Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1052/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum, müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 11 avqust 2022-ci il tarixli hökmü ilə xx.xx.2005-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məktəbli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 240 saat ictimai işlər cəzası təyin edilmişdir. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, cəzaçəkmə müddətinin əvvəli qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadə gücündə saxlanılması, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) 1 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1 (012)-473/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 25 mart 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Osman Sarıvəlli küçəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə, üz nahiyəsinə üç dəfə yumruqla qəsdən vuraraq onun başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun nahiyəsinin səthi əzilmiş yarası və sol almacıq nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Kassasi ya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, əməlin düzgün tövsif olunmasından ötrü mühüm əhəmiyyət kəsb etdiyi üçün mövcud qaydaya əsasən yetirilmiş xəsarətlər müayinə edilərkən xəsarətlərdən hansının sağlamlığa hansı dərəcədə zərər vurması, hansıların isə sağlamlığı pozmayan olması müəyyən edilib rəydə göstərilməli olduğu halda Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi ilə əlaqədar ittiham aktında və hökmdə istinad olunan məhkəmə-tibb ekspertizasının rəyində xəsarətlər sadalanaraq sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirildiyi göstərilmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs başının təpə-ənsə hissəsində əzilmişcırılmış yaranın küt alət təsirindən əmələ gəldiyi göstərilmişdir. Lakin həmin xəsarətin yetkinlik yaşına çatmayan Məhkum vurduğu yumruq zərbəsindən Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılması nəticəsində, yaxud bilavasitə yumruq zərbəsindən əmələ gəlməsinin mümkün olub-olmaması, əgər yumruq zərbəsi nəticəsində əmələ gəlməsi mümkündürsə, onda onların hansı qarşılıqlı vəziyyətdə olmaları aydınlaşdırılmamışdır. Göstərilən hallar rəyin mükəmməl olmadığına və reallığı əks etdirməsinə şübhə doğurmasına dəlalət etsə də nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi zamanı düzgün hüquqi qiymət verilməmişdir. Xəsarət yetirən yetkinlik yaşına çatmayan və fiziki cəhətdən də qeyri-adi gücə malik olmayan bir şəxs olduqda, əgər doğrudan da Zərərçəkmiş şəxs Məhkum yumruq zərbəsi vurmuşdursa (lakin bu xüsusat hələ sübuta yetirilməmişdir) və Zərərçəkmiş şəxs göstərdiyi kimi o arxası üstə yıxılmışsa, onda bel ə məntiqi nəticə hasil olur ki, Zərərçəkmiş şəxs təpə-ənsə nahiyəsindən əzilmişcırılmış yara xəsarətini yıxılarkən almışdır. Lakin bu hal nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmişdir. Məhkəmə-tibb ekspertizasının rəyində xəsarətlərin fərdiləşməsi əks olunmasa da çox ehtimal ki, Zərərçəkmiş şəxs məhz təpəənsə nahiyəsindən aldığı xəsarət onun sağlamlığına yüngül zərər vurmaya aid xəsarətdir, digər xəsarətlər isə sağlamlığı pozmayan xəsarətlərdir. Əgər doğrudan da Zərərçəkmiş şəxs Məhkum vurduğu yumruq zərbəsi nəticəsində yıxılmışdırsa, onda yıxılmaya səbəb olan yumruq zərbəsi nəticəsində Zərərçəkmiş şəxs ağırlıq dərəcəsinə görə hansı xəsarət alması müəyyən edilməlidir. Yıxılmaya səbəb olan yumruq zərbəsi nəticəsində Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət əmələ gəlməmişsə, yaxud həmin yumruğun təsirindən əmələ gəlmiş xəsarət sağlamlığı pozmayandırsa, onda cinayət qanunvericiliyinin mənasına görə Məhkum əməli ehtiyatsızlıqdan sağlamlığa yüngül zərərvurma xəsarəti yetirməyə aid olur ki, cinayət qanunvericiliyində bu cür əməl cinayət tərkibi yaratmır. Lakin Apellyasiya məhkəməsində şikayətə baxılarkən birinci instansiya məhkəməsi zamanı CPM-nin 28-ci maddəsinə əsasən cinayət işi üzrə hərtərəfli, tam və obyektiv araşdırmanın təmin olunmamasına və nəticədə maddi hüquq normasının düzgün tətbiq olunmamasına obyektiv hüquqi qiymət verilmədən birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılmışdır. İttiham aktında məhkəməyə dindirilməsi üçün 2 şahidin çağırılması göstərilmişdir ki, onlardan biri zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs at ası Şahid1 hansı ki, hadisəni görməmiş, yalnız sonradan oğlunun şikayəti ilə əlaqədar gəlib mübahisə etmişdir. Digəri isə cinayət işinin materiallarında Zərərçəkmiş şəxs başına daş vurması barədə adı hallanan azyaşlı Röyal Şibiyevdir. Abşeron Rayon Məhkəməsində də yalnız bu iki maraqlı şəxsin ifadələrini mötəbər sübut edilməklə hökm çıxarılmışdır. Lakin apellyasiya şikayətinə baxılarkən də məlum olduğu kimi hadisənin bilavasitə şahidi olan uşaqlardan Əlinin, Muxtərin, Cavidin, böyüklərdən Baxşəliyev Əlinin dindirildiyi, aralarında üzləşdirmə aparıldığı, lakin sonradan müstəntiq tərəfindən həmin ifadələrin cinayət işindən çıxarıldığı müəyyən olunduğundan apellyasiya şikayətinə istintaqla baxılması, hadisəni görən iki nəfərin apellyasiya məhkəməsində dindirilməsi üçün dəvət olunması qərara a lındı. Baxmayaraq ki, yalnız maraqlı şəxs olan Zərərçəkmiş şəxs ona xəsarəti onlarla soyuq münasibətləri olan qonşusu Məhkum tərəfindən yetirildiyini bildirdi, digər şahidlər və təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs xəsarətin Röyal adlı uşağın daş vurması nəticəsində yetirildiyini təsdiq etdilər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri tərəfindən qərar qəbul edilərkən məhkəmədə müəyyən edilən sübutları və birinci instansiya məhkəməsi tərəfindən yol verilən qanun pozuntuları nəzərə alınmadan, Məhkum təqsirsizliyini təsdiq edən ifadələri cinayət işinin materiallarına əlavə etməməsi təsdiq olunmasına baxmayaraq, hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alındı. Hesab edir ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs qəsdən sağlamlığa yüngül zərər vurma ya aid xəsarət yetirilməsi öz təsdiqini tapmadığından onun barəsində çıxarılmış ittiham hökmü və apellyasiya şikayətinin baxılmasının nəticəsinə dair çıxarılmış qərar qanunsuz və əsassızdır. Kassasiya şikayətində yetkinlik yaşına çatmayan Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 240 saat ictimai işlər cəzasının təyin edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 1(012)473/2022 nömrəli iş üzrə hökmü və apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının onun barəsindəki 01 noyabr 2022-ci il tarixli 1(105)463/2022 nömrəli qərarının ləgv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, k assasiya şikayətinin təmin olunması barədə məhkum və müdadiəçilərin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, k assasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası mə hkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhk əmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun CM-in 128-ci maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirilir və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin çıxışında guya onun Muradı necə vurduğunu atasına göstərməyi barədə qeyd etdiyi fikirlər həqiqətə uyğun deyildir. Hadisə günü o həyətdə olarkən Muradın əlində çubuqla Röyal adlı uşağı qovaladığını görmüşdür. Həmin vaxt Röyal gəlib onun arxasında dayanaraq kömək istəmişdir. Bu zaman arxadan Murad çubuqla onu vurmuşdur. O, Murada tə rəf çönərək əlindəki çubuğu almış və qıraraq kənara tullamışdır. Murad yenidən Röyalın arxasınca qaçarkən üzüstə yerə yıxılmışdır. Daha sonra Röyal yerdən daş götürərək onun başının arxa nahiyəsinə vurmuşdur. Bir qədər sonra Muradın atası onun yanına gələrək Muradı vurub vurmadığını soruşmuşdur. Ona Muradı vurmadığını deyib atasının yanına gələrək ona hadisənin necə baş verdiyini danışmışdır. Daha sonra Murad atası ilə onların yanına gələrək mübahisə etməyə başlamışlar. Bu zaman Murad onun xaya nahiyəsinə bir təpik zərbəsi vurmuşdur. Qonşular onları araladıqdan sonra hərə öz evinə getmişdir. Apellyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Məhəmməd onun qonşusudur. Məhəmməd tez-tez onunla mübahisə edərək, onu ələ salmışdır, onun əql i çatışmazlığından istifadə edərək onunla məzələnmiş, digər uşaqlar da onunla birləşmişdir. 25 mart 2022-ci il tarixdə saat 14:00 radələrində o məhəllədə gəzişən zaman Məhəmməd yenə də onu söymüş, Məhəmməddən nə üçün söydüyünü soruşqduqda əvvəlcə onu vuracağını bildirmiş, daha sonra "bir, iki, üç” deyib baş nahiyəsindən yumruqla iki dəfə vurmuşdur. Başı gicəllənmiş və arxası üstə yerə yıxılmışdır. Yerdən qalxdıqda başından nəsə axdığını hiss etmiş və əlini başına sürtdükdə başının qanadığını görmüşdür. Başı ağrıdığı üçün evlərinə getmiş, atası başına nə olduğunu soruşduqda Məhəmmədin vurduğunu demişdir. Atası başındakı yaranı bağladıqdan sonra birlikdə küçəyə çıxıb atası ilə birikdə Məhəmmədin yanına getmişdir. Atası onu kimin vurduğunu soruşan zaman Məhəmmədin atası Asif Məhəmmədi öz yanı na çağırmışdır. O da atası ilə birlikdə Asifgilin yanına getmiş və orada mübahisə edən zaman qəflətən Məhəmmədin atası Asif atasını tutmuşdur. Həmin vaxt Məhəmməd də əynindəki gödəkcəni çıxardaraq üç dəfə yumruqla onun üzünə zərbə vurmuşdur. Daha sonra orada olan şəxslər onları ayırmış və atası onu xəstəxanaya aparmışdır. Apellyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı şahid X8 ifadəsində bildirmişdir ki, hadisə günü qonşuları ilə birlikdə onun darvazasını boyamaqla məşğul olmuşdur. Bir neçə dəqiqə sonra görmüşdür ki, uşaqlar bir yerə toplanmışlar və Şahid1 onlardan nə isə soruşur. Daha sonra oğlu Məhəmməd yanına gələrək hadisənin necə baş verdiyini danışmışdır. O Məhəmməddən ondan bu hadisə ilə bağlı Murada hər hansı xəsarət yetirib yetirmədiyini soruşduqda belə bir şey etmədi yini demişdir. O Məhəmmədi yanında saxlayaraq ora getməsinə icazə verməmişdir. Bir neçə dəqiqə sonra Şahid1 oğlu ilə birlikdə əlində dəmir parçası yanlarına gəldiyini görmüşdür. Mütalib yanlarına gəldikdən sonra mübahisə etməyə başlamışlar. O təkidlə oğlunu Məhəmmədin vurduğunu demiş və əlindəki dəmir parçası ilə onun üzərinə getməyə çalışmışdır. Bu zaman o əliylə onun hər iki yaxasından tutub ona maneə olmağa çalışmışdır. Bu əsnada Murad oğlu Məhəmmədin xaya nahiyəsindən təpik zərbəsi ilə vurmuşdur. Daha sonra ətrafdakılar onları ayırmışlar və hər kəs öz evinə getmişdir. Apellyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdir ki, hadisə ilə bağlı birinci instansiya və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Əlavə edir ki, hadisədən sonra o qarşı t ərəfin qonşu olmasını nəzərə alaraq barışıq üçün cəhd göstərib bir araya gəlsələr də, həmin görüşdə Asif Ağacanov ona nəlayiq ifadə işlətdiyi üçün münasibətlər yenidən gərginləşmişdir. Apellyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərmişdir ki, hadisə günü qonşusu Asif Ağacanov ilə birlikdə darvaza boyamaqla məşğul olmuşdur. Onlardan bir qədər aralıda məhəllənin uşaqları var idi. Həmin vaxt Zərərçəkmiş şəxs əlində bir çubuqla uşaqların arxası ilə qaçdığını görmüşdür. Bu normal bir hal idi və demək olar ki, hər gün məhəllədə bu hal olurdu. Öz işlərini görməyə davam etmişlər. Bir müddət sonra aralıdan Zərərçəkmiş şəxs və atası Şahid1 söyüş söyərək uşaqlara tərəf getdiyini görmüşdür. Bu zaman Asif oğlu Məhəmmədi yanına çağıraraq nə baş verdiyini və baş ver ənlərlə bir əlaqəsinin olub- olmamasını soruşmuşdur. Məhəmməd də Muradın necə yıxıldığını və bununla bir əlaqəsi olmadığını atasına izah edirmiş. Bir qədər sonra Şahid1 əlində dəmir parçası ilə onlara tərəf gələrək Məhəmmədin üzərinə hücum etməyə çalışmışdır. Asif onu tutmağa çalışarkən Murad Məhəmmədin xaya nahiyəsindən təpik vurmuşdur. Daha sonra onları aralamış və evlərinə getmişlər. Məhkum Zərərçəkmiş şəxs vurmasının şahidi olmamışdır. Daha sonra qonşulardan Zərərçəkmiş şəxs Röyal adlı uşağın daşla vurmasını öyrənmişdir. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ibitai istintaq zamanı verdiyi ifadədsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Murad və Məhəmməd onun qonşusudur. 25 mart 20 22-ci il tarixdə saat 14:00 radələrində o məhəllədə uşaqlarla oynayan zaman Murad əlində ağac parçası ilə onun arxasınca düşmüş, o da qonşuluqda yaşayan Əhəd adlı uşaqla birlikdə qaçıb yaşadığı həyətə girmişdir. Ondan sonra məhəllədə nə baş verdiyindən xəbəri yoxdur. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizanın 15 aprel 2022-ci il tarixli, 549 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun nahiyəsinin səthi əzilmiş yarası, sol almacıq nahiyəsininsıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir., qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsi ndə əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində təyin edilmiş komisyon kompeks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli 1478 nömrəli ekspert rəyindən görünür ki, "Zərərçəkmiş şəxs yüngül dərəcəli əqli gerilik aşkar olunur. Lakin, bu ona qarşı törədilən hərəkətlərin mənasını dərk etmək iqtidarından məhrum etməmişdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində hirslilik, həyəcan yaranmışdır, ifadə verən zaman özündən uydurmağa me yillilik əlamətləri müşahidə olunmamış, intellektual imkanları aşağı səviyyədə olsa da o, yaranmış şəraitin mahiyyətini dərk edə və davranışının mümkün nəticələrini görə bilər. Zərərçəkmiş şəxs hadisə baş verərəkən təqsirləndirilən şəxsə müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur”; Məhkum barəsində təyin edimiş komisyon kompeks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli 1477 nömrəli ekspert rəyindən görünür ki, "Məhkum törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 21 -ci maddəsinin təsiri altına düşmür. Məhkum hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Məhkum törətdiyi əməl dövründə öz hərəkətləinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Əqli-intelektual imkanları normaya uyğundur. Məhkum qərarın təsviri hissəsində göstərilən hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur; Zərərçəkmiş şəxs ilə Məhkum arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha Məhkum üzünə qarşı deyərək təsdiq etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış və üzləşdirmə protokolları, məhkəmə-tibbi ekspertizanın 15 aprel 2022-ci il tarixli, 549 nömrəli ekspert rəyi, komisyon kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli1477 və 1478 nömrəli ekspert rəyləri, eləcə də digər istintaq materialları ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Müdafiə tərəfinin şahidlərinin ifadələri obyektiv gerçəkliyi əks etdirmir, birtərəfli xarakter daşıyır və ziddiyyətlidir. Cinayət Məcəlləsinin 128-ci maddəsində sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Qəsdən sağlamlı ğa yüngül zərər vurma cinayətinin obyektiv cəhəti aşağıdakıları əhatə edir: 1) ictimai-təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik); 2) sağlamlığın qısa müddətə pozulmasında və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsində ifadə olunmuş ictimai təhlükəli nəticə; 3) əməllə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə. Cinayətin subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarət ola bilər. Təqsirkar öz əməlinin ictimai təhlükəliliyini dərk edir, bunun zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuracağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya bunun baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxsə xəsarət yetirmədiyi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxı şı zamanı öz təsdiqini tapmamışdır. Məhkum zərərçəkmiş şəxsi vurmaması, ona xəsarət yetirməməsi ilə bağlı ifadəsində göstərilən, işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən göründüyü kimi, Məhkum 25 mart 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Osman Sarıvəlli küçəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə, üz nahiyəsinə üç dəfə yumruqla qəsdən vuraraq onun başın təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun nahiyəsinin səthi əzilmiş yarası və sol almacıq nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması öz təsdiqini tapmış və aşağı instansiya məhkəmələrinin bu barədə gəldiyi nəticə əsaslıdır. Beləliklə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər s übutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövc ud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1052/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1052/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver