Məhkəmə qərarları › İş №1(102)-1051/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1051/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1051/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu, Cəzadan azad edilmiş şəxs - Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi ilə bəraə t verilməsinə, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsinə və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021ci il tarixli hökmündən cəzadan azad edilmiş şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü (sədrlik edən R.N.Ələkbərli) ilə xx xxxx 1959-cu ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz,, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası CM-nin 29,178.2.4 və 320-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 320-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə mü ddəti keçdiyinə görə barəsində ittiham hökmü çıxarılmış, lakin cəza təyin edilməmiş, CM-in 29,178.2.4-cü maddəsi ilə isə təqsirli bilinib 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 29 noyabr 2021-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 29,178.2.4-cü maddəsi ilə bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmişdi r. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökmündən məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanı tərəfindən Məhkum ittiham elan edilmişdir, ondan ötrü ki, o, əvvəllər X14 ASC-də hər hansı bir işdə işləmədiyi halda, guya həmin müəssisədə işlədiyinə görə ona bağ evi üçün 0,04 hektar torpaq sahəsi ayrılması barədə istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış hüquq verən rəsmi sənəd hesab edilən X9- Yoldaşlıq Birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxta Çıxarışı və "03.1994-cü il tarixli, 537 saylı saxta Arayışını bilə-bilə istifadə etməklə həmin saxta çıxarışı və arayışı xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə t əqdim edərək aldtma yolu ilə X4 məxsus xeyli miqdar təşkil edən, yəni, 10000 (on min) manat dəyərində 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində olan yaşayış evini ələ keçirmək istəyərkən həqiqətin ortaya çıxarılması məqsədi ilə Kəpəz rayon,Məhkəməsinin sorğusuna cavab olaraq Gəncə "xxxx" ASC-də işləməsinə dair arxiv məlumatlarında heç bir sənədə rast gəlinməməsi barədə Gəncə "xxxx" ASC-dən daxil olmuş xx.xx.2018-ci il tarixli, 63 nömrəli məktubu əsasında olan araşdırma nəticəsində öz iadəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib xeyli miqdarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Cəzadan azad edilmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində çıxarılmış hökm ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, Gəncə şəhər prokuroru işdə olan saxtakarlığı görə-görə bilə-bilə (yəni 1993-cü ildə işə girənə 1988-ci ildə necə torpaq sahəsi verilə bilər) saxta sənədinə göz yumaraq onun sənədlərinin saxta olunması barədə cinayət işi qaldırmışdır. Birinci instansiya məhkəməsində ona söz verilməmiş instintaq aparmamış və onu CM-nin 29.178.2.4 və 320.2-ci maddələr ilə təqsirli bilib hökmə ittiham aktında yazılan yazılar eyni ilə köçürmüşdür. Lakin, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası CM-in 29.178.2.4-cü maddəsinin olub olmamasını tam araşdırdıqdan sonra hökmü ləğv etmiş və bəraət vermişdir. Bununla belə apellyasiya məhkəməsi də onu CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilməkdə səhf nəticəyə gəlmiş, belə ki, hələ 2017-ci ilin birinci yarısında Gəncə şəhəri Kəpəz rayon polis idarəsinə ərizə ilə müraciət edib, ona atası tərəfindən verilən bu sənədlərin saxta olub olmamasını araşdırilmasını xahiş edib. Kəpəz Rayon polis idarəsinin rəisi polis polkovnik-leytenantı cənab Azər Tağıyevin sorğusuna 44 nömrəli 25 aprel 2017ci il tarixli məktubla Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin rəisi Məharət Mustafayevin verdiyi cavab məktubunda göstərir ki, vətəndaş Məhkum sizə müraciəti ilə əlaqədar sorğunuza cavab olaraq bildiririk ki, onun təqdim etdiyi sənədlərə əsasən Çini qablar zavodu həmkarlar təşkilatının xx.xx.1988-ci il tarixli 48 nömrəli qərarı ilə Məhsəti qəsəbəsində Məhkum ayrılmış 400.0 kv.m bağçılıq sahəsində ya şayış evinin lahiyəsinin memarlıq-planlaşdırma bölməsi xx.xx.2016-cı il tarixdə Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılaraq tikinti işləri aparılmasına etiraz edilməmişdir. Məlumat üçün bildiririk ki, torpaq sahəsinin yer üzərində müəyyən edilib verilməsi Çini qablar zavodunun həmkarlar təşkilatı tərəfindən yerinə yetirilib və torpaq sahələrinin işçilər arasında bölgü planı zavodun həmkarlar təşkilatı tərəfindən Memarlıq və şəhərsalma idarəsinə təqdim edilmədiyi üçün sözügedən sahənin kimə aid olmasını dəqiqləşdirib təyin etmək mümkün olmamışdır. Buradan görünür ki Polis İdarəsi, İcra Hakimiyyəti bu sənədlərin saxta olubolmamasını ayırd edə bilməmişdir, belə olan halda o bilməmişdir ki, onun atasına verilən onun adına olan bu sənədlər saxtadır və ya yox. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, "Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməsin" hissəsini ləğv edib bəraət verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində cəzadan azad edilmiş şəxs Məhkum çıxış edərək, cinayət işinin məhkəmə tərəfindən tam araşdırılmadığını, tərəfindən verilmiş vəsatətə əsasən saxta sənədi aldıqları vəzifəli şəxsin məhkəmədə dindirilmədiyini bildirib, ona Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli hökmünə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ka ssasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək, kassasiya şikayətinin əsassız olduğunu bildirib, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nət icəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Cəzadan azad edilmiş şəxsin kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübu tetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin m ateriallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tut ulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş xeyli miqdarda ziyan vurmaqla dələduzluqa cəhd, yani etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və saxta rəsmi sənədlərdən istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Lakin apellyasiya məhkəmə baxışı zamanı, Məhkum əməlində dələduzluq cinayətinin ələmətlərinin olmadığı görə bəraət verilmiş, saxta rəsmi sənədlərdən istif adə etmə ilə bağlı ittiham isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməsinə dair nəticəyə gəlinmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bundan başqa, apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirl i bilinmələri və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 75.1.1-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi istisna edilir. Cəzadan azad e dilmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilsə də, məhkəmə kollegiyası həmin dəlillərin əsassız hesab edir. Belə ki, iş materiallarında olan Gəncə "xxxx" ASC- nin xx.xx.2018-ci il tarixli, 63 nömrəli məktubundan görünür ki, Məhkum Gəncə "xxxx" ASC-də işləməsinə dair arxiv məlumatlarında heç bir sənədə rast gəlinməmişdir. Cinayət iş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/1932 nömrəli arayışdan görünür ki, X3 adına olan 0,04 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 27,5 kvadrat metr yaşayış sahəsinin 28 iyun 2017-ci il tarixdə təxminən bazar dəyəri 10000 (on min) manat təşkil edir. İş materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının 18 oktyabr 2019-cu il tarixli, 24511 nömrəli rəyindən görünür ki, Məhkum adına olan xx.xx.1994-cü il tarixli, 537 nömrəli arayışının əlyazma mətni və oradakı imza, Farforist Bağçılıq-Yoldaşlıq Birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli çıxarışının əlyazma mətni və oradakı imza və həmin çıxarışa əlavə edilmiş planın əlyazma mətni Məhkum tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda, iş materiallarında olan 22 yanvar 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Məhkum Cinayət Məcəlləsinin 294 və 325ci maddələri ilə ittiham elan edilməmiş, sənədlərin saxtalaşdırılması və qanunsuz hazırlanması xüsusatı üzrə cinayət işinin başlanması rədd edilmiş və həmin xüsusat üzrə ci nayət işinin materiallarından material ayrılaraq müvafiq qaydada qeydiyyata alınıb Gəncə şəhər Prokuroruluğuna göndərilmiş, X3 mübahisəli torpaq sahəsinə və yaşayış evinə dair saxta sənədlərdən istifadə edib-etməməsi xüsusatı üzrə Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və həmin xüsusat üzrə cinayət işinin materiallarından material ayrılaraq müvafiq qaydada qeydiyyata alınıb Gəncə şəhər Prokurorluğuna göndərilmiş, Məhkum istifadə etdiyi X9-Yoldaşlıq Birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxta Çıxarışı, həmin çıxarışa əlavə edilmiş planı və xx.xx.1994-cü il tarixli, 537 saylı saxta Arayışı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış dır. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Mehman oğlunun X14 ASC-də hər hansı bir işdə işləmədiyi halda, guya həmin müəssisədə işlədiyinə görə ona bağ evi üçün 0,04 hektar torpaq sahəsi ayrılması barədə istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan şəxs tərəfindən hazırlanmış hüquq verən rəsmi sənəd hesab edilən X9- Yoldaşlıq Birliyinin xx.xx.1988-ci il tarixli 11 nömrəli protokolu əsasında olan saxta Çıxarışı və "03.1994-cü il tarixli, 537 saylı saxta Arayışını bilə-bilə istifadə etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (320.2-ci maddəsi ilə verilmiş ittihama müna sibətdə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın (320.2-ci maddəsi ilə verilmiş ittihama münasibətdə) sübuta yetirilmə si ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar M əhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilm əsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsi barədə, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Məhk əmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi ilə bəraət v erilməsinə, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsinə və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2021ci il tarixli hökmü Məhkum kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar