Məhkəmə qərarları › İş №1(102)-1054/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1054/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1054/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-508/2025 nömrəli qərarından xüsusi ittihamçı Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bədəlli Məğrub Ağamalı oğlu xüsusi ittiham qa ydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 05 dekabr 2024-cü il tarixli 1(006)-575/2024 nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikasının CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi barədə xüsusi ittihamçı Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. X5 Ağamalı oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarix li 1(006)-575/2024 nömrəli qərarının ləğv edilməsini, şikayətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi) Zamin İbrahimov və Murad Məmmədov) 22 yanvar 2025-ci il tarixli 1(103)-508/2025 nömrəli qərarı ilə X1 Azərbaycan Respulikasının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmışdır. Bədəlli Məğrub Ağamalı oğlu kassasiy a şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-508/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bədəlli Məğrub Ağamalı oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hələ də verilmədiyi, şəxsi kabinetdə gizlin, xəbər vermədən 24 dekabr 2024-cü ildə yerləşdirdiyi 05 dekabr 2024-cü il tarixli qərarından apellyasiya şikayəti 22 yanvar 2025-ci il tarixli qərarla hərəkətsiz saxlanılmışdır. Qərar apellyasiya şikayətinin müddətin ötürülməsi və bərpasına ərizə verilməməsi ilə əsaslandırılıb. Bu qərar barəsində xüsusi ittiham verilən Əlirza Həbilovun məhkəmə ilə qeyri-prosessual sövdələşməsinin nəticə sidir və ləğv olunmalı, sonrakı prosessual hərəkətlər edilməlidir. 1-cisi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi xüsusi ittihamlı şikayət üzrə ən geci 7 günə hazırlıq iclası təyin edilməli olduğu halda, 1 aydan sonra təyin edilib və CPM-in 51-2 maddəsinə əsasən, 1-ci dərəcəli Qarabağ əlili olduğundan səhhətinin vəziyyətinə, eləcə də həyatına real təhdid, təhlükə olduğuna görə iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə vəsatətlər versə də, baxılmayıb. Halbuki məhkəmə bunu təşkil etməyə borcludur. Beləliklə, qəsdən məhkəmədə onun iştirakı, dinlənilmək hüququ təmin olunmayıb. İştirakı olmayan iclasda hansı qərarın, hansı əsasla qəbul olunduğunu bilmədiyindən ondan şikayət vermək imkanı da ola bilməz. Bu, sübuta ehtiyacı olmayan faktdır. 2-cisi, CPM-in 358-ci maddəsinə görə, qərar ən geci 3 (üç) günə tərəflərə verilməlidir. Ona isə 05 dekabr 2024-cü il tarixli icraatdan imtina qərarı hələ də verilməyib. O, təsadüfən 30 dekabr 2024-cü ildə onun şəxsi kabinetinə daxil olanda, 24 dekabr 2024cü ildə qərarın şəxsi kabinetdə yerləşdirildiyini bilmiş və elə həmin gün də apellyasiya şikayəti təqdim etmişdir. 3-cüsü, 05 dekabr 2024-cü il tarixli qərar şəxsi kabinetində 20 günə - 24 dekabr 2024-cü ildə yerləşdirilibsə, özü də gizlin, xəbər vermədən, onun bu qərarın qəbul olunma günündən 20 gün müddətində apellyasiya şikayəti verə bilməyi mümkünsüzdür. Bu da sübuta ehtiyacı olmayan faktdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da birinci instansiya kimi, CPMin 51-2 maddəsinə əməl etməyib. Yenə də ittiham verilən şəxs Əlirza Həbilov məhkəmələrə sifariş verib, qeyri-prosessual yolla onun məhkəmə təminatı hüququna qadağa qoydurur, işə mahiyyəti üzrə obyektiv, faktlara əsasən baxmağa imkan vermir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci in stansiya məhkəməsinin qərarı elektron kabinetdə vaxtında yerləşdirilmədiyindən həmin qərardan vaxtında apellyasiya şikayəti verilə bilməmiş və bu səbəbdən apellyasiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin hərəkətsiz saxlanması barədə qərarın qəbul edilməsi əsassız və qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəx sə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Bədəlli Məğrub Ağamalı oğlu X2 barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 1(006)-575/2024 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, iş materialından görünür ki, mübahisə edilən qərar birinci instansiya məhkəməsi tərəfindən 05 dekabr 2024-cü il tarixdə elan edilmişdir. Hazırkı halda isə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə 30 dekabr 2024cü il tarixdə, yəni apellyasiya şikayəti vermə müddəti başa çatandan sonra verilmiş, həmçinin müddətin bərpa olunması ilə bağlı məhkəməyə ərizə də təqdim olunmamışdır. Apellyasiya məhkəməsi cinayət i şinin materiallarına əsaslanaraq qərara almışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 1(006)-575/2024 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən həmin şikayət hərəkətsiz saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetiri lmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin Bədəlli Məğrub Ağamalı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin hərəkətsiz saxlanılması ilə bağlı gəldiyi nəticələri əsaslı və qanunvericiliyin tələblərinə uyğun hesab edir. Kassasiya şikayətində bu qərarla əlaqədar irəli sürülmüş dəlillər isə əsassız olduğundan qəbul edilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bədəlli Məğru b Ağamalı oğlu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayətinin hərəkətsiz saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 1(103)-508/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 yanvar 2025-ci il tarixli 1(103)-508/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar