Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1049/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 fe vral 2022-ci il tarixli, 1(103)-386/2022 nömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, “İST Petrol” YDM-də sürücü işləyən, ali təhsilli, Bakı şəhəri Yasamal rayonu Şahtaxtinski küçəsi ev 41-də qeydiyyatda olan
2. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Məhkum ittiham verilmişdir ona görə ki, o, yaşadığı Bakı şəhəri Yasamal rayonu Şaxtaxtinski küçəsi ev 41-in yataq otağında 21 mart 2021-ci il tarixdə saat 17 radələrində arva dı Zərərçəkmiş şəxs aralarında ər-arvad münasibətlərindən yaranmış münaqişə zamanı əl və təpiklə qəsdən döyüb ona sol qulaqarxası nahiyənin iltihablaşmış, əzilmiş yaraları, sol saidin, sağ körpücükaltı nahiyənin sıyrıqları, sağ bazunun qançırı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 13 radələrində gəlin gələrkən həyat yoldaşına verilmiş qızıl əşyaları tələb etmiş, Zərərçəkmiş şəxs halı pis olduğundan birazdan verəcəyini dedikdə stəkanı sındırıb, stəkanın sınmış kənarı ilə onun sol qoluna xəsarət yetirmiş, əli ilə sol qulağından, saçından tutub onu çarpayıdan qaldırıb yerə çırpmaqla işgəncə verməklə Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin qançırı, sol saidin aşağı 1/3-n in arxa səthində olan çapıq (kəsilmiş yara izləri) kimi dərəcələri təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətləri qəsdən yetirmiş, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 14 radələrində yenidən aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs döyüb sürüyərək, yataq otağına aparmış, lakin Zərərçəkmiş şəxs fiziki və psixi zorakılığa məruz qalacağından qorxub evdən qaçıb getmiş, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 23 radələrində İlahəni təhqir edərək barəsində polis bölməsinə şikayət etdiyinə görə yenidən əlləri ilə qəsdən döyüb, boğazından tutub boğmaqla Zərərçəkmiş şəxs işgəncə verib boyunun və sağ bazunun qançırı kimi dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, habelə mütəmadi olaraq onunla pis rəftar edib barəsində nalayiq ifadələr işlətm əklə, qohum-əqrəba, iş kollektivi və dost-tanış içərisində rüsvay etməklə, böhtan xarakterli məlumatlar deyib, mütəmadi olaraq şərəf və ləyaqətini alçaltmaqla, qeyri-insani davranışlara davam etməklə Məhkum yaşadığı evin içərisindəki otaqda bağlı qapı arxasında müqavimət göstərmək imkanını itirmiş fiziki cəhətdən özündən zəif olan arvadı Zərərçəkmiş şəxs mütəmadi, yəni üç və daha artıq olaraq qəsdən döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan xəsarətlər yetirərək işgəncə verməklə əzab vermişdir.
4. Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 1(004)-293/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-133.1-ci maddəsi ilə təqsirli bilin miş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsi və onun 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi hökm edilmişdir.
5. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə, dövlət ittihamçısı Zeynalov Taleh Ayaz oğlu tərəfindən verilmiş apelyasiya protesti verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 fevral 2022-ci il tarixli, 1(103)-386/2022 nömrəli qərarı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri, dövlət ittihamçısı Zeynalov Taleh Ayaz oğlu tərəfindən verilmiş apelyasiya protesti təmin edilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 fevral 2022-ci il tarixli, 1(103)-386/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri 8.. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər 9..Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə min miş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. 11.Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları nor malarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 14.Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbayc an Respublikası CM-in 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. 15.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 fevral 2022-ci il tarixli, 1(103)-386/2022 nömrəli qərarını yoxlayıb, a raşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 18.Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. 19.Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir. 20..Belə ki, Məhkum əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında cinayət işi üzrə toplanmış sübutları bir daha ayrı-ayrılıqda və m əcmu halında qiymətləndirərək hesab etmişdir ki, istər ibtidai istintaq zamanı verdiyi ifadələrində zərərçəkmiş şəxs Allahverdiyev Osman Qurban oğlu, Məhkum əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsinə dəlalət edən heç bir ifadə verməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Allahverdiyev Osman Qurban oğlu ilə Məhkum arasında şəxsi mübahisə yaranmış səbəbindən Məhkum qəsdən zərərçəkmiş şəxsin onun təqsiri üzündən vurmuşdur və buna görə də Məhkum davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməyərək, özünü ətrafdakılara qarşı qoymaraq onun əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsi yolverilməzdir. 22.Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaları n, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
23. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta ye tirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017)... 24.Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiy ası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. 25.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir. 26.Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 fevral 2022-ci il tarixli, 1(103)386/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2022-ci il tarixli, 1(103)-386/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. IV.