Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1057/2018 15.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “15” noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qəmbər oğlu, Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3, məhkumun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş "xxxx" ASC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" A SC-nin 2 saylı Yasamal Filialının müdiri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 129 №-li ünvanda qeydiyyatda olan, faktiki olaraq ünvan 2il 24-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.3.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xx2018ci il tarixli qərarından Məhkum müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: R.A.Allahverdiyeva, hakimlər: T.X.Nəsrullayeva və N.A.Kərimov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 179.3.2-ci maddəsilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) ilə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı xx xx 2016-cı il tarixdən hesab edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmənin h əmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xx2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim: Q.F.Məmmədov, hakimlər: R.K.Səfərov və M.S.Hüseynov) apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə görə Məhkum xx xx 2007-ci il tarixdən "xxxx" ASC-nin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 2 saylı fiiialının müdiri vəzifəsində işləyərkən özgə əmlakını talama məqsədi ilə, tanışı X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "xxxx" ASC-nin Müşahidə Şurasının xx xx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Kapital bankın Kredit siyasəti və kreditləşmə qaydaları» barədə təlimatına əsasən kredit almaq üçün şifahi və ya yazılı müraciət etmiş müştərilər biznes planını təqdim etməli, kredit alacaq müştərinin krediti və onun faizini, eləcə də layihənin yerinə yetirilməsindən yaranan hər hansı digər borclarını asanlıqla ödəmək qabiliyyətində olmasının qiymətləndirilməsini, müsbət kredit tarixinə malik və kredit riskləri minimum səviyyədə olan müştərilərə kredit verilməsini təmin etməli və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi,xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük eldə etmək məqsədilə, qeyd edilən normativ sənədin tələblərini yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Y.Y.Ağakişiyevə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnovkada yerləşən 0,29 hektar torpaq s ahəsindən ibarət və 100.000 manat dəyərində qiymətləndirilən 829 №-li bağ sahəsinin "xxxx" ASC-nin 2 saylı Yasamal filialına girov təminatı qoyulması ilə sonuncuya 100.000 manat məbləğində kredit verilməsi barədə 31.07.2007-ci il tarixli 2001 №-li, 6.000 manat məbləğində kreditin verilməsi barədə 19.09.2007-ci il tarixli 2001/1 №-li, eləcə də 130.000 manat məbləğində kreditin verilməsinə dair 09.11.2007-ci il tarixli 2001/2 nömrəli kredit müqaviləsi və digər kredit sənədlərinin tərtib olunmasını təşkil edib həmin sənədləri Filialın müdiri kimi imzalayıb möhürü ilə təsdiq edərək, həmin məbləğdə vəsaiti X3 Gəncə şəhərində yerləşən ayrı-ayrı bankların filiallarında olan hesablarına köçürülməsi ilə nağdlaşdırıb Y.Ağakişiyevə verməyərək, X1 öz aralarında bölüşdürüb ona etibar edilmiş özgə əmlak ını mənimsəmə yolu ilə talamış və həmin hərəkətləri ilə A1məxsus 100.000 manat dəyərində qiymətləndirilən bağ sahəsinin sonuncunun faktiki olaraq almadığı kreditə görə girov yüklülüyündə qalması ilə onun və ümumilikdə verilmiş 236.000 manat məbləğində kreditinin təminatı kimi girov qoyulmuş cəmi 100.000 manat dəyərində bağ sahəsinin həmin kreditin adekvatlığını təmin etməməsi və bununla da 236.000 manat məbləğində kreditin ödənilməsinin risk altına alınması ile "xxxx" ASC-nin qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən eyni niyyətlə X1la qabaqcadan əibir olub cinayət əlaqəsinə girərək özgə əmlakını talama məqsədilə, "xxxx" ASC-nın Müşahidə Şurasının xx xx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Kapital bankın Kredit siyasəti və kreditləşmə qaydaları» barədə təlimata əsasən kredit almaq üçün şifahi və ya yazılı müraciət etmiş müştərilər biznes planını təqdim etməli, kredit alacaq müştərinin krediti və onun faizini, eləcə də layihənin yerinə yetirilməsindən yaranan hər hansı digər borclarını asanlıqla ödəmək qabiliyyətində olmasının qiymətləndirilməsini, müsbət kredit portfelinə malik və kredit riskləri minimum səviyyədə olan müştərilərə kredit verilməsini təmin etməli və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqdar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, qeyd edilən normativ sənədin tələblərini yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq is tifadə edib tanışı X3məxsus olmaqla X2adına sənədləşdirilmiş Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən və 180.000 manat dəyərində qiymətləndirilən 1114 №-li bağ evinin həmin filiala girov qoyulub faktiki olaraq kredit almaq üçün müraciət etməmiş və alacağı krediti qaytarmaq imkanında olmayan A4 adına 100.000 manat məbləğində kredit verilməsi barədə 19.12.2007-ci il tarixli 2002 nömrəli kredit müqaviləsi və digər sənədlərinin tərtib olunmasını təşkil edib həmin sənədləri filialın müdiri kimi imzalayıb möhürü ilə təsdiq edərək, qeyd olunan miqdarda, yəni 100.000 manat məbləğində vəsaiti götürüb X1 öz aralarında bölüşdürmüş, bundan sonra törətdiyi cinayət əməlini ört-basdır etmək üçün faktiki olaraq həmin kredit ödənilmədiyi halda, guya A4adına olan kreditin tam ödənişi və buna görə kreditin ödənilməsinin təminatı olaraq girov qoyulmuş yuxarıda qeyd edilən bağ sahəsinin girov yüklülüyündən azad edilməsi barədə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 29.05.2009-cu il tarixli 212 və Bakı şəhərində yerləşən 41 saylı notariat kontoruna xx xx 2009-cu il tarixli 232 nömrəli məktublarla müraciət edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib həmin bağ sahəsinin girov yüklülülüyündən azad edilməsinə nail olmaqla, nəticədə həmin hərəkətləri ilə bankı 100.000 manat məbləğində kreditin təminatının adekvatlığı və zərurət yarandıqda onun realizasiyası və istifadə edilməsinin əvvəlcədən aradan qaldıraraq həmin kreditin ödənişini risk altına salıb ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə təkrar ən talayaraq "xxxx" ASC-nin qanuni mənafeyinə ağır nəiticələre səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Bundan əlavə, o qeyd olunan vəzifədə işləyərkən təkrarən eyni məqsədlə tanışı X1 və A2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "xxxx" ASC-nin Müşahidə Şurasının xx xx2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Kapitalbankın kredit siyasəti və kreditləşmə qaydaları» barədə təlimata əsasən kredit almaq üçün şifahi və ya yazılı müraciət etmiş müştərilər biznes planını təqdim etməli, kredit alacaq müştərinin krediti və onun faizini, eləcə də layihənin yerinə yetirilməsindən yaranan hər hansı digər borclarını asanlıqla ödəmək qabiliyyətində olmasının qiymətləndirilməsini, müsbət kredit portfelinə malik və kredit riskləri minimum səviyyədə olan müştə rilərə kredit verilməsini təmin etməli və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, qeyd edilən normativ sənədin tələblərini yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, tanışı A2 adına həmin filialdan heç bir girov təminatı olmadan, yəni veriləcək kreditin etibarlı və qaytarılmasına kifayət qədər risklər olduğu halda, 50.000 manat məbləğində kredit verilməsi barədə 07.10.2008-ci il tarixli 255 nömrəli kredit müqaviləsi və digər kredit sənədlərinin tərtib olunmasını təşkil edib həmin sənədləri filialın müdiri kimi imzalayıb möhürü ilə təsdiq edərək qeyd olunan məbləğdə vəsaitin A2 və X3 Gəncə şəhərində olan ayrı-ayrı bank hesablarına köçürülməsinə nail olmaqla, nağdlaşdırıb həmin vəsaiti A2 və A3 öz aralarında bölüşdürməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə təkrarən talamış və qeyd olunan hərəkətləri ilə 50.000 manat məbləğində kreditin qaytarılmasını risk altına almaqla "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. K AS S A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xx2018-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum CM-nin 179.3.2-ci və 308-ci maddələri ilə təqsirləndirildiyi zərərçəkmiş şəxs A1ayrılmış kredit vəsaitlərinin mənimsənilmə yolu talanması və qulluq mövqeyindən sui-istifadə etmə si barədə ittihamların hökmdən çıxarılmasını, Məhkum CM-nin 179.3.2-ci maddəsi ilə olan ittihamlar üzrə ona bəraət verilməsini, zərərçəkmiş şəxslər A2 və A3 ayrılmış kredit vəsaitlərini mənimsənilmə yolu ilə talanması barədə ittihamların hökmdən çıxarılmasını, onun əməlinin CM-nin 308.2-ci maddəsindən CM-nin 308.1-ci maddəsinə tövsif edilməsini, cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyünə görə cəzanın təyin edilməməsini, mülki iddianın təmin edilməsini xahiş edir. Müdafiəçi qeyd edir ki, Z1, Qoca Abbasov və A3 adına rəsmiləşdirilmiş kreditlərin faktiki onların tərəfindən A1 xahişi ilə rəsmiləşdirildiyini, kredit məbləğlərinin RA1a verildiyi cinayət işinin materialları ilə və məhkəmədə aparılan araşdırma zamanı müəyyən olunmuşdur. Lakin, nə A1, nə də adlarına kredit rəsmiləşdirilmiş şəxslər kredit kimi ayrılmış vəsaitin Məhkum verilməsi barədə hər hansı ifadələr verməmişlər. X8 isə üzləşmə zamanı əvvəllər verdiyi ifadəsindən imtina etmişdir. Belə olan halda, Məhkum CM-nin 179.3.2-ci maddəsi ilə verilən ittihamın hər hansı əsasının olmadığı nəticəsinə gəlir. Müdafiəçi hesab edir ki, "xxxx" ASC-nin 2009-cu ildə cəmi öhdəlikləri 516 milyon 540 min manat, zərəri 8 milyon 447 min manat olmuşdur. Göründüyü kimi "xxxx" ASC-nin 8 milyon 447 min zərərinin qarşısında Məhkum təqsirləndirildiyi 150.000 manat heç cür ağır nəticələrə səbəb olan zərər hesab edilə bilməz. Bundan başqa müdafiəçi hesab edir ki, Məhkum verilmiş CM-nin 179.3.2-ci maddəsi ilə olan ittihamlar üzrə bəraət verilməli, zərərçəkmiş şəxslər A2 və A3 adına kredit ayrılması zamanı qulluq mövqeyindən sui-istifadə e tdiyinə görə Məhkum barəsində CMnin 308.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmalıdır. Bundan başqa, "xxxx" ASC-nin iş materiallarında olan arayışından görünür ki, Z1 adına ayrılmış kredit üzrə 236000 manat borcu tam, 34000 manat nağd olaraq və qalan məbləği girov qoyulmuş əmlakı hesabına tam ödənimişdir. İş üzrə zərərçəkən kimi tanınmış Z1 məhkəməyə verdiyi ərizəsində Məhkum hər hansı tələbi və şikayəti olmadığını göstərmişdir. A1, Z1 və Məhkum məhkəmədə və ibtidai istintaqda verdiyi ifadələrindən görünür ki, X5 Əbdürəhmanovun xeyrinə krediti götürmüş və tam həcmdə RA1a vermişdir. İş üzrə "xxxx" ASC tərəfindən 150 min manat pul vəsaitinin Məhkum alınıb bankın xeyrinə ödənilməsi barədə mülki iddia verilmişdir. Müdafiəçi qeyd edir ki, oxşar məzmunlu ittiham A1 da verilmiş və A3 verilməsi üç ün hazırkı cinayət işinin materiallarından iş ayrılıraq ayrıca icraata qəbul edilmiş və istintaqı davam etdirilir. İş materiallarından görünür ki, mülki iddianın predmetini və əsasını təşkil edən 150 min manat pul vəsaiti A1 tələb edilmiş və müvafiq məhkəmə qərarları ilə təmin edilərək qanuni qüvvə almışdır. Müdafiəçi qeyd edir ki, Məhkum verilmiş ittihamdan görünür ki, guya o 100 min manat kredit vəsaitini A1, 50 min manat kredit vəsaitini isə A1 və qeyriləri ilə əlbir olub mənimsəmə yolu ilə talamışdır. Odur ki, müdafiə və cavabdeh tərəf olaraq iddianın digər cavabdehlərdən tələb edilməli olduğunu hesab edərək, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olmasını qeyd edərək, mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş zərərçəkmiş şəxs Z1 ərizəs indən görünür ki, onun təqsirləndirilən şəxs Məhkum qarşı heç bir şikayəti və tələbi yoxdur. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Mü dafiəçi kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətdə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq həmin maddələrlə təqsirli bilindiyini və ağır cəzanın təyin olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.11 və 416.0.21ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona istinad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməli törətməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum Cinayət Məcəlləsinin 179.3.2 və 30 8.2-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin şərh olunan məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlə eyni olan) iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları Məhkum Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun nəticələri şübhə altına almaq üçün - əsas, hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib həqiqi məzmununa uyğun olaraq qiymətləndirilmiş sübutları yenidən təsvir etmək, kassasiya şikayətinin sözügedən dəlilini daha ətraflı şərh etmək üçün - zərurət görmür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə heyəti baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.0.11-ci maddəsin də məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsası kimi təsbit edilən halın olmaması haqqında nəticəyə gəlir. Məhkum təyin edilmiş cəzaya gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cəza təyin edilərkən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi isə cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində aparılan icraat dövründə isə zərərçəkmiş şəxs mülki iddiaçı "xxxx" ASC tərəfindən cinayət kollegiyasına ərizə göndərilərək, Məhkum qarşı h ər hansı bir şikayət və iddianın olmadığını göstərmişlər. Daha sonra Cinayət kollegiyasına göndərilmiş "xxxx" ASC-nin ərizəsində isə Məhkum tərəfindən "xxxx" ASC-yə vurulmuş ziyanın ödənildiyini göstərilməklə, Məhkum qarşı hər hansı tələb və iddianın olmadığı göstərilmiş və qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Bu hal məhkumun gerçəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, onun ictimai təhlükəli xarakterini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə imkan verən, yəni onun azadlıq dan məhrum etmə növündə, lakin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələrinin sanksiyası ilə müəyyən edilən azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az müddətə cəza vasitəsi ilə islah oluna biləcəyinə inam yaradan əsas – müstəsna hallar kimi çıxış edirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində təsbit olunur ki, “cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla t örədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə “cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Məhkəmə kollegiyası hesab edir ki, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışını əks etdirməklə CM-in 62.1-ci maddəsi ilə ehtiva olunanlara aid olan haldır və cəzanı yüngülləşdirən digər hallarla birlikdə götürülməklə cinayətin, eləcə də cinayət törətmiş şəxsin özünün ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi nəzərdən keçirilməlidirlər. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Yuxarıda gös tərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx2018-ci il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 308.2-ci maddəsilə 01 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: Hafiz Nəsibov Əli Seyfəliyev
Məhkəmə qərarları › İş №1(102)-1057/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1057/2018
15.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver