Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1048/2022 23.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum3, Məhkum5 və onun müdafiəçisi Müdafiəçi5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli, 1(103)-55/2022 nömrəli qərarından Məhkum5 müdafiəçisi Müdafiəçi5 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayə tlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum5 xx xxxxxx 1990-ci il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Milli Hidrometeorologiya Departamentinin Təsərrüfat və texnikitəminat şöbəsinin rəisi vəzifəsini icra edən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır.
2. Məhkum3 3 mart 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan Milli Hidrometeorologiya Departamentinin İqtisadiyyat və mühasiba t uçotu sektorunda məsləhətçi-iqtisadi vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4şayır. 3. 30 dekabr 2019-cu il tarixli ittiham aktına görə Məhkum5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 32.5,179.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 07 fevral 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum5 və Məhkum3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum3 qabaqcadan əlbir elan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə vahid niyyətlə və külli miqdarda ziyan vurmaqla talamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm ziyan vurm aqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin müəyyən edilmiş ki, Məhkum5 qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla talamalarında, qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmələrində, qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağ ır nəticələrə səbəb olan mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində qeyrisi ilə birlikdə köməkçi qismində iştirak etmişdir.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 1(101)102/2021 saylı hökmü ilə Məhkum3 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 308.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə sanksiyada nəzərdə tutulmuş müəyyən vəzifə tutuma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilmədən 4 (dörd) il müddətə azadlıqdan məhrum etm ə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 75.1.1- ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Məhkum3 qəti cəza 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum3 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmuş və ona 2 il sınaq müddəti müəyyə n edilmişdir. Məhkum5 Azərbaycan Respublikası CM-nin 32.5,179.3.2, 32.5,308.2 və 32,313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-nin 32.5,179.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 32.5,308.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə sanksiyada nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilmədən 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdd əti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum5 qəti cəza 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum5 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmuş və ona 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir.Hökmlə digər məsələlər də həll edilmişdir.
7. Həmin hökmlə həmçinin Məhkum1, Məhkum2 və Məhkum4 təqsirli bilinərək məhkum edilmişlər.
8. Hökmdən Məhkum5 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunl a əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 öz ifadələrində dəfələrlə onun cinayətdə heç bir iştirakının olmadığını bildirmişlər. Eyni zamanda iş üzrə zərərçəkmiş qismində tanınmış şəxslər də onlara heç bir ziyan dəymədiyini, əmək haqlarını özləri aldığını bildirmiş, cinayət baş verən zaman isə onun vəzifəsi aparıcı mütəxəssis olmuşdur.
9. Hökmdən Məhkum5 müdafiəçisi Müdafiəçi5 verib, hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdə zərərçəkənlərin ifadələrinə hüquqi qiymət verilməmiş, ərizə və ifadələri işdə olan digər sübutlarla müqayisəli təhlil edilməmişl’r. Zərərçəkənlərin məhkəməyə təqdim etdiyi ərizələrdən isə görünür ki, onların heç biri nə birbaşa, nə də dolayısı ilə mənəvi, fiziki və ya maddi ziyan çəkməmişlər. Birinci instansya məhkəməsinin hökmündə əsaslandırılma aparılmamış, Məhkum5 təqsirləndirildiyi əməldə təqsiri sübuta yetməmi.? Lakin bəraət əvəzinə ona cəza təyin edilmişdir.
10. Hökmdən Məhkum3 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdə göstərilənlərdən onun xəbəri olmamış və ola da bilməzdi. Bütün sadalananları törətmək üçün heç kiminlə qabaqcadan əlbir olmamışdır. O, yalnız gündəlik işini görmüş və rəhbərliyin göstəriş, tapşırıqlarını yerinə yetirmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli, 1(103)-55/2022 nömrəli qərarı ilə məhkumlar Məhkum5, Məhkum3 və Məhkum5 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli hökmü Məhkum3 və Məhkum5 barələrində verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli qərarından Məhkum5 müdafiəçisi Müdafiəçi5 və Məhkum3 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
13. Məhkum5 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum5 əməlində cinayət tərkibi olmadığından və əməli sübuta yetirilmədiyindən sonuncu barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.
14. Məhkum3 kassasiya şikayətində qeyd etmişdir ki, barəsində olan hökmlə razı deyil, onu qanunsuz, qeyri-obyektiv və ədalətsiz hesab edir, heç bir günahı olamadan qanunsuz olaraq barəsində cinayət işi açılmışdır. Məhkəmə kollegiyasından Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində olan hökmünü ləğv edərək, ona bəraət verilməsini xahiş edir.
15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəm ə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cin ayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkum5 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını və əməli sübuta yeririlmədiyini qeyd etməklə məhkuma bəraət verilməsini, digər Məhkum3 isə kassasiya şikayətində heç bir cinayət törətmədiyinə görə ona bəraət verilməsini xahi ş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-ci maddəsində təsbit olunmuş hallarla əlaqələndirmişlər.
21. Odur ki, məhkəmə kollegiyası verilən kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Məhkum5 və Məhkum3 hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətmələri faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Məhkum5 və Məhkum3 yuxarıda təsvir edilən əməlləri törətmələrinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayət törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, Məhkum3 və Məhkum5 təqsirliliyi onların ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, tədqiq o lunmuş sübutlarla təsdiq olunmuş, tam, hərtərəfli və obyektiv araşdırılmışdır. Mötəbərliyi şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi məhkumların ittiham olunduğu cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, Məhkum3 əməli Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə və Məhkum5 Azərbaycan Respublikası CM-nin 32.5,179.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə düzgün tövsif etmişdir.
24. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, k assasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum5 əməlinin Azərbaycan Respublikası CM-nin 32.5,179.3.2, 32.5,308.2 və 32.5,313-cü, Məhkum3 əməllərinin isə Azərbaycan Respublikası CMnin 179.3.2, 308.2 və 313-cü maddələri ilə tövsif edilməsi, bu maddələrlə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının aşkar edilməməsi haqqında qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh olunduğundan, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyas ı hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara cinayət hadisəsinin öz mənafeylərinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyi şdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum5 müdafiəçisi Müdafiəçi5 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 yanvar 2022-ci il tarixli, 1(103)55/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum5 müdafiəçisi Müdafiəçi5 və Məhkum3 tərəfindən ayrı ayrlılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 yanvar 2022-ci il tarixli, 1(103)-55/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.