Məhkəmə qərarları › İş №1(102)-1052/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1052/2019

09.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1052/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1967-ci ildə Rusiya Federasiyasının Ryazan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, “Yeni Gəncə” Tibb Mərkəzində anestezioloq-reanimatoloq vəzifəsində işləmiş, Bakı şəhəri, * ************************ qeydiyyatda olub, Gəncə şəhəri, ***************************** yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim E.T.Axundov) Məhkum Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə həkim anestezioloqreanimatoloq vəzifəsini tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 24 iyul 2017-ci il tarixdən hesablanması, ona əlavə cəza kimi təyin edilmiş həkim anestezioloq-reanimatoloq vəzifəsini tutmaq hüququndan məhrum edilmə cəzasının əsas cəzasının çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasının əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və Ə.G.Abdullayev) ve rilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum CM-nin 314.2-ci maddəsi ilə təyin edilmiş həkim anestezioloq-reanimatoloq vəzifəsini tutmaq hüququndan məhrum edilmə əlavə cəzasının müddəti 1 (bir) ilə, azadlıqdan məhrum etmə əsas cəzasının müddəti isə 1 (bir) ilə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X5 ona görə təqsirli bilinərək məhkum olunmuşdur ki, o, “Yeni Gəncə” Tibb Mərkəzində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyərkən işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatı”-nın 7-ci bəndinin tələblərini pozaraq xəstənin aparılması taktikasının-anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə-müalicələrin aparılması və diaqnozunu əvvəlcədən ətraflı müəyyən etməli olduğu halda, yəni anestezioloji ağırlaşmaların baş verməməsi üçün xəstənin tam müayinə olunmalı, mütəxəssislərin konsultativ baxışları təmin edilməli və əməliyyata əks göstəricilər yoxlanılmalı olduğu halda əməliyyatdan əvvəl zəruri müayinələri tam həcmdə aparmamış, əməliyyata əks göstərişlərin olub-olmamasını dəqiqləşdirməklə yarana biləcək ağırlaşmanın qarşısının alınması imkanının çox ola bilməsini nəzərə almayaraq qeyd edilən normalara əməl etmədən 22 avqust 2016-cı il tarixdə saat 13 radələrində Gəncə şəhəri, ***************************** may küçəsində yerləşən həmi n Mərkəzdə planlaşdırılmış X6 rinoplastika (estetik burun) əməliyyatı aparılarkən öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, əməliyyat zamanı anesteziya məqsədilə istifadə olunmuş propofol dərman preparatının təsiri nəticəsində baş vermiş anafilaktik reaksiya şokun (dərman maddələrinə həsasslıq) təsiri ilə A8 medikamentoz anafilaktik reaksiya ilə əlaqədar inkişaf etmiş beyin ödemi və həyati vacib mərkəzlərin fəaliyyətinin kəskin pozulması hesabına narkozdan ayılmamış, nəticədə o, yol verdiyi səhlənkarlıqdan A8 ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Məhkum barəsi ndə olan 31 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Şikayət müəllifi qeyd ki, apellyasiya instansiya məhkəməsinin adı çəkilən qərarı qanunsuz və əsassızdır. Belə ki, həm ibtidai araşdırma, həm də məhkəmə araşdırmaları zamanı zərərçəkmiş şəxs X6 22 avqust 2016-cı il tarixdə baş vermiş ölüm hadisəsi ilə bağlı məsuliyyətin anestezioloq-reanimatoloq vəzifəsində işləyən Məhkum üzərinə qoyulmağa çalışılmışdır. Həm ittiham aktında, həm də məhkəmə qərarlarında Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli qərarı ilə təsdiq olunmuş “Həkim anestezioloq-reanimatoloqun nümunəvi Təlimatı”nın 7-ci bəndinin M.Talışinsakiy tərəfindən pozulmasına dair məhkəmə-tibb ekspertizalarının rəylər inə əsaslanırlar. Həmin Təlimatın 7-ci bəndində deyilir: ”Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.” Müdafiəçi hesab edir ki, istinad edilən bənd ümumi xarakterlidir, ”müvafiq qaydaların və standartlar”ın aydınlaşdırılması üçün Səhiyyə Nazirliyinə sorğu verilməsinə dair müdafiə tərəfinin vəsatətləri məhkəmə tərəfindən təmin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edi r ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və y a apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun ona istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X7 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayə t işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İns an Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instan siya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 07 oktyabr 2016-ci il tarixli 70 nömrəli rəyindən görünür ki, X9 xarici burnunun deformasiyası, burun əyriliyi ilə əlaqədar «Yeni Gəncə» Tibb Mərkəzinə müraciət etmiş və estetik məqsədlə rinoplastika (burun əyriliklərinin düzəldilməsi) əməliyyatı edilmişdir. X10 meyitinin müayinəsi zamanı aşkar edilmiş daxili üzvlərdə mikrosilkulyar damar larda kəskin qan dövranı pozğunluqları, kəskin doluqanlılıq fonunda çoxsaylı və müxtəlif ölçülü qansızmaların olması, endotellərin şişkinləşməsi, damarların mənfəzində generalizə olunmuş mikrotrombozların, ağ ciyərlərdə kəskin ödemin, ocaqlı qansızmaların olması, qanın boşluqlarda maye halda olması əlamətlərinə əsasən A8 ölümünə səbəb anafilaksiya (dərman maddələrinə həssaslıq) reaksiyası nəticəsində baş verən anafilaktik şok olmuşdur. X10 bədənində tibbi əməliyyatla əlaqədar olan xəsarətlərdən başqa digər xəsarətlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-komisyon ekspertizasının 06 dekabr 2016-cı il tarixli 396/KEŞ nömrəli rəyindən görünür ki, A6 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun bədən səthində hərhansı bir trav matik xəsarət izinin olduğu müəyyən edilməmişdir. Səhiyyə sistemində qəbul olunmuş qaydalara əsasən, cərrahi əməliyyatın yüksək refleksogen zonada aparılmasını nəzərə alaraq xəstədə əməliyyatdan öncə bütün allergik medikamentoz müayinələr yoxlanılmalıdır. Bu müayinələr əməliyyat protokolunda öz əksini tapmamışdır. Qeyd olunanlarla bağlı nəzərdə tutulan cərrahi əməliyyatın aparılmasına maneçilik törədə biləcək halın olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. A6 üzərində aparılmış «Rinoplastika» cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş və əməliyyat cərrahi ağırlaşma ilə müşahidə olunmamışdır. Lakin qeyd etmək lazımdır ki, əməliyyatın gedişində istifadə olunan anestezioloji dərman preparatlarına qarşı orqanizmin adekvat reaksiyası meydana çıxmış və xəstənin vəziyyətini ağırlaşdırmışdır. Tibbi nöqteyi nəzərdən planlı əməliyyatlarda anestezioloji ağırlaşmaların baş verməməsi üçün xəstə tam müayinə olunmalı, mütəxəssislərin konsultativ baxışları təmin edilməli və əməliyyatın əks göstəriciləri ciddi şəkildə yoxlanılmalıdır. Sözügedən işdə anestezioloqreanimatoloq tərəfindən buna kifayət qədər diqqət yetirilməmişdir. A6 meyitinin məhkəmətibbi müayinəsin əsasən, onun ölümünə səbəb «anafilaksiya (dərman maddələrinə həssaslıq) reaksiyası nəticəsində baş verən anafilaktik şok»un olduğu müəyyən edilmiş və aparılmış cərrahi əməliyyatla baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə olmamışdır. Lakin anesteziya məqsədilə istifadə olunmuş dərman preparatını (propofol) əlavə təsirləri hesabına yaranmış geridönməz fəsadla baş vermiş ölüm arasında səbəbli əlaqəni inkar etmək olmaz. Tərtib edilmiş tibbi sənədlərə əsasən, xəstəyə əməliyyat zamanı yeridilən dərman preparatlarının dozaları düzgün seçilmişdir. Lakin orqanizmdə bu preparatlara qarşı allergik reaksiyanın yaranması istisna edilmir. A6 müalicə müəssisəsi şəraitində əməliyyatdan öncə aparılacaq müayinələr tam şəkildə təşkil edilərək əməliyyata əks göstərişlərin olub-olmaması dəqiqləşdirilmiş olsaydı, yarana biləcək ağırlaşmanın qarşısının alınması imkanı çox ola bilərdi. Bu da anestezioloq-reanimatoloq tərəfindən Səhiyyə sistemində mövcud təlimat qaydalarının müvafiq bəndlərinin pozulması kimi qiymətləndirilir. A6 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onda baş vermiş medikamentoz anafilaktik reaksiya beyin ödeminə və həyati vacib mərkəzlərin fəaliyyətinin kəski n pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 Təcrübi və Tədris Birliyinin 09 mart 2017-ci il tarixli 21/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Aygül Orucovanın ölümünə səbəb "anafilaksiya (dərman maddələrinə həssaslıq) reaksiyası nəticəsində baş vermiş anafilaktik şok" olmuşdur. Anafilaktik şok anesteziya məqsədi ilə istifadə olunan propofol dərman preparatının gecikmiş reaksiyası hesabına yarana bilərdi. Tərtib edilmiş tibbi sənədlərə əsasən, anesteziyanın sonunda atropin və prozerindən dərman preparatlarından istifadə edilmişdir, bununla yanaşı atropin dərman preparatı anesteziyadan əvvəl də istifadə olunmuşdur. Hər iki dərman preparatlarının annotasiyalarında onların terapevtik dozada istifadələri zamanı allergik reaksiyaların b aş vermə ehtimalları qeyd edilməmişdir. A8 üzərində icra edilmiş cərrahı əməliyyat taktiki cəhətdən düzgün yerinə yetirilmiş və aparılmış cərrahi əməliyyatla baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Tibbi nöqteyi nəzərdən planlı əməliyyatlarda anestezioloji ağırlaşmaların baş verməməsi üçün xəstə tam müayinə olunmalı, mütəxəssislərin konsultativ baxışları təmin edilməli və əməliyyata əks göstərişlər ciddi şəkildə yoxlanılmalıdır. Sözügedən işdə anestezioloq-reanimatoloq tərəfindən buna kifayət qədər diqqət yetirilməmişdir. Bu da Səhiyyə sistemində mövcud təlimat qaydalarının müvafiq bəndlərinin pozulması kimi qiymətləndirilir (2012-ci il tarixli 70 saylı əmr). Aygül Orucovaya müalicə müəssisəsi şəraitində əməliyyatdan əvvəl anestezioloq reanimatoloq tərəfindən zəruri müayinələr t am həcmdə aparılmış olsaydı, əməliyyata əks göstərişlərin olub-olmaması dəqiqləşdirilməklə yarana biləcək ağırlaşmanın qarşısının alınması imkanı çox ola bilərdi. Tərtib edilmiş tibbi sənədlərə əsasən, xəstəyə əməliyyat zamanı yeridilən dərman preparatlarının dozaları düzgün seçilmişdir. A8 baş vermiş medikamentoz anafilaktik reaksiya ilə əlaqədar inkişaf etmiş beyin ödemi və həyati vacib mərkəzlərin fəaliyyətinin kəskin pozulması hesabına xəstə narkozdan ayılmamışdır. Aygül Orucovanın vəziyyətinin ağırlaşmasına səbəb anesteziya məqsədi ilə istifadə olunan dərman preparatlarına qarşı anafilaksiya (dərman maddələrinə həssaslıq) reaksiyası nəticəsində baş vermiş anafilaktik şok olmuşdur və bu hal anestezioloji ölüm hesab edilir. Buna məsul şəxs həkim anestezioloq-reanimatoloqdur. Səhiyyə sis temində qəbul olunmuş qaydalara əsasən, cərrahi əməliyyatın yüksək refleksogen zonada aparılmasının nəzərə alaraq, xəstədə əməliyyatdan əvvəl bütün allergik medikamentoz müayinələr yoxlanılmalıdır. Bu müayinələr əməliyyat protokolunda öz əksini tapmamışdır. Qeyd olunanlarla bağlı nəzərdə tutulan cərrahi əməliyyatın aparılmasına maneçilik törədə biləcək halın olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Xəstənin vəziyyətinin ağırlaşmasına səbəb əməliyyat zamanı anesteziya məqsədi ilə istifadə olunmuş (propofol) dərman preparatının təsirinin olduğu istisna edilmir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai a raşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apel lyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv ed ilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar