Məhkəmə qərarları › İş №1(102)-105/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-105/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-105/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Xankişiyev, hakimlər F.Ə.Qəniyev və M.M.Ağalarovdan ibarət tərkibdə) xx xxxxx 1978-ci ildə Ağdam şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1, mənzil 305-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib, CMnin 234.4.3-cü maddəsi ilə 06 il müddətə, CM-nin 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda-təmiz çəkisi 1750 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda-təmiz çəkisi 281,169 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, külli miqdarda-93,656 qram çəkidə “Azərbayca n Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop madddələr"-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini, hər birində 10 ədəd olmaqla 21 ədəd konvalyutda cəmi 210 ədəd narıncı-qırmızı rəngli kapsuladan ibarət bir kapsulada 150 milliqram olmaqla təsir edici maddəsinin umumi miqdarı külli miqdar 31,5 qram təşkil edən "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxil olan dərman preparatı preqabalini, külli miqdarda-təmiz çəkisi 9,627 qram olan tiryəkdən kustar üsulla hazırlanmş narkotik vasitə heroini, ümumi çəkisi 1,198 qram olan "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in İİ siyahısına daxil narkotik vasitə metadonu əldə edib etibarnamə əsasında idarə etdiyi "Renault Laguna" markalı, **-GM-*** dövl ət qeydiyyat nişanlı avtomobildə daşıyaraq yaşadığı ünvan 1, mənzil 305-ə gətirib orada qara rəngli idman çantasında saxlamış, bundan sonra həmin çantadan götürdüyü narkotik vasitə tiryəkin bir qismini üstündə, narkotik vasitə heroini isə psixotrop maddənin bir hissəsi ilə birgə idarə etdiyi avtomobildə saxlamaqla ünvan 1 ünvanında yerləşən "Araz" supermarketinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 10 yanvar 2018-ci il tarixdə, saat 1840-da "Araz" supermarketinin qarşısında saxlanılaraq üstünə və avtomobilə baxış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 15 ədəd sellofa n bükümdə 12,341 qram olan çəkidə narkotik vasitə tiryəki, "Renault Laguna" markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqlarının arasında yerləşən saxlanc yerindən 03 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,627 qram olan narkotik vasitə heroini, 02 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,139 qram olan psixotrop maddə metamfetamini özü çıxarıb təqdim etmiş, həmin narkotik vasitələri və psixotrop maddə aşkar edildiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan dərhal sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq Məhkum yaşadığı Bakı şəhəri, ünvan1 ünvanında yerləşən evin nömrəli mənzilinə baxış keçirilərkən özü mənzilin qonaq otağının giriş qapısından solda yerləşən tünd qəhvəyi rəngli divanın üzərindəki qara rəngli idman çantasından 01 ədəd qara rəngli sellofan torbada külli miqdarda ümumi çəkisi 1750 qram olan narkotik vasitə qurudulmuş marixuananı, üzərində "Pregasol 150 preqabalin) 05.2029" markalanma göstəricisi olan hər birində 10 ədəd olmaqla 21 ədəd konvalyutda, cəmi 210 ədəd narıncı-qırmızı rəngli kapsuladan ibarət bir kapsulada 150 milliqram olmaqla təsir edici maddəsinin ümumi miqdarı külli miqdar-31,5 qram təşkil edən güclü təsir edən dərman preparatı preqabalini, 01 ədəd bükümdə külli miqdarda ümumi çəkisi 268,828 qram olan narkotik vasitə tiryəki, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 91,517 qram psixotrop maddə metamfetamini, 02 ədəd kağız bükümdə ümumi çəkisi 1,198 qram olan narkotik vasitə metadonu və üzərlərində narkotik vasitə heroinin izləri olan "Diamond model 500" və "Rosal" markalı, eləcə də üzərində ps ixotrop maddə metamfetaminin izləri olan "Constant 14192-98" markalı elektron tərəziləri polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitələri və psixotrop maddə aşkar edildiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkibdə) 12 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, CM-nin 234. 4.3 və 240.3.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməsini, onun əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, verilmiş ittihamla razı deyildir, belə ki, cinayət hadisəsi ətraflı, tam və obyektiv araşdırılsaydı onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunardı. Bundan başqa, məhkəmə ona cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar, himayəsində 13 yaşlı övladının, xəstə qardaşının və yaşlı valideyinlərinin olmasını nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət təqi binə xitam verilməsini, onun əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haq lı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Məhkum əməlinin düzgün tövsif olunmaması, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, be lə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası iş materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin dü zgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Məhkum ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin f aktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətinin cəza ilə bağlı müddəasına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki Azərbaycan Respublikası CM-nin 8.1 -ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə Məhkum barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə g əlmişdir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı AR CM-in 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək Məhkum ittiham olunduğu maddənin sanksiyası həddində, şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan cinayət əməlinin Məhkum tərəfindən törədilməsini məhkumun özünün etiraf etməməsinə baxmayaraq, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyi və işin digər obyektiv halları ilə təsdiq olunduğu qənaətinə gəlir. AR CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun is lah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51 (b)ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini, əməlinin düzgün tövsif olunmadığını, CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Şikayətin dəlilləri ilə əlaqədar m əhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığı iddia olunsa da, müdafiə tərəfinin irəli sürdüyü bu dəlil iş materiallarına uyğun deyildir. İş materiallarından görünür ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) ha llar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən sa xlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar