Məhkəmə qərarları › İş №1(102)-1048/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1048/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1048/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxsin hüquqi varisi X7, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X9 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov) 1(003)187/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum, xx xxx 1965-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Azneft” İB-nin H.Z.Tağıyev adına X4yuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası məhkumun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilmiş, cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış və üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsin in hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkum “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləməklə vəzifə təlimatına uyğun olaraq işə vicdansız və laqeyd münasibəti və öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində xx xxxxxxxx 2018-ci il tarixdə H.Z.Tağıyev adına X3 sahəsinin 2-ci mədəninin 1368 saylı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin pərçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını aparan H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X6 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmış, həmin vaxt sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsinə ilişərək qaldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan kəskin qanitirmə ilə müşaiyət olunan boyunun yumşaq toxumalarının, əzələlərin, arteriya və venalarının əzilib-cırılması, qırtlağın cırılıb ayrılması, boyun fəqərələrinin qəlpəli, yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ və sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq, qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəsinin və sol saidin əzilmiş yaraları, boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim Faiq Qasımov, hakimlər Qədim Babayev və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)01473/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılmas ı cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə tam, hərtərəfli və obyektiv aparılmamış, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən də Məhkum barəsində çıxarılmış qərar ləğv edilməli və onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, işin faktiki halları ilə Xəzər rayon məhkəməsinin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmasına baxmayaraq Bakı Apellyasiya məhkəməsi ümumiyyətlə bu hissəyə baxmamış, sadəcə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin özünü ədalətsiz hesab edərək dəyişdirmişdir. Bakı Apellyasiya Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs şikayət verməmiş, zərərçəkmiş tərəf isə şikayətində işin faktiki hallarından şikayətçi olmamışdır. Məhkəmə bu mövqeyini hökmdə ifadə edərək bununla işini bitmiş hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hökmündən də açıq aydın görünür ki, məhkəmə tərəfindən işin faktiki hallarına ümumiyyətlə diqqət yetirilməməsi, təqsirləndirilən şəxsin apellyasiya şikayəti verməməsinə görə on un özünü təqsirli hesab etməsi qənaətinə gəlməsi birbaşa təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnu pozmasıdır. Çünki məhkəmə özünün təqsirsizliyini sübut etmək üçün heç bir hərəkət etməməsini təqsirləndirilən şəxsin ziyanına şərh etmiş və bununla da onun təqsirli olub-olmamasını araşdırmağa ehtiyac duymamışdır. Kassator işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, məhkəmə irəli sürülmüş ittiham daxilində işə baxmalı və bunun əsasında ədalətli qərar qəbul etməlidir. Lakin ittiham aktından və məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan görünür ki, təqsirləndirilən şəxs təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə zərərçəkmiş Əsəd Əliyev vəfat etmişdir. İlk növbədə məhkəmə ümumiyyətlə izah etməmişdir ki, təqsirləndirilən şəxsin təhl ükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət etməməsi dedikdə konkret olaraq nəyi nəzərdə tutumuşdur. Çünki cinayət işinin materiallarında olan sübutlarla tam təsdiq olunur ki, zərərçəkmiş şəxs təhlükəsizlik texnikası qaydaları ilə həm birdəfəlik, həmdə dövri olaraq tanış olmuş və vaxtında təlimatlandırılmışdır. Bundan başqa əgər məhkəmə hesab edirsə ki, hadisə baş verən gün təqsirləndirilən şəxs nəzarət etməklə bağlı qaydaları pozmuşdur. Buna dair də cinayət işinin materiallarında olan kifayət qədər sübutlar ilə təsdiq olunur ki, təqsirləndirilən şəxsin belə bir vəzifəsi olmamış, bundan başqa hadisə günü təqsirləndirilən şəxsin istirahət günü olduğuna görə evində olmuşdur. İstirahət günü olan və evində olan birinin hansı formada nəzarət etməsi ümumiyyətlə hökmdə qeyd edilməmişd ir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, zərərçəkmiş şəxs peşəkar işçi olmuş, illərlə eyni işi həyata keçirmiş, illərlə təlimatlar keçmişdir. Həmin gün orada olan işçilər arasında ən təçrübəli işçi olmuş və ən əsası da bədbəxt hadisənin baş verdiyi əraziyə və iş sahəsinə birbaşa cavabdeh məhz zərərçəkmişin özü olmuşdur. Beləliklə, təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittiham yalnız şübhələrdən və ehtimallardan ibarətdir. Məhkəmə baxışı zamanı ittiham tərəfıtəqsirləndirilən şəxsin təqsirliliyinə dair heç bir sübut təqdim edə bilməmiş və bu da tamamilə qanunauyğundur. Çünki o, məhkum olunduğu cinayəti ümumiyyətlə törətməmişdir. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv edilməsini və cinayət işinin icraatına Məhkum barəsində bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Ayxan Hüseynlinin və zərərçəkmiş şəxsin hüquqi varsinin və sonuncunun nümayəndəsinin çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü ma ddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin ka ssasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi məhkumun kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşa n, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, Məhkum əməli özünün etirafecidi ifadəsindən əlavə cinayət işinin materiallarındakı digər sübutlardan müəyyən olunur ki, ona istinad olunan cinayət əməlini törətməsi iş üzrə şahidlərin ifadələri ilə, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və iş in digər təsdiqedici sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr Məhkum barəsindəki sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun özünün, zərərçəkmiş hüquqi şəxslərin, şahidlərin ifadələri, keçirilmiş üzləşdirmə protokolları, ekspertiza rəyləri, eləcə d ə tədqiq edilmiş cinayət işinin materiallarında olan sənədlərə əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilm iş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin materiallarındakı sübutlardan apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola bilə cək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorun Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə dəlillərini təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir, onları əsassız hesab edir və belə nəticəyə gəlir ki, cinayət işinin materiallarındakı sübutlar X2 isnad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən törədilməsinə heç bir şübhə yeri qoymur. Odur ki, məhkəmə kollegiyası kassatorun bu dəlilini də əsassız olduğundan qəbul etmir. Beləliklə, kassasiya kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlilləri istintaq orqanı tərəfindən qanunamüvafiq qaydada toplanmış və məhkəmə araşdı rmaları zamanı tam, hərtərəfli və obyektiv surətdə araşdırılaraq qiymət verilmiş sübutların məcmusu ilə müqayisəli surətdə tədqiq edərək belə qənaətə gəlir ki, Məhkum isnad edilən cinayət əməli (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddələrində nəzərdə tutulan əməllər) mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam təsdiq olunur. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya ş ikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar