Məhkəmə qərarları › İş №1(102)-1057/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1057/2019

16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1057/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 06 dekabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: Ə.M.Abasov (sədrlik edən və məruzəçi), E.Ə.Mikayılov və M.M.Ağalarov). Məhkum- xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 12.06.2017 İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmiş dir ki, Bakı şəhəri ***************************** nömrəli evinin həyətində külli miqdarda əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkilərini qanunsuz olaraq əkmiş, yetişdirmiş və kultivasiya etmiş, 11 iyun 2017-ci il tarixdə, saat 20:05 radələrində, Sabunçu rayon Pİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Məhkum yaşadığı evin həyətində yarımtikili bir otaqlının içinə baxış keçirilən zaman əkib yetişdirdiyi 21 ədəd ümumi təmiz çəkisi 435 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: M.S.Hüseynov (sədrlik edən və məruzəçi), H.H.Əhmə dov və İ.M.Muequzovdan ibarət tərkibdə) 06 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın dəyişdiriməsini, azadlıqdan məhrum etmə cəzasına alternativ cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə Dəyişikliklər edilməsi haqqında 20.10.2017-ci il tarixli qanunu ilə 21 ədəd çətənə bitkisi xeyli miqdar və 50 ədəd çətənə bitkisi külli miqdar hesab edilmişdir. Göstərilən dəyiəiklikləri nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının n əticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində məhkum göstərmişdir ki, Azər baycan Respublikası Cinayət Məcəlləsinə Dəyişikliklər edilməsi haqqında 20.10.2017-ci il tarixli qanunu ilə 21 ədəd çətənə bitkisi xeyli miqdar və 50 ədəd çətənə bitkisi külli miqdar hesab edilmişdir. Göstərilən dəyiəiklikləri nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 fevral 2017-ci il tarixli 525-VQD saylı qanunu ilə dəyişdirilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilmsi üçün kifayət edən narkotik vasitələrin və psixatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılardan İİİ siyahıda nəzərdə tutulmuş Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər siyahısında göstərilmişdir ki, Çətənə növlü bitkilərin 3-15 kolu xeyli miqdar, 16 kolu külli m iqdar təşkil edir. Bundan başqa 1-ci siyahıda nəzərdə tutulmuş Marixuana-kannabisin qurudulmayan 25 qramı şəxsi ictehlak miqdarı və 2500 qramı isə külli miqdar müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə Dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli qanunu ilə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər siyahısında və o cümlədən Çətənə növlü bitkilərin xeyli və külli miqdaq saylarında hər hansı dəyişiklik edilməmişdir. Məhkum aşkar edilmiş əkib yetişdirdiyi 21 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri külli miqdar təşkil etmişdir. Ona görə də məhkuma elan edilmiş Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzasının nisbətən orta həddində ona cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün cinayət işinin materiallarında qanuni əsaslar müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin təmin edilməsin və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 06 dekabr 2017-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar