Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1051/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nemətov Məhəmməd Nəsir oğlunun iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Oğuz rayonu Şirvanlı kəndində qeydiyyatda olan, ha l-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nemətov Məhəmməd Nəsir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim K.Ş.Süleymanov) Məhkum - törətdiyi cinayət əməlinin Аzərbаycаn Respublikаsı CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən CM-in 73.2-ci maddəsinə əsasən, azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: G.Q.Abbasov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya protesti təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 13 (on üç) gün müddəti Azərbaycan Respublikası CM-in 66.5-ci mad dəsinə əsasən, qismən toplamaq yolu ilə 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 8 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkum təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus olan və ictimai yer hesab olunan kafenin həyətində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafedə olan digər şəxsin gözü qarşısında əlindəki silah qis mində istifadə etdiyi plastik boru ilə sonuncunun baş nahiyəsinə bir dəfə, sifət nahiyəsinə bir dəfə, sol qulaq nahiyəsinə bir dəfə, sol çiyin nahiyəsinə bir dəfə və sağ göz nahiyəsinə bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs üzün sağ almacıq nahiyəsinin, sol qulaq seyvanının, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, başın sol ənsə nahiyəsinin əzilmiş yarası, sol çiynin üst səthinin və sağ gözün alt hissəsinin qançırı xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt səs-küyə kafedə olan şəxslər gəldiyi üçün yaxınlıqda olan ağacların arxasında gizlənərək gözləmiş, Zərərçəkmiş şəxs hadisə yerindən Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan sonra isə yenidən əlində olan plastik boru ilə sonun cuya məxsus kafenin iki ədəd şüşəsini və Zərərçəkmiş şəxs istifadəsində olan “VAZ 2106” markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bütün şüşələrini qəsdən sındırmaqla ona ümumilikdə 210 manat məbləğində maddi ziyan vurmuş, nəticədə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum əməlinin Аzərbаycаn Respublikаsı CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən CM-in 73.2-ci maddəsinə əsasən, azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmü qanunazidd və ədalətsizdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkumla Zərərçəkmiş şəxs arasında baş verən həmin hadisə xuliqanlıq motivindən deyil, şəxsi münasibətlər zəminində baş vermişdir. Bundan başqa Məhkum Zərərçəkmiş şəxs vurub ona xəsarət yetirməsi və əmlakına ziyan vurması sonuncunun işlətdiyi kafenin içərisində deyil, kafenin kənarında baş vermişdir. Ona görə də müdafiəçi hesab edir ki, Məhkum əməli apellyasiya instan siyası məhkəməsi tərəfindən əsassız olaraq xuliqanlıq kimi qiymətləndirilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi M.Nemətovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir və onun əməlinin Аzərbаycаn Respublikаsı CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 128-ci maddəsi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmanı nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə görə “Bu Məcəllənin 221.1 -ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan ə mələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulm azlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsi r göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xü susi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə, ictim ai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi isə xuliqanlığın sosial mahiyyətini əks etdirir. «Açıqca hörmətsizlik ifadə etmə» anlayışı xuliqanlığın, bir qayda olaraq, ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s., digər vətəndaşların gözü qarşısında törədilməsini nəzərdə tutur. Xuliqanlıq zamanı təqsirkarın hərəkətləri şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə və ya az tanıdığı şəxsə qarşı yönəlmiş olur. Azərba ycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübh ələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Maddi və prosessual normaları, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarını cinayət işinin materialları, o cümlədən kassasiya şikayəti dəlilləri ilə müqayisə etməklə yoxladıqda, Məhkum tərəfindən cinayətkar hərəkətlərin məhz xuliqanlıq motivi ilə törədilməsinin sübutlar vasitəsi ilə müəyyən edildiyi görünür, yəni həmin əlamətin mövcudluğu barədə məhkəmə qənaətinin araşdırılmış sübutlardan irəli gəldiyi aşkarlanır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını qanunvericiliyin yuxarıda istinad olunan normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında verilən tövsiyələr ilə əlaqəli şəkildə dəyərlən dirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağa ehtiyac görməsə də, bəzi xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Məhkum, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayon Xalxal kənd ərazisində yerləşən, həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus olan və ictimai yer hesab olunan kafenin həyətində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək kafedə olan digər şəxsin gözü qarşısında əlindəki silah qismində istifadə etdiyi plastik boru ilə sonuncunun baş nahiyəsinə bir dəfə, sifət nahiyəsinə bir dəfə, sol qulaq nahiyəsinə bir dəfə, sol çiyin nahiyəsinə bir dəfə və sağ göz nahiyəsinə bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs üzün sağ almacıq nahiyəsinin, sol qulaq seyvanının, başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, başın sol ənsə nahiyəsinin əzilmiş yarası, sol çiynin üst səthinin və sağ gözün alt hissəsinin qançırı xəsarətləri kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt səs-küyə kafedə olan şəxslər gəldiyi üçün yaxınlıqda olan ağacların arxasında gizlənərək gözləmiş, Zərərçəkmiş şəxs hadisə yerindən Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan sonra isə yenidən əlində olan plastik boru ilə sonuncuya məxsus kafenin iki ədəd şüşəsini və Zərərçəkmiş şəxs istifadəsində olan “VAZ 2106” markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bütün şüşələrini qəsdən sındırmaqla ona ümumilikdə 210 manat məbləğində maddi ziyan vurmuş, nəticədə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsindən aydın olur ki, o, xx.xx.2022-ci il tarixdə axşam vaxtı özünə məxsus Oğuz rayonu Xalxal kəndində yerləşən, kafe kimi fəaliyyət göstərən tikilidə tanışları X10,X11 və X12 ilə birlikdə yemək yeyən zaman tikilinin işıqları sönmüşdür. Tikilinin elektrik enerjisi generator ilə təmin edildiyindən o, X14lə birlikdə həyətə çıxaraq generatorun yanına getmişdir. Həmin vaxt generatorun elektrik naqilinin aralandığını görmüş və elektrik naqilini yerinə salmışdır. Bu zaman X14 kimin isə oraya gəldiyini demiş və o gələn şəxsə tərəf baxdıqda həmin şəxsin əvvəlcədən tanıdığı Məhkum olduğunu görmüşdür. Məhkum onlara tərəf yaxınlaşmış, onun əlində plastik boru olmuşdur. O, Məhkumdan nə baş verdiyi soruşduqda, Məhkum onu polislərin axtardığını, onlardan qaçdığını bil dirib ağlayaraq ona doğru gəlmişdir. Daha sonra o, Məhkumı içəriyə dəvət etmiş və özü irəlidə, Məhkum isə onun ardınca, X14 isə Məhkumın arxasında generatorun yanından ayrılıb kafeyə doğru getmişlər. Onlar generatorun yanından bir neçə metr aralandıqda Məhkum qəfildən əlindəki plastik boru ilə arxadan onun baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bu zaman o, arxaya çevrilmək istədikdə Məhkum yenidən əlindəki plastik boru ilə onu baş nahiyəsinə zərbə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və huşunu itirmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən kafedə hadisəsinin baş vermə səbəbi Məhkum ilə Zərərçəkmiş şəxs arasındakı şəxsi münasibətlər zəminində - aralarında yaranmış anlaşılmazlıqla əl aqədar Məhkum ondan qisas almaq niyyəti ilə yaranması səbəbindən deyil, Zərərçəkmiş şəxs tanışları ilə özünə məxsus kafedə əyləşib yemək yeyən zaman sonuncunun kafenin işıqları söndüyü üçün generatorun yanına gedərək nəzər yetirdiyi zaman onun qarşısına çıxıb guya polis əməkdaşları tərəfindən axtarıldığı üçün ağlayarkən Zərərçəkmiş şəxs onu kafeyə dəvət etdikdən sonra hər hansı səbəb göstərmədən sonuncunu döyməsi ilə əlaqədar olmuşdur. Bundan başqa, hadisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmamış, əksinə təqsirləndirilən şəxsin təşəbbüsü ilə başlamış, heç bir səbəb olmadan əlindəki plastik boru ilə baş nahiyəsinə bir dəfə, sifət nahiyəsinə bir dəfə, sol qulaq nahiyəsinə bir dəfə, sol çiyin nahiyəsinə bir dəfə və sağ göz nahiyəsinə bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs yüngül dərəcəl i bədən xəsarətləri yetirmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus kafenin həyətində baş vermişdir. Zərərçəkmiş şəxsin, bir sıra şahidlərin ifadələrindən və işin obyektiv hallarından da görünür ki, baş vermiş hadisə nəticəsində restoranda yemək yeyən şəxslərin narahatçılığına səbəb olmuş, hadisə kiminsə həyətində, evində, yəni «məhdud» bir yerdə deyil, məhz insanların istirahət etmələri üçün gəldikləri kafenin həyətində, ictimai yerdə törədilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum bar əsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin ka ssasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2022-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 dekabr 2022-ci il tarixli hökmü məhkumun müdafiəç isi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1051/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1051/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver