Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1057/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 1(103)-962/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1977-cı il tarixdə İsmayıllı rayonunun Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 24 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.3.2ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 22 dekabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlı q iclasının qərarı ilə Məhkum və X5 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-364/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qərarı ilə Məhkum və X1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(101)-364/2022 saylı cinayət işi üzrə X1 barəsində ayrıca cinayət işinin ayrılması, ayrılmış cinayət işinə əlavə nömrə verilməsi, ayrılmış cinayət işi üzrə icraatın X5 tapılanadək dayandırılması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-ni n qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 MMC-nin satış müdiri Şahid7 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edib, qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin «ketrinq şirkəti», yüzdən artıq işçisi olduğu, respublikada fəaliyyət göstərən digər ketrinq şirkətlərinə də rahatlıqla malları sata bildiyi, balıq və balıq əti məhsullarının satışını asanlıqla həyata keçirə bildiyi, satışları həyata keçirmək üçün «Meyvəli Bazarda» və Binə qəsəbəsində soyuducu anbarlarının olduğu haqqında həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs2 MMC-dən nisyə almaq istədiyi balıq və balıq əti məhsullarının dəyərini 7 (yeddi) gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs2 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə Bakı şəhəri, Qaradağ rayonu, «Sədərək» Ticarət Mərkəzinin yaxınlığına gətirilmiş dəyəri 13.523,70 manat təşkil edən 2217 kiloqram çəkidə başsız skumbriya balığı və dəyəri 8.840 manat təşkil edən 1700 kiloqram çəkidə tikə panqasius balığını, sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə Donuzçuluq sovxozunda yerləşən «Cücə saxlama və kəsimi sexinə» gətirilmiş dəyəri 16.531 manat təşkil edən 2710 kiloqram çəkidə başsız skumbriya balığını, bununla 38.894,70 manat dəyərində balıq və balıq əti məhsullarını Zərərçəkmiş şəxs2 MMC-nin sürücüsü Şahid9 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 38.894,70 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X5 ilə qabaqcada n əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs3 MMC-nin supervayzeri Şahid10 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin çoxlu sayda otel və istirahət mərkəzləri ilə işləyib, onları qida və qeyri-qida məhsulları ilə təmin etdiyi, bunun sifariş əsasında həyata keçirildiyi haqqında həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs3 MMC-dən nisyə almaq istədiyi şirniyyat qida məhsullarının dəyərini 15 (on beş) gün ərzində nağdsız hesablaşma yolu ilə Zərərç əkmiş şəxs3 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2019-cu il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə ünvan 2 ünvanına gətirilmiş dəyəri 3.979,66 manat təşkil edən 1050 kiloqram çəkidə «Korovka 7x1», dəyəri 147 manat təşkil edən 30 kiloqram çəkidə «Beşanaya Pçelka 6x1», dəyəri 962,5 manat təşkil edən 175 kiloqram çəkidə «Moloçnaya Kaplya 7x1», dəyəri 472,5 manat təşkil edən 105 kiloqram çəkidə «Raçki 7x1», dəyəri 142 manat təşkil edən 40 kiloqram çəkidə «Karamelkino Barbaris 8x1», dəyəri 994 manat təşkil edən 280 kiloqram çəkidə «Karamelkino Myata 8x1», dəyəri 708 manat təşkil edən 120 kiloqram çəkidə «X12 6x1», dəyəri 124,25 manat təşkil edən 35 kiloqram çəkidə «Sitrus Miks 7x1», dəyəri 130,5 manat təşkil edən 30 kiloqram çəkidə «Fudgenta 6x1», dəyəri 113,25 manat təşkil edən 15 kiloqram çəkidə «X9 1x1», dəyəri 235,6 manat təşkil edən 76 kiloqram çəkidə «Slivkino 1x3,8» və dəyəri 175 manat təşkil edən 50 kiloqram çəkidə «Xrustik MAK 1x5», sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə eyni ünvana gətirilmiş dəyəri 2.653,41 manat təşkil edən 700 kiloqram çəkidə «Korovka 7x1», bununla da 10.837,67 manat dəyərində şirniyyat qida məhsullarını Zərərçəkmiş şəxs3 MMCnin ekspeditoru Şahid11 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə 10.837,67 m anat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs4 MMC-nin direktoru Şahid12 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin təmir-tikinti işləri, çoxlu sayda layihələrin icrası ilə məşğul olduğu haqqında həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyə cəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, Zərərçəkmiş şəxs4 MMC-dən nisyə almaq istədiyi istilik sistemləri mallarının dəyərini 1 (bir) ay ərzində nağdsız hesablaşma yolu ilə Zərərçəkmiş şəxs4 MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 1022-ci məhəllə, “Bakı Satış Mərkəzində” yerləşən anbarından ümumi dəyəri 139,83 manat təşkil edən 05 ədəd VA DİJİTAL KOMBİ REQULYATORU, ümumi dəyəri 5.121,20 manat təşkil edən 6.200 ədəd BORU AL PERT BORU 16 mm, ümumi dəyəri 2.124 mana t təşkil edən 2.000 ədəd BORU UNİDELTA OKS. BARYERLİ 16 200 m (göy), ümumi dəyəri 1.219,18 manat təşkil edən 2 ədəd KOMBİ GAS BOİLER-32A, ümumi dəyəri 1.352,28 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B-JLG24KW, ümumi dəyəri 1.623,09 manat təşkil edən 3 ədəd KOMBİ GAS BOİLER B-JLG-28KW, ümumi dəyəri 1515,12 manat təşkil edən 600 ədəd RADİATOR ASİLQANİ, ümumi dəyəri 5.664 manat təşkil edən 400 ədəd RADİATOR HELYOS EVO 350 (1 seksiya), ümumi dəyəri 22.656 manat təşkil edən 1600 ədəd RADİATOR HELYOS EVO 500 (1 seksiya), ümumi dəyəri 1.722,80 manat təşkil edən 100 ədəd RADİATOR OTTİMO 500 (1 seksiya), ümumi dəyəri 22.302 manat təşkil edən 270 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL ROSALİN 500-100 (10), ümumi dəyəri 6.608 manat təşkil edən 80 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL STALBİ 500-100 (10) və ümu mi dəyəri 1.670,88 manat təşkil edən 20 ədəd RADİATOR (ALÜMİNİUM) MODEL VUL RAD 500-100 (10 s-a), sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 21,03 manat təşkil edən 396 ədəd ZAQLUSKA 20, ümumi dəyəri 9,63 manat təşkil edən 04 ədəd VENTİL QİRMİZİ BAŞ 25, ümumi dəyəri 867,30 manat təşkil edən 150 ədəd VENTİL KAFELALTİ 3/4, dəyəri 177 manat təşkil edən 1 ədəd VENTİL 3/4 KURESEL, ümumi dəyəri 26,67 manat təşkil edən 04 ədəd VENTİL TREKORLU KELEBEK KURESEL, ümumi dəyəri 5,73 manat təşkil edən 02 ədəd VENTİL 32*1*32, ümumi dəyəri 248,54 manat təşkil edən 119 ədəd VENTİL 3/4 kepenek, ümumi dəyər709,65 manat təşkil edən 124 ədəd VENTİL 3/4, ümumi dəyəri 267,27 manat təşkil edən 150 ədəd VENTİL 1/2 kepenek, ümumi dəyəri 107,97 manat təşkil edən 06 ədəd TEZYİQ KONTROLU DSK-3, ü mumi dəyəri 38,94 manat təşkil edən 300 ədəd TE-25 boru keçidi, ümumi dəyəri 28,08 manat təşkil edən 20 ədəd REKOR l/D 3/4, ümumi dəyəri 38 manat təşkil edən 50 ədəd REKOR l/D 25 1/2, ümumi dəyəri 122,34 manat təşkil edən 64 ədəd REKOR l/D 1, ümumi dəyəri 74,63 manat təşkil edən 65 ədəd REKOR C/D 32x1, ümumi dəyəri 37,95 manat təşkil edən 24 ədəd REKOR C/D 3/4, ümumi dəyəri 31,10 manat təşkil edən 46 ədəd REKOR C/D 25 1/2, ümumi dəyəri 113,58 manat təşkil edən 55 ədəd REKOR C/D 1, ümumi dəyəri 311,52 manat təşkil edən 08 ədəd VENTİLL KOLLEKTOR 11 çıxışlı, ümumi dəyəri 12.489,12 manat təşkil edən 9.800 ədəd BORU FİBER 25, ümumi dəyəri 796,74 manat təşkil edən 160 ədəd BORU FİBER 50, ümumi dəyəri 99,12 manat təşkil edən 100 ədəd BORU SADƏ 25, ümumi dəyəri 89,21 manat təşkil edən 02 ədəd DƏ SMAL QURUDAN LUNA 500/750, ümumi dəyəri 90,86 manat təşkil edən 1.000 ədəd DİRSƏK 90*25, ümumi dəyəri 10,83 manat təşkil edən 12 ədəd KOLLEKTOR XAMUTU, ümumi dəyəri 10,27 manat təşkil edən 150 ədəd MUFTA 25, bununla 90.541,46 manat dəyərində istilik sistemləri mallarını Zərərçəkmiş şəxs4 MMC-nin anbardarı Şahid14 qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə 90.541,46 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində bir ləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edib "xxxx" MMC-nin satış müdiri Zərərçəkmiş şəxs5 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin böyük şirkət olduğu, əllidən artıq texnika, yüzdən artıq yük avtomobillərinin olduğu, dövlət layihələri və sifarişləri əsasında fəaliyyət göstərdiyi, «Vətən Müharibəsi» ilə əlaqədar sərhədyanı ərazilərdə tikinti-təmir və bərpa işləri, yol tikintisi həyata keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMCnin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, "xxxx" MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlərin dəyər ini 15 (on beş) gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2020-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə ünvan 3 ünvanında yerləşən «Pullman Hotelə» gətirilmiş ümumi dəyəri 19.198,98 manat təşkil edən 24 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K, 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K və 10 ədəd 10.00R20 CORDİANT İ281, U-4 nc18, xx.xx.2020-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 10.115,95 manat təşkil edən 06 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS622 156/153G və 16 ədəd 12.00R20 ROADSHİNE 20 PR TTF RS602 156/153K, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin ünvan 4, «Bakı-Astara Yolu»-nun kənarında yerləşən anbarından ümumi dəyəri 9.329,60 manat təşkil edən 08 ədəd 315/80R22,5 ROADSHİNE 20 PR TL RS602 157/154K və 14 ədəd 12.00R20, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 3.678,53 manat təşkil edən 08 ədəd 12.00R20 ROADSHİNE20 PR TTF RS602 156/153K, bununla 42.323,06 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs5 42.323,06 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanı şı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X5 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edib "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs6 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi olduğu MMCnin böyük şirkət olub balansında çoxlu sayda «Shacman» markalı yük avtomobillərinin olduğu, işğaldan azad edilmiş Qarabağ bölgəsində tikinti-təmir işləri həyata keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, "xxxx" MMC-dən nisyə almaq istədiyi yük avtomobilləri üçün şinlə rin dəyərini 5 (beş) gün ərzində nağdsız hesablaşma yolu ilə "xxxx" MMC-nin bank hesabına mədaxil etməklə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə qeyd olunan cəmiyyətlər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra ilkin ödəniş kimi 2.000 manat nağd pul ödəyib xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanından ümumi dəyəri 6.929,97 manat təşkil edən 18 ədəd ROADSHİNE 315/80 22,5 və ümumi dəyəri 6480,03 manat təşkil edən 12 ədəd ROADSHİNE 12.00 R20, bununla 13410 manat dəyərində yük avtomobilləri üçün şinləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb ələ keçirərək Zərərçəkmiş şəxs6 11.410 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xe yli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı, "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) vəzifəsində işləyən X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşmiş, Elnur Şıxəhmədi öz qulluq mövqeyindən istifadə edib fərdi sahibkar Zərərçəkmiş şəxs7 özünü etibarlı və işgüzar iş adamı kimi təqdim edərək qanuni təmsilçisi (direktoru) olduğu MMC-nin müxtəlif müəssisələri, şirniyyat evlərini və mağazaları quru meyvə və çərəzlərlə təmin etdiyi haqda həqiqətə uyğun olmayan məlumat vermiş, qanuni təmsilçisi (direktor) olduğu MMC-nin ümumiyyətlə maddi resurslarının olmadığı, ticarət münasibətlərində vicdanlı tərəf kimi çıxış edə bilməyəcəyi haqqında həqiqətə uyğun məlumatı verməyərək gizlətmiş, nisyə almaq istədiyi quru meyvə və ç ərəzlərin dəyərini 15 (on beş) gün ərzində nağdsız hesablaşma yolu ilə ödəyəcəyi barədə yalan vəd verib aldadaraq cinayətkar niyyətini pərdələmək üçün görüntü naminə "xxxx" MMC ilə fiziki şəxs Zərərçəkmiş şəxs7 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına nail olduqdan sonra xx.xx.2021-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə ünvan 5 ünvanına gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə fındıq, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə ləpəni, xx.xx.2021-ci il tarixdə Elnur Şıxəhmədinin sifarişi ilə eyni ünvana gətirilmiş ümumi dəyəri 4.440 manat təşkil edən 300 kiloqram çəkidə qovrulmuş fındıq, ümumi dəyəri 900 manat təşkil edən 100 kiloqram çəkidə qara kişmiş, ümumi dəyəri 520 manat təşkil edən 100 kiloqram çəkidə araxis, ümumi dəyəri 1.530 manat təşkil edən 60 kiloqram çəkidə antep püstəsi və ümumi dəyəri 1.560 manat təşkil edən 150 kiloqram çəkidə qoz ləpəsini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 7 ünvanında yerləşən «Yaşıl Bazarın» qarşısından ümumi dəyəri 5.920 manat təşkil edən 400 kiloqram çəkidə qovrulmuş fındıq və ümumi dəyəri 3.640 manat təşkil edən 350 kiloqram çəkidə qoz ləpəsini, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə eyni ünvandan ümumi dəyəri 2.420,08 manat təşkil edən 232,70 kiloqram çəkidə qoz ləpəsi, ümumi dəyəri 728 manat təşkil edən 70 kiloqram çəkidə kişmiş, ümumi dəyəri 1.480 manat təşkil edən 100 kiloqram çəkidə badam və ümumi dəyəri 9.620 manat təşkil edən 650 kiloqram çəkidə fındığı, bununla 43.046,08 manat dəyərində quru meyvə və çərəzləri qəbul etməklə dəyərini ödəmək fikrində olmayıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs7 43.046,08 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 ümumi tanışları olan və onunla qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş X1 azadlığa çıxması üçün zərərçəkmiş şəxslərə ödənilməsindən ötrü 8.000 manat pul tapıb ona verməsini istəmiş, 10 günə həmin pulu özünün Zərərçə kmiş şəxs8 qaytaracağına dair yalandan vəd vermiş və xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında Zərərçəkmiş şəxs8 8.000 manat pulu almaqla qaytarmaq fikrində olmayıb ələ keçirərək Zərərçəkmiş şəxs8 8.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-76/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 sentyabr 2021-ci il tarixdən hesablanması, zərərçəkmiş hüquqi şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 MMC və Zərərçəkmiş şəxs4 MMC-nin mü lki iddialarının təmin edilməsi, Məhkum 33.894,70 manat məbləğində maddi ziyan və 193 manat ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə, 90.541,46 manat məbləğində maddi ziyan və 362 manat ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs4 MMC-nin xeyrinə tutulması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
7. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Vəliyev Eynulla Hüseyn oğlu apellyasiya şikayəti verərək, məhkəmə hökmünün ləğv edilməsi, Məhkum barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir.
8. Hökmdən Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə6 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, Məhkum təyin olunmuş cəzanın ağırlaşdırılması barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-962/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya müraciətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-76/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində qeyd edilir ki, ittiham aktında sadalan cinayətlər X5 tərəfindən törədilmiş, Məhkum əməllərə heç bir aidiyyəti olmamış, o, yalnız birgə çalışdığı Meyvəli Topdan və Pərakəndə satış bazarındakı tanışlarından məhsullar alaraq, müxtəlif vaxtlarda E.Şıxəhmədi ni meyvə-tərəvəz məhsulları ilə təchiz etmişdir. Məhkəmə prosesi zamanı da E.Şıxəhmədi onunla heç bir işdə əlbir olmadığını, bütün işləri özünün təkbaşına təşkil etdiyini, həmçinin ona qarşı dələduzluq edərək, borclu olduğunu dəfələrlə bildirmişdir. Göstərilənləri, eləcə himayəsində bir azyaşlı övladının olmasını nəzərə almaqla, barəsində bəraət hökmü çıxarılmasını xahiş edilmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının pr edmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət -hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində əməlində cinayət tərkibi olmadığını iddia etməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-962/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvi r olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə tə qsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
23. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibi olmadığına dair dəlillərini əsassız hesab edir.
24. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ay rı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsədə, onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, şahidlərin ifadələri, cinayət işi materiallarında olan qaimələr, alq-satqı müqavilələri, üzləşdirmə istintaq hərəkəti protokolları, istintaq və məhkəmə hərəkətlərinin protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən Məhkum qeyrisi ilə qabaqcadan əlbir olaraq törətdiyi yeddi epizodda dələduzluq cinayətinin altı epizodu üzrə cinayətin törədilməsi zamanı əmlak ların əldə edilmə prosesində bilavasitə iştirak etməsi (əmlaklara sərəncam vermə prosesində), dələduzluq niyyəti ilə əldə edilən malların müxtəlif təyinatlı və çeşidli olması (balıq məhsulu, istilik sistemi, şirniyyat məhsulu, şinlər, quru meyvə), Zərərçəkmiş şəxs4 MMC ilə bağlı epizodda danışıqların aparılmasında bilavasitə iştirak etməsi, Zərərçəkmiş şəxs2 MMC ilə bağlı epizodda isə həmin şirkətin satdığı balıq məhsulunun sonda alınması üçün şirkətin özünə təklif edilməsi, Elnur Şıxəhmədinin ibtidai istintaq zamanı ona qarşı verdiyi ifadələri, Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı ona və qeyrisinə qarşı verdiyi ifadələr ilə təsdiq edildiyini nəzərə almışdır.
26. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq ı zamanı zərərçəkmiş qismində tanınmış hüquqi və fiziki şəxslərə qarşı dələduzluq cinayətini törətməməsi, sonuncuların əmlakını və ya pullarını ələ keçirməməsi və mənimsəməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirib, onun ifadələrini mötəbər sübut hesab etməmişdir.
27. Müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlandıqda, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azər baycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığın dan, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
29. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətl əndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-962/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: M əhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-962/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.