Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1054/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Zərərçəkmiş şəxs qanuni nümayəndəsi - X2, Müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Qəhrəmanov Zabil Köçəri oğlunun işt irakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 29,150.3.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 və nümayəndəsi – vəkil Nümayəndə2 tərəfindən birgə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər E.İ.Rüstəmov (sədrlik edən), X.H.Səmədov və F.N.Mahmudov) xx xxxxxxxx 1992-ci ildə Şəmkir rayonunun DəllərCırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, xx kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 29,150.3.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlini xx.xx.2020-ci il tarixdən hesablanması hökm edilmdişdir. Hökmdən təqsirləndirilən Məhkum, müdafiəçisi Z.K.Qəhrəmanov və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi R.Ə.Beydullayeva tərəfindən verilmiş ayrı-ayrı apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 22 oktyabr 2021-ci il tarixli qərarı ilə apellasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 150.3.3, 29,150.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılaraq 8 (səkkiz) ilə endirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 və nümayəndəsi – vəkil Nümayəndə2 tərəfindən birgə və Məhkum tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2019-cu ilin avqust ayının axırlarında istintaqa məlum olmayan tarixdə və vaxtda cinsi ehtirasını pozğu n formada təmin etmək niyyəti ilə onun üçün aşkar surətdə on dörd yaşma çatmayan, 24 iyun 2008-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə yaşadığı Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən evin həyətyanı sahəsindən qucağına alaraq qonşuluqda yerləşən həmkəndlisi Şahid3 yarımçıq tikilisində yerləşən otağa aparıb orada zorla cinsiyyət orqanını onun ağzına salaraq bir neçə dəfə arxaya-qabağa hərəkət etdirib cinsi aktını başa çatdırmaqla seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə, o, təkrarən 2019-cu ilin oktyabr-dekabr ayları ərzində ümumilikdə beş dəfə cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə onun üç ün aşkar surətdə on dörd yaşma çatmayan, 24 iyun 2008-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksuai xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə yaşadığı Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən evin həyətyanı sahəsindən qucağına alaraq qonşuluqda yerləşən həmkəndlisi Şahid3 yarımçıq tikilisində yerləşən otaqlarda və evin həyətində onunla zorla iki halda qeyri-təbii yolla cinsi əlaqədə olaraq arxa keçəcəkdən dəfələrlə cinsi əlaqədə olmağa xarakterik arxa keçəcəyin şüavari bükülərin bir qədər hamarlaşması və arxa keçəcəyi büzən əzələnin boşalmasına səbəb olmaqla və üç halda cinsiyyət orqanını onun ağzına salmaqla bir neçə dəfə arxaya-qabağa hərəkət etdirib cinsi aktını başa çatdırmaqla ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan əlavə, o, təkrarən 2020-ci ilin fevral-mart ayları ərzində ümumilikdə iki dəfə cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə onun üçün aşkar surətdə on dörd yaşma çatmayan, 24 iyun 2008-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə yaşadığı Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində yerləşən evin həyətyanı sahəsindən qucağına alaraq valideynləri evdə olmadığı vaxtlarda onu yaşadıqları evin həyətyanı sahəsində olan istixanaya zorla apararaq onunla zorla bir halda qeyri-təbii yolla cinsi əlaqədə olaraq arxa keçəcəkdən dəfələrlə cinsi əlaqədə olmağa xarakterik arxa keçə cəyin şüavari bükülərin bir qədər hamarlaşması və arxa keçəcəyi büzən əzələnin boşalmasına səbəb olmaqla və bir halda cinsiyyət orqanını onun ağzına salmaqla bir neçə dəfə arxaya-qabağa hərəkət etdirib cinsi aktını başa çatdırmaqla ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Həmçinin, o, təkrarən 01 aprel 2020-ci il tarixdə, 21 radələrində cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə onun üçün aşkar surətdə on dörd yaşma çatmayan, 24 iyun 2008-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə yaşadığı Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində yerləşən evin qarşısından qucağına alaraq yaşadığı evin həyətyanı sahəsində ola n istixanaya zorla aparmış və əynində olan göy rəngli cins şalvarını aşağı salaraq cinsiyyət orqanını gərilmiş vəziyyətdə çıxararaq onun ağzına zorla salmaq istəyərkən, həmin vaxt Zərərçəkmiş şəxs valideynlərinin evə gəlməsini bildirməsinə görə Məhkum dərhal onu buraxaraq şalvarını yuxarı çəkib hadisə yerindən aralanaraq qaçmış, nəticədə öz iradəsindən asılı olmayan səbəblərdən onun üçün aşkar surətdə on dörd yaşma çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 və nümayəndəsi – vəkil Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya M əhkəməsinin Qərarı ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli və Müzəffər adlı şəxslə bağlı işin yenidən araşdırılması üçün iş ibtidai istintaqa nəzarət edən prokurorluğa qaytarılmaqla təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, zərərçəkmiş şəxsin apellyasiya şikayətində və məhkəmədə verdiyi ifadələrindədə göstərmişdir ki, onun barəsində seksual xarakterli cinayəti Məhkum deyil zərərçəkmiş şəxsin ərinin dostu Müzəffər adlı şəxs törətmişdir. O, Məhkum onunla ailə qurmaqdan imtina etdiyinə görə ondan hayıf çıxmaq məqsədi ilə onun tərəfindən təcavüzə məruz qaldığını bildirmişdir. Məhkəmə tərəfindən yalnız onun ibtidai istintaqa verdiyi ifadəsi nəzərə alınmış lakin, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və işin halları araşdırılmamış və Müzəffərlə bağlı hallar tədqiq edilməmişdir. Halbuki o, Müzəffərin hərəkətləri barədə geniş şəkildə kifayət qədər ifadə verərək işin həqiqi hallarını məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə baxışı zamanı sadalanan sübutlar tədqiq olunarkən müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən işin həqiqi halları və həqiqət tam araşdırılmamış və cinayət işin materialları ilə apellyasiya şikayətində göstərilən dəlillər ziddiyət təşkil etməsinə baxmayaraq apellyasiya icraatı zamanı işin həqiqi halları tam araşdırılmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Məhkum bəraət verilməsini və cinayət törədən şəxsin müəyyən edilməsi üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir cinayət əməli törətmədiyi halda əsassız və qanunsuz olaraq ittiham edilərək təqsirli bilinib məhkum edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi R.Ə.Beydullayeva kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şıkayətlərinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Z.K.Qəhrəmanov çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi R.Ə.Beydullayeva və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Həmçinin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, təqsirli olan şəxsin müəyyən edilmədiyini və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegi yası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cina yət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq n ormasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyası on dörd yaşına çatmayan şəxs barəsində zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterl i zorakılıq hərəkətlər və on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlərə cəhd ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun və zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 150.3.3 və 29 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum və zərərçəkmiş şəxsin qanuni numayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu, məhkuma bəraət verilməli olduğu, həmçinin cinayət törətmiş şəxsin müəyyən edilmədiyi iddia edilir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan və həmin protokola əlavə edilmiş DVD disklərdən görünür ki, Zərərçəkmiş şəxs və Məhkum ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında videoçəkilişlə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdir mə zamanı hər iki şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmə nəticəsində protokol tərtib olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 23 aprel 2020-ci il tarixli 16/263 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxsa və Məhkum məxsus geyim əşyalarının əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin l№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs qızma məxsus 01 ədəd jaketin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Məhkum oğluna məxsus 01 ədəd puloverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Məhkum məxsus 01 ədəd pulloverin üz ərindən tapılmış yaşıl rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs qızma məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. Beləliklə, işdən göründüyü kimi Məhkum təqsiri məhkəmədə dindirilmiş zərərçəkmiş tərəfə aid şəxslərin və şahidlərin ifadələri ilə təsdiq edilir. Zərərçəkmişin qanuni nümayəndəsi Raminə Beydullayeva məhkumun cinayət əməli törətmədiyini iddia etsə də özü birinci instansiya məhkəməsində və ondan əvvəl ibtidai istintaq dövründə ifadələr verərək Şahid3 onun qızına qarşı seksual xarakterli əxlaqsız hərəkətlər etməsini bildirmiş və ondan şikayətçi olduğunu qeyd etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs özü də ona qarşı Məhkum tərəfindən edilmiş seksual xarakterli zorakılıq hərəkətləri barədə dəfələrlə ifadələr vermişdir. Həmçinin şahidlərin ifadələri ilə də Şahid3 təqsiri mötəbər şəkildə tamamilə təsdiq olunur. İşdə olan məhkəmə-tibb ekspertizasının rəyində göstərilən hallar da digər sübutlara uyğundur. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlər və on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlərə cəhd etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Şahid3 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə to planmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Şahid3 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və ap ellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi nümayəndəsi-vəkil ilə birlikdə verdiyi kassasiya şikayətindən görünür ki, onun irəli sürdüyü bütün iddialar onun qızının barəsində seksual xarakterli cinayəti Məhkum deyil zərərçəkmiş şəxsin ərinin dostu Müzəffər adlı şəxs törətməsi barədə dəlilin üzərində qurulmaqla məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsus i ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunan normaların tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, barəsində ittiham irəli sürülməyən, araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də cinayətin məhkəməyə verilən (barəsində ittiham irəli sürülən) şəxsin deyil, digərinin törətməsi barədə dəlillərdən çıxış etməklə baxılan (məhkəmə baxışının predmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə, belə dəlilləri qərarlarının motivlərini formalaşdıran əsaslar kimi nəzərdən keçirə bilməzlər. Odur ki, məhkəmə kollegiyası kass asiya şikayətində göstərilmiş qeyd edilən cinayətin məhkum tərəfindən deyil başqa şəxs tərəfindən törədilməsinə dair dəlilləri və bu dəlillər üzərində qurulmuş kassasiya tələblərini əsaslı dəlil və tələblər kimi nəzərdən keçirməkdən imtina edir. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. S übutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Şahid3 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Şahid3 hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 29, 150.3.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Şahid3 hərəkətlərində Cinayət Məcəlləsinin 150.3.3 və 29, 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil et mir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən məhkum Şahid3 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərin ə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkum Şahid3 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 və nümayəndəsi – vəkil Nümayəndə2 tərəfindən birgə və Məhkum tərəfind ən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X5 və nümayəndəsi – vəkil Nümayəndə2 tərəfindən birgə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 29,150.3.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1054/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1054/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver