Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1053/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, zərərçəkmiş şəxsin və cinayət məsuliyyətindən azad edilmiş şəxsin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 1(103)-2506/2024 nömrəli qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhk əməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(008)480/2024 nömrəli qərarı ilə (sədrlik edən hakim M.S.Zeynalov) 26 avqust 2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvansız evdə yaşayan Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim M.C.Qarayevanın sədrliyi, hakimlər F.İ.Əyyubov və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-480/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum tanışı X5 ilə telefon vasitəsilə danışaraq onunla daha əlaqədə olmaq istəmədiyini bildirməyini cüzi səbəb kimi bəhanə kimi istifadə edərək 06 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şə xs işlədiyi ünvan 2 ünvanda yerləşən «Mobiaks» mağazasına gəlib içəri daxil olaraq mağazanın daxilində heç bir əsaslı səbəb olmadan hüquqa zidd hərəkətlərini davam etdirərək öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək, niyyəti ilə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkət edərək zor tətbiq edib Zərərçəkmiş şəxs yumruqla zərbələr endirərək ona sağ çənə və sol bazu nahiyələrinin qançırları kimi sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək bununla kifayətlənməyib qərəzli xuliqanlıq hərəkətlərini inadla davam edib mağazanın normal fəaliyyətini pozub özü ilə gətirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici-xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməy ən mətbəx bıçağından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə iki dəfə qəsdən vuraraq iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid sağlamlığa yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Məhkum əməlinin qərəzli xuliqanlıq ilə şərtləndirilmədiyini, onunla zərərçəkmiş şəxs arasında olan yuxarıda təsvir edilmiş hadisənin qısqanclıq, şəxsi münasibətlər zəminində baş verdiyini, hadisə zamanı ictimai qaydanın kobud şəkildə pozulmadığını, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə olunmadığını, yəni xuliqanlıq cinayətinin tərkibinin yaranması üçün zəruri əlamətlərin mövcud olmadığını müəyyən edib, Məhkum əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif etmişdi r. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş qərəzli xuliqanlıq cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: "kas sasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edi lib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli qərarı nın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsi sonuncunu n əməllərinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişmiş, həmin nəticə ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Birinci instansiya məhkəməsinin Məhkum hərəkətlərini qərəzli xuliqanlıq kimi görməməsi və sonuncunun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərlə uzlaşdığından, əməlin tövsifində buraxılmış səhv kimi qiymətlındirilə bilməz. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət ed ilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Qərəzli xuliqanlığın tərkib əlamətləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” kimi göstərilmişdir. CM-in 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalı dır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. B ilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırki işdə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən işin faktiki halları olaraq müəyyən edilmişdir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmasını qeyrimüəyyə n şəxslər dairəsinin şüurunda özünü müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl Məhkum Zərərçəkmiş şəxs ilə telefonda mübahisə etmələri (nişanlanmaq ərəfəsindən əvvəl), Zərərçəkmiş şəxs tərəfindən xərik üzüyünün qaytarılması, hadisə günü də özünü göstərən münaqişəli (qısqanclıq) vəziyyət və bu vəziyyətdən törəyən şəxsi qərəzli münasibətləri şərtləndirmiş, yəni cinayətkar hərəkətləri törədərkən Məhkum qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmə tsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməlində hərəkətverici amil rolunu oynamamışdır. Sadalanmiş hallar Məhkum əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementlərini istisna etməklə, birinci instansiya məhkəməsi tərəfindən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan cinayətə görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif olunmasını labüd etmişdir. O, da nəzərə alınmalıdır ki, məhkəmələr öz qənaətlərini bilavasitə məhkəmə baxışında araşdırılmış sübutlarla, o cümlədən Məhkum, Zərərçəkmiş şəxs, şahidlərin ifadələri ilə əsaslandırmışlar. Eyni ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X9 Sabunçu Rayon Şöbəsi tərəfindən verilmiş 551 saylı, 15 mart 2024-ci il tarixli rəyinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər dərəcəsinə görə ümumilikdə və ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İttiham tərəfi birinci və apellyasiya instansiyası məhkəmələrində adı çəkilən şəxslərin ifadələrini və məhkəmələrin əsaslandığı digər sübutları təkzib edən, beləliklə də Məhkum qərəzli xuliqanlıq etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, kollegiya məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını və onların bu hallardan hasil etdiyi hüquqi nəticələri yəni Məhkum əməlində xuliqanlıq cinayətinin deyil, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlam lığa yüngül zərər vurma cinayətinin tərkibinin olması barədə yekun qənaətlərini və bu qənaəti əks etdirən yekun məhkəmə aktlarını şübhə altına almaq üçün əsas görmür. Belə olan halda dövlət ittihamçısının apellyasiya məhkəməsi tərəfindən sübutların cinayət-prosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilməməsi, məhkəmənin sübutların yolverilməzliyi üzrə nəticələrinin düzgün olmaması, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif etməməsi haqqında mülahizələri və müvafiq olaraq onun kassasiya protesti əsaslı sayıla bilməz. Bütün bunlar məhkəmələr tərəfindən kassasiya müraciəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmə diyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməməsi haqqında cinayət məsuliyyətindən azad edilmiş Məhkum və Zərərçəkmiş şəxs, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 04 dekabr 2024-cü il tarixli, 1(103)-2506/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 1(103)-2506/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1053/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1053/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver