Məhkəmə qərarları › İş №1(102)-1051/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1051/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1051/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 2 34.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1(103)-2427/2023 nömrəli ilkin baxış qərarından qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayır.

2. Birinci instansiya məhkəməsi t ərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 05 yanvar 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan Murad adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,296 qram çəkidə narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb daşımış, 05 yanvar 2023-cü il tarixdə, saat 13:00 radələrində ünvan 3 ünvanında yaşadığı evin yaxınlığında Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılaraq ünvan 5 ünvanında yerləşən 40-cı Polis bölməsinə gətirilərək şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən «Rotmans» markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəng li kağız bükümdə təmiz çəkisi 0,296 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür.

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 16 noyabr 2023cü il tarixli, 1(001)-553/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün və xx.xx.2023-cü il tarixdən bugünədək həbsdə saxlanıldığı 01 ay 13 gün olmaqla, cəmi 01 ay 15 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş az adlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yeri olan ünvan 2 ünvanı axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında ilt izam” qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, dərhal məhkəmə iclas zalından azad edilməsi, hökmün icrasının Məhkum yaşayış yeri üzrə icra qurumuna tapşırılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən birinci instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət məhkəmə tərkibində) 21 dekabr 2023-cü il tarixli, 1(103)2427/2023 nömrəli qərarı ilə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-553/2023 n ömrəli, xx.xx.2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin icraata qəbul edilməsindən imtina edilmişdir.

6. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1(103)-2427/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək, apellyasiya instansiya məhkəməsinin qənaəti ilə razı olmadığını bildirib, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM -in və ya CPM-in) 416.1.20-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1(103)-2427/2023 nömrəli ilkin baxış iclasının qərarını ləğv edərək, işin apellyasiya instansiya məhkəməsində yenidən baxışa təyin edilməsini xahiş etmişdir.

8. Kassasiya protestinə qarşı yazılı etiraz verilməmişdir.

9. Qərardan məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edəb, məhkəmə kollegiyasından protestinin təmin edilməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

11. K assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

12. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

13. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

14. Dövlət ittihamçısının mübahisələndirdiyi və ləğv edilməsini tələb etdiyi apellyasiya instansiyası məhkəməsinin apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərarın kassasiya qaydasında ləğv edilməsi əsası Azərbaycan Respublikası CPM-in 416.1.20-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, məhkəmə bu Məcəllənin 391.3.2-391.3.5, 391.3.7391.3.9 və 391.6-cı maddələrində nəzərdə tutulmuş qərarları əsassız çıxardıqda, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasın da ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

15. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1(103)-2427/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Belə ki, kollegiya qeyd edir ki, təqdim edilmiş cinayət işi materiallarına əsasən, apellyasiya instansiya məhkəməsi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin buna hüququ olmayan şəxs tərəfindən verilməsi qənaətinə gələrkən nəticəsini aşağıdakılarla əsaslandırmışdır.

17. CPM-in 38.2-ci maddəs inə əsasən cinayətin baş verməsi təsdiq olunarsa, dövlət ittihamçısı təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa və ona layiqli cəza tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir.

18. Həmin Məcəllənin 383.2-ci maddəsinə əsasən apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir.

19. Həmin Məcəllənin 344.0-cı maddəsinə əsasən, məhkəmə çıxışları qurtardıqdan, təqsirləndirilən şəxsin son sözü dinlənildikdən, cinayət prosesinin tərəflərinə yekun məhkəmə qərarının layihəsinə dair öz təkliflərini vermək üçün imkan yaradıldıqdan sonra aşağıdakı hərəkətlər yerinə y etirilir: 344.0.1. məhkəmə iclasında sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edir; 344.0.2. məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmə müşavirə otağına gedir.

20. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, dövlət ittihamçısının apellyasiya protestində birinci instansiya məhkəməsində icraat zamanı təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı verdiyi təklifdən kənara çıxdığından hazırki apellyasiya protestinin CPM-in 383.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini tərəfindən verilməsini zəruri edir. Hazırki halda isə dövlət ittihamçısının CPM-in 38.1-ci maddəsinə əsasən təqsirləndir ilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməsi ilə bağlı təklif vermədiyi halda cinayət hüquq normasının düzgün tətbiq edilməsi ilə bağlı dövlət ittihamçısı tərəfindən apellyasiya protestinin verilməsi Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavininin hüququ olmaqla, dövlət ittihamçısının səlahiyyəti xaricindədir.

21. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında göstərdiyi mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya protesti verilərkən həmin Məcəllənin 381390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını araşdırarkən, apellyasiya protestinin buna hüququ olmayan şəxs tərəfindən verildiyini müəyyən etdiyindən apellyasiya protestinin icraata qəbul edi lməsindən imtina edilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

22. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-ciü il tarixli ilkin baxış qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya protesti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 1(103)-2427/2023 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar