Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1048/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Hüseynov Murad Mais oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər M əhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.4 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərarı ilə isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlinin CM-nin 234.4.2-ci maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Sadıxov Ras im Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1983-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2011-ci il tarixli qərarı CM-nin 70 maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə həmin cəza şə rti olaraq tətbiq edilmiş, Siyəzən Rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 avqust 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 228.4-cü və 234.4.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-nin 228.4-cü maddəsilə 01 (bir) il müddətə, CM-nin 234.4.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CMnin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhr um etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin X16 da CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 22 iyul 2020-ci il tarixdən 09 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 18 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 10 (on) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, satış məqsədi ilə 27 may 2020-ci il tarixdə, saat 16 radələrində Şabran rayonu ərazisində X4 290 manata qanunsuz olaraq əldə etdiyi 16,368 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vas itə olan qurudulmuş marixuananı idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobil ilə Siyəzən şəhəri ərazisinə daşımış, saat təxminən 16 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı idarə etdiyi həmin avtomobil ilə Siyəzən şəhəri H.Əliyev küçəsi ərazisində saxlanılarkən Siyəzən RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarının “saxla” işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirməklə yaşadığı ünvan 3 ünvanın qarşısında polis əməkdaşları tərəfindən təkrarən saxlanılarkən yenidən idarə etdiyi avtomobil ilə yüksək sürətlə hərəkət edərək oradan uzaqlaşmaqla Siyəzən-Qalaaltı yolunun 1-ci kilometrliyinə gəlmiş, orada polis əməkdaşları tərəfindən saxlanılacağından ehtiyat edərək həmin narkotik vasitə olan qurudulmuş marixuananı po lis əməkdaşlarından yayındıqdan sonra götürmək məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 4,033 qram; 4,073 qram; 3,973 qram və 4,289 qram olmaqla 1 (bir) ədəd ağ-qırmızı rəngli sellofan torbanın içərisində üzərində “Victory” sözləri yazılan içəriləri sıx doldurulmuş vəziyyətdə 4 (dörd) ədəd kibrit qutularında yol kənarına ataraq uzaqlaşmış, həmin narkotik vasitə 28 may 2020-ci il tarixdə qeyd olunan yerə baxış keçirilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 6,202 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamış və soyuq silah hesab edilən atipikmaskalanmış bıçağı əldə edib üzərində gəzdirmiş, 10 iyul 2020-ci il tarixdə CM-nin 234.1ci maddəsi ilə barəsində olan axtarış işi ilə əlaqədar Siyəzən şəhəri, H.Əliyev küçəsində tutularaq Siyəzən RPŞ-nə gətirilib Növbətçi Hissəyə daxil olarkən əynində olan şalvarın kəmərinin toqqasında gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu isə deşici xassəyə malik atipikmaskalanmış, yəni xüsusi olaraq bel kəmərinə toqqa əvəzinə keçirilərək gizli şəkildə daşımaq üçün nəzərdə tutulmuş soyuq silah hesab edilən bıçaq ilə qarın nahiyyəsinə vuraraq özü-özünə xəsarət yetirdiyinə görə Siyəzən rayon TTYX-na aparılıb orada paltarlarına baxış keçirilərkən həmin narkotik vasitə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Hö kmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 01 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum əməli CM-nin 234.4.2ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, ona CM-nin 234.2-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəza ona hökmlə CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası il ə qismən toplanılmaqla adı çəkilən məhkuma qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissədə Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Dövlət ittihamçısı2 kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi, Məhkum isə kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilməsini, onun əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona yüngül caza təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) sübutların toplanılması və qiymətləndirilməsinə dair tə ləblər təsbi edilmiş bəzi normalarına, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsassız olmasını iddia edən Dövlət ittihamçısı2 həmin protestini onunla əsaslandırmışdır ki, həmin məhkəmə qanunun tələblərini pozaraq iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə Məhkum əməlinin CM-nin 234.4.2-ci maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi barədə əsassız qərar qəbul etmişdir. Dövlət ittihamçısı öz kassasiya prot estində bildirir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 6,202 qram olan qurudulmuş marixuana təqsirkara məxsus olmaqla həmin narkotik vasitənin ondan götürülməsi zamanı heç bir prossesual pozuntuya yol verilməmişdir. İş materiallarında olan telefon məlumatlarının təhlilindən göründüyü kimi, Məhkum aktiv narkotik vasitələrin satışını həyata keçirməklə müxtəlif şəxslərlə bu vasitələrin satışı İlə bağlı danışıqlar aparıış, hətta həmin telefon danışıqlarında məsuliyyətdən yayınmaq üçün özünə polis şöbəsində xəsarət yetirəcəyini əvvəlcədən bildirmişdir. Bütün bu hallar isə Məhkum təkrarən narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı əməlləri törətməkdə təqsirli olduğunu təsdiq edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət veril mədiyinə və Məhkum əməlləri düzgün tövsif edilmədiyinə görə həmin məhkəmənin qəbul etdiyi qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Kassasiya şikayətində əsasən cəza çəkdiyi müddət ərzində özünü nizam-intizamlı məhbus kimi aparmasından, bu müddətdə rejim qaydalarına əməl etməsindən bəhs edən Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi onun barəsindəki cinayət işinə düzgün baxmamış və nəticədə barəsində ədalətsiz qərar qəbul etmişdir. Eyni zamanda kassasiya şikayətinin müəllifi bildirir ki, o, narkotik vasitələrdən istifadə edir və ibtidai araşdırma zamanı onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni də şəxsi istifadə üçün əldə etmiş, heç vaxt narkotik vasitlərin satışı ilə məşğul olmamışdır. Həmçinin Məhkum bildirir ki, o özünü CM-nin 228.4-cü maddəsi ilə də təqsirli bilmir. Belə ki, o, soyuq silah hesab edilmiş bıçaqla polis əməkdaşların qanunsuz hərəkətlərinə cavab olaraq ozünə xəsarət yetirmiş, həmin bıçağı başqa məqsədlə üzərində saxlamamışdır. Həmçinin məhkəmələr ona cəza təyin edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzəzə almamış və nəticədə ona ağır cəza təyin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı2 kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 234.2-ci madd əsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum kassasiya şikayətinin məzmununa görə, sonuncu apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilmədiyini, CM-nin 228.4-cü maddəsi ilə əsassız olaraq təqsirli bilinib məhkum olunmasını və onun törətdiyi əməlin CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməməsini, nəticədə ağır cəzaya məruz qalmasını iddia edir və öz kassasiya tələbini CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası Dövlət ittihamçısı2 protestini və Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, k ifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiy a protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırı lması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, ye ni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tör ədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilm iş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən hal ların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə təsbit edilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin t əqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sü butetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad e dilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. “Azərbaycan Respublikası CPM-ni n 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramo v və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktya br 2021-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında, həm də özü tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq iş üzrə qəbul etdiyi qərarında Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli satış məqsədilə təkrar törətməsini müəyyən etməyərək onun cinayət əməlini CM-nin 234.4.2-ci maddəsindən 234.2-c i maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Həm kassasiya protestində, həm də kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum 27 may 2020-ci il tarixdə satış məqsədi ilə narkotik vasitə olan, dörd kibrit qutulara yerləşdirilmiş, ayrı-ayrılıqda çəkiləri ayrıayrılıqda təmi z çəkiləri 4,033 qram; 4,073 qram; 3,973 qram və 4,289 qram olmaqla qurudulmuş marixuananı “Azsamand” markalı avtomobil ilə Siyəzən şəhəri ərazisinə daşımasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir, onun 10 iyul 2020-ci il tarixdə satış məqsədilə 6,202 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlaması və daşıması isə mötəbər sübutlarla öz təsdiqini tapmır.. Bu barədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin əksinə olaraq, dövlət ittihamçısı hesab edir ki, Siyəzən rayon TTYX-da Məhkum paltarlarına baxış keçirilərkən ümumi təmiz çəkisi 6,202 qram təşkil edən narkotik vasitə olan qurudulm uş marixuananın aşkar edilməsi onun həmin narkotik vasitəni təkrarən satış məqsədilə əldə edərək daşmasını təsdiq edən haldır. Məhkum isə kassasiya şikayətində onun narkotik istifadəcisi oldğunu etiraf edir və narkotik vasitələrin satışı ilə məşğul olmamasını və istintintaqın ədalətsiz gedişinə etiraz etmə məqsədilə ilə özünə xəsarəti yetirilməsini iddia edir, lakin bu halı təsdiq edən hər hansı sübuta əsaslanmır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına istinad edən məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, həmin iş üzrə toplanmış ilkin sübutlara görə (CAB-nin baş əmliyyat müvəkkilinin Siyəzən RPŞ-nin rəisinə ünvanladığı 27 may 2020-ci il tarixli raportu) Siyəzən Rayon Polis Şöbəsinə əvvəllər məhkum olunmuş Məhkum idarə etidiyi “AzSamand” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran rayonundan Siyəzən raonuna narkotik vasitə daşıması, üzərində və idarə etdiyi avtomobldə saxlaması, istifadə etməsi və satması barədə məlumat daxil olmuşdur və bu məlumatın yoxlanılması üçün Siyəzən RPŞ-nin əməkdaşları əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılması mümkün olmayan Məhkum idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı “Azsamand” markalı avtomobidən Siyəzən-Qalaaltı yolunun 1-ci kilometrliyində yolun sol kənarında olan otluq əraziyə atdığı əşyaların götürülməsi məqsədi ilə həmin əraziyə baxış keçirilmişdir. Göstərilən otlaq əraziyə baxış keçirilən zaman yerdə 1 ədəd sellofan torba və yanında üzərində “Victory” sözləri yazılmış kibrit qutusu müəyyə n edilmiş, kibrit qutusunun içərisində sıx vəziyyətdə doldurulmuş, spesfik qoxusu olan, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması, sellofan torbanın içərisində isə daha 3 ədəd üzərində “Victory” sözləri yazılan içəriləri sıx vəziyyətdə doldurulmuş kibrit qutularının, həmin kibrit qutuları ayrı-ayrı açıldıqda onların da içərisində spessfik qoxusu olan, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Məhkəmə iclaslarında Məhkum özünü aşkar edilmiş həmin narotik vasitənin ona məxsus olmamasını bildirməklə özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, işin yuxarıda təsvir olunmuş halları, yəni məhkum olunmuş şəxsin 4 ədəd kibrit qutusunda çəkiləri ayrı-ayrılıqda təmiz çəkiləri 4,033 qram; 4,073 qram; 3,973 qram və 4,289 qram olmaqla qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxlaması və daşıması şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin CAB-nin rəisi Şahid2, həmin bölmənin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3 və Siyəzən RPŞ-si DYPB-nin baş inspektoru Şahid4 ifadələri ilə, digər şahidlər Şahid14, X5, Şahid18, həm əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həm də bir çox istintaq hərəkətlərinin aparılması, telefon məlumatlarına baxış keçirilməsi haqqında protokollarla, məhkəməkimyəvi ekspertizasının rəyi ilə və iş üzrə toplanmış və araşdırılmış başqa sübutlarla tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahidlər Şahid14 və Şahid18 ibtidai araşdırma zamanı verdiyi ifadələrindən imtina edərək həmin ifadələrdə göstərdiklə rini inkar etsələr də məhkəmə haqlı olaraq onların sonuncu ifadələrinə tənqidi yanaşmış və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrə üstünlük vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin bu hərəkəti və qeyd olunan epizod üzrə gəldiyi nəticə qanunidir, çünki bu nəticənin arxasında duran sübutların, o cümlədən Məhkum özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinin, habelə şahidlərin ifadələrinn qanunsuz yolla yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə edilməsi halı iş materialları ilə müəyyən edilmir. CPM-nin 125.2-ci maddəsinə əsasən isə, yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul ed ilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və və zifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 145.1-ci maddəs inin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Bu və cinayət-prosessual qanunvericiliyinin digər tələblərinndən çıxış edən və cinayət işinin materiallarına əsaslanan məhkəmə kollegiyası qeyd eməyi lazım bil ir ki, kassasiya müraciətlərinin əksinə olaraq, apellyasya instansiyası işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Beləliklə, Məhkum yuxarıda göstərilən epizod üzrə, yəni cəmisi 16,368 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 27 may 2020-ci il tarixd ə məhz satış məqsədilə əldə edərək üzərində saxlaması və daşıması təkcə şahidlərin digər sübutlarla təsdiq olunan ibtidai istintaq zamanı verdikləri ifadələri ilə deyil, həmçinin obyektiv olaraq dövriyyəsi müvafiq icazə olmadan qadağan edilmiş bu vasitənin miqdarı, onun qablaşdırılması üsulu, əsasən də məhkum olunmuş şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edən çoxsaylı telefon danışıqları ilə təsdiq olunur və bununla bağlı məhkəmələrin gəldikləri nəticə qanunvericiliyin tələbləri ilə yanaşı “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrlə, habelə Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsi ilə də uzlaşır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Məhkum narkomaniya xəstəliyindən əzab çəkməsi və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən edilsə də, bu hal araşdırılmış digər sübutların fövqündə onun yuxarıda göstərilən narkotik vasitəni yalnız özünün şəxsi istifadə etməsi üçün əldə etməsinə, sa xlamasına və daşımasına dəlalət etmir və buna görə məhkumun kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır, sonuncunun bu əməlini başqa cür, o cümlədən CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi, nəticə etibarı ilə isə kassasiya şikayətinin bu hissədə təmin edilməsini mümkün bilmir. Məhkum təkrarən 6,202 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə əldə edərək saxlaması və daşımasının araşdırılmış sübutlarla təsdiq edilməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, bu haqda məhkum olunmuş şəxsə qarşı ittihamın irəli sürülməsinə əsas 10 iyul 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokol və həmin protokola əsasən toplanmış sübutlar (əsasən polis əməkdaşlarının ifadələr i və məhkəmə-kimyəvi ekspertizasının 11 iyul 2020-ci il tarixli 7/421 saylı rəyi) əsas olmuşdur. Məhkum paltarlarına baxışın keçirilməsi və götürmə istintaq hərəkətinin aparılması ilə əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd etməyi lazım, həmin istintaq hərəkəti səlahiyyəti olmayan şəxs tərəfindən, eyni zamanda məhkum olunmuş şəxsin müdafiə hüququnun pozulması ilə aparılmış, apellyasiya instansiyası məhkəməsi də tamamilə haqlı olaraq bu haqda tərtib edilmiş 10 iyul 2020-ci il tarixli sübut kimi qəbul etməkdən imtina edərək Məhkum təkrarən naməlum vaxtda və naməlum mənbədən 6,202 qram çəkidə narkotik vasitə olan marixuananı satış məqsədilə əldə edərək saxlaması və daşımasına dair təqsirliliyinin sübuta yeirilməməsi barədə nəticəyə gəlmişdir. Belə ki, c inayət işinin materiallarından göründüyü kimi, həmin iş 31 may 2020-ci il tarixdə Siyəzən RPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X6 tərəfindən Məhkum birinci epizod üzrə törətdiyi əməllə bağlı fakta görə CM-nin 234.1-ci maddəsi ilə başlanmış və həmin tarixdə də icraata qəbul edilmiş, bundan sonra da cinayət işi üzrə icraat 08 iyul 2020-ci il tarixdə Məhkum istintaqdan qaçıb gizləndiyinə görə dayandırılanadək bütün istintaq hərəkətlərini həmin müstəntiq aparmış və müvafiq prosessual qərarlar da, o cümlədən Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 07 iyul 2020-ci il tarixli, onun ittihamın elan olunması üçün axtarışının elan olunması və tutulması haqqında eyni tarixli və cinayət işi üzrə icraatın dayandırılması haqqında qər arlar onun tərəfindən qəbul edilmişdir. 10 iyul 2020-ci il tarixdə axtarışda olan təqsirləndirilən şəxs Məhkum polis əməkdaşları tərəfindən Siyəzən şəhərinin ərazisində tutularaq Siyəzən RPŞ-nə gətirildikdə, sonuncu üzərində olan bıçaqla özü-özünə xəsarət yetirdiyinə xəstaxanaya yerləşdirilmiş və orada əməliyyat olunmuş, üzərində olan paltarlar isə əməliyatdan əvvəl ondan götürülmüşdür. Bundan sonra 10 iyul 2020-ci il tarixdə saat 20.55-dən 21.11-dək Siyəzən RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru X2 cinayət işinin icraata qəbul edilməsi və Məhkum paltarlarına baxış keçirilməsi və ya axtarış aparılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qərarları qəbul etməyərək (belə qərarlar cinayət işinin materiallarında aşkar edilməmişdir), təqsirləndirilən şəxsin isə müdafiə hüququnu təmin etmədən, yəni müdafiəçi olmadan Siyəzən RPŞ-nin digər əməkdaşlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxin həkim vəziifəsində işləyən Şahid11 və Şahid12, habelə təqsirləndirilən şəxsin özünün iştirakları ilə sonuncunun paltarlarına baxış istintaq hərəkəti aparmış və bu haqda tərtib etdiyi protokola görə, Məhkum şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə, habelə digər əşyalar və pul əskinazları aşkar edilərək götürülmüş, lakin həmin qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi müəyyən edilməmiş, onun ətraflı təsviri isə protokolda qeyd olunmamışdır. İstər həmin baxış zamanı, istərsə də cinayət təqibinin sonrakı mərhələlərində Məhkum israrla bildirmişdir ki, göstəril ən kütlə - qurudulmuş marixuana ona məxsus olmamış və həmin kibrit qutusundakı narkotik vasiə onun cibinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Qeyd olunmalıdır ki, yuxarıda göstərilən istintaq hərəkəti aparıldıqdan sonra da ibtidai araşdırma X2 deyil, müstəntiq X6 tərəfindən aparılaraq yekunlaşdırılmış, onun özünün 10 iyul 2020-ci il tarixdə Məhkum paltarlarına baxış keçirməməsinin və ya bu baxışda iştirak etməməsinin səbəbləri isə iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası göstərilən istintaq hərəkətinin prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qənaətini onunla əsaslandırır ki, əvvəla CPM-nin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. CPM-nin 7.0.24-cu maddəsinin tələbinə görə, müstəntiq - öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxsdir. CPM-nin 85.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Qanunvericiliyin bu və müstəntiqin səlahiyyətlərini müəyyən edən, eyni zamanda cinayət işi üzrə ibtidai araşdırmanın aparılması üçün bu haqda müstəntiq tərəfindən işin icr aata qəbul edilməsi haqqında qərarın qəbul olunmasını tələb edən digər normalarının tələbinə və mənasına görə, müstəntiq cinayət işinin kimin tərəfindən başlanmasından asılı olmayaraq həmin iş üzrə müvafiq istintaq hərəkətlərinin aparılmasından əvvəl cinayət işinin icraata qəbul edilməsi haqqında qərar qəbul etməklə bununla cinayət təqibinin, yəni iş üzrə müvafiq istintaq hərəkətlərinin özü tərəfindən aparılmasına dair səlahiyyətli şəxs olmasını müəyyən edir. Yalnız belə qərar qəbul edildikdə, müstəntiqin apardığı istintaq hərəkətləri və onun qəbul etdiyi digər prosessual qərarlar qanuni hesab edilə bilər. Hazırki iş üzrə müəyyən edilən odur ki, X Siyəzən RPŞ-nin İstintaq bölməsinin rəisi olsa da, o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməmiş (prosessual qanunvericiliyinin tələblərinə görə, belə səlahiyyətə yalnız müvafiq prokuror malikdir), onun Məhkum barəsindəki cinayət işinin icraata qəbul edilməsi haqqında qərar qəbul etmədən hər hansı istintaq hərəkətlərini aparmaq və bu iş üzrə prosessual qərarlar qəbul etmək səahiyyəti olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 236.1-ci maddəsinə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. CPM-nin 236.3-cü maddəsinin tələblərinə görə, baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs oldu ğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Həm bu normaların, həm də CPM-nin 177-ci maddəsinin tələblərinə görə, təxirə salına bilməyən hallarda müstəntiq məhkəmənin qərarı olmadan həm də əşyalara baxış keçirə bilər, lakin bunun üçün onun tərəfindən əsaslandırımış qərarın qəbul edilməsi, baxış zamanı isə təqsirləndirilən şəxsin müdafiəçisinin həmin istintaq hərəkətinin aparılmasında iştirak edə bilməsi üçün tədbirlər görülməsi tələb olunur. Hazırki işin materiallarından göründüyü kimi, nə işin istintaqını aparan müstəntiq X6, nə də ki həmin istitintaq hərəkətini aparmış X2 Məhkum paltarlarına baxış keçirilməsi haqqında qərar qəbul e tməmiş, təqsirləndirilən şəxsin hüquqlarının həmin vaxt müdafiə olunması üçün vəkil təyin olunmayaraq müdafiəçiyə məlumat belə verilməmişdir, baxmayaraq ki, Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar hələ 07 iyul 2020-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün bu prosessual pozuntulara yol verilməsini nəzərə alan apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq onlara qəbul etdiyi qərarında müvafiq qiymət verməklə və CPM-nin 125.2.3, 125.2.5 və 125.2.7-ci maddələrinin tələblərinə əsaslanmaqla təhlil edilən 10 iyul 2020-ci il tarixli baxış və götürmə aparılması haqqında protokolu və onun əsasında toplanmış digər sübutları yolverilməz sübutlar hesab etmiş və buna görə də, Məhkum 6,202 qram çəkidə narkotik vasitə olan qurudulmuş ma rixuananı əldə edərək üzərində saxlaması və gəzdirməsi epizodunu ona elan olunmuş ittihamdan xaric edərək onun təkrarən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsini müəyyən etməmiş və buna görə də tam qanuni olaraq məhkum olunmuş şəxsin əməlini CM-nin 234.4.2-ci maddəsindən CM-nin 234.4.2-ci maddəsinə tövsif edilməsi barədə əsaslandırılmış qərar qəbul etmşdir. Belə ki, CPM-nin 125.2.3, 125.2.5 və 125.7-ci maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması müəyyən edildikdə, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum CM-nin 228.4-cü maddəsi ilə qanunsuz olaraq təqsirli bilinib məhkum olunmasına dair onun kassasiya şikayətində göstərdiyi dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkumun naməlum vaxtda və naməlum mənbədən soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi, yəni onun göstərilən maddədə nəzərdə tutulmuş cinayəti törətməsi elə Məhkum özünün bu haqda verdiyi etiafedici ifadələri ilə yanaşı çoxsaylı şahidlərin ifadələri ilə, hadisə yerinə baxışın keçirilməsi və maddi sübutun götürülməsi haqqında 10 iyul 2020-ci il tarixli protokolla, məhkəmə-trassoloji ekspertizasının 29 sentyabr 2020-ci il tarixli 3/1020 saylı rəyi ilə tam təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası Məhkum yuxarıda qeyd olunan dəlili ilə razılaşmayaraq həmin dəlili də qəbul edilməz sayır və buna görə onun CM-nin 228.4-cü maddəsi ilə də təqsirli bilinib məhkum olunmasını əsaslı hesab edərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının bu hissədə ləğv edilməsi və cinayət işinin icraatına həmin hissədə həm bəraətverici, həm də digər əsaslarla xitam verilməsini mümkün bilmir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən Məhkum tərəfindən törə dilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı iş üzrə cəzanı yüngülləşdirən halı – onun himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal) və ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona həm təqsirli bilindiyi CM-nin 234.2 və 228.4-cü maddələri ilə (CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur), həm də CMnin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cə zalar təyin etmişdir. O, da qeyd olunmalıdır ki, cinayət işinin materialları ilə Məhkum barəsində məhkəmə tərəfindən nəzərə alınmamış cəzanı yüngülləşdirən hər hansı halın olması müəyyən edilmir, kassasiya şikayətində də belə hallara istinad olunmamışdır. Halbuki, qanunun tələbinə və mənasına görə, kassasiya müraciətinə baxılması mərhələsində təqsirkar barəsində cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, həmin şəxsə cəza təyini zamanı hansısa cəzanı yüngülləşdirən hal nəzərə alınmamış olsun, belə halın olması CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq edilsin, yaxud da birinci və apellyasiya instansiyası məhkəmələrinin cəzanı ağırlaşdıran hal kimi nəzərə aldıqları hal CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallara aid olm asın və ya törətdiyi cinayətin tövsifedici əlaməti kimi müəyyən edilsin. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən həm də cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrinə də tam riayət etmişdir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzə rdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməm iş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin se çilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdı ran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edil mişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan əlavə, cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8 -ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəza nın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xa rakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli za manı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il taixli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza tədbiri seçərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdırlar. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop ma ddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınmalı olması barədə tövsiyə Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tələblərindən də irəli gəlir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin və Dövlət ittihamçısı2 kassasiya protestinin dəlilləri razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərə findən CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və onun müdafiəçisi M.M.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti və kassasiya protesti təmin edilməməklə Məhkum CM-nin 228.4 və 234.2-ci maddələri ilə təqsirli bi linib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxl
Məhkəmə qərarları › İş №1(102)-1048/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1048/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver