Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1054/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 5 may 2022-ci il tarixli hökmü ilə, xx xxxx 1992-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər, məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 09 oktyabr 2021-ci il tarixdən hes ablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi öz qüvvəsində saxlanılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə) 25 oktyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 1(033)-12/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx xxxx 2005-ci il təvəllüdlü, yəni onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs 2020-ci ilin s entyabr ayında cinsi ehtirasını ödəmək məqsədilə ünvan 2 ünvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsinə apararaq orada razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına daxil edib oral yolla cinsi ehtirasını ödəməklə, 2020-ci ilin oktyabr-dekabr aylarında isə dostu Şahid1 məxsus “Nissan Teana” markalı, ** BO *** dövlət nömrə nişanlı avtomaşında Zaqatala şəhərində razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına daxil edib eyni qaydada cinsi ehtirasını ödəməklə seksual xarakterli digər hərəkətlər etmiş, həmçinin cinayətkar əməllərini davam etdirərək 2021-ci ilin yanvar ayında Zaqatala şəhəri, İmam Şamil küçəsi, döngə 1 üvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsində razılığı ilə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə soxub həmin nahiy ədə düz bağırsağa doğru uzanan cırılma ilə müşayiət olunmuş xəsarət yetirməklə zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarının müdafiə etdiyi Məhkum iş üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən - Zaqatala rayon prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Vüqar Orucova etdiyi etiraz məsələsi yuxarı prokuror tərəfindən həll edilməmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, qeyd olunan etiraz qərəzli olaraq Vüqar Orucov tərəfindən yuxan prokurora təqdim edilməmiş və bununla da hüquqlarının müdafiə etdiyim Məhkum Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 91.5.13, 91.5.18, 91.5.35 və 91.5.39-cu maddələri ilə nəzərdə tutulmuş hüquqlar ını kobud şəkildə pozmuşdur. Cinayət işinin materiallarında olan 16 və 20 noyabr 2021-ci il tarixli "İbtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında" protokollardan da göründüyü kimi, hər iki protokolda iş üzrə cinayət təqibini həyata keçirən müstəntiq tərəfindən müdafiə tərəfinin ibtidai istintaqın yekunlaşmaması ilə bağlı dəlillərinə münasibət bildirilməmiş və müdafiə tərəfinin həmin vəsatətinin təmin edilib-edilməməsi ilə bağlı qərar qəbul edilməmişdir. Nə iş üzrə cinayət təqibini həyata keçirən - Zaqatala Rayon Polis X3 müstəntiqi polis mayoru cənab Əhməd Əmirov, nə də ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror müdafiə tərəfinin hüquqlarının müdafiə etdiyi şəxsin müdafiə hüququnun pozulması ilə bağlı vəsatətlərinə baxmamış və vəsatətin dəlillərinə ü mumiyyətlə münasibət bildirməmişdir. Bununla belə, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Zaqatala rayon prokuroru Rasim Musayev "Cinayət işinin ittiham aktı təsdiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qayatarılması haqqında" 29 noyabr 2021ci il tarixli qərarla, ittiham aktı təsdiq edilmədən cinayət işi əlavə ibtidai istintaq aparılması üçün Zaqatala Rayon Polis X3 müstəntiqi Əhməd Əmirova qaytarılmışdır. Bütün bunlarla yanaşı, cinayət işinin materiallarında olan 03 dekabr 2021-ci il tarixli "Üzləşmə haqqında" protokoldan və protokola əlavə edilmiş videodan da göründüyü kimi, iş üzrə zərərçəkmiş şəxs müdafiə tərəfinin suallarına cavab verməkdən imtina etmişdir və sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 298-ci maddəsinin tələbləri elan e dilməmişdir. Nəticə etibarı ilə tərəfindən həmin olunan protokola qeydlər verilmişdir. Lakin, iş üzrə cinayət təqibini həyata keçirən - Zaqatala Rayon Polis X3 müstəntiqi polis mayoru cənab Əhməd Əmirov müdafiəçinin həmin qeydlərinə münasibət bildirməmişdir. "Canlı şəxsin ekspertizası ilə bağlı ekspert rəyi"nin surətindən məlum olur ki, həmin rəyin nəticə hissəsinin 3-cü bəndi və həmin bəndlə bağlı tədqiqat hissəsi "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Repsublikasının Qanununun 7-ci maddəsinə əsasən, elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasmda yoxlanmasına imkan verən müddəalara əsaslandırılmamışdır. Belə ki, həmin rəyin nəticə hissəsinin 3-cü bəndində iş üzrə Zərərçəkmiş şəxs arxa keçəcəyində olan çaqıq toxum anın rənginə əsasən, həmin çapığın 5-6 ay əvvələ uyğun müddətdə qeyri-təbbi yolla cinsi əlaqədə olma zamanı əmələ gələ biləcəyi qeyd edilmişdir. Lakin, həmin rəyin tədqiqat hissəsində ümumiyyətlə bu barədə bir kəlmə ilə belə olsun həmin çapığın 5-6 ay əvvələ uyğun müddətdə qeyri-təbbi yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilməsi, o cümlədən, çapığın hansı rəngdə olması, hansı elmi dəlillərə və tibbi protokollara uyğun olması qeyd edilməmişdir. Həmçinin, iş materiallarmda 5-7-ci səhifədə olan 12 iyul 2021-ci il tarixli, 283 nömrəli "Canlı şəxsin ekspertizası ilə bağlı ekspert rəyi"nun surətindən də göründüyü kimi, iş üzrə Zərərçəkmiş şəxs həkimə verdiyi izahatında "... Rəsul adlı şəxslə dəfələrlə qeyri-təbii və təbii yolla cinsi əlaqədə olduğunu, həmçinin əvvəllər heç kimlə təbii və q eyri-təbii yolla cinasi əlaqədə olmadığını bildirmişdir." Bununla yanaşı, zərərçəkmiş şəxs, Məhkum ilə ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu iddia etdiyi vaxt xəsarət almadığını bildirmişdir. Cinayət hadisəsinin baş verdiyi iddia olunan ünvan sonrdan dəyişdirilmiş və məhkəmə həmin xüsusata ümumiyyətlə münasinbət bildirməmişdir. İş üzrə Zərərçəkmiş şəxs istintaqın ilkin mərhələsində hüquqlarını müdafiə etdiyi Məhkum ona qarşı seksual hərəkətləri Zaqatala şəhəri, A.Həmidov küçəsində yerləşən qeyri-yaşayış binasında etdiyini bildirirdi. "Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında" protokoldan görünür ki, sonradan iş üzrə cinayət təqibini aparmış müstəntiq tərəfindən müdafiə tərəfinin iştirakı olmadan Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və məlum olmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs hüquqlarını müdafiə etdiyi Məhkum ona qarşı seksual hərəkətlər etdiyi iddia etdiyi yer tam fərqli ərazidə Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşir. 17 noyabr 2021-ci il tarixli "Diskin məzmununa baxış keçirilməsi barədə" protokoldan da göründüyü kimi, iş üzrə cinayət təqibini aparmış müstəntiq hüquqlarını müdafiə etdiyi Məhkum ilə iş üzrə Zərərçəkmiş şəxs arasında danışıqlara "Linqvistik ekspertizanın rəyi" olmadan tənqidi yanaşmış və 20 noyabr 2021-ci il tarixli "Sübutların qiymtələndirilməsi haqqında" qərarda danışıqlardakı məlumatları hüquqlarını müdafiə etdiyim Məhkum ona elan edilmiş ittihamda təqsirinin olmaması yönündə qiymətləndirməmişdir. Hansı ki, həmin danışıqlardan açıq-aydın müəyyən etmək mümkündür ki, hüquqlarını müdafiə etdiyi Məhkum iş üzrə Zərərçə kmiş şəxs qarşı heç vaxt əxlaqsız hərəkət etməmişdir. İş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə ona qarşı seksual xarakterli hərəkətləri etdiyini bildirdiyi Məhəmməd və Tofiq adlı şəxslərlə bağlı qəbul edilmiş qərarları məhkəmə əldə etməmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə vermiş olduğu ifadələrində və Zaqatala Rayon Polis Şöbəsinə vermiş olduğu izahatında hüquqlarını müdafiə etdiyi Məhkum ilə yanaşı, digər şəxslər, yəni, Məhəmməd və Tofiq adlı şəxslərin də ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia etdiyi Məhəmməd və Tofiq adlı şəxslərlə bağlı aparılan araşdırma materiallarının əldə edilməsi və tədqiq edilməsi zəru ridir. Belə ki, həmin işlər iş üzrə Zərərçəkmiş şəxs hüquqlarmı müdafiə etdiyim Məhkum qarşı dediklərinin də nə dərəcədə həqiqi olması məsələsini aydınlaşdırmaqda məhkəməyə kömək ola bilər. Şəki Apellyasiya Məhkəməsi Məhəmməd və Tofiq adlı şəxslərlə bağlı aparılan araşdırma materiallarının əldə edilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etsə də, sonda həmin sənədləri aidiyyatı qrumdan tələb etməmişdir. Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməllər hüquqlarını müdafiə etdiyi Məhkum tərəfindən törədilmədiyi və onun belə cinayəti törətməsi nə ibtidai istintaq, nə birinci, nə də apell yasiya instansiya məhkəməsində sübuta yetirilmədiyi üçün ona bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlil lərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsi nin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində müdafiəçi tərəfindən Məhkum CM-in 152.1-ci maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirilmiş və ona bəraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kim i görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlar a uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsAslanna bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv səhəti 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə ifadə olunur. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla zərərçəkmiş şəxs, şahidlərin ifadəl əri, məhkəmələrdə elan edilib araşdırılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi, bu əməlin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Müdafiəçinin kassasiya şikayətində məhkumun təqsirsiz olması ilə bağlı dəlilləri əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə araşdırılmış, məhkumun təqsirliliyini təsdiq edən sübutların sadalanmasına zərurət görməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 tərəfindən verilmiş 283 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi eksperti zası zamanı aşkar edilmiş xəsarətlər: sol baldırın aşağı 1/3-nin öniç səthinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətin müxtəlif şəraitlərdə o cümlədən, kələ- kötür səthlə xəsarət nahiyəsi arasında olan sürüşmədən əmələ gəlməsi istisna edilmir, lokalizasiyasına, paralelliyinə, trayektoriyasına, istiqamətinə görə, demək olar ki, fiziki zor tətbiq edərək cinsi əlaqə zamanı yaranmağa xarakterik deyildir, müddəti müayinədən bir günə qədər vaxta uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinə olunan vaxtdan 2-3 həftə müddətə uyğundur, təbii yolla cinsi əlaqə zamanı kişi cinsiyyət orqanının təsirindən əmələ gəlməsi istisna edilmir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı arxa keçəcəkdə zəif hamarlaşma, arxa keçəcəyin sıxıcı əzələlərin tonusunun zəifləməsi, düz bağırsağın qıfvari formada açılması, arxa keçəcəkdə düz bağırsağa doğru uzanan köhnə cırılmanın ağımtıl rəngli çapıq izi aşkar edilmişdir ki, bu da mütəmadi qeyri təbii yolla cinsi əlaqədə olmağa aid əlamətlər kimi qiymətləndirilir, arxa keçəcəkdə olan çapıq toxumanın rənginə əsasən demək olar ki, bu zədələnmə beş-altı ay əvvələ uyğun müddətdə qeyri təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilər. İş materiallarına əlavə edilmiş diskin məzmununa baxış keçirilməsi barədə xx.xx.2021 - ci il tarixli protokoldan görünür ki, danışığın əvvəlində Oruc adı ilə danışan şəxslə Leyla arasında aşağıda qeyd edilən danışıq aparılır. Leyla: Hə ay Oruc ? Oruc: nə oldu ay L eyla ? Leyla: nə bilim set getdi, nəsə deyirdin? Sonrakı danışıq zamanı Leyla adı ilə danışan şəxs yalnız Orucun yönəldici sözlərindən sonra bildirir ki, onunla Oruc arasında heç bir şey olmamış və Oruc onunla cinsi əlaqədə olmamışdır. Danışıq zamanı heç bir halda Leyla adı ilə danışan şəxsin həmin fikirləri sərbəst şəkildə qarşı tərəfə bildirməsinə rast gəlinmir. Hətta bir dəfə Leyla Orucun onunla aralarında heç bir şeyin olmaması barədə dediklərini gülməklə qarşılayır (09:10 və 09:11), yəni ciddi qəbul etmir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş Bakcell MMC-dən və Azefon MMC-dən qərar vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri ilə təqsirləndirilən şəxs Məhkum istifa dəsində olmuş 055439-60-65 mobil telefon nömrələri istifadə olunan mobil cihazların ittihamda göstərilən vaxtlarda eyni yerdə olubolmadıqlarını müəyyən etmək məqsədi ilə həmin nömrələrin 2020- ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında, 2021-ci ilin yanvar ayında qeydə alındığı anten dairəsinə dair məlumatlar götürülmüşdür. Həmin məlumatların tədqiqi zamanı müəyyən olunmuşdur ki, qeyd olunan tarixlərdə onların mobil cihazlarının qeydə alındığı anten dairələri eynilik təşkil edir. Cinayət işi üzrə müəyyən olunmuş hallara və araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum xx xxxx 2005-ci il təvəllüdlü, yəni onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı cinsi ehtirasını ödəməklə seksual xarakterli digər hərəkətlər etməsi və zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olması öz təsdiqini tapmışdır. Məhkum olunmuş şəxsin həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar müəyyən edilməmişdir. Belə olan halda onun hərəkətləri aşağı instansiya məhkəmələri tərəfindən haqlı olaraq 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayəti kimi tövsif edilmişdir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Məhkum ittiham olu nmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edin həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsAslannmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual M əcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında məhkumun təqsirliliyi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkumun təqsirsiz olması barədə dəlilləri əsassızdır. Məhkum Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrini n məhkumun təqsirli bilinməsi ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılmas ı məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum olunması barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1054/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1054/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver