Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1057/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mirzə Xankişiyev, hakimlər Faiq Qəniyev və Mahmud Ağalarov ibarət tərkibdə), Məhkum, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayəti törətməkdə təqsirli bilinərək ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxxxxxx 2017-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanın qarşısında dostu X3 gözləyərkən həmin məhəllədə yaşayan Zərərçəkmiş şəxs orada dayanmasının səbəbini soruşarkən o, həmin məhəllədə yaşayan dostu Elşən Babayevi gözlədiyini bildirmiş, Zərərçəkmiş şəxs isə onun evinin qarşısında dayanmasının xoşuna gəlmədiyini deməklə mübahisə etməyə başlamış, lakin qonşuluqda yaşayan Məhkum dostu Elşən Babayev, onlarin yanına gəldiyinə görə Məhkum mübahisəyə son qoyub Zərərçəkmiş şəxs ayrılmaq üçün Elşən Babayevlə birgə Bakı şəhəri, Nərimanov rayon u, 2-ci Şimal Şitilli küçəsi ilə nömrəli evin qarşısına getmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə həmin küçəyə gəlib, avtomobili onların yanında saxlayaraq, bir daha (mübahisəni bərpa etmək məqsədi ilə Məhkum məhlədə dayanmasının səbəbini, təkrarən kobud şəkildə soruşmuş, sonuncu isə onun evinin qarşısında deyil dostunun yaşadığı məhəllədə olduduğunu bildirdikdə, Zərərçəkmiş şəxs bundan hiddətlənərək Məhkum cəzalandırmaq məqsədi ilə ona qarşı idman fəndi işlədərək ayaqlarından tutub kürəyi üstə yerə yıxmış və üzərində olub dalaşmaqla ona qarşı zərbələr vurmuş, Məhkum isə Zərərçəkmiş şəxs gücü çatmayacağını və döyüləcəyini görüb ondan qisas almaq məqsədi ilə üzərində olan məişət təyinatlı cib bıçağı ilə yerə yıxılı vəziyyətdə üstündə olan Zərərçəkmiş şəxs bıçaqla zərbələr vuraraq ona dərəcələrinə görə həm ayrı- ayrılıqda, həmdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid cəmi üç ədəd daxilə nüfuz edən deşilmişkəsilmiş xəsarətlər (döş qəfəsinin sol yan səthində Vİİ qabırğa səviyyəsindən döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara, qarının sol yan səthinin periton boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara və döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsindən döş boşluğuna nüfuz edən,.bir ədəd deşilmiş-kəsilmiş yara), eləcə də dərəcələrinə görə həm ayrı-ayrılıqda, həmdə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi iki ədəd deşilmişkəsilmiş xəsarətlər (döş qəfəsinin sol yarısının İV qabırğa səviyyəsində olan, boşluqlara nüfuz etməyən bi r ədəd deşilmiş-kəsilmiş yara və sol budun orta 1/3-nin bayır səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası) yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, lakin hadisə yerində olan X6 vaxtında Zərərçəkmiş şəxs Bakı Baş Səhiyyə idarəsinin “X5 çatdırdığından və ona ixtisaslı tibbi yardım göstərildiyindən, o, iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürüb həyatdan məhrum etməyə nail ola bilməmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Aydın Abbasəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Qədim Babayev, hakimlər Rəşad Abdulov və Rizvan Səfərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayə tlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökm dəyişdirilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 il 10 ay 15 günə endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi X1 tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsini, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən CM-in 126.1ci maddəsinə tövsif edilməsinə və həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin olunması barədə qərar qə bul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının məhkumun ərizəsinin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinin tələblərinə əsasən, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün və qanuni hesab edir. Şərh edilənlərə əsasən və Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi A.F.Abbasəliyev tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1057/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1057/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver