nə edirsən, əl çək ondan, allah onun bəlasını versin” demiş, eyni zamanda hadisə yerinə Şahid1in valideynləri g əlmiş, onlar gələndən sonra Məhkum ona xəsarət yetirə bilməyəcəyini nəzərə alıb ondan əl çəkmiş, Şahid1 onun cibindən mobil telefonunu götürüb telefonun kodunu bildiyindən onu açaraq telefonda olan SMS-ləri, şəkilləri və nömrələri silib telefonu yerə atmışdır. Daha sonra Məhkumun mobil telefonu ilə zəng edib ona həkim çağırmış, Məhkum isə avtomobilinə oturub hadisə yerini tərk etmiş, çağırışa gələn təcili tibbi yardım briqadası onu Bakı şəhəri Kliniki Tibbi Mərkəzə aparmışdır. Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, 2017-ci ildə o, Bakı şəhərində reklam şirkətində işləyərkən Məhkum ilə tanış olaraq 2018-ci ilin sentyabr ayında onunla ailə qurub Bakı şəhərində yaşamış, həmin nikahdan 2019-cu ilin fevral ayında Sevgi adlı qızları doğulmuşdur. Ailə qurduqdan sonra Mə hkumun dostu Zərərçəkmiş şəxs ailə üzvü kimi onların evinə sərbəst gəlib-getmişdir. Hadisədən bir müddət əvvəl Zərərçəkmiş şəxsin X və Y adlı dostları gəlib Məhkumun onlara borclu olduğunu deyib səs-küy salaraq ona hədə-qorxu gəlib getmişlər. Məhkum axşam evə gələndə həmin şəxslərin hərəkətindən şikayətlənib ondan həmin şəxslərə borclu olubolmadığını soruşmış, Məhkum isə heç kimə borcunun olmadığını bildirmiş, bu zəmində aralarında mübahisə yarandıqda Məhkum evdən getmişdir. Zərərçəkmiş şəxs Məhkumun evdən getdiyini yəqin etdikdə onu sevdiyini deyib onunla ailə qurmaq fikrində olduğunu bildirmiş, o da sonuncunun təklifini qəbul edib 2019-cu ilin sentyabr ayının sonunda Zərərçəkmiş şəxs Bakı şəhəri, Yeni Yasamal yaşayış kompleksində kirayə etdiyi iki otaqlı mənzilə köçüb onunla birlikdə ər- arvad kimi yaşamağa başlamışdır. Bir neçə gündən sonra Məhkum mobil telefonuna zəng edib görüşməyi təklif etdikdə, o, sonuncu ilə görüşmüş, lakin ona yaşadıqları evdən köçdüyünü, Zərərçəkmiş şəxslə bir yerdə yaşadığını ondan gizlətmişdir. Məhkumun onunla görüşüb barışmağa cəhd etdiyini bilən Zərərçəkmiş şəxs hədə-qorxu gəlib onu döyüb incitmiş, bu səbəbdən hadisədən bir neçə gün əvvəl Məhkumla barışıb onun yanına qayıtmışdır. Məhkumun yanına qayıdandan sonra Zərərçəkmiş şəxsin onu şantaj edəcəyini nəzərə alıb Məhkuma demişdir ki, onlar kirayədə yaşayarkən təxminən iki ay əvvəl Zərərçəkmiş şəxs onlara gəlib evdə tək olmasından istifadə edərək ona fiziki zor tətbiq edib cinsi əlaqədə olmuş, yaşadığı ünvanı dəyişib gizlənsə də Zərərçəkmiş şəxs onun olduğu ünvanı tapıb oraya gələrək onu təkrar zorlamış, bu səbəbdən ondan ayrı gəzmişdir. Məhkum onun söylədiklərini həqiqət kimi qəbul edib buna inanmışdır.Bir neçə gündən sonra Məhkum onu uşaqları ilə birlikdə atasının yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki bağ evinə gətirmişdir. Zərərçəkmiş şəxs onun atası evində olduğunu bilib bir neçə dəfə bağa gələrək onu kənara çağırıb hədə-qorxu gələrək onu rüsvay edəcəyi ilə hədələyib onunla getməyi tələb etmiş, o, bundan imtina etdikdə isə onu döymüşdür. Zərərçəkmiş şəxsin bu hərəkətlərini əri Məhkumdan və valideynlərindən gizlətmişdir. 20 yanvar 2020-ci il tarixdə saat 17:00 radələrində Məhkum idarə etdiyi «Toyota-prius» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən getmiş, o, isə onun işə getdiyini zənn etmişdir. Bundan təxminən 1 saat sonra Zərərçəkmiş şəx s onun istifadəsində olan mobil telefonuna zəng edib ondan küçəyə çıxmasını tələb etmiş, o, da küçəyə çıxdıqda sonuncu idarə etdiyi «Nexia Ravon» markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib yanında dayanmış və avtomobildən düşən kimi onun ünvanına nalayiq söyüşlər edib sillə- təpiklə onu vurmağa başlamışdır. Bu vaxt Məhkum idarə etdiyi avtomobillə onlara yaxınlaşıb avtomobildən düşərək onu Zərərçəkmiş şəxsin əlindən aldıqda sonuncu üzərində olan bıçağı çıxartmış, Məhkum da üzərində gəzdirdiyi tiyəsi və dəstəyi metaldan olan açılıb-qatlanan bıçağı çıxarıb Məhəmmədin bədəninə zərbələr endirməyə başlamış, zərbələri ardıcıl endirdiyini görüb belə davam edərsə onu öldürə biləcəyini dərk edib Məhkuma « bəsdir, nə edirsən, əl çək ondan, allah onun bəlasını versin» demiş, bu vaxt səs-küyə onun valideynləri gəlmiş, bu vax orada qonşu olmuş, valideynləri gələndən sonra Məhkum Zərərçəkmiş şəxsə xəsarət yetirməyə imkan verməyəcəklərini nəzərə ondan əl çəkmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün Məhkum mobil telefonundan zəng edərək həkim çağırmış, sonuncu isə hadisə yerini tərk etmişdir. Hadisə yerinə gələn həkim briqadası Zərərçəkmiş şəxsi Bakı şəhəri Kliniki Tibbi Mərkəzə aparmışdır. Cinayət işinin materiallarında olan 23 yanvar 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Məhkum törətdiyi cinayət əməli ilə bağlı vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə 23 yanvar 2020-ci il tarixdə ifadəsi yerində yoxlanarkən o, Zərərçəkmiş şəxs harada, hansı şəraitdə bıçaq zərbələ ri yetirdiyini əyani danışıb göstərərək törətdiyi cinayəti təkrar səmimi etiraf etmiş və bu barədə video və fotoçəkiliş aparılıb protokola əlavə edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 20 mart 2020-ci il tarixli 338 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının döş boşluğuna keçən 02 (iki )ədəd yarası, qarının qarın boşluğuna keçərək acı bağırsağı zədələyən 01 (bir) ədəd yarası, döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 03 (üç) ədəd yarası, alnın sol yarısının 01 (bir ) ədəd yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçaqla və buna oxşar digər bıçaqlarla yetirilmişdir. Müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğün gəlir və döş qəfəsinin sol yarısının döş boşluğuna keçən 02 (iki ) ədəd yarası, qarnın qarın boşluğuna keçərək acı bağırsağı zədələyən 01 (bir) ədəd yarası-dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Döş qəfəsinin ön səthinin döş boşluğuna keçməyən 03 (üç) ədəd yarası, alnın sol yarısının 01(bir) ədəd yarası-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə-tibb ekspertizasının 22 yanvar 2020-ci il tarixli 84 saylı rəyi ilə müəyyən edilir ki, Məhkum bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ əlin İ və İİ barmağının, sağ əlin arxa səthinin, sol əlin İİİ barmağının 5 ədəd yaraları. Qeyd olunan xəsarətlər kəsici kənarlı alətlə,ola bilsin ki, özü tərəfindən bıçaqla yetirilmişdir, müddəti müayinədən 01 gün əvvəl olmaql a 20 yanvar 2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Məhkəmə kollegiyası həm hazırki qərarda təsvir edilən, həm də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlardan çıxış edərək, qeyd etməyi lazım bilir ki, həmin sübutlara əsasən, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs Şahid1 qarşı etdiyi hərəkətlərə görə qəzəblənib onu cəzalandırmaq qərarına gələrək 20 yanvar 2020-ci il tarixdə saat 18 radələrində bu məqsədlə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onun sağlamlığına həm ağır, həm də yüngül zərər vurmuş, lakin onu öldürmək niyyətində olmayaraq hər hansı kənar müdaxilə olmadan hərəkətlərini dayandırmış, etdiyi əməldən peşman olaraq hətta hadisə yerinə təcili tibbi yardım çağırmış və artıq yerə yıxılmış Zərərçəkmiş şəxs öldürmək üçün kifayət qədər imkanı olsa da, bunu etməkdən çəkinmiş, sonra isə hüquq-mühafizə orqanlarına təslim olaraq cinayət əməlinin törədilməsində istifadə etdiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Bu hallara dair ifadə verən Məhkum cinayət təqibinin bütün mərhələlərində dəfələrlə bildirmişdir ki, o, ittiham olunduğu əməli törədərkən Zərərçəkmiş şəxs öldürmək niyyətində olmamış, onun belə niyyətinin olmasını təsdiq edən sübutlar isə istər ibtidai araşdırma zamanı, isərsə də məhkəmə iclasında əldə edilməmiş və həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxan məhkəmələr yalnız Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin sayına və dərəc əsinə əsaslanaraq Məhkum zərər çəkmiş şəxsi öldürmək məqsədilə ona bu xəsarətləri yetirməsi, yəni onun qəsdən adam öldürməyə cəhd etməsi barədə ehtimal xarakterli nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, bu nəticə həm işin faktiki halları ilə, həm cinayət qanunvericiliyinin tələbləri ilə, həm də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında əksini tapmış izah və tövsiyələrlə uzlaşmır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun bu normasının mənasına görə, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürməyə cəhd emə cinayəti isə yalnız birbaşa qəsdlə törədilir, yəni bu zaman təqsirkar şəxs digər şəxsin həyatına qəsd edərkən öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticəsini qabaqcadan görür və bu nəticənin baş verməsini arzu edir, lakin öz iradəsindən asılı olmayaraq həmin nəticənin baş verməsinə nail olmur. Bu zaman təhlil edilən cinayətin başa çatdırılmaması səbəbləri müxtəlif ola bilər və şəxsin qəsdən adam öldürməyə cəhd etməsi barədə nəticəyə gəlmək üçün ilk növbədə onun etdiyi hərəkətlərin nəticəsini qabaqcadan görməsinin və bu nəticəni arzu etməsinin sübuta yetirilməsi tələb olunur. Belə sübutlar əldə edilmədikdə, digər tərəfdən isə təqsirkarın öz əməlləri ilə zərər çəkmiş şəxsin s ağlamlığına hər hansı zərər vurması müəyyən edildikdə isə həmin əməllər baş vermiş nəticələrə əsasən sağlamlıq əleyhinə cinayət kimi qiymətləndirilməlidir. Qəsdən adam öldürməyə cəhd etmə əməlinin sağlamlığa bu və ya digər zərər vurma əməlindən fərqləndirmək üçün həmçinin təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilməli, bunun üçün isə işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri və davranışı nəzərə alınmalıdır. Qanunvericiliyin tələblərinə verilmiş təfsirə uyğun olan izah həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhk əmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə kollegiyasının yuxarıda göstərilən qənaəti həmçinin cinayət qanunvericiliyinin aşağıdakı normala rının tələblərindən irəli gəlir. Belə ki, CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-nin 25.3-cü maddəsinin tələbinə görə isə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-nin 29-cu maddəsində göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən as ılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə kollegiyası hazırki iş üzrə Məhkum qəsdinin nəyə yönəlməsi ilə bağlı cinayət işinin materiallarına müraciət etməyi və cinayətin subyektiv cəhətinin əsas əlaməti olan təqsir anlayışını təhlil etməyi zəruri hesab edir. Təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsirsizlik prezumpsiyası və təqsirə görə məsuliyyət prinsipləri ilə təqsir cinayət tərkibinin mütləq elementi kimi təsbit edilir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsasını təşkil edir. Belə ki, Cinayət Məcəlləsinin 7-ci maddəsinə uyğun olaraq, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun n əticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi proseslərlə səciyyələnir, şəxs ictimai təhlükəli nəticələrin baş verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində təqsirin forması bilavasitə Məcəllənin Xüsusi hissəsindəki normanın dispozisiyasında nəzərdə tutula və ya normanın mətninin şərh edilməsi yolu ilə müəyyən edilə bilər. Təqsirin formasının müəyyən edilməsi - yalnız qəsdən törədilmiş əməllərin cinayət məsuliyyətinə səbəb olduğu hallarda müvafiq məsuliyətin yaranıb-yaranmaması (CM-nin 128-ci maddəsi), obyektiv cəhətdən oxşar cinayətlərin fərqləndirilməsi (əməlin CM-nin 186 və ya 187-ci maddəsi ilə tövsif edilməsi), cinayətlərin təsnifatının müəyyən edilməsi (CMnin 15-ci maddəsinə müvafiq olaraq yalnız qəsdən törədilmiş cinayətlər xüsusilə ağır cinayətlər hesab olunur), cəzaçəkmə müəssisəsinin növünün təyin edilməsi (CM-nin 56.1ci maddəsi) kimi məsələlərin həlli üçün zəruridir. Məhkəmə kollegiyası Məhkum əməlinin düz gün tövsif edilməsi üçün işin hallarına bu təfsirdən yanaşaraq həmçinin vurğulamağı lazım bilir ki, iş üzrə toplanmış sübutlara əsasən, Məhkum Zərərçəkmiş şəxs qarşı, onun zənn etdiyi kimi, Şahid1 qarşı hadisədən əvvəl etdiyi hərəkətlərə görə qəzəb hissi yaransa da və buna görə ondan qisas almaq niyyəti olsa da, o, uzun müddət bu niyyətini həyata keçirmək üçün heç bir hərəkət etməmiş, hətta hadisə baş verməzdən əvvəl onunla görüşərkən öz niyətini həyata keçirmək üçün heç bir maneə olmadığı təqdirdə “Murad” marketin qarşısında zərər çəkmiş şəxslə mübahisə etmədən, münaqişə yaratmadan söhbət etmiş və bundan sonra Zərərçəkmiş şəxs Şahid1 ilə görüşməsini ehtimal edərək onun arxasınca sonuncunun yaşadığı evə tərəf getmiş, oraya gəldikdə isə zərərçəkmişin Şahid1 ilə mübahisə etdiklərini, hətta, özünün deməsinə görə, ona qarşı zor tətbiq etməsini gördükdə, şüurunda yenidən qəzəb hissi oyanmış və bu zəmində o, üzərində gəzdirdiyi bıçaqla heç özünün də bilmədiyi sayda zərbələr endirərək Zərərçəkmiş şəxs ağır və yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, lakin onu öldürmək niyyətində olmayaraq və onun ölümünün baş verməsini arzu etməyərək kənar müdaxilə olmadan öz hərəkətlərini dayandırmış, onun ölə bilməsini isə heç ehtimal belə etməyərək törətdiyi əməlin nəticələrinə biganə yanaşmamış və hadisə yerinə təcili tibbi yardım çağıraraq oranı tərk etmişdir. Bu hallar bir daha onu göstərir ki, Məhkum əvvəllər dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs ölməsini arzulamamış, yəni onun qəsdi birbaşa belə nəticənin baş verməsinə yönəlməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, b ütün yuxarıda təsvir edilənlərə görə Məhkum Zərərçəkmiş şəxs müxtəlif xəsarətlər yetirərək onun sağlamlığına ağır və yüngül zərər vurması mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində CM-nin 29,120.1-ci maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, Məhkum qarşı CM-nin 29,120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham apellyasiya instansiyası məhkəməsinin qərarı ilə birgə təhlil edildikdə görünən odur ki, həm ittiham, həm də birinci instansiyası məhkəməsinin hökmü, habelə həmin hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarı məhkum olunmuş şəxsin ifadələri ilə yanaşı yalnız zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslanır ki, bu ifadələrin məzmunundan da Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti görü nmür, məhkumun belə məqsədinin olmasına dair başqa sübutlar da əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm bu hallar, həm də Məhkum hadisədən sonrakı hərəkətləri və davranışı onun Zərərçəkmiş şəxs öldürmək məqsədində olmasına dəlalət etmədiyindən onun törətdiyi cinayət əməli baş vermiş nəticənin daha ağırına uyğun olaraq, yəni zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurması kimi qiymətləndirilib CMnin 29,120.1-ci maddəsindən, kassasiya şikayətində göstərildiyi kimi, CM-nin 127.1-ci maddəsinə deyil, CM-nin 126.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxs lər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinə dair gəldiyi qənaətlə bağlı vurğulayır ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin xüsusi bir növünün sağlamlıq əleyhinə olan cinayətlərin ən təhlükəlisidir. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur, yəni həmin cinayətin obyekti insanların sağla mlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhətinə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərindən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər, lakin insan sağlamlığına ağır zərər hərəkətsizliklə də vurula bilər. Bu, o halda mövcud olacaqdır ki, təqsirkar şəxs zərərçəkmiş barəsində etməli olduğu hərəkəti etməsin və nəticədə onun sağlamlığına ağır zərər vurulsun. Subyektiv cəhətdən isə qeyd olunan cinayət həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutların fövqündə qanunvericiliyin tələblərinə, onlara verilmiş təfsirə əsaslanaraq araşdırılmış sübutların Məhkum qarşı irəli sürülmüş itti ham üzrə təqsirli bilinməsi məsələsinə bu sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi (apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin qərar sübutlara deyil, yalnız ehtimallara və subyektiv mülahizələrə əsaslanmışdır), bütün şübhələrin isə təqsirləndrilən şəxsin xeyrinə həll olunmasına dair qanunvericiliyin təlbələrindən çıxış edərək bir daha Məhkum cinayət əməlinin CM-nin 29, 120.1-ci maddəsindən CM-nin 126.1-ci maddəsinə ilə tövsif edilməsini qanuni və əsaslı sayır və hesab edir ki, bu haqda qənaət cinayət mühakimə icraatının fundamental prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına və prosessual qanunvericiliyin aşağıdakı tələblərinə də uyğundur. Belə ki, təqsirsiz lik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyi bsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Bu norma törədilmiş cinayətin bütün əlamətləri, o cümlədən subyektiv cəhəti üzrə də nəticəyə gəlmək üçün kifayət edən mötəbər sübutların qanuni üsullarla toplanılmasını və onların məhkəmə iclasında araşdırılmasını tələb edir. Mötəbər olmayan, qanusuz yollarla əldə edilmiş, yaxud da məhkəmədə tədqiq olunmamış sübutların məhkəmənin iş üzrə gəldiyi hər hansı nəticənin və ona uyğun qəbul edilmiş yekun məhkəmə aktının əsası kimi qəbul edilməsi, ya da belə nəticənin subyektiv ehtimallara və mülahizələrə əsaslanması qanunsuz və yolverilməz hesab edilmilidir. Bu təfsir prosessual qanunvericiliyinin aşağıdakı normasının da tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi halların a şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrinin tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Beləliklə, Məhkum kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə, maddi hüquq normalarına yuxarıda göstərilən şəkildə verdiyi təfsirə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, Ali Məhkəmənin Plenumunun izahına və araşdırılmış sübutlarla təsdiq olunan işin müəyyən olunm uş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum cinayət əməli CM-nin 29,120.1-ci maddələrindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməklə yanaşı ona bu maddə ilə cəza birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış hallara əsasən, CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələbləri nəzərə alınmaqla CMnin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə təyin olunmalı, onun cəza çəkmə müəssisinin növü isə CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilməldir. Belə ki, CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsini, buna görə bu maddədə göstərilən cinayətin CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab edilməsini nəzərə alaraq məhkəmə kollegiyası Məhkum əməlinin tövsif edildiyi maddəyə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməli olmasını qanuni və əsaslı hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün Azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq Məhkum Səbail Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasının ödən ilməmiş 1440 (min dörd yüz qırx) manat hissəsi hazırkı qərarla təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməli və CM-nin 68.2-ci maddəsinə əsasən həmin cəzalar müstəqil icra edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və müdafiəçi N.Y.Həşimovun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum CM-nin 29,120.1ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarı isə kassa siya şikayətinə münasibətdə dəyişdirilməklə Məhkum cinayət əməli CM-nin 29,120.1-ci maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə, habelə CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin olunmalı, təyin edilmiş azadlıqdan məhrum etmə və cərimə cəzaları müstəqil icra edilməli və o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhk um olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilsin və ona bu maddə əsasında 07 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Məhkum Səbail Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasının ödənilməmiş 1440 (min dörd yüz qırx) manat hissəsi hazırki qərarla təyin olunmuş cəzaya tam birləşdirilsin və ona qəti olaraq 07 (bir) il müddətə azadlıqdan məhrum etmə və 1440 (min dörd yüz qırx) manat miqdarında cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkum hazırki qərarla təyin edilmiş cəzalar müstəqil icra edilsin və o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1047/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1047/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver