Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1057/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Əsədov Sənan Qulu oğlunun iştirakları ilə, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 1(103)217/2023 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Anar Ələkbərov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1993-cü ildə Masallı rayonunun Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır.
2. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-ci və 234.2-ci mad dələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttihama əsasən, Məhkum satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq iki ədəd bükümdə 0,652 qram və 0,679 qram olmaqla, ümumi təmiz çəkisi 1,331 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 06 aprel 2022-ci il tarixdə bir bükümdə 0,652 qram narkotik vasitəni 15 manat pul müqabilində tanışı Şahid3 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 aprel 2022-ci il tarixdə saat 19:20 dəqiqədə Gəncə prospekti 81 ünvanda yerləşən inzibati binanın yaxınlığında saxlanlıb G.Şıxlinski küçəsi 49 ünvanda yerləşən Xətai R Pİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,679 qram olan heroin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim R.Ş.Rzayev) 25 oktyabr 2022-ci il tarixli, 1(011)-317/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdi r.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum həmin maddələrlə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Z.A.Şirinov,hakimlər İ.A.İbrahimli və H.H.Əhmədovdan ibarət tərkibdə) 17 yanvar 2023-cü il tarixli, 1(103)-217/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmə tərəfindən mühüm əhəmiyyət kəsb edən bir sıra sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq şəkildə qiymətləndirilmədiyindən bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, bəraət hökmünün əsası kimi çıxış edən təqsirləndirilən şəxsin və onun yaxın qohumlarının verdiyi ifadələr müdafiə xarakteri daşımış, təqsirləndirilən şəxsin məhkəmə iclas ında verdiyi ifadə ilə müqayisəli tədqiq edilməmişdir. Bundan əlavə, ibtidai istintaq zamanı şəxsə istintaq orqanı tərəfindən təzyiq edilməsi, psixi və fiziki zor tətbiq olunması iddiası məhkəmələr tərəfindən qəbul edilsə də, buna dair müdafiə tərəfinin heç bir obyektiv sübutunun olmaması nəzərə alınmamışdır. Bu əsasla, dövlət ittihamçısı kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının ləğv olunmasını və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bəraət almış şəxsin müdafiəçisi Əsədov Sənan Qulu oğlu kassasiya protestinə etiraz edərək dövlət ittihamçısının mövqeyinin ədalətsiz və qərəzli olduğunu qeyd etmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2023-cü il tar ixli qərarının dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişdir. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcə llələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apel lyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum barəsində mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq iki ədəd bükümdə 0,652 qram və 0,679 qram olmaqla, ümumi təmiz çəkisi 1,331 qram olan narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və 06 aprel 2022-ci il tarixdə bir bükümdə 0,652 qram narkotik vasitəni 15 manat pul müqabilində tanışı Şahid3 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirl əri nəticəsində 06 aprel 2022-ci il tarixdə saat 19:20 dəqiqədə Gəncə prospekti, 81 ünvanda yerləşən binanın yaxınlığında saxlanılıb G.Şıxlinski küçəsi, 49 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,679 qram narkotik vasitə heroini əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür.
17. Kassasiya protestinin dəlilləri ondan ibarət olmuşdur ki, Məhkum şəxsi axtarış və götürmə protokolu tərtib olunarkən, ilkin izahatı, şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ifadəsi alınarkən təqsirini etiraf etmiş, qeyd olunan xüsusatla və həmin narkotik vasitənin əldə edildiyi mənbə ilə, həmçinin Şahid3 narkotik vasitə satması ilə əlaqədar ardıcıl və tamamlayıcı ifadələr vermişdir. Həmçinin, iş materiallarında olan Məhkum və Şahid3 xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan aydın olur ki, Məhkum xx.xx.2022-ci il tarixdə Şahid3 narkotik vasitə satdığını, Şahid3 da həmin tarixdə Məhkum narkotik vasitə aldığını bir daha bildirmiş, protokolda qeyd olunanlar şübhəli şəxslər və onların hər ikisinin müdafiəçisinin imzaları ilə təsdiqlənmişdir. Məhkum tutulduğu vaxtdan xeyli müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə yeni məzmunda ittiham elan edildikdə ona verilmiş i ttihamda bir daha özünü təqsirli bilərək, saxlanarkən üzərində narkotik vasitə olduğunu, həmçinin Şahid3 da narkotik vasitə satdığını göstərmişdir. Bundan başqa Ş A.Sabirzadə və onun ibtidai istintaq zamanı müdafiəçisi istintaq zamanı tərtib olunmuş dindirmə protokollarını, ekspertiza rəyləri ilə tanış olma protokollarını və cinayət işinin materialları ilə tanış olma protokollarını təsdiqedici qeydlər aparmaqla imzalamışlar. Məhkum barəsində istintaq edilmiş cinayət işinin qeyri-obyektiv istintaq edilməsi və ona istintaq zamanı təsir və təzyiq göstərilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. İş materiallarından aydın olur ki. Məhkum polis əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə gətirildikdən dərhal sonra müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdə n istifadə edilməklə üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,679 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tərtib olunmuş müvafiq protokol Məhkum və müdafiəçisi tərəfindən imzalanmış, hər hansı vəsatət və etiraz olmamışdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 2348 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Məhkum opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstə iyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İbtidai istintaq zamanı və məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Məhkum saxlanılması və onun üzərində narkotik vasitə aşkar edilməsi ilə bağlı xüsusatları göstərmişlər. Məhk əmə Məhkum təqsirləndirildiyi maddələrlə baraət verərkən, həmçinin Şahid3 məhkəmə baxışında verdiyi ifadələrə əsaslanmışdı. Halbuki, Şahid3 özünün CM-nin 234.1-ci maddəsi il məhkum edilməsinə dair Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci ii tarixli hökmündən (hakim Fərid Yaqubov) görünür ki, təqsirləndirilən şəxs Şahid3 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, "06 aprel 2022-ci il tarixdə, günorta saatlarında Şamxal ilə onun yaşadığı evin yaxınlığında görüşmüşlər. Söhbət zamanı, Şamxalın üzərində narkotik vasitə olmasını öyrənmiş və ondan narkotik vasitə istəmişdir. Şamxal da narkotik vasitəni pulla aldığını bildirib, satdığını demişdir. O. Şamxala 15 manat pulunun olduğunu bildirmiş və həmin pulu sonuncuya verərək, bir ədəd büküm almışdır. Bükümü açıb baxdıqda, içərisində narkotik vasitə heroin olmuşdur. Hazırkı cinayət işi üzrə Şahid3 təkrar dindirilərkən tərəfimdən verilən suallara cavab olaraq barəsində olan məhkəmə hökmünü aldığını, lakin, hökmdə qeyd olunan ifadəsini mübahisələndirmədiyini və bununla bağlı şikayət etmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə Şahid3 məhkum edildiyi cinayət işi üzrə açıq məhkəmə iclasında verdiyi ifadəsini deyil, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs və onun yaxın qohumlarının iştirak etdiyi, bu amillərə görə təsir altında olmaqla verdiyi ifadəsini əsas götürmüşdür.
18. Kassasiya şikayətinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəməni n gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.
19. Maddənin tələbində görünür ki, sübutlar məhkəmədə tədqiq edildikdən sonra sübut kimi qəbul edilə bilər.
20. Kassasiya məhkəməsi qeyd edir ki, ittihamın əsasını təşkil etmiş sübutların məhkəmə tərəfindən tədqiq edilməsi imperativ normadır və ona görə də birinci instansiya tərəfindən cinayət işi üzrə sübutların tədqiq edilməsi və yalnız bu sübutlar əsasında yekun nəticəyə gəlməsi qanuni və əsaslıdır.
21. Hökmdən və cinayət işinin materiallarından görünür ki, birinci instasniya məhkəməsi hökm çıxararkən təqdim edilmiş sübutları hərtərəfli, müqay isəli və qanun normalarına uyğun tədqiq edərək qəbul etmişdir.
22. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə Məhkum təqsirləndirildiyi maddələrlə baraət verərkən onun, Şahid3 və iş üzrə digər şəxslərin məhkəmə baxışında verdiyi ifadələrə əsaslanmışdır.
23. Bununla əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, cinayət işinin materiallarına əsasən, birinci instansiya məhkəməsinin Məhkum, Şahid3 və iş üzrə digər şəxslərin məhkəmədə verdiyi ifadələr iş üzrə əhəmiyyət kəsb edən digər sübutlarla təsdiqini tapmışıdr.
24. Belə ki, şübhəli şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum həmin tarixdə saat 19:20-də Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur
25. Şəxsi axtarış və g ötürmə aparılması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs kimi tutulduqdan sonra polis əməkdaşları tərəfindən Məhkum və Müdafiəçi2 iştirakları ilə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında “Panasonic” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Məhkum barəsində şəxsi axtarış və götürmə aparılmış, Məhkum əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellefona bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab edilən heroinə bənzər maddəni təqdim edərək həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə hazırda məhkum olunan Tohid adlı tanışından ümumilikdə 15 (on beş) manat pul müqabilində özünün və tanışı Maratın birlikd ə istifadə etməsi üçün almasını, 06 aprel 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddənin sellofanla birlikdə ümumi çəkisi 0.83 qram olması müəyyən edilmişdir.
26. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin 105-1-7/3795-22 nömrəli, 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı telefon nömrəsi Bakı şəhər Xətai Rayon İdarəsinin 35-ci Polis Bölməsinə məxsusdur və General Ə.Şıxlinski küçəsi, ev 49A ünvanında işləyir). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sura xanı Rayon Polis İdarəsinin ********* nömrəli, 21 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Məhkum barəsində Suraxanı RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə istintaq davam etdirilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 101-318/22 nömrəli, 25 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, 06 aprel 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin növbətçi hissəsində xidmət aparan məsul növbətçi polis kapitanı İbrahimov Amid Elşən oğlu və onun köməkçisi Şahid6 olmuşdur. 27. 29 iyul 2022-ci il tarixli qərarda göstərilmiş məlumatlara dair "xxxx" MMC tərəfindən verilmiş Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələri barədə məlumatlardan g örünür ki, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 12:46 radələrindən başlayaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 39 antenna dairəsinin əhatəsində olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-317/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) habelə, həmin nömrənin anten dairələri barədə məlumatların məhkəməyə təqdim edilməsi "xxxx" MMCyə həvalə edilməsi qərara alınmışdır; Daxil olan anten dairələri barədə məlumatlardan və müştəri zənglərinin detallaşması çıxarışından görünür ki, Şahid4 istifadəsində olmuş ******-**-** saylı mobil nömrəsi xx. xx.2022-ci il tarixdə saat 12:38 radələrindən başlayaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 39A antenna dairəsinin əhatəsində olmuşdur və saat 12:02-də Şahid4 qeyd edilən nömrəsinə ***-***-**-** saylı nömrədən zəng edilmişdir.
28. Qeyd olunan sübutlardan görünür ki, birinci instansiya məhkəməsinin Məhkum, Şahid3 və iş üzrə digər şəxslərin məhkəmədə verdiyi ifadələr iş üzrə əhəmiyyət kəsb edən bu sübutlarla təsdiqini tapır.
29. Başqa sözlə, birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyənləşdirilməsi zamanı qeyd olunan şəxslərin ibtidai istintaqdan fərqlənən məhkəmədə verdiyi ifadələri bu sübutlarla müqayisəli şəkildə təıdqiq etmiş və əsaslı qənaətə gəlmişdir.
30. Kassasiya məhkəməsi işin faktiki hallarının müəyyənləşdirilməsi istiqamətində birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni, əsaslı və həqiqətə uyğun hesab edərək, bu hissədə kassasiya protestini əsassız hesab edir.
31. İşin faktiki hallarına uyğun olaraq, əməlin sübuta yetirilməsi üzrə birinci instansiya məhkəməsi gəldiyi nəticəni hökmdə, eləcə də apelyasiya protesti üzrə buna qiymət verən apelyasiya məhkəməsi öz qərarında ətraflı izahını vermiş, kifayət qədər ətraflı və dəqiq əsaslandırmış, bu mövqe ilə razılaşan kassasiya məhkəməsi əlavə əsaslandırmağa və izaha ehtiyac görmür.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq yekun qərar qəbul edilmişdir.
33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının Məhkum barəsində olan 17 yanvar 2023-cü il tarixli, 1(103)-217/2023 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.