Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1056/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli, 1(103)2271/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəf indən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 06 noyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində qeydiyyatsız münasibətdə yaşadığı Şahid1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olduqları zaman, aralarında mübahisə yaranmış Şahid1 döydüyünə görə, həmin vaxt onlarda qonaq olmuş Zərərçəkmiş şəxs onun qarşısını alaraq sakitləşdirmək üçün sifətinə sillə vurmasına etiraz və cavab olaraq mübahisənin baş verdiyi mətbəx otağında ələ keçirdiyi bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə 1 (bir) zərbə vurub, sonuncuya “S”vari bağırsağın və nazik bağırsaq ilgəyinin yaralanması ilə müşaiyət olunan, qarının sol yan səthinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlam lığına ağır zərər vurmuşdur.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən) X6 və X4 ibarət məhkəmə tərkibində) 16 sentyabr 2024-cü il tarixli, 1(101)-1807/2024 nömrəli hökmü ilə Məhkum CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və həmin maddə ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum 07 noyabr 2023-cü il tarixdən 09 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılması və onun üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun üzərində saxlanılan cəzanın əvvəlinin 16 sentyabr 2024-cü il tarixdən hesablanması, Məhkum cəz asını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun dərhal məhkəmə iclas zalında həbs edilməsi və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, bu hissədə hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunması hökm edilmişdir.
4. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddin də ən aşağı cəza olan 3 il müddətində azadlıqdan məhrumetmə cəzasından da az cəza təyin edilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, həmin cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən, məruzəçi hakim), X8 və X3 ibarət məhkəmə tərkibində) 9 dekabr 2024-cü il tarixli, 1(103)2271/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 1(101)-1807/2024 nömrəli hökmünün dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 1(101)-1807/2024 nömrəli hökmü ilə Məhkum CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının 03 (üç) ilə endirilməsi, Məhkum 07 noyabr 2023-cü il tarixdən 09 noyabr 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılması və onun üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli, 1(103)-2271/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri apell yasiya şikayətinin dəliləri ilə eynilik təşkil edərək, müdafiəçi onları təkrarlamaqla, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli, 1(103)-2271/2024 nömrəli qərarının qismən ləğv edilməsini, məhkum barəsində CM-in 70-ci maddəsinin, bu mümkün olmadıqda isə barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
9. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən müdafiəçi kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
11. K assasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi v ə ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təs bit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi kassasiya şikayətində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, mübahisələndirilən qərarın məhkuma cəza təyini hissəsində qismən ləğv edilməsini iddia etsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halla əlaqələndirməmişdir.
17. Bununla belə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kim i görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli, 1(103)-2271/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın mə qsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).”
19. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərk ən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. Cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin etmənin xüsusi qaydasını müəyyən edən CM-in 60-cı maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yo xdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz
23. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir.
24. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır
25. Məhkəmə kollegiyası təsvir edi lənlərə əsaslanmaqla Məhkum barəsində CM-in 70-ci və ya 60-cı maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsi və ya yüngülləşdirici hallarla cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, bununla yanaşı məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın məhkuma cəza təyini hissəsində dəyişdirilməsini zəruri hesab edir.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qüvvədə olan cinayət qanununun cəza anlayışına bir sıra yeni elementləri daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusi vurğulanmışdır (Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
28. Bu baxımdan məhkəmə kol legiyası qeyd edir ki, Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etmişlər. Qeyd edilən hallar aşağı instansiya məhkəmələri tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Həmçinin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
29. Kassasiya kollegiyası qeyd edir ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
30. Həmin maddənin 62.2-ci bəndinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
31. Cinayət işinin yuxarıda qeyd edilən hallarının məcmusunu, eləcə də Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ibtidai araşdırma zamanı və məhkəmədə etirafedici ifadələr verməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq, həmçinin daha əvvəl təsvir edilən cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azər baycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinərək barəsində apellyasiya instansiya məhkəməsinin yekun qərarı ilə təyin edilmiş cəzası barəsində CM-in 62.2-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməklə icra edilməsi ilə mümkündür.
32. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
33. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli, 1(103)2271/2024 nömrəli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.
34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum barəsində Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsi tətbiq edilsin və onun barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 dekabr 2024-cü il tarixli, 1(103)-2271/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqan məhrum etmə cəzasının həddi 2 (iki) il müddətinə endirilsin. Məhkum 07 noyabr 2023-cü il tarixdən 09 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.