Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1056/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu (məruzəçi) və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X12 qızının, Bəraət almış şəxsin müdafiəçisi Abışov Sadiq Hüseyn oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10.11.2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.Q.Abdullayev, hakimlər M.V.Məmmədov və C.C.Nəbiyev) 02 aprel 1968-ci ildə Ukraynanın Kiyev vilayətində anadan olmuş, Ukrayna vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ukraynanın Kiyev vilayəti, Borisov rayonu, Revne kəndində qeydiyyatda olan X4 Azərbaycan Respublikası CM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Leonıd Haievskyiyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunmuşdur ona gorə ki, o, 2019-cu ilin noyabr ayının ortalarında Ukraynada olan, şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə və onlar vasitəsi ilə iran İslam Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş bır qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəm külli miqdarda əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Ukraynaya daşıma cinayətlərim törətmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiy yətləri istintaqla müəyyən edilməmiş üzvləri istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda. 280 kiloqram 325 qram heroıı narkotik vasitəsini malların aşkar edilməsim çətinləşdirən üsullardan istifadə etməklə. İran İslam Respublikasında qeydiyyatda olan “X14 Co” şirkətindən Ukraynada qeydiyyatda olan “Limited Lıability Company Kasrık Ukraıne” LLC şirkətinə göndərilən 19430 kiloqram çəkidə 560 rulon süni dəri yükünün 288 ədədinin hər birinin daxilində olan karton borunun içərisinə yerləşdirmiş və 20 noyabr 2019-cu ildə İran islam Respublikasının Tehran şəhərində onun idarə etdiyi “Renault” markalı Aİ9452Hİ/Aİ9425KX dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yüklətmış, o isə əldə edilmiş razılığa və umumı cınayətkar niyyətə uyğun o laraq həmin narkotik vasitəni satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərindən tranzit keçməklə, iran İslam Respublikasından Ukraynaya aparmaq üçün idarə etdiyi Renault markalı Aİ9452Hİ/Aİ9425KX dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində saxlamış daşımış və 26 noyabr 2019-cu ıl tarixdə, saat 15 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir Hökmdən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirov) 08 fevral 2021-ci il tarixl i qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi bildirir ki, məhkəmə istintaqında dindirilmiş şahidlər Sağıyev Nurəddin Rza oğlu və Seyfullayev Sabir Əliqasım oğlu ifadələrində göstərmişlər ki, narkotik maddə aşkar edilmiş 560 rulonun 288 ədədinin daxilində silindr formalı karton boru olmuş, karton borunun hər ıkı uc hissəsində zavod üsulu ilə yerləşdirilmiş tıxac olmuş, hər iki tıxac eyni rəngli karton materialından hazırlanmış, yoxlama məqsədi ilə borunun uc his sələri xüsusi kəsıcı alətlə kəsildikdə borunun daxilində boru boyunca şəffaf polietilenlə bükülmüş digər karton borunun olduğu məlum olmuş, borunun daxilindəki boru çıxarılmış və bu zaman çıxarılmış karton borunun üzərinə yapışqanlı lentlə sarınmış boru boyunca uzunluğu 140 sm em isə 40 sm olan şəffaf polietılen paketdə içərisində təxminən 2 mm qalınlığında açıq qəhvəyi rəngli maddənin yerləşdirildiyi məlum olmuşdur. Yükun sürücü Leonıd Haıevskyı tərəfindən yoxlanılması imkanının faktiki olaraq mövcud olmasının sübuta yetirilməsinə baxmayaraq, məhkəmə hökmdə bunun əksinə olaraq sum dəı rulonunun üzərinə və uc hissələrinə əvvəlcə kağız, onun üstündən isə zavod üsulu ilə sellofan örtüyün çəkilməsini, sellofan və kağız örtüyü sökmədən, süm dərim tam açmadan, hər ıkı uc hissəsinə tıxac bərkidi lmiş borunun həmin hissələrim kəsib borunun içərisindəki borunu çıxarmadan, sonuncu borunun üzərinə sellofana yığılmaqla yapışdırılmış kütlənin faktiki olaraq mənsubiyyətinin müəyyən edilməsinin mümkünsüz olmasını. 560 ədəd sum dəri rulonu nəqliyyat vasitəsinə yükləndikdən sonra avtomobilin ilk olaraq Tehran şəhərində yerləşən gömrük ərazisində rentgen qurğusundan keçməsim bundan sonra maşının yük yerinə bağlanmış kəndirlərin yük yerinin giriş qapısında bır yerdə bağlanmaqla həmin hissəyə iran İslam Respublikasının gömrük orqanına məxsus rəsmi plombun vurulmasını, plombu qırmamaq şərtilə yük yerinin qapısının açılması, eləcə də yuk yerinin digər hissəsindən yük.erinə girişin mümkünsüz olmasını göstərərkən nəzərə almamışdır ki, Leonıd Haıevskyı cinayətkar qrupun iran islam Respublikası və Ukrayna Respublikasındakı şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə birlikdə 280,325 kiloqram heroını 288 rulon süm dər.ükündə qablaşdıraraq iran islam Respublikkasının gömrük xidmətinə aid olan rəsmi plomb vurulunadək nəqliyyat vasitəsinə yüklənməsini təmin etmişdir Məhkəmə hökmdə Leonıd Haıevskyinın təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verərkən yanlış olaraq narkotik maddənin onun idarə etdiyi nəqliyyat vasitəsinə yuklənməs anından sonrakı davranış və hüquqi məsuliyyətim araşdırmış, onun narkotik maddəmi nəqliyyat vasitəsinə yüklənməsinədək artıq cinayətkar qrupun üzvləri ilə qabaqcadan əlbir olduğu və onun iştirakı və birbaşa qəsdi olmadan qablaşdırmasında şübhəli əlamətlərin mövcud olduğu narkotik maddənin nəqliyyat vasitəsinə yüklənməsinin mümkün olmamasını nəzərə almamış, nəticə etibarilə işin faktiki hallarına, həmçinin, yükün və onun qablaşdırılmasının xarici görünüşünü yoxlamaqdan ibarət sürücünün vəzifəsinin təsbit edildiyi beynəlxalq konvensiyanın və daxılı qanunvericiliyin tələblərinə uyğun olmayan nəticəyə gəlmiş, X1 İranın Tehran şəhərinə gətirməli olduğu təkər yükünü niyə Biləsuvar şəhərində boşaltdığını, sonra Tehrana getdiyim. Tehranda süm dəri yükü yükləndikdən sonra niyə 2 gün yük maşınının kabinəsində yatdığını məhkəmə araşdırmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxl ayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Göründüyü kimi, apellaysiya məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş ma terialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin müdafiəçisi S.Abışovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılmas ı, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Leonid Haievskyinin əməlində ittiham edildiyi CM-nin 206.3.2 və 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqs iri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı m addəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququ nun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətl i həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, Leonid Haievskyinin ətrafında keçi rilmiş əməliyyat axtarış tədbirləri cinayət prosessual qanunvericliyinin tələblərinə uyğun keçirilmədiyindən, bu fəaliyyət nəticəsində əldə edilmiş materiallar sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbinə əsasən Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qəra rının nəticə hissəsinin 1 və 2-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qay dasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqların ın və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protestin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Leonid Haievsky barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1056/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1056/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver