Məhkəmə qərarları › İş №1(102)-1052/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1052/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1052/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin hüquqi varisini n nümayəndəsi Müdafiəçi və məhkumun müdafiəçisi X9 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi tərəfindən birgə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rafail Əliyev, hakimlər Nahid Mirzəyev və Bilal Məmmədovdan ibarət tərkibdə) 1(091)-188/2021 nömrəli 08 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1995-ci il tarixdə Balakən rayonu, Katex kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Katex kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-i n) 263-1.4-cü maddəsi ilə təqsirli bilinərək, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 29 oktyabr 2020-ci il tarixdə təxminən saat 00:45 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun Katex kəndinin ərazisindən keçən 138.7-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sərxoş vəziyyətdə yaşayış məntəqəsi ndə maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, yəni 70 km/saat sürətlə idarə etdiyi Vaz-21074 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonu istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin edə bilməyib, avtomobili hərəkət hissəsindən sağına çıxararaq daş divara vurmuş, nəticədə ehtiyatsızlıqdan Vaz-21074 markalı avtomobilin salonunda olan sərnişinlər X4 açıq kəlləbeyin travması, alnında əzilmiş-cırılmış yara, alın sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı, baş-beyin toxumasına, yumşaq qişası altına və yan mədəciklərə qansızmalar, döş qəfəsinin sağ yuxarı yan səthində daxilə keçən deşilmiş-cırılmış yara, İİ-İİİ qabırğaların açıq yerdəyişən sınıqları, sağ ağciyərin üst səthinin əzilmiş-cırılmış yarası, daxilə çoxlu qanitirmə, sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, döş qəfəsinin sol yan səthində qançır, döş qəfəsində və hər iki aşağı ətrafında sıyrıqlar, sağ mil-bilək sümüklərinin qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ölümlə nəticələnən ağır, X7 qapalı kəllə beyin travması, sol gi cgah sümüyünün yerdəyişən sınığı, baş beyində əzilmə, qansızma, sağ körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sağ körpücük sümüyü nahiyəsində sıyrıqlı qançır, sağ budunda və sağ baldırında sıyrığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır bədən xəsarətləri yetirmiş və onun 30 oktyabr 2020-ci il tarixdə təxminən saat 06:25 radələrində Zaqatala RMX-da ölməsinə səbəb olmuş, habelə bir ədəd işıqlandırıcı elektrik dirəyinin yararsız hala düşməsi nəticəsində Balakən rayon Katex Bələdiyyəsinə 300 (üç yüz) manat, həmçinin Vaz-21074 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X4 6500 (altı min beş yüz) manat məbləğində ziyan vurmuşdur. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), Gün düz Abbasov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 1(107)-89/2022 nömrəli 23 fevral 2022-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi X8, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi birgə kasasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarı ləğv edilməsi və məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi F.İ.Mikanayev və onun nümayəndəsi Müdafiəçi kassasiya şikayətini onunla əsasland ırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərini pozduğundan ləğv edilməlidir. Belə ki, məhkuma təyin edilmiş cəza törədilmiş cinayətə görə adekvat deyildir. Sürücü Məhkum öz şəxsi avtomobilini deyil üçüncü şəxsin avtomobilini etibarnamə olmadan idarə etmişdir. Avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Hərəkət sürətini aşmış, yol nəqliyyat hadisəsinin qarşısını almaq imkanı olmasına baxmayaraq bunu etməmişdir. İki nəfərin ölümünə səbəb olan hadisə törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışıq olmamışdır. Məhkum səmimi peşman olmamış və birinci instansiya məhkəməsində verdiyi ifadən də görünür ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Göründüyü kimi, iş üzrə Məhkum təyin edilmiş cəza törədilmi ş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmamaqla həddindən artıq yüngüldür. Maddənin sanksiyasında 7-12 il nəzərdə tutulmuşdur. Ədalətli cəza o zaman mövcud olardı ki, ən azı məhkuma 9 il cəza təyin edilsin. Hətta birinci instansiya zamanı dövlət ittihamçısı ədalətli cəzanın təyin edilməsini xahiş etmiş, yəni 10 il cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin təyin etdiyi cəza humanizm prinsipi olmayıb, cinayətə görə adekvat cəzanın təyin edilməsi prinsipinin birbaşa pozulmasıdır. Təyin edilmiş cəzanın həddən artıq yumşaq olması məhkumun islah olunmasına deyil onda cinayətə görə yüngül cəzanın təyin edilməsi fikrinin formalaşdırılmasına xidmət edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tər əfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi verdikləri kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən məhkumun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən açıq-aydın yüngül cəza təyin edildiyini vurğulayaraq, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarının cəza hissəsində dəyişdirilməsini və məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, işə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş mate riallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmişin kassasiya şikayətinin dəlilləri onun apelyasiya şikayətinin dəlillərində də göstərilmiş və apelyasiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Apelyasiya instansiyası məhkəməsi cinayət işinin materiallarına əsasən nəticəyə gəlmişdir ki, şikayətin dəlilləri əsassızdır. Məhkuma yüngül cəza təyin edilməsi barədə kassatorun dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Məhkum zərərçəkmiş şəxsin hüquqi varislərindən biri X5 ilə barışmasını və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs Katex Bələdiyyəsinə dəymiş ziyanın ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, digər zərərçəkmiş şəxsin hüquqi varisi Famil Mikanayevlə barışığa cəhd etməsi və səmimi peşmançılığını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın olmamasını və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə 4 (dörd) il müddətin ə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apelyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsinin hökmü ilə razılaşıb hökmü dəyişdirilmədən saxlamış və apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qərarı əsaslandırmışdır. Məhkəmə kollegiyası da işə baxan apelyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilm əsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qə rarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsinin sanksiyası həddində 4 il müddətinə nəqliyyat vasitələrini id arə etmək hüququndan məhrum edilməklə, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmişin məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılması barədə tələbi CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri ilə uyğunluq təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenumunun qərarının tövsiyələri və iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunun fövqündə yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası növünə və həddinə görə acıq-aşkar ədalətsiz hesab oluna bilməz. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmç inin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını mümkün hesab etmir və Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərinin əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Məhkum barəsindəki Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 20 22-ci il tarixli qərarından iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi tərəfindən verilən kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263-1.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar