Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1047/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri İmanov Nazim Nəriman oğlunun, Məhkum və məhkumun müdafiəçisi X8 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Abdulla Məmmədov (sədrlik edən və məruzəçi) Mikayıl Məmmədzadə və Roman Ələkbərlidən ibarət tərkibdə) 13 iyun 2023-cü il tarixli 1(100)-18/2023 nömrəli hökmü ilə, xx xxxxxxxx 1988-ci ildə Bərdə rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bərdə rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəs sisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən, Məhkum xx.xx.2021-ci ildə 2015-ci ildən rəsmi nikahda olduğu arvadı X1 istifadəsində olan “Redmi” markalı mobil telefonda aparılan yazışmalara və fotoşəkillərə baxdıqdan sonra əvvəllər tanımadığı şəxslərlə Təranənin sevgi münasibətində olub ona xəyanət etməsindən şübhələnərək arvadını qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2021-ci il, saat 11:12 radələrində anası Şahid7 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə Təranə Mustafayevanın müvəqqəti istifadə etdiyi 051 ***-**-** saylı mobil nömrəyə zəng edib aralarındakı münasibətləri aydınlaşdırmaq üçün söhbət etmək bəhanəsi ilə sonuncunun qardaşı X7 ilə birlikdə Ağdam rayonu, Bəybabalar kənd sakini Şahid1 məxsus “VAZ 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev adına istirahət parkına gəlməsinə nail olmuş, saat 15:15 radələrində həmin parkın ərazisində arvadı ilə guya gələcək münasibətləri barədə təklikdə söhbət edəcəyini Xəyal Dadaşova deyib sonuncudan 20-25 metr aralanaraq Təranə Mustafayevanın ona xəyanət etməsi və Bərdə rayonu, Muğanlı kəndində yerləşən yaşadıqları evdə başqa kişi ilə cinsi münasibətdə olması barədə təxminən 3-4 dəqiqə araşdırma yönümlü söhbət apararaq Təranə Mustafayevanın əvvəllər tanımadığı Tərtər rayon sakini, yəni Şahid2 ilə qeyri-rəsmi münasibətdə olmasını özündə qətiləşdirdikdən sonra arvadının ona xəyanət etməsi nə əmin olub hiddətlənərək, qəsdən öldürmək niyyətini qətiləşdirib yaşadığı evdən götürüb şalvarının qarın hissəsində gizlətdiyi məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Təranə Mustafayevaya qarşı xüsusi rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq bədən səthinin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri vurub, eləcə də zərərçəkmişin çağırışına gəlmiş qardaşı Xəyal Dadaşovun gözləri qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək Təranə Mustafayevanın üzünə və kürək nahiyyəsinə axırıncı zərbələri yetirib yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa bərabərində ağ ciyərin, ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və kəskin qanitirmə nəticəsində onun ölümünə səbəb olan cəmi 2 ədəd, sağ kürək nahiyəsinin tış səthində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş xəsarət olmaqla, ümumilikdə 3 ədəd həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərər vuran xəsarətlər, döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 1 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, alın nahiyəsində 3 ədəd, təpə sümüyünün kəsilməsi ilə təpə nahiyəsində 2 ədəd, burun nahiyəsində 1 ədəd, üst dodaq nahiyəsində 2 ədəd, alt dodaq nahiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd, çənəaltı nahiyədə 1 ədəd, sağ üst göz qapağı nahiyəsində qismən alın nahiyəsini əhatə etməklə 1 ədəd, sağ mil-bilək oynağı n ahiyəsində 1 ədəd, sağ said nahiyəsində 4 ədəd, sağ əl nahiyəsində 1 ədəd, sol said nahiyəsində 1 ədəd, sol əl nahiyəsində 1 ədəd, sağ baldır-ayaq oynağı nahiyəsində 3 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş, canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran ümumilikdə 26 ədəd olmaqla, cəmi 29 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, qısqanclıq zəminində X2 xüsusi amansızlıqla qəsdən öldürmüş - yəni qəsdən həyatdan məhrum etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi, hakimlər Əlizamin Abdullayev və Rafiq Cəfərovdan ibarət tərkibdə) 21 sentyabr 2023-cu il tarixli 1(104)-445/2023 nömrəli q ərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 1(100)-18/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarı ləğv edilməsi və onun əməli CM-in 120.1-ci maddəsinə tövsif edilməsi üçün işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya şikayətində qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi hər hansı istintaq hərəkəti həyata keçirmədən, araşdırma aparmadan, verilən ifadələri tədqiq etmədən, şahidləri dindirmədən birinci instansiya məhkəməsinin hökmdə göstərilənəri qərarında təkrarlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi ona cəza təyin edilməsinə dair hökm çıxararkən CM-in cəza təyin edilməsinə, cəzanın məqsədinə dair tələblərinə əməl etməmişdir. Ümumiyyətlə cinayət işinin materialları, iş üzrə toplanmış sübutlar, şahid ifadələri qərəzli şəkildə saxtalaşdıraraq tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə materiallar dəyişdirilmiş, həqiqəti əks etdirən sübutlar gizlədilmişdir. Apellyasiya Məhkəməsi tərəfindən onun cinayət işi ümumiyyətlə araşdırılmamış, heç bir istintaq hərəkəti keçirilməmiş, şahidlərin ifadələri alınmadan, sübutların videoların, ve rilən ifadələri araşdırılmadan birinci instansiya məhkəməsi tərəfindən pozuntusu ilə aparılmasını nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkum Rəhman Cəfərovun kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fər qli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində iş üzrə tam, obyektiv və hərtərəfli araşdırılma aparılmadığını, əməlinin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmədiyini vurğulayaraq, qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək Məhkum əməlinin tövsifi ilə əlaqədar işin hallarına və iş üzrə sübutlara münasibət bildirməyi zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, ağırlaşdırıcı hal lar olmadan qəsdən adam öldürmə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif olunur. Xüsusi amansızlıqla qəsdən adam öldürmə Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilir. “Xüsusi amansızlıq” anlayışı tibbi yox, hüquqi anlayış olduğuna görə onun müəyyən edilməsi məhkəmə tibb ekspertizasının deyil, istintaq və məhkəmə orqanlarının səlahiyyətinə daxildir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədə rkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallar da öldürməkdə də ifadə oluna bilər. Hökmə əsasən, Məhkum 30 avqust 2021-ci ildə arvadı X1 ona xəyanət etməsindən şübhələnərək arvadını qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 06 sentyabr 2021-ci il tarixdə onu və sonuncunun qardaşı X4 Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev adına istirahət parkına çağırılmış və parkın ərazisində arvadı ilə guya gələcək münasibətləri barədə təklikdə söhbət edəcəyini Xəyal Dadaşova deyib sonuncudan 20-25 metr aralanaraq, yaşadığı evdə götürdüyü mətbəx bıçağı ilə Təranə Mustafayevaya qarşı xüsusi rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq bədən səthinin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri vurub, eləcə də zərərçəkmişin çağırışına gəlmiş qa rdaşı Xəyal Dadaşovun gözləri qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək Təranə Mustafayevanın üzünə və kürək nahiyəsinə axırıncı zərbələri yetirib yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa bərabərində ağ ciyərin, ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və kəskin qanitirmə nəticəsində onun ölümünə səbəb olan cəmi 2 ədəd, sağ kürək nahiyəsinin tış səthində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş xəsarət olmaqla, ümumilikdə 3 ədəd həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərər vuran xəsarətlər, döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 1 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, alın nahiyəsində 3 ədəd, təpə sümüyünün kəsilməsi ilə təpə nahiyəsində 2 ədəd, burun nahiyəsində 1 ədəd, üst dodaq nahiyəsində 2 ədəd, alt dodaq nahiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd, çənəaltı nahiyədə 1 ədəd, sağ üst göz qapağı nahiyəsində qismən alın nahiyəsini əhatə etməklə 1 ədəd, sağ mil-bilək oynağı nahiyəsində 1 ədəd, sağ said nahiyəsində 4 ədəd, sağ əl nahiyəsində 1 ədəd, sol said nahiyəsində 1 ədəd, sol əl nahiyəsində 1 ədəd, sağ baldır-ayaq oynağı nahiyəsində 3 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş, canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran ümumilikdə 26 ədəd olmaqla, cəmi 29 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirib müstəsna dərəcədə rəhmsizlik və qə ddarlıq nümayiş etdirərək X2 həyatdan məhrum etmişdir. İş materiallarında qeyd edilmiş hadisənin gedişatı, hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum X2 xüsusi amansızlıqla qəsdən adam öldürməsi tam sübuta yetirilmişdir və onun əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edilməsi üçün işdə heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun poz untusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilmə sinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşdə n görünür ki, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, könüllü gəlib təqsiri boynuna almasını, himayəsində azyaşlı uşaqlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və əməlində cinayəti ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, o, 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam v ə obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 21 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd ol unanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Məhkumun kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1047/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1047/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver