Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1049/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə) 17 iyul 2023-cü il tarixli hökmü ilə xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş,, ünvan 1 ünvanında pasport qeydiyyatda olub, ünvan 2l 100-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinay ət əməlini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcının 31 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirinin tətbiq edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 26 sentyabr 2023-cü il tarixli qərarı i lə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum CM-in 234.1ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2023cü il tarixli 1(101)-557/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi onun əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və müəyyən edtmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 0, 376 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş,saxlamış və daşımış, 31 avqust 2022-ci il tarixdə saat 15:50 radələrində Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əm əkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq həmin İdarənin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilmiş, idarədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,376 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, ibtidai istintaq dövründə tərtib edilmiş sənədlərə əsasən iş üzrə ilkin araşdırma aparmış təhqiqatçı qanunvericilikdə nəzərdə tutulmuş prosedur qaydalara tam əməl etməklə istintaq hərəkəti həyata keçirmişdir. Məhkəmə mənzilə baxış zamanı qeydə alınmış videogörüntüləri şərh edərək mənzildə yaşayanların ərizələrinə istinad edilməməsini, qərarın elan edilməməsi faktını rəhbər tutaraq həmin sübutun mötəbərliyini şübhə altına almışdır. Baxış zamanı iştirakçıların heç bir halda etiraz etmədiyi video görüntülərdən görünür. Bundan başqa, tədbir başlanandan sonra Şahid3 evin qapısını açmaqla qarşısında polis əməkdaşlarının olmasını və videoçəkiliş aparmasını aşkar surətdə görmüş, lakin hər hansı bir etirazını bildirməmiş, onun iradəsinə zidd hərəkətlər edilməmişdir. Bundan başqa, mənzilə keçirilən baxış zamanı aşkar edilmiş narkotik vasitə axtarışla deyil, məhz vizual baxış, toxunuş nəticəsində aşkar edilmişdir. Məhkəmə narkotik vasitənin məxsusluq məsələsini də öz hökmündə müzakirə etmiş və şəxsi mülahizəyə əsaslanan düzgün olmayan nəticəyə gəlmişdir. Ekspertiza rəylərinə əsasən Məhkum üzərində n götürülmüş heroinə məxsus spektrlər ilə kirayə yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroinə məxsus spektrlərin ilə birbirinə uyğun ölçülərdə olması əsas götürülməklə hər iki narkotik vasitənin kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olması nəticəsinə gəlinmişdir. Belə olan halda, eyni əlamətlərə məxsus narkotik vasitələrin eyni adamdan aşkar edilməsi ilə bağlı məhkəmənin fərqli mövqeyi anlaşılmaz olmuşdur. Məhkəmə şəxsin narkotik vasitələrin alqı-satqısı ilə bağlı xüsusatlar araşdıraraq həmin faktı təsdiq edəcək sübutun olmadığı qənaətinə gəlmişdir. Lakin iş materiallarında olan 29 avqust 2022-ci il tarixli teleqramdan görünür ki, Məhkum atası Şahid3 Azərbaycan Respublikası Baş prokuroruna və daxili işlər nazirinə müraciət edərək oğlunun narkotik vasitə satdı ğını və istifadə etdiyini bildirmiş və nəzarətə götürülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ailə üzvünün narkotik vasitələrin satışı ilə bağlı hüquqmühafizə orqanlarına onun barəsində olan müraciəti, üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitənin çəkisi sonuncunun məhz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu deməyə əsas verir. Xüsusilə qeyd edilməlidir ki, əldə olunmuş narkotik vasitə heroinin çəkisi qanunla nəzərdə tutulmuş şəxsi istehlak miqdarından dəfələrlə çox olmuşdur. Bundan başqa, narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi, narkotik vasitənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki na rkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Habelə, Məhkum dəfələrlə məhkum edilmişdir. İş materiallarında əlavə edilmiş tələbnamədən görünür ki, o əvvəllər, narkotik vasitənin satışı ilə bağlı cinayət törətdiyinə görə məhkum edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində narkotik maddənin satışı ilə məşğul olmadığını və narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi et irafedici ifadələrin işgəncə verilməklə, zorakılığa məruz qalmaqla alınmasına dair hüquq-mühafizə orqanlarına müraciətlər etdiyini, Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş müşaiyət məktubundan göründüyü kimi Məhkum 16 sentyabr 2022-ci il tarixdə istintaqın gedişatına etiraz əlaməti olaraq boyunun sağ və sol nahiyəsini, eyni zamanda sol said nahiyəsini kəsməklə özünə xəsarət yetirdiyini göstərsə də, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin bu barədə hər hansı ərizəsi olmamış, onun özünün də əlavə ifadə verməsi, evindən aşkar olunmuş 1500 qram narkotik vasitənin ona məxsus olmamasına dair müraciəti olmamışdır. Bundan başqa iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxs əvvəllər narkotik vasitənin satışı və istifadəsi ilə məşğul olduğuna görə məhkum olunmu ş, valideynlərin onun hansı cinayətə görə daha uzun müddət cəzaya məhkum olunduğunu bilmiş, yəni narkotik vasitənin satışının istifadəyə nisbətən ağır olduğunu və narkotik vasitənin satışına görə daha uzun müddət azadlıqdan məhrum etmə cəzası çəkdiyini görmüş, ona görə də atasının hazırki cinayət işi üzrə oğlunun narkotik vasitənin satışı ilə məşğul olmadığı halda polis əməkdaşının təklifi ilə satışı ilə məşğul olduğunu yazması inandırıcı qəbul oluna bilməz. İş üzrə dindirilmiş şahidlər - Şahid1 və Şahid2 Mircavid oğlu ifadələrində Məhkum üzərindən və mənzilindən narkotik vasitə aşkar edildiyini, əməliyyat məlumatının məhz narkotik vasitələrin dövriyyəsi ilə bağlı olduğunu göstərmişlər. Lakin hazırkı cinayət işi üzrə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini tör ətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə kollegiyası qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. İbtidai araşdırma mərhələsində Məhkum barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, o, şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkanları qanuna uyğun şəkildə tam realizə edilmişdir. İlkin araşdırma mərhələsindən başlan araq Məhkum hüquqlarını müdafiə etmək üçün ona özünün istəyi əsasında seçilmiş vəkil təqdim edilmiş, şəxsin özünün razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesinin əvvəlindən sonuna qədər onun iştirakı ilə keçirilmiş əksər prosessual hərəkətlərdə iştirakı təmin olunmuşdur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestin in təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, b arəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir fa ktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlini səhv tövsif edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinc i instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş üzrə keçirilmiş ekspertiza rəylərini, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Məhkum CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Belə nəticə ilə bağlı, habelə kassasiya protesti nin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı qərarında istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İbtidai araşdırma orqanı tərəfindən Məhkum elan ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, 1500,376 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək 0,376 qramını üzərində, qalanını kirayə qaldığı ünvana daşımışdır. Kassasiya kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri sübutları araşdırıb ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutların təşkil etməsi nəticəsinə gəlmişlər. Həmçinin məhkəmələr müvafiq olaraq hökm və qərarda qeyd etmiş dir ki, Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, məhkəmələrin gəldiyi nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin cinayət işi üzrə müəyyən etdiyi hallara əsasən: -Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşı Şahid1 tərəfindən 30 avqust 2022-ci il tarixli qərarı təqsirləndirilən şəxsin yaşadığı ünvana baxış və axtarış keçirilməsi tədbirlərinin, yəni istintaq hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Lakin, “Əməliyyat-axtarış fəaliyyəti haqqınd a” Azərbaycan Respublikası 28 oktyabr 1999-cu il tarixli Qanununun 10-cu maddəsində “axtarış” əməliyyat tədbiri nəzərdə tutulmamışdır -Məhkum və onun atası Şahid3 tərəfindən təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilməsinə dair yazılı ərizə verilsə də, təqsirləndirilən şəxsin yaşadığı evdən 1500 qram heroin aşkar edilməsi faktı “ərizə əsasında mənzildə axtarış və götürmə aparılması barədə” adlanan 31 avqust 2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir; -Polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadələrdə göstərildiyi kimi narkotik vasitə Məhkum özü tərəfindən təqdim edilməmiş (bu videogörüntü ilə təkzib edilir), axtarış istintaq hərəkəti həyata keçirilməklə aşkar olunmuş və götürülmüşdür; -1500 qram narkotik vasitənin aşkar edildiyi evdə yaşayan n ə təqsirləndirilən şəxs, nə də onun atası evə ümumiyyətlə hansı tədbirin (əməliyyat axtarış və ya istintaq hərəkətinin) keçirilməsi barədə məlumatlandırılmamış, iş materiallarına yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmələri barədə yazılı ərizələri, axtarış istintaq hərəkətinin keçirilməsi barədə məhkəmə qərarı əlavə olunsa da, evə baxış keçirilməsinin videgörüntülərinə əsasən polis əməkdaşlarının Şahid3 şifahi şəkildə razılığına əsasən evə daxil olaraq axtarış istintaq hərəkəti keçirməsi həmin ərizələrin də, məhkəmə qərarının da "formal tələblər”ə riayət edilməsi məqsədinə xidmət etdiyini bir daha sübuta yetirmişdir. Axtarış keçirilməsinin əsasları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 242-245-ci maddələrində nəzərdə tutulmaqla həmin Məcəllənin 17 7-ci maddəsinə əsasən istintaq hərəkətindən biridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində (maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergilərin ödənilməsi barədə məlumatlar daxil olmaqla, şəxsi, ailə, dövlət, kommersiya və ya peşə sirrini təşkil edən məlumatların ələ keçirilməsi;) nəzərdə tutulmuş ist intaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində (tutularkən baxışa və şəxsi axtarışa, həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə, müayinəyə və ekspertiza aparılmasına məruz qalmaq) müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yax ud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkum barəsində cinayət işi başlanılması haqqında qərarın 1 sentyabr 2022-ci il tarixdə q əbul edilməsini, yaşayış evinə isə axtarış istintaq hərəkətinin isə cinayət işi başlanmazdan bir gün əvvəl, yəni 31 avqust 2022-ci il tarixdə keçirilməsini nəzərə alaraq, eyni zamanda CPM-in 125.2-ci və 207.4-cü maddələrinin tələblərindən çıxış edərək aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxsin yaşayış yerinə qanuni əsas olmadan axtarış istintaq hərəkəti keçirildiyindən həmin istintaq hərəkəti nəticəsində əldə edilmiş və şəxsin törədilməsində ittiham olunduğu cinayətin predmetinin təşkil edən 1500 qram narkotik vasitə heroin sübut hüquqi qüvvəsi olmayan hesab edilməklə ona qarşı irəli sürülmüş satış məqsədilə külli miqdar təşkil edən 1500 qram narkotik vasitə heroinin əldə edilməsi, saxlaması və daşıması ilə əlaqədar ittihamın əsasına qoyula bilməməsi barədə əsaslı nəticəyə gəlm işlər. Məhkəmə kollegiyası hesab edir ki, 1500 qram narkotik vasitə heroinin aşkar edilməsi hissədə sübutun CPM-in tələblərinin pozulması ilə əldə edilməsini nəzərə alan məhkəmələr haqlı olaraq bu sübutun hüquqi qüvvəsi olmayan hesab edilməsi və həmin protokolun hər hansı halın sübut olunmasında istifadə edilə bilməməsi qənaətinə gəlmişlər. Məhkəmələr Məhkum yaşadığı mənzildən 1500 qram narkotik vasitə heroinin aşkar edilməsi ilə bağlı təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların qanunvericiliyin tələblərini və müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddi yyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum həmin epizod üzrə cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olması kimi qiymətləndirmişlər. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutla rın məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Göründüyü kimi, məhkəmələr hazırki cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin müddəalarına tam riayət edilməklə yoxlamış və qiymətləndirmişdir. Sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri onların hökm və qərarların kassasiya qaydasında ləğv edilməsinə səbəb ola biləcək prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutların mötəbərliyinə kifayət qədər şübhələr mövcuddur. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, məhkəmələr haqlı və düzgün olaraq iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh ed ilməli olmasını və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq Məhkum 1500 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmə, ünvan 5 ünvanına daşımağa və saxlamaya görə verilmiş ittihamı təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməli olması qənaətinə gəlmişlər. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaş ır. Belə ki, Apellyasiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin inkaredici ifadəsini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bunula da, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması, bu səbəbdən əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə düzgün hüquqi nəticəyə gəl mişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1 39-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tö vsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticə lərə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya m əhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq həmin məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövc ud deyil və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhk um olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1049/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1049/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver