Məhkəmə qərarları › İş №1(102)-1052/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1052/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1052/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1-ci ma ddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 1(057)-05/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Muradağa Qasımov), Məhkum, xx xxxx 1975-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qarabağ müharibəsi veteranı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığ ın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2018-cı il tarixdən xx.xx.2018-ci il tarixədək şübhəli şəxs kimi tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bır) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, cavabdeh kimi ondan xx xxxxxx 2008-ci ıl təvəllüdlü X3, xx xxxxxx 2009-cu il təvəllüdlü X6 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx xxxx 2017-ci ildən hesablanmaqla, hər ay 1 uşağa 100 manat olmaqla, 3 uşağa cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan rayon Məhkəməsinin 2 (057)-2900/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərimi üzrsüz səbəbdən yerinə yetirməməsinə görə həmin Məhkəmənin 3(057)-167/2018 saylı xx xxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2018-ci il tarixinə kimi 3600 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən iş ü zrə Zərərçəkmiş şəxs və onun nümayəndəsi X5 tərəfindən birgə verilən apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-51/2020 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Kamil Bəşirov, hakimlər Etibar Camalov və Elşad Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator verdiyi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir k i, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və yeni apelyasiya baxışına göndərilməlidir. Belə ki, apelyasiya instansiya məhkəməsi mənim vermiş olduğum apelyasiya şikayətimə baxarkən nümayəndəm olan vəkil Ulduzə Əhmədovanın məhkəmədə iştirakını təmin etməyərək, şikayətə baxılması vaxtı barədə ona məlumat verməmiş, mən isə hüquqi savadsızlığım üzündən hansı qərar qəbul edilməsindən yalnız məhkəmənin qərarını aldıqdan sonra məlumatım olmuşdur. Digər tərəfdən, cinayət işinin istintaq materiallarından da aydın olur ki, hələ təqsirləndirilən şəxs barəsində cinayət işi başlanarkən 8000 manata qədər iki uşağa görə ödəmədiyi aliment borcu qalmışdır. Cinayət işi başlanıldıqdan sonra apelyasiya baxışma qədər məhkum edilmiş şəxs Məhkum yalnız 40 0 manat aliment borcundan ödəmiş olduğu halda, apelyasiya instansiyası məhkəməsi bu fakta göz yumaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etmiş olduğu qərarında məhkum edilmiş şəxsin xəstə olmasını və stasionar müalicədə olmasını göstərir. Lakin iş materialları ilə də məhkum edilmiş şəxsin anlaqsız vəziyyətdə olması təsdiq edilmir. Kassator göstərilənləri nəzərə alaraq, kassasiya şikayətinin təmin olunması, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(106)-51/2020 saylı qərarını ləğv edərək, məhkum edilmiş şəxs Məhkum daha ağır cəza təyin edilməsi üçün cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin mate riallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs müdafiəçisi Ulduzə Əhmədovanın, kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqin in düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs X.C.Hüseynova verdiyi kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən məhkumun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən açıq-aydın yüngül cəza təyin edildiyini vurğulayaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının cəza hissəsində dəyişdirilməsini və məhkuma ağır cəza təyi n edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yet irilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmişin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində zərərçəkmiş şəxsin apellyasiya şikayətini qismən təmin etmədən təyin ed ilmiş azadlığın məhdudlaşdırılması cəza növünü dəyişdirmədən saxlamışdır. Məhkuma yüngül cəza təyin edilməsi barədə kassatorların dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Qarabağ müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 306.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə Məhkum təyin edilən cəzanı ədalətli hesab edərək dəyişdirilmədən saxlamış və zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinay ət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində g östərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzan ı yüngül hesab etmək olmaz, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən görünür ki, azadlıqdan məhrum etmə cəzası sərtliyinə görə ən sərt cəza növüdür. Bu cəza növü cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəza növlərindən sərt cəzadır. Zərərçəkmişin məhkuma mütləq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə tələbi CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkum un şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyyələri və iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunun (məhkumun əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi) fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzası növünə və həddinə görə ədalətsiz hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların işığında ona təyin edilən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından iş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilən kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci mad dəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar