Məhkəmə qərarları › İş №1(102)-1050/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1050/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1050/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittih amının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.Q.Quliyev, hakimlər A.İ.Paşayev və İ.X.Həsənzadədən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1997-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla, ünvan4nda yerləşən fərdi yaşayış evində yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci mаddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 20 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.A.Şirinov, hakimlər İ.A.İbrahimli və Z.B.Babayevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən Məhkum 202 1-ci ilin iyun ayının sonlarında “Teleqram” sosial şəbəkəsinin tətbiqi proqramı vasitəsi ilə tanış olduğu 29 fevral 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə pul müqabilində cinsi əlaqədə olmağa razılaşıb, 16 iyul 2021-ci il tarixdə saat 17 radələrində sonuncunun kirayədə yaşadığı ünvan 1 ünvanına gələrək mənzilin yataq otağındakı çarpayının üzərində Zərərçəkmiş şəxs ilə bir dəfə cinsi əlaqədə olaraq sonuncunun cinsiyyət üzvünü öpərək yaladıqdan sonra Zərərçəkmiş şəxs bu qaydada təkrar intim münasibətdə olmaqdan imtina edib, evini tərk etməsi tələbini bəhanə etməklə, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq, öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərərək, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədlə həmin gün saat 17:40 radələrində mənzilin mətbəxindən götürdüyü dəstəyi qəhvəyi rəngli mətbəx bıçağı ilə mənzilin dəhlizində Zərərçəkmiş şəxs bədəninin həyat üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrinə çoxsaylı zərbələr endirərək sol tərəfli hemopnevmotarak ilə müşaiyət olunan perikard, ürəyin sol mədəciyi, sol ağciyərin aşağı payının və diafraqmanın sol qübbəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön və yan səthinin sol plevra boşluğuna nüfuz edən 2 ədəd, daxili qanaxma ilə müşayiət olunan mədə-köndələn çənbər bağırsaq bağı, mədə dibinin seroz qişasının zədələnməsi ilə nəticələnən qarının sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən 1 ədəd, ümumilikdə 3 ədəd kəsilmiş-deşilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, qarının sağ yan səthi və bel nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən 2 ədəd, sol dirsək sinirinin postravmatik nevriti, sol əlin İ, İV, V barmaqlarında bükmə hərəkətlərinin qeyri-sərbəst olması və hissiyyatın zəifləməsi ilə müşayiət olunan sol saidin ön və bayır səthinin 4 ədəd deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həmdə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, boyunun hər iki yan səthinin sıyrıqları həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, eyni zamanda mənz ildə olan çəhrayı rəngi mələfəni Zərərçəkmiş şəxs boğaz nahiyəsinə dolayıb sonuncunu boğmaq üçün boyun üzvlərini sıxmağa çalışmış, lakin Zərərçəkmiş şəxs aktiv müqavimət göstərməklə yaralı vəziyyətdə ondan yayınıb mənzildən yaşayış binasının blokuna çıxaraq köməyə çağırmaqla qonşuların hadisə yerinə gəlməsi ilə əlaqədar onun ifşa olunmaması üçün mənzilin pəncərəsindən tullanıb hadisə yerindən qaçması və Zərərçəkmiş şəxs qonqşular tərəfindən çağırılmış X6 briqadasının köməyi ilə vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi isə müəyyən etmişdir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaqla vurmaq üçün bəhanə yaratmamış, yalnız Zərərçəkmiş şəxsnın onun pulunu qaytarmaqdan imtina etməsi, onu təhqir etməsi və başqa şəxsi evə dəvət etdiyi üçün onu evdən qovmasından sonra o, zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə cəhd etmişdir. Bu səbədən birinci instansiya məhkəməsi Məhkum hadisə zamanı xuliqanlıq niyyəti ilə hərəkət etməməsi haqqında nəticəyə gəlib təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddələrindən 29,120.1-ci maddələrinə tövsif etmiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandır mışdır ki, birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələblərini pozmuş, məhkəmədə tədqiq olunmuş sübutlar Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs onunla təkrar intim münasibətdə olmaqdan imtina edib evindən getməsini tələb etməsini bəhanə etməklə, yəni heç bir əsaslı səbəb olmadan - xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etməsini təsdiq etdiyi halda, əsassız olaraq Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddələrindən 29,120.1-ci maddələrinə tövsif etmiş, bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulm uş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciə tin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilməd iyini, nəticədə Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddələrindən 29,120.1-ci maddələrinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsas lılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin normaları xuliqanlıq niyyəti i lə qəsdən adam öldürməyə cəhd etməni nəzərdə tutan 29,120.2.2-ci maddələridir. Kassasiya protestinin müəllifi Məhkum hərəkətlərində “xuliqanlıq niyyəti” əlamətinin olması barədə fikrini onunla əlaqələndirir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs “heç bir əsaslı səbəb olmadan” - onunla təkrar intim münasibətə girməkdən imtina etməsi və evindən getməsini tələb etməsi kimi “cüzi səbəbi bəhanə edərək”, yəni gerçək səbəb olmadan qəsdən öldürməyə cəhd etmişdir. Dövlət ittihamçısından fərqli olaraq, məhkəmələr hesab etmişlər ki, hadisə zamanı Məhkum səbəbsiz, yəni nəyisə bəhanə edərək hərəkət etməmiş, onun davranışını Zərərçəkmiş şəxs ona yönəlik konkret davranışı şərtləndirmiş və məhz zərərçəkmiş şəxsin davranışı ilə əlaqədar yaranmış münaqişəli vəziyyətin gedişində (yəni, şəxsi münasibətlər zə minində) o, Zərərçəkmiş şəxs bıçaqla vurmaqla və mələfə ilə boğmaqla qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmələrin qənaəti cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən 21.2 və 145.3-cü maddələrinin müddəalarına uyğun olaraq araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna, onların həqiqi məzmununa uyğun olaraq müəyyən edilmiş faktik hallara əsaslanır. Belə ki, bilavasitə hadisə zamanı baş verənlərə aid işin müəyyən edilmiş hallarından görünür ki,:

1. Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs ilə pul müqabilində cinsi əlaqəda olmaq barədə razılaşaraq sonuncunun yaşadığı mənzilə gəlmişdir.

2. Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxsya 100 manat pul vermiş və onlar cinsi əlaqədə olmuşlar.

3. Bundan sonra Məhkumla Zərərçəkmiş şəxs hər ikisi çılpaq halda söhbət edərkən sonuncuya başqa “müştəri” zəng edib yanına gəlmək istədyini demiş, Zərərçəkmiş şəxs həmin şəxslə razılaşıb yaşadığı ünvanı izah etmiş, Məhkum isə ona özü ilə təkrar cinsi əlaqəyə girməyi təklif etmişdir.

4. Zərərçəkmiş şəxs Məhkumla təkrar cinsi əlaqəyə girməkdən imtina edərək sonuncudan evini tərk etməsini tələb etmiş və məhz bundan sonra, yəni Zərərçəkmiş şəxs təkrar cinsi əlaqəyə girməkdən imtina edib evindən onu qovmasına görə Məhkum zərərçəkmiş şəxsi öldürməyə cəhd etmişdir. İttiham aktından və dövlət ittihamçısının kassasiya protestindən görünür ki, əslində ittiham tərəfi də yuxarıda təsvir edilən faktların mövcudluğunu qəbul edir, lakin zərərç əkmiş Zərərçəkmiş şəxs davranışından (təkrar cinsi əlaqəyə girməkdən imtina edərək evi tərk etməsini tələb etməsindən) təqsirkarın bəhanə kimi istifadə etməsi barədə fikir yürüdərək, bundan Məhkum öz şəxsiyyətini Zərərçəkmiş şəxsnın şəxsiyyətinin fövqündə qoyması, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərməsi, birgəyaşayış və əxlaq normalarını kobud surətdə pozması, yəni zərərçəkmişi məhz xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etməsi haqqında nəticə çıxarırlar. Halbuki, zərərçəkmiş şəxsin ifadələrindən, o cümlədən ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkumla üzləşərkən verdiyi məlumatlardan belə açıq-aydın görünür ki, Məhkum əvvəlcədən zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, o, sonuncu ilə müstəsna olaraq pul müqabilində cinsi əlaqədə olmaq üçün görüşmüş və onda zərərçəkmiş şəxsi öldürmək niyyəti ancaq Zərərçəkmiş şəxs başqa “müştəri” ilə görüşməyə razılıq verdikdən sonra onunla təkrar cinsi əlaqəyə girmədiyinə və evindən getməsini tələb etdiyinə görə yaranmışdır. Başqa sözlə, Məhkum cinayətkar hərəkətlərini öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaq, əxlaq normalarını kobud şəkildə pozmaq, və s. bu kimi ittihamda (həm də kassasiya protestində) sadalanan amillər (yəni nəyisə bəhanə etməsi) deyil, gercək səbəb kimi gördüyü zərərçəkmiş şəxsin konkret hərəkətləri (başqa müştərini evinə dəvət etməsi ilə əlaqədar onunla təkrar cinsi əlaqəyə girməkdən imtina edərək evini tərk etməsini tələb etməsi) və bundan törəyən zərərçəkmiş şəxsə qarşı şəxsi-qərəzli münasibəti şərtləndirmişdir. Qeyd olunan hallar məhkəmədə baxılmış digər süb utlarla təkzib edilməmiş, əksinə təqsirləndirilən şəxsin həmin xüsusatlar haqqında ifadələrində verdiyi məlumatlarla da təsdiq olunmuşdur. Qeyd olunan və digər sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında təsvir edildiyindən, məhkəmə kollegiyası onların yenidən ətraflı təsvir və şərh edilməsinə zərurət görmür. Məhkəmələrin qiymətləndirməsi “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 6-cı bəndində qeyd olunur ki, “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul o lunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”... Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz”. Qeyd edilən qərarda xuliqanlıq niyyətinə verilmiş təfsiri məhkəmələrin müəyyən edilmiş saydıqla rı halla – qəsdən adam öldürməyə cəhdin səbəbsiz və ya cuzi səbəbin bəhanə edilməsi ilə deyil, təqsirkarla zərərçəkmiş şəxs arasında (pul müqabilində cinsi əlaqəyə girməklə əlaqədar) yaranmış şəxsi-qərəzli münasibətlər zəminində törədilməsi ilə müqayisə etdikdə, məhkəmələrin Məhkum əməlində xuliqanlıq niyyətinin olmamasına dair qənaətlərində haqlı olduqları müəyyən edilir. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin – xuliqanlıq niyyətinin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Məhkum cinayətkar hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddələri ilə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməyə cəhd etməni isə cinayət olaraq məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri nəzərdə tutmuşdur. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan, kollegiya bu məsələ ilə əlaqədar dövlət ittihamçısının irəli sürdüyü iddia ilə (təqsirkarın əməlinin CM-in 29,120.2.2-ci maddələrindən qeyd olunan maddəyə tövsif olunmasının məhkəmə səhvi olması barədə fikirlə) və bu iddianın əsaslandırılması üçün g ətirilən (bundan əvvəl şərh edilən) dəlillərlə razılaşmır. Yuxarıda təsvir edilən hallar özü-özlüyündə Məhkum əməlində xuliqanlıq niyyətinin olmasını istisna etdiyindən, məhkəmə kollegiyası kassasiya protestində irəli sürülmüş, məhkəmələrin Məhkum həm də əvvəl verdiyi pulu qaytarmadığında görə Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi haqqında əsassız nəticəyə gəlmələri barədə dəlilin şərh edilməsinə zərurət görmür. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar