Məhkəmə qərarları › İş №1(102)-1050/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1050/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1050/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və müdafiəçi Əliyev Emil Namiq oğlunun iştirakları ilə xx.xx.1975-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2024-cü il tarixli, 1(107)-471/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 1(091)-120/2024 nömrəli hökmü ilə (hakimlər: X.M.Məmmədov (sədrlik edən), B.M.Məmmədov və T.Q.Əfəndizadə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 12 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya mə hkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.B.İsayev (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, Məhkum «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasi tələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən, yəni təmiz çəkisi 5,248 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib ayrı-ayrı bükümlərdə qablaşdırmaqla üzərində və faktiki sahibliyində olan etibarnamə ilə idarə etdiyi "X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq saxlamış, 12 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində faktiki sahibliyində olan etibarnamə ilə idarə etdiyi "X12” markalı, ** -BY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Göyçay şəhəri, Natəvan küçəsində saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilmiş, 12 sentyabr 2023-cü il tarixdə saat 14:45-də Göyçay RPŞ-nin Növbətçi Hissəsində üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,481 qram həmin kustar üsulla hazırlanmış narkotik vasitə heroin və eləcə də saat 14:57-də Göyçay RPŞ-nin inzibati binasının duracağında videoçəkilişdən istifadə edilməklə faktiki sahibliyində olan etibarnamə idarə etdiyi "X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin tavan hissəsində yerləşən eynək qoyulan yerdən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,767 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla, ümumi çəkiləri 5,248 qram külli miqdar hesab edilən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Əliyev Emil Namiq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, dindirilən şəxslərin ifadələri və digər sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmamış, əlavə şahidlərin vermiş olduğu ifadələrinə heç bir münasibət bildirilməmiş, nəticədə polis əməkdaşlarının Məhkum üzərindən və avtomobilindən götürülmüş 5,248 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinə aidiyyəti olmadığı, həmin narkotik vasitəni n onun tərəfindən əldə edilib, saxlanılması və daşınması sübuta yetirilmədiyi halda, sonuncu əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işini yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhk əməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yax ud dəyişdirməyə haqlıdır. Müdafiəçi E.N.Əliyev kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, mübahisələndirilən qərarın ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, Məhkum birinci instansiya məhkəməsində dindirilərkən onda ittiham aktında göstərilən narkotik vasitələrin aşkar olunmasını inkar etmiş, ittihamın qanunsuz yolla ondan alınmış ifadə və digər həqiqəti əks etdirməyən sübutlar üzərində qurulduğunu iddia etmişdir. Məhkumun iddiaları ilə razılaşmayan məhkəmələr Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın Məhkum ibtidai istintaq mərhələsində verdiyi ifadələri, eləcə də ibtidai istintaq zamanı toplanaraq məhkəmədə tədqiq edilmiş digər sübutlar, o cümlədən şahidlər - Azərbaycan Respublikası Göyçay RPŞ-nin əməliyyatçıları Şahid2, Şahid1 və Şahid3 ifadələri, həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında 12 sentyabr 2023-cü il tarixli protokolu ilə, baxış keçirilməsi və götürmə aparılması haqqında 12 sentyabr 2023-cü il tarixli protokolu ilə, məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli 17/686 nömrəli rəyi ilə təsdiq olunması haqqında nəticəyə gəlmişlər. Həqiqətən də, Məhkum ibtidai istintaqın ilkin mərhələsində (şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən) vermiş olduğu ifadələrində göstərmişdir ki, axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən içərisində və "X12” markalı, * *-BY*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş narkotik vasitə heroin ona məxsusdur, həmin narkotik vasitəni təxmini bir ay əvvəl Göyçay şəhəri ərazisindən tapmışdı və gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Maraqlı fakt ondan ibarətdir ki, etirafedici məzmunda olmasına baxmayaraq, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olmuş, Məhkum şəxsi axtarışın gedişində üzərindən götürülən maddənin nə olduğunu bilmədiyini göstərdiyi halda, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə, tapdığı maddənin heroin olduğunu bildirmiş, xx.xx.2023-cü il tarixdə vermiş olduğu ifadəsində isə daha əvvəl vermiş olduğu etirafedici ifadələri polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində verdiyini bildirmişdir. Birinci instansiya m əhkəməsində Məhkum ifadəsində məhkəməyədək icraatda (ilkin mərhələdə) ondan alınmış ifadələri polis əməkdaşlarının ona qarşı təzyiq göstərməsi səbəbindən verdiyini, 12 sentyabr 2023-cü il tarixdə günorta vaxtı saat 12:30 radələrində yolda saxlanıldığını, baş nahiyəsinə torba keçirildiyini, əlinin qandallanaraq 5-6 nəfər polis əməkdaşının onu apardıqlarını, onun avtomobilini polis əməkdaşlarının idarə etdiyini, avtomobilin açarının da polis əməkdaşlarında olduğunu, təxminən 2 saata yaxın müddətdə saxlanıldığını, ailəsi ilə təhdid edilməklə nalayiq ifadələrə məruz qaldığını göstərmişdir (Şahid7 bu dəlilləri apellyasiya instansiyası məhkəməsində də müdafiə etmişdir). Başqa sözlə, Məhkum ibtidai istintaq mərhələsində verdiyi ifadələrindən imtina etməklə (qeyd olunan ifadələrin ona verilmiş t əzyiqlər və hədə-qorxu nəticəsi olduğunu göstərməklə) yanaşı, narkotik vasitələrin götürülməsi haqqında 12 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” və “baxış keçirilməsi və götürmə aparılması” protokolların, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrini, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ona isnad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan əsas materialdan (etirafedici ifadəsindən) imtina etmiş və digər sübutların saxtalaşdırıldığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin sübutların mümkünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, məhkəmələr araşdırmalı i dilər ki, Məhkum barəsində hansı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və bu tədbirin təyin edilməsi və keçirilməsi, o cümlədən narkotik vasitənin götürülməsi zamanı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl olunmuşdurmu? Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən “əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 v ə 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında (“Kobiaşvili Gürcüstana qarşı” 14 mart 2019-cu il tarixli, “İbrahimov və Məmmədov Azərbaycana qarşı” 13 fevral 2020-ci il tarixli; “Meqrelişvili Gürcüstana qarşı” 7 may 2020-ci il tarixli; “X8rşı” 27 oktyabr 2020-ci il tar ixli; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” 25 mart 2021-ci il tarixli qərarlar) formalaşdırdığı hüquqi mövqelərə istinad olunmaqla izah edilmişdir ki, əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin qənaətinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkə n bununla bağlı irəli sürülən dəlillərə məhkəmə tərəfindən baxılmalıdır. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Hazırki işdə isə qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyası məhkəməsində təmin edilmədiyindən, Məhkum saxlanılıb polis idarəsinə gətirilməsinin, narkotik vasitənin ondan (həmçinin avtomobilindən) götürülməsinin qanuni liyinə və əsaslılığına ciddi şübhələr yaranır. Belə ki, məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmadığından aydın deyil ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, onun saxlanılaraq polis idarəsinə gətirilməsinə əsas verən (bəraət qazandıran) hallar gerçəkdən də mövcud olmuşdurmu? Göyçay RPİ-nin CAB-ın əməliyyat müvəkkili Məhkum 12 sentyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarından görünür ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə polis idarəsinə daxil olmuş Şahid7 qanunsuz olaraq “üzərində və avtomobilində narkotik vasitələri saxlaması, daşıması və satışı” barədə əməliyyat məlumatı əsas olmuşdur. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin 3cü bəndində təsbit olunmu şdur ki, “cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda” məhkəmə (hakim), istintaq orqanı və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyekti əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edə bilər. Lakin, əməliyyat müvəkkilinin əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə qərarından Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın “məlum və etimad doğuran, qərəzsiz” mənbədən daxil olması görünmür. Nə qədər ki, məhkəmə hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında da əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmamasının təhlilinə dair mülahizələrə təsadü f edilmir, belə qənaətə gəlmək olar ki, Məhkum saxlanılmasına qədər onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqəli olub əməliyyat-axtarış tədbirinin keçirilməsini şərtləndirən hərəkətləri müstəsna olaraq əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olmuş və təqsirləndirilən şəxsin onun barəsində əməliyyataxtarış tədbirinin keçirilməsinə əsasların olmamasını, narkotik vasitənin üzərində və avtomobilində gəzdirərkən yaxalanması barədə ittihamın uydurma olduğunu iddia etməsinə baxmayaraq, həmin məlumatlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, şəxsin əməliyyat-axtarış tədbirinədək narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətə aid edilə biləcək nə kimi hərəkətlər etməsinin, buna dair məlumatın mənbəyinin məxfiliyinin saxlanılmasını əməli yyat-axtarış fəaliyyətinin məqsədləri üçün yolverilən saymaq olarsa da, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), təqsirzislik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətlərinə görə cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli biliməsinə və cəzalandırılmasına yol verilməməlidir. Həmçinin, müdafiə tərəfi Məhkum üzərində şəxsi axtar ışın və avtomobilində baxışın keçirilməsi və narkotik vasitənin götürülməsi haqqında 12 sentyabr 2023-cü il tarixli protokolların mümkünlüyünü, mötəbərliyini təkzib edən sübutlar qismində Şahid7 polis tərəfindən ittihamda göstərildiyi kimi - həmin gün saat 14:15-də deyil, saat 12:30 radələrində saxlanılıb zorla Göyçay Rayon Polis İdarəsinə aparılmasına, həmçinin "X12” markalı, **-BY*** dövlət qeydiyyat nişanlı avtomobilin polis əməkdaşları tərəfindən idarə edilməsinə dair Şahid7 özünün ifadəsi ilə yanaşı, məhkəmədə şahid qismində dindirilmiş Şahid7 və X3 ifadələrinə istinad etmişdir. Şahid7 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 13:00-14:00 radələrində özünə məxsus olan avtomobil ilə hərəkət edərkən qarşı tərəfdən Məhkum avtomobilinin gəldiyini və həmin avtomobilin arxası ilə isə "X” markalı avtomobilin hərəkət etdiyini görmüşdür. Məhkum idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşmüş, daha sonra "X” markalı avtomobildə olan 3-4 nəfər şəxs də avtomobildən düşmüşlər və Məhkum qolundan tutub başına pencəyini keçirib başqa avtomobilə əyləşdirmişlər. Həmin hadisə təxminən 10 saniyə davam etmiş və başqa bir nəfər şəxs Məhkum avtomobilinə əyləşib həmin avtomobili idarə edib qeyd olunan yeri tərk etmişdir. Həmin vaxt o, dayanmamış və avtomobili idarə edib getmişdir. İbtidai istintaq zamanı ifadə verərkən də Məhkum başqa bir avtomobilə əyləşdirildiyinin şahidi olduğunu demişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə saat 13:00-14:00 radələrin də "Grand Market”in yanında yerləşən avtoyuma məntəqəsində olan zaman Məhkum idarə etdiyi avtomobilin yol ilə hərəkət etdiyini, arxası ilə isə "X” markalı, dövlət qeydiyyat nişanında hərflərin kombinasiyası "AP” olan xidməti polis avtomobilinin hərəkət etdiyini görmüş və "X” markalı avtomobili idarə edən sürücü avtomobilin işıqları ilə Məhkum işarə verərək idarə etdiyi avtomobili saxlatmışdır. Bundan sonra "X” markalı avtomobilin içərisindən üç nəfər mülki geyimli şəxs düşmüş, həmin şəxslərdən biri Məhkum başına gödəkcə keçirərək qeyd olunan avtomobilə əyləşdirmiş və avtomobillə birlikdə çıxıb getmişlər. Həmin vaxt Məhkum avtomobilinə də bir nəfər mülki geyimli şəxs əyləşmiş və qeyd olunan avtomobili idarə edərək çıxıb getmişdir. Göründüyü kimi şahidlər X və Şahid7 vermiş olduqları məlumat lar Məhkum birinci instansiya məhkəməsində (həmçinin ibtidai istintaq mərhələsində) vermiş olduğu ifadələri ilə üst üstə düşdüyü halda birinci instansiya məhkəməsi sadəcə Şahid7 Məhkum ilə qohum, X3 isə onunla həmyerli olmasına istinad edərək şahidlərin ifadələrinin işin həqiqi hallarını əks etdirməyən sübut kimi qiymətləndirmiş, apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə həmin şahidlərin verdikləri məlumatları təhlil etməmiş və digər sübutlarla onların müqayisəsini aparmamışdır. Digər tərəfdən tərtib edilmiş 12 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərara və protokola, habelə eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola görə Məhkum faktiki olaraq həmin gün saat 14:15-də tutulmuş, onun üzərində axtarış 14:45-dən başlanılıb, protokolda göstərildiyi kimi 14:52-də qurtarmış, avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokola görə baxış saat 14:57-dən başlanılıb 15:07-də qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Maddəsinin 90.11.2-ci maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər ki, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3, hər birisi ayrı-ayrılıqda Məhkum saxlanıldığı yerdə üzərində dərhal şəxsi axtarışın aparılması üçün şəraitin olmamasını bildirsələr də bunun üçün maneələrin nədən ibarət olması nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Halbuki hazırki işin materiallarından Məhkum saxlanıldığı yerdə tutulmasının rəsmiləşdirilməsi və onun üzərində məhz saxlanıldığı yerdə şəxsi axtarışının aparılması üçün hər hansı maneənin olması müəyyən edilmir. Belə vəziyyətdə Məhkum 12 sentyabr 2023-cü il tarix saat 14:15-də tutulduğu halda, şəxsi axtarış və götürmə protokolunun Məhkum narkotik vasitə ilə tutulduğu yerdə və vaxtda deyil, Göyçay Rayon Polis Şöbəsində tərtib edilməsi kimi suallar çıxır ki, onların da məhkəmə tərəfindən cavabsız qoyulması (həmin məsələlərin araşdırılmaması) narkotik vasitənin götürülməsi haqqında protokolun mümkünlüyünə və mötəbərliyinə, eləcə də həlledici şəkildə maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır. Eyni ilə "X12” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Məhkum idarəçiliyindən alınıb-alınmaması və bir müddət onun nəzarəti olmadan polis işçilərində olub-olmam ası, avtomobildə aşkar olunmuş narkotik vasitələrə görə Məhkum məsuliyyət daşıyıb-daşımamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi halda göstərilən halla bağlı məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Bundan başqa cinayət işində əməliyyat-axtarış tədbirinin təxirəsalınmaz qaydada keçirilməsi barədə məhkəmə nəzarətini həyata keçirən Göyçay Rayon Məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumatın verildiyini (qərarın məhkəməyə göndərildiyini) əks etdirən sənədlər mövcud deyil. Həmçinin məhkəmə-narkoloji tibbi yoxlamanın 23 oktyabr 2023-cü il tarixli 6941 nömrəli rəyinə əsasən Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Rəydən aydın olur ki, onda kannaboidlərdən istifadə etməsi hallarının olması barədə ekspert qənaəti müstəsna olaraq sonuncunun ibtidai istintaqda verdiyi (məhkəmədə imtina etdiyi) məlumata əsaslanmışdır. Məhkəməyədək icraatın yuxarıda qeyd edilən çatışmazlıqları məhkəmə-narkoloji tibbi yoxlamanın rəyindən, Məhkum, şahidlər X və Şahid7 məhkəmədə verdikləri ifadələrdən, müdafiə tərəfinin istinad etdiyi digər məlumatlarla əlaqələndirildikdə, nəyə əsasən birinci və apellyasiya instansiyası məhkəmələrinin bu sübutlara deyil, şəxsi axtarış və götürmə, baxış və götürmə protokollarına, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə üstünlük verdikləri, Məhkum polis əməkdaşlarının nəzarəti altında olduğu vaxtı saat 13 radələrindən deyil (qeyd oluna faktı şahidlər belə təsdiq edir), saat 14:15-də hesabladıql arı, məhkəmələrdə əməliyyat-axtarış tədbirinin keçirilməsinin, Şahid7 saxlanılıb polis idarəsinə gətirilməsinin əsaslılığı, şəxsi axtarışın, avtomobilə baxışın qanunauyğunluğu və onun nəticələrinin mötəbərliyi (o cümlədən, narkoman olduğu və ya elmi tədqiqat yolu ilə narkotik vasitələrdən istifadə etmə halları belə müəyyən edilməyən şəxsin nə üçün üstündə və avtomobilində narkotik vasitəni “gəzdirməsi” və buna dair bilginin polis tərəfindən əldə edilməsinin necə mümkün olduğu) barədə sualların yaranmadığı məhkəmə kollegiyasına aydın deyil. Qeyd edilən sualların birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında cavabsız qoyulması (həmin məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılmaması) narkotik vasitələrin götürülməsi haqqında protokolun, Məh kum məhkəməyədək icraatda verdiyi ifadələrin mümkünlüyünə və mötəbərliyinə, eləcə də həlledici şəkildə onların və maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tö vsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kol legiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 dekabr 2024-cü il tarixli, 1(107)-471/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 06 dekabr 2024-cü il tarixli, 1(107)-471/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar