Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1050/2023 16.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-350/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikay ətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1990-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 18 mart 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 mart 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci inst ansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum naməlum şəxslə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək Ağdaş rayonu, Xosrov kəndi ərazisində yerləşən «Azorganik KTİİK»-nə məxsus əraziyə qanunsuz daxil olaraq, həmin ərazidə yerləşən taxıl anbarından 2021-ci ilin iyul ayının əvvəllərindən mütəmadi olaraq vahid niyyətlə 2021-ci ilin sentyabr ayının 17-dək xeyli miqdarda cəmi 13.500 manat dəyərində 30 ton buğdanı oğurlamaqla özgənin əmlakını gizli yolla talamışdır.
5. Ağdaş Rayon Məhkəməsinin 1(014)-46/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası na məhkum edilməsi, 24 oktyabr 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 6 (altı) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablamaqla cəmi 1 (bir) il 4 (dörd) ay 12 (on iki) gün müddətin təyin edilmiş cəzadan çıxılaraq 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Ucar Rayon Məhkəməsinin 1(063)-34/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsas ən yeni hökmlə təyin edilmiş 1 (bir) il 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla 4 (dörd) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxs Məhkum azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə hökmün dəyişdirilməsini xahiş etmişdir. Protest belə əsaslandırılmışdır ki, Məhkum barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi həm cinayətin ictimai təhlükəliliyinə, xarakterinə, ağırlığına, həm də onun şəxsiyyətinə uyğun deyildir. Məhkum əvvəl mənimsəmə növündə cinayət əməli törətdiyinə görə barəsində cinayət işinin istintaq olunduğunu bilə-bilə islah olunmadan yenidən cinayət əməlini törətməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə, cinayət əməlləri törətməyə meylli olmasına dəlalət edir və bütün bunlar sonuncunun cəmiyyətdən təcrid olunmaqla cəzaçəkmə müəssəsində cəza çəkməsini şərtləndirən hallardır. Buna baxmayaraq, məhkəmə Məhkum cəza təyin edərkən onun əvvəllər də mənimsəmə cinayəti törətməsini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin göstəricisi olan cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla (13500 manat məbləğində) törətməsini nəzərə almamışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-350/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə аpellyаsiyа protesti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 1(014)-46/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 24 oktyabr 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 6 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla yeni qərarla təyin olunmuş cəzadan çıxılmış və üzərində 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Ucar Rayon Məhkəməsinin 1(063)-34/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesablanmaqla və 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət təşkil etməklə Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən yeni qərarla təyin edilmiş 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə apellyasiya protestinə münasibət də dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-350/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddində cəza təyin edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudların ı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya in stansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi verdiyi kassasiya şikayətində Məhkum təyin edilən cəzanı mübahisələndirməklə, xahişini f aktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-350/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə gör ə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza v ə ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, hə m də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Təsvir edilən maddi hüquq normalarının məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir tə qsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Məhkəmə kollegiyası Məhkum daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddində cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur. Birinci instansiya məhkəməsinin Məhkum barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə bağlı gəldiyi nəticəsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdi r ki, həmin cəza işin faktiki hallarına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Məhkum əvvəllər də mənimsəmə növündə cinayət əməli törətdiyinə görə barəsində aparılan istintaq dövründə yenidən hazırkı cinayət əməlini törətməsi, şəxsiyyətinin ictimai təhlükəli olduğunu təsdiqləməklə cinayət törətməsinə meylli olmasına dəlalət etdiyindən, onun islah olunması üçün azadlıqdan məhrumetmə növündə cəzasının tətbiqi zəruridir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, müəyyən edilmiş cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, haqlı olaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
23. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud süb utlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
24. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-350/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rə hbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-350/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.