Məhkəmə qərarları › İş №1(102)-1050/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1050/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1050/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü madd ələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 1(103)-1959/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 1(005)83/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: X.K.Əlisoy) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçı sı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən), H.H.Əhmədov və İ.A.İbrahimlidən ibarət tərkibdə) verilmiş apellyasiya protesti təmin edilmiş və hökm dəyişdirilmiş, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olması nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 06 (altı) ay müddətinə artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti ver mişdir. İşin halları: Hökmə əsasən Məhkum 13 may 2022-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri,14-cü məhəllə bina 112B, 53 saylı mənzilin giriş qapısının klidini Təqsirləndirilən şəxs əvvəlcədən özü ilə götürdüyü kustar üsulla hazırlanmış açarın üzərinə dəmir falqa yerləşdirib qeyd olunan açarla açması ilə hər ikisi də, mənzilə qanunsuz daxil olaraq, mənzildə yataq otağından 7000 manat nağd pulu, 600 manat dəyərində üzərində brilliant qaş olan 750 əyyarlıq 7 qram çəkidə 01 ədəd qızıl üzüyü, ümumi dəyəri 3200 manat olan "Kvadrat formalı” 750 əyyarlıq cəmi 22 qram çəkidə qızıl sırğa, üzük, kulon və boyunbağıdan ibarət komplekt dəsti, üm umi dəyəri 2500 manat olan tısbağa formalı 750 əyyarlıq cəmi 13 qram çəkidə qızıl sırğa, üzük, kulon və boyunbağıdan ibarət komplekt dəsti, 870 manat dəyərində 10 qram çəkidə 585 əyyarlıq ''pandora" formalı bir ədəd qızıl qolbağı, 850 manat dəyərində 6 qram çəkidə hörgülü formada 750 əyyarlıq bir ədəd qızılı qolbağı, 200 manat dəyərində 5 qram çəkidə yantar kulonlu 750 əyyarlıq bir ədəd qızıl boyunbağını, 220 manat dəyərində üzərində "Ayetül kürsü" duası olan klonlu 3 qram çəkidə bir ədəd qızıl boyunbağını, 350 manat dəyərində konsvarı 4 qram çəkidə 585 əyyarlı bir cüt qızıl sırğanı, 360 manat dəyərində 4 qram çəkidə ovalı formalı adi qaşlı 585 əyyarlı bir cüt qızıl sırğanı, 1450 manat dəyərində 8 formalı 12 qram çəkidə 750 əyyarlı bir cüt qızıl sırğanı, 900 manat dəyərində 10 qram çəkidə 585 əyyarlı uzun "pandora" formalı bir cüt qızıl sırğanı, 550 manat dəyərində 2 barmaqlı 6 qram çəkidə 585 əyyarlı bir ədəd qızıl üzüyü, ümumi dəyəri 70 manat olan cəmi 17 qram çəkidə 925 əyyarlı günəş formalı üzük, sırğa, kulon, boyunbağıdan ibarət gümüş dəsti, 250 manat dəyərində 30 qram çəkidə 925 əyyarlı təbii daşlarla bəzədilmiş bir ədəd gümüş qolbağı, 50 manat dəyərində ortası çəhrayı rəngli gül formalı 10 qram çəkidə 925 əyyarlı bir ədəd gümüş sırğanı, 150 manat dəyərində 12 qram çəkidə 925 əyyarlı bir ədəd gümüş üzüyü, 70 manat dəyərində 10 qram çəkidə qranat daşı ilə bəzədilmiş bir ədəd gümüş üzüyü, 45 manat dəyərində 7 qram çəkidə qızıl gül formalı bir ədəd gümüş üzüyü, 45 manat dəyərində 6 qram çəkidə çəhrayı qaşlı 925 əyyarlı bir ədəd gümüş üzüyü, ümumi dəyəri 300 manat olan cə mi 5 qram çəkidə 925 əyyarlı safir qaşlı bir ədəd gümüş boyunbağı və gümüş klonu, 35 manat dəyərində 6 qram çəkidə 925 əyyarlı romb formalı bir ədəd gümüş üzüyü, ümumi dəyəri 350 manat olan ametits qaşlı cəmi 15 qram çəkidə bir cüt gümüş sırğa və bir ədəd üzüyü, 60 manat dəyərində 4 qram çəkidə şərq üslubu bir cüt gümüş sırğanı, 25 manat dəyərində 2 qram çəkidə bir ədəd gümüş üzüyü, 320 manat dəyərində 14 qram çəkidə müxtəlif daşlarla işlənmiş bir cüt gümüş sırğanı, ümumi dəyəri 90 manat olan üç ədəd 2 qramlıq gümüş boyunbağıları, 150 manat dəyərində 13 qram çəkidə kvars qaşlı bir ədəd gümüş üzüyü, 55 manat dəyərində 4 qram çəkidə bir cüt gümüş sırğanı, 200 manat dəyərində bir ədəd “DKNY" markalı qadın qol saatını, ümumi dəyəri 450 manat olan 10 ədəd qadın qol saatlarını, ümumi dəyəri 120 manat olan dəmir materialla büjuteriya dəstini, ümumi dəyəri 55 manat olan 03 ədəd şaf üçün dəmir halqaları, ümumi dəyəri 60 manat olan 02 ədəd mücrünü, ümumi dəyəri 200 manat olan sarımtıl yaşıl kəhraba daşlı gümüş kulon və boyunbağını, ümumi dəyəri 60 manat olan gümüş kulon və boyunbağını qizli olaraq talayıb Zərərçəkmiş şəxs3 xeyli miqdarda yəni, ümumilikdə 22260 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilərək, ona 3 il müddətində azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin etmiş, lakin sonradan onun işinə baxan apellyasiya instansiyası məhkəməsi onun m əsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almadan birinci instansiya məhkəməsi tərəfindən təyin etmiş cəzanı artırmaqla barəsində qeyri-humanist və ədalətsiz qərar qəbul etmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona birinci instansiya məhkəməsində təyin edilmiş cəzanın qüvvədə saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsi tərəfindən ona məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarı dəyişdirməklə ona azadlıqdan məhrum etməyə alternativ cəzanın təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hal ilə əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 20 23-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cə zanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məc əlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyi ni təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsə dlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona ədalət və humanizm prinsipləri ilə bir araya sığmayan həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə almaqla sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıq dan məhrum etmə cəzasını 03 (üç) il 06 (altı) ayadək artırmışdır. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən Məhkum cəzasını yüngülləşdirən halları, o cümlədən əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağın olmasını, yaşlı ailəsinin olmasını nəzərindən qaçırmamış, bununla da sonuncunun cəzasını yüngülləşdirən hallar mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Lakin, birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya məhkəməsi sözügedən cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsaslarla, yəni cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, baxılan işdə cinayətlərin təhlükəli residivi (birinci instansiya məhkəməsi cinayətin residivinin növündə s əhvə yol verərək residiv kimi nəzərə almışdır) kimi cəzanı ağırlaşdıran halın olmasını, CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədləri, o cümlədən cəzanın təqsirkarın islah olunmasına, digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, nəticədə Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını müddətini artırmaqla, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Bu qaydada Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təyin olunmuş, həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmənin üçdə ikisi həddində olan 03 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası məsuliyyəti yüngülləşdirən halları nəzərə almayan həddindən artıq ağır cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktya br 2023-cü il tarixli, 1(103)-1959/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 1(103)-1959/2023 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar