Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1051/2025 03.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-56/2023 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə b axaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 03 fevral 1978-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Seyfəli kəndində qeydiyyatda olmaqla yaşamışdır.
2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-292/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 09 may 2021-ci il tarixdən hesablanması hökm ed ilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-92/2022 nömrəli, 09 fevral 2022ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-292/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının “8 noyabr – Zəfər günü münasibət ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən 06 (altı) ay azaldılması və üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1228/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-92/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya b axışına təyin olunmuşdur.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-56/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-292/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkumun həbsdə olduğu 01 (bir) il müddətin hökmlə ona təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbsə alınması, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi 13 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.
6. Apellyasiya məhkəməsinin sözüge dən qərarından Məhkum kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək qeyd etmişdir ki, səhhətində yaranmış problemlə bağlı kassasiya şikayəti verilməsi müddətini ötürmüşdür. Buna görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-56/2023 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərarı ilə Məhkumun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qəra rının cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən məhkuma 13 noyabr 2024-cü il tarixdə təqdim edildiyi, bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 12 aylıq müddətin məhkum tərəfindən ötürülmədiyi iddia olunaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-56/2023 nömrəli, 13 aprel 2023cü il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi xahiş olunmuşdur.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
12. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məh kəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
13. Cinayət işinin materiallarından müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-56/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkumun və onun müdafiəçisinin iştirakı ilə kassasiya şikayəti vermək hüququ və qaydası izah edilməklə 13 aprel 2023-cü il tarixdə elan edilmiş və həmin tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir.
14. Məhkumun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsinə baxmayaraq, Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə ev 10, mənzil 42 ünvanından onun tərəfindən verilmiş kassasiya şikayəti 30 aprel 2024-cü il tarixdə apellyasiya məhkəməsinə daxil olmuş, kassasiya şikayətinin onun tərəfindən imzalanıb-imzalanmamasının aydınlaşdırılması üçün cəzaçəkmə müəssisəsinə sorğu verilmiş, məhkumun imzaladığı ərizədə (ərizə cəzaçəkmə müəssisəsinin 01 oktyabr 2024-cü il tarixli müşayiətedici məktubu ilə göndərilmişdir) kassasiya şikayətinin onun tərəfindən imza edilmədiyini, kassasiya şikayəti ilə məhkəməyə müraciət etmədiyi, gələcəkdə ola bilsin kassasiya şikayəti ilə aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyini bildirmişdir. 15. 20 noyabr 2024-cü il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra Məhkum Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-56/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərarından kassasiya şikayəti versə də, həmin tarixdə mübahisəsi etdiyi qərarın qəbul edildiyi vaxtdan artıq 1 il 7 ay keçmişdir. Qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını səhhətində olan problemlərlə bağlı olduğunu bildirsə də, o, bunu təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir. Məhkumun özünün göstərdiyi əsaslar müdafiəçisi tərəfindən baxılan kassasiya şikayətində qanunla müəyyən edilmiş prosessual müddətin qərarın surətinin gec təqdim edilməsi ilə bağlı irəli sürdüyü dəlilləri özüözlüyündə inkar edir.
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkumun müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyini, qanunla müəyyən edilmiş 12 ay müddəti üzrsüz səbəbdən ötürdüyünü əsas götürüb, onun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmişdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.
17. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir.
18. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyə nliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin m övcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 2 9 iyul 2012-ci il).
19. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları aşkar edilməmişdir.
20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edi lənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-56/2023 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.