Məhkəmə qərarları › İş №1(102)-1052/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1052/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1052/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024- cü il 14 may tarixli, 1(099)-123/2024 nömrəli hökmündən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin bərpa edilməməsi barədə olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 dekabr tarixli, 1(104)-574/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 14 may tarixli, 1(099)-123/2024 nömrəli hökmü ilə (Hakimlər A.E.Məmmədov (sədrlik edən), R.N.Ələkbərli və M.M.Məmmədzadədən ibarət tərkibdə), xx xxxxxx 1990-cı il tarixdə Goranboy rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Qar adağlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 14 oktyabr tarixli, 1(100)-123/2024 saylı qərarı ilə məhkumun vəsatəti təmin edilməmiş, ona münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Məhkum birinci instansiya məhkəməsinin həmin qə rarından apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər S.Ə.Əzizov (sədrlik edən), S.B.Hüseynov və M.V.Məmmədovdan ibarət tərkibdə) 2024-cü il 6 dekabr tarixli, 1(104)-574/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində əsasən işin mahiyyəti üzrə dəlilləri qeyd etmiş, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə məlumat bildirməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 dekabr tarixli, 1(104)-574/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştir ak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini, müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 dekabr tarixli, 1(104)-574/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt döv rüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 384.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətin in ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan hesablanır. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə alaraq apellyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi h aqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, məhkum hökm elan olunarkən məhkəmə iclas zalında olmuş və apellyasiya şikayəti vermə qaydası və müddəti barədə məlumatlandırılmışdır. Həmçinin iş materiallarında olan qəbzdən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-123/2024 nömrəli hökmü Məhkum xx.xx.2024-cü il tarixdə, saxlanıldığı 2 saylı İstintaq Təcridxanasında qəbzə imza etdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Hökmün nəticə hissəsində isə açıq-aydın şəkildə şikayət vermə qaydası və müddəti izah edilmişdir. İşə əlavə edilmiş vəsatətdən görünür ki, məhkum apellyasiya şikayəti vermə müddətini gecikdirməyini etiraf edir. Bundan başqa, qeyd olunmalıdır ki, məhkum yalnız səhhətində olan problemlə bağlı apellyasiya şikayətini gec verməsini qey d etmiş, ancaq bununla bağlı hər hansı tibbi sənəd təqdim etməmişdir. Bununla da, məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 6 ay vaxt keçmiş, nəticədə qanunvericilikdə nəzərdə tutulan müddət üzrlü səbəblər olmadan dəfələrlə ötürülmüşdür. İş materialları ilə də müəyyən edilir ki, Məhkum apellyasiya şikayəti verə bilməsinə mane ola biləcək hər hansı bir hal mövcud olmamış və bu halların mövcudluğu barədə iş materiallarında heç bir sübut yoxdur. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum R.X5 Cinayətlər Məhkəməsinin 14 may 2024-cü il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüquqlarından istifadə etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayəti vermə müddətinin buraxılmasına gətirib çıxaran üzrlü səbəblərin təsdiq olunması üçün məhkum edilmiş şəxsin istinad etdiyi dəlillər əsaslı və ağlabatan deyil. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, e yni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınması nın qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X4rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiy a şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 2024-cü il 6 dekabr tarixli, 1(104)-574/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar