Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1056/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş Zərərçəkmiş şəxs və Məhkum iştirakları ilə, Gədəbəy rayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cü il tarixli qərarında n zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.B.Mirzəquliyev) Məhkum- 09 mart 1997-ci il tarixdə Gədəbəy rayonu ******* kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu Arıqıran kəndində yaşayan. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 18 iyun 2018-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlib bacısı A 8ı qaynı R6 istəməsi barədə kənddə yalan məlumatlar yaymasına görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla onun burnunun üstünə vuraraq, burunun şişkinliyi, qançırı, sıyrığı ilə müşayət olunan burun sünüyünün və əng sümüklərinin qapalı yerdəyişən sınıqları, burunun deformasiyası və burun tənəffüsünün pozulmasına səbəb olan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər:T.A.Muxtarov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və İ.Ə.Ş əfiyevdən ibarət tərkibdə) 11 aprel 2019cü il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cü il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, cinayət işinin yeni apellysiya baxışına təyin edilmsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı, cinayətin bir qrup şəxs halınada törədilməsi və Məhkum daha ağır ittiham verilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroroa qaytarılması barədə vəsatətləri təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələbi pozulmuş, məhkuma Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələbinə uyğun olmayan cəza təyin edilmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların mü əyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsində icraat zamanı, cinayətin bir qrup şəxs halında törədilməsi və Məhkum daha ağır ittiham verilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroroa qaytarılması barədə vəsatətləri təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələbi pozulmuş, məhkuma Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələbinə uyğun olmayan cəza təyin edilmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olma b arədə 06 oktyabr 2018ci il tarixli protokolundan müəyyən edilir ki, Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olmuş, ibtidai istintaqın yekunlaşması və sübutların toplanması ilə bağlı hər hansı irad bildirməmiş, heç bir etirazı və vəsatəti olmadığı qeyd edilməklə protokolu imzalamışdır. Birinci instansiya məhkəməsi gedişində Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs Məhkum daha ağır ittiham verilməsi barədə vəsatət verməsi cinayət işinin materiallarından müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəmə iclas protokoluna hər hansı qeyd verilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 20.06.2018-ci il tarixli 342 saylı rəyinə əsasən Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz altının sıyrığı, sağ əlin birinci barmağının şişkinliyi ilə müşayət olunan 1-ci barmağın əsas falanqa 1-ci əl daraq oynağının yarım çıxığı küt əşyaların təsirindən törənmişdir və törənmə müddəti 18.06.2018-ci il tarixə uyğun gəlir, sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 19.06.2018-ci il tarixli 337 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərburunun şişkinliyi, qançırı, sıyrığı ilə maşayət olunan burun sünüyünün və əng sümüklərinin qapalı yerdəyişən sınıqları, burunun deformasiyası və burun tənəffüsünün pozulması, sağ kürəyin sıyrığı, ket əşyanın təsirindən törənmişdir, 18.06.2018-ci il tarixə uyğun gəlir, burunun şişkinliyi, qançırı, sıyrığı ilə maşayət olunan burun sünüyünün və ən g sümüklərinin qapalı yerdəyişən sınıqları, burunun deformasiyası və burun tənəffüsünün pozulması sağlamlığa az ağır zərərvurmaya aiddir, qalan xəsarətlərin dərəcəsi təyin edilmir. X5 ifadələrində və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs üzünə qarşı ona hər hansı xəsarət yetirmədiyini, əksinə R6 onun sol gözünün üstünə yumruqla vurduğunu və Razimin onları aralaşdırdığını göstərmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 20.06.2018-ci il tarixli 343 saylı rəyindən müəyyən edilir ki, X2 göz nahiyyəsinin küt əşyanın təsirindən törənmiş qançırı xəsarəti vardır və bu xəsarətin törənbmə müddəti 18 iyun 20189-ci il tarixə uyğun gəlir. Bununla da X4 ifadəsinin həqiqiliyi və Zərərçəkmiş şəxs kassasiya şikayətinin əsassızlığı sübut edilmiş olur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən hadisələrin təsadüfi axarı nəticəsində Məhkum ilk dəfə cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edib nəzərə almış, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu halları nəzərə alaraq birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsini sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının nisbətən yuxarı həddində cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanunla müəyyən edilmiş hədlərdə ədalətli cəza təyin edilmişdir. Məhkum cəza təyin edilərkən cəzanın məqsədləri barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əməl edilməməsi barədə kassasiya şika yətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2019-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən. Qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 11 aprel 2019-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1056/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1056/2019
16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver