Məhkəmə qərarları › İş №1(102)-1057/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1057/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1057/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlə r Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi M.B.Süleymanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən və məruzəçi), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə) Məhkum, 6 mart 1976-cı il tarixdə Ermənistan Respublikasının Krasnoye Selo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın dövlət kadastrı və ünvanların verilməsi sektorunun kadastr üzrə baş mütəxəssisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 311.3.2, 311.3.3-cü maddələri ilə həmin CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzi fə tutma hüququndan məhrum edilərək 8 (səkkiz) il müddətə, CM-in 313cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə, CM-in 66.3 və 66.4cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 32.5, 311.3.2, 32.5, 311.3.3 və 32.5, 313-cü maddələri ilə nəzərdə tutulmuş cina yət əməllərini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və qanunsuz hərəkətə görə özü və qeyrisi üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəyərək təkrarən rüşvət qismində almış, qeyrisinin köməkçiliyi ilə tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” adlandırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə 1 mart 2013-cü il tarixli, 104/K nömrəli əmrə əsasən Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınma z əmlakın kadastrı, texniki invertarlaşdırma və ünvan şöbəsinin Daşınmaz əmlakın kadastrı və ünvanların verilməsi sektorunun kadastr üzrə mütəxəssisi vəzifəsinə, 29 iyun 2021-ci il tarixli, 197/k nömrəli əmrə əsasən isə həmin sektorun kadastr üzrə baş mütəxəssisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs üzrə 15 fevral 2022-ci il tarixli, K-023 nömrəli əmrə əsasən həmin Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın kadastrı və ünvanların verilməsi sektorunun kadastr üzrə baş mütəxəssisi vəzifəsinə təyin edilməklə həmin vəzifələrdə işləyərkən Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 24 fevral 2009-cu il tarixli, 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 19 mart 2009-cu il tarixdə 3437 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "Daşınmaz əmlakın dövlət reyestri sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın 1-ci bölməsinin 1-ci yarım bölməsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün zəruri olan hüquqi və texniki sənədlərin düzgünlüyünün araşdırılması, kadastr məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün rəy verilməsi, daşınmaz əmlakın formalaşdırılmasında zəruri olan məlumatların kadastr xəritəsinə tam daxil edilməsinə nəzarət edilməsi, kadast r məlumatlarının kadastr xəritəsinə daxil edilməsi, tabeçiliyində olan kadastr üzrə mütəxəssislərin işinə nəzarət edilməsi, çap edilmiş kadastr xəritəsindən çıxarışların yoxlanılması və imza edilməsi, kadastr xəritələrində torpaq sahələrinin və onun üzərində yerləşən daşınmaz əmlakın koordinatlara uyğun olaraq qatlar üzrə işlənməsi, sürüşmələrin və kənarlaşmaların dəqiqləşdirilməsi və bərpa edilməsi, bu mümkün olmadığı təqdirdə ölçülərin və koordinatların yenidən dəqiqləşdirilməsi üçün mühəndislərə sifarişlərin verilməsinin həyata keçirilməsi, kadastr məlumatları ilə digər sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması, daşınmaz əmlakın bölünməsi, birləşməsi və ayrılması nəticəsində yeni yaranan əmlakın kadastrının aparılması, kadastr xəritələrində onların əks etdirilməsi və kadastr planının çap edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 30800118 kodlu, JN 318A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Xin mülkiyyətinə verilmiş ünvan 3i ünvanında yerləşən 0,08 ha ölçüdə torpaq sahəsinin sənəd üzrə olan koordinatlarının dövlət mülkiyyətində olmaqla ona məxsusluğuna dair heç bir rəsmi sənədi olmamaqla faktiki istifadəsində olan və əri Şahid13 xx.xx.2006-cı il tarixli, 30800118 kodlu, JN 258 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə məxsus olan, Ab şeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,10 ha ölçüdə torpaq sahəsi ilə eyni hasarın içərisində olan ərazidən fərqlilik təşkil etməsi səbəbindən Xnın əri Şahid13 tanışı cinayətdən xəbərsiz Şahid12 vasitəsilə özünə Xnın mülkiyyətinə verilmiş müvafiq torpaq sahəsinin koordinatlarının dəyişdirilərək Şahid13 JN 258 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə məxsus olan torpağın yanına işlənməsi və həmin koordinatlara dair "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsi ilə əlaqədar 2021-ci ilin mart ayında etdiyi müraciətlə bağlı Xnın faktiki istifadəsində olan torpaq sahəsinə dair sonuncunun mülkiyyət, istifadə və sahiblik hüququnun olmasını müəyyən edən hər hansı bir rəsmi sənədi olmamasına baxmayaraq, həmin qanunsuz hərəkətlərin edilməsinə görə ünvan 3i ərazisində Şahid12 vasitəsilə Şahid13 özü üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib Şahid13 razılığını aldıqdan sonra 2021-ci ilin mart ayının sonlarında cinayətdən xəbərsiz Şahid12 vasitəsilə Şahid13 özü üçün birbaşa yolla maddi nemət olan 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini ünvan 3i ərazisində rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra tərtib edəcəyi "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin düzgün və əsaslı olaraq tərtib edilməsi görüntüsü yaratmaq məqsədilə Xnın istifadəsində olan torpaq sahəsinin faktiki yerinin fərqli olması barədə məlumatların əks olunduğu, işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi vəzifəsində işləyən cinayətdən xəbərsiz X16 tərəfindən X və həmin ə razidə yaşayan digər 3 nəfər şəxsin iştirakı ilə JN 318A nömrəli şəhadətnamənin elektron baza məlumatları ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında fərqin mövcudluğu və sözügedən torpaq sahəsinin Şahid13 məxsus JN-258 nömrəli şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin qonşuluğunda, eyni hasar daxilində yerləşməsi məzmununda 30 mart 2021-ci il tarixli aktın, Novxanı bələdiyyəsi tərəfindən mətninə bilə-bilə yalan məlumatlar daxil edilmiş Abşeron rayon, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış adlı sənədin, Novxanı bələdiyyəsi tərəfindən Ərazi İdarəsinə bu barədə məlumat xarakteri daşıyan məktubun, 31 mart 2021ci il tarixli müayinə aktının tərtib olunub özünə təqdim olunmasına nail olduqdan sonra müvafiq torpaq sahəsinin koordinatları barədə yalan, yəni Xnın adına rəs miləşdirilmiş torpaq sahəsinin koordinatlarına əsasən elektron baza məlumatlarında təxminən 350 metr aralı məsafədə yerləşdiyi halda həmin torpaq sahəsinin Şahid13 məxsus 0.10 ha torpaq sahəsinə bitişik torpaq sahəsinin koordinatlarına uyğun məlumatları bilə-bilə tamah niyyəti ilə işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında istifadəsində olan xidməti kompyuterdən istifadə etməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin "NECAS” adlı rəsmi informasiya resursu olan proqram təminatına daxil edib Xnın adına rəsmiləşirilmiş xx.xx.2021-ci il tarixli, AA №604542 nömrəli "Torpaq s ahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzaladıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edildikdən sonra Xya xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********65 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olub vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə 7 may 2019-cu il tarixli, 154/k nömrəli əmrə əsasən Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin arxiv üzrə mütəxəssisi vəzi fəsinə təyin edilməklə faktiki həmin idarədə hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsini yerinə yetirən Təqsirləndirilən şəxs məsləhət və məlumatlar verməklə yardım etməkdə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında Abşeron rayonu, Masazır bələdiyyəsinin mülkiyyətində olmuş 0.038383 ha ölçüdə torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mər kəzi tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli, 007843 nömrəli Şəhadətnamə və 31 iyul 2019-cu il tarixli, AN İ, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Şahid2 satılmasından sonra həmin torpaq sahəsini gələcəkdə almağı planlaşdıran Şahid1 müvafiq torpaq sahəsini alacağı halda həmin sahənin koordinatlarının dəyişdirilərək faktiki olaraq özünün istifadəsində olan və adına rəsmiləşdirilmiş heç bir sənədi olmayan 0.038383 ha ölçüdə digər torpaq sahəsinə işlənilməsi yolu ilə "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” Çıxarışın verilməsi barədə 2021-ci ilin sentyabr-oktyabr aylarında özünə Təqsirləndirilən şəxs vasitəsilə müraciəti ilə əlaqədar Şahid2 adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatl arının dəyişdirilməsi üçün məhkəmə orqanlarına müraciət edilməli olduğu və yaxud Şahid1 özünün istifadəsində olan torpaq sahəsinin rəsmiləşdirilməsi üçün Abşeron rayon Masazır bələdiyyəsinə müraciət edilməli, bundan sonra bələdiyyə qərarının, bələdiyyənin yerquruluşu planından çıxarış, Abşeron Rayon İcra Hakimiyyətinin rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsin "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" mMc tərəfindən müvafiq rəy verilib torpaq sahəsinin Abşeron rayon Masazır bələdiyyəsinin mülkiyyətinə keçməsindən sonra hərracın təşkil edilərək alqı-satqı müqaviləsi əsasında müvafiq torpaq sahəsini mülkiyyətinə keçirməli olduğu halda, həmin prosedurlar gözlənilmədən qanunsuz yolla müvafiq hərəkətlərin edilməsinə görə 4 saylı Abşeron Ərazi İdarə sinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasının yanında Şahid1 özü üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vasitəsilə rüşvət qismində istəyib Şahid1 razılığını aldıqdan sonra 2021-ci ilin dekabr ayının ortalarında müvafiq pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən Şahid1 Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş Yaşayış Massivi ərazisində alınaraq özünə ünvan 5 ünvanında yerləşən "Medeyra” adlı mebel salonunun qarşısında təqdim edilməsi ilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs köməkçiliyi ilə təkrarən rüşvət qismində özü üçün birbaşa yolla alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra Şahid1 verdikləri vədi yerinə yetirmək məqsədilə müvafiq torpaq sahəsinə dair tərtib edəcəyi "Torpaq sahəsinin planı və ölçüsü adlı” sənədin qanuni və əsaslı tərtib olunması görüntüsünü yaratmaq üçün Təqsirləndirilən şəxs vasitəsilə, yəni sonuncunun köməkçiliyi ilə Şahid1 koordinatlarının işlənməsini istədiyi müvafiq torpaq sahəsinin koordinatları əks olunmuş, mətninə bilə-bilə yalan məlumatlar daxil edilmiş "Abşeron rayonu, Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış” adlı sənədin tərtib edilərək bələdiyyə sədri vəzifəsində işləyən Şahid10 tərəfindən imzalanması və Abşeron rayon, Masazır bələdiyyəsinin möhürü ilə təsdiq olunması barədə tapşırıq verib həmin sənədin Şahid1 tərəfindən təqdim edilməsindən sonra müvafiq torpaq sahəsinin koordinatları barədə yalan, yəni müvafiq torpaq sahəsinin yerləşdiyi koordinat lar fərqli olduğu halda həmin torpaq sahəsinin 1.190 metr aralı məsafədə yerləşməsi barədə məlumatları bilə-bilə tamah niyyəti ilə işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında istifadəsində olan xidməti kompyuterdən istifadə etməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin "NECAS” adlı rəsmi informasiya resursu olan proqram təminatına daxil edib Şahid1 qardaşı X6 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, A № 711873 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzaladıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhür ü ilə təsdiq edildikdən sonra törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 4 saylı Abşeron Ərazi İdarəsində 196278 inventar nömrəli qovluqda saxlanılan Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli, A №352840 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin surətinin imzaların əks olunduğu və möhürlə təsdiq olunmuş üz qabığının surətini A4 formatında olan kağızın bir tərəfində, həmin kağızın isə digər tərəfində sonradan koordinatları dəyişdirərək X6un adına tərtib etdiyi xx.xx.2022-ci il tarixli, A №711873 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin koordinatları görünən iç tərəfinin surətini əks etdirdikdən sonra həmin qovluqda olan Şahid2 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıx arışın verilməsi üçün toplanmış sənədlər toplusuna əlavə etməklə əvvəlki həqiqi məlumatları əks etdirən plan və ölçü sənədinin surətini məhv edib X6a xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olaraq Təqsirləndirilən şəxs köməkçiliyi ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində Təqsirləndirilən şəxs məsləhət və məlumatlar verməklə yardım etməkdə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkç iliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, yəni xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında X1 mülkiyyətində olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən, 0.10 ha ölçüdə torpaq sahəsinin 0.025 ha ölçüdə olan hissəsinin xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Şahid3 satmasından və sonuncu tərəfindən həmin torpaq sahəsində həmin tarixdən 2022-ci ilin yanvar ayınadək iki mərtəbəli qeyri-yaşayış sahəsinin tikilməsindən sonra 2022-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs vasitəsilə özünə müvafiq torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin və "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsi üçün müraciət etmiş Şahid3 həmin torpaq sahəsinin faktiki vəziyyətinin torpaq sahəsinə görə tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənəddə göstərilmiş koordinatlara uyğun gəlməməsi barədə Təqsirləndirilən şəxs tərəfindən məlumat verilməsini təmin etməklə Təqsirləndirilən şəxs vasitəsilə özü üçün "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin tərtibi ilə əlaqədar 6.000 (altı min) manat, bölgü sxeminin tərtibi üçün 500 (beş yüz) manat olmaqla, həmin sənədlərin tərtib edilməsinə görə, ümumilikdə külli miqdar təşkil edən cəmi 6.500 (altı min beş yüz) manat məbləğində pul vəsaitini Şahid3 rüşvət qismində istəyib Şahid3 yalnız "Torpaq sahəsinin pla nı və ölçüsü” sənədinin tərtibi ilə əlaqədar ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaitini verməsinə dair razılığını aldıqdan sonra 2022-ci ilin yanvar ayının sonlarında özü üçün birbaşa yolla sonuncu vasitəsilə külli miqdarda maddi nemət olan 6.000 (altı min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs köməkçiliyi ilə 4 saylı Abşeron Ərazi İdarəsinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 255 ünvanında Şahid3 təkrarən rüşvət qismində özü üçün birbaşa yolla alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra Şahid3 Təqsirləndirilən şəxs vasitəsilə verdiyi vədin icrası ilə əlaqədar istintaqla müəyyən edilməyən cinayətdən xəbərsiz şəxs tərəfindən xx.xx.2022-ci il tarixli müvafiq torpaq sahəsinin sənəd üzrə bölünməsini təsdiq edən bölgü eskizi adlı sənəd in tərtib olunub "Tərtib etdi: Şahid4” qrafasında, "Yoxladı Məhkum” qrafasında isə özü ilə eyni sektorda mütəxəssis vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid6 tərəfindən imzalanmasına, həmçinin işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsində mühəndis vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 tərəfindən xx.xx.2022-ci il tarixli müayinə aktına həmin torpaq sahəsinin sənəd üzrə bölünməsi barədə qeydlərin edilməsinə nail olduqdan sonra xx.xx.2022-ci il tarixli, A №711873 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzaladıqdan və Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edildikdən sonra Şahid3 xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsinə nail olmuşdur. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 30800118 kodlu, JN 1615A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X2 mülkiyyətinə verilmiş ünvan 3i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Şahid8 Şahid7 vasitəçiliyi ilə satılaraq Şahid8 xx.xx.2022-ci il tarixli hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın texni ki pasportunun verilməsi barədə müraciəti ilə əlaqədar xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsindən, lakin torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki göstəricilər arasında fərq olması səbəbindən "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsindən imtina edilməsindən, Şahid8 xx.xx.2022-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsi ilə əlaqədar təkrar müraciətindən sonra həmin torpaq sahəsinin alqı-satqısında vasitəçilik etmiş şəxs Şahid7 müvafiq torpaq sahəsinin sənəd üzrə koordinatlarının yerləşdiyi faktiki yerdən fərqli olmasını bildirib həmin koordinatların dəyişdirilərək faktiki yerə iş lənməklə "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsi imkanının olduğunu izah edərək Şahid8 faktiki istifadəsində olan torpaq sahəsinə dair sonuncunun mülkiyyət, istifadə və sahiblik hüququnun olmasını müəyyən edən hər hansı bir rəsmi sənədin olmamasına baxmayaraq, həmin qanunsuz hərəkətlərin edilməsinə görə 2022-ci ilin yanvar ayının sonlarında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli telefon vasitəsilə danışan zaman Şahid7 özü üçün birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib sonuncunun alqı-satqıda iştirak etdiyi üçün özünə qalmış komissiya haqqından həmin pulu verməsi barədə razılığını aldıqdan sonra 2022-ci ilin yanvar ayının sonlarında cinayətdən xəbərsiz Şahid7 özü üçün birbaşa yolla maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda təkrarən rüşvət qismində alıb şəxsi ehtiyaclarına sərf etdikdən sonra tərtib edəcəyi "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin düzgün və əsaslı tərtib edilməsi görüntüsü yaratmaq məqsədilə Şahid8 istifadəsində olan torpaq sahəsinin faktiki yerinin fərqli olması barədə məlumatların əks olunduğu Novxanı bələdiyyəsi tərəfindən məzmununa bilə-bilə yalan məlumatların daxil edilmiş müvafiq Abşeron rayon, Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış adlı sənədin özünə təqdim olunmasına nail olduqdan sonra müvafiq torpaq sahəsinin koordinatları barədə yalan, yəni Şahid8 adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarına əsasən elektron baza məlumatlarında fərqli yerdə yerləşdiyi halda həmin torpaq sahəsinin faktiki yerləşdiyi sahənin koordinatlarına uyğun məlumatları bilə-bilə tamah niyyəti ilə işlədiyi 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 255 ünvanında yerləşən inzibati binasında istifadəsində olan xidməti kompyuterdən istifadə etməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin "NECAS” adlı rəsmi informasiya resursu olan proqram təminatına daxil edib Şahid8 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli, A № 711876 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap edərək imzalamaqla v ə Ərazi İdarəsinin rəisi tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilməsinə nail olaraq təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni hər ikisi eyni, yəni xx.xx.2018-ci il tarixli olmaqla 3080131İ1023 və **********25 reyestr nömrəli çıxarışlar əsasında X10 adına rəsmiləşdirilmiş, eyni daş hasar daxilində yerləşən müvafiq olaraq 0.052 və 0.035 ha ölçüdə olan torpaq sahələrinin ortasında qalmış ərazinin də müvafiq torpaq sahələrinə birləşdirilərək vahid "Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin verilməsinə görə X10un tanışı olan Şahid9 vasi təsilə Şahid7, sonuncunun isə özünə müraciəti ilə əlaqədar qeyd edilən sahənin dövlət mülkiyyətində olmaqla ona məxsusluğuna dair heç bir rəsmi sənədin olmamasına baxmayaq, həmin sənədin verilməsi və bununla əlaqədar qanuna zidd zəruri xidməti hərəkətlərin edilməsinə görə Şahid7 21 fevral 2022-ci il tarixdə, istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin "WhatsApp” proqramında Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj şəklində yazmaqla özü üçün birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmişdir. Hökmdən Məhkum müdafiəçisi M.B.Süleymanov tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Rüstəmov Orxan Namiq oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 3 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, apellyasiya protesti qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum üzərində hökmlə təqsirli bilindiyi CM-in 311.3.2, 311.3.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətin ə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, Təqsirləndirilən şəxs isə CM-in 32.5, 311.3.2 və 32.5, 311.3.3-cü maddləri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək həmin cəza CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi M.B.Süleymanov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə ləğv edilməsini və onun əməlində CM-in 311.3.2, 311.3.3 və 313-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CPM-in bir sıra normalarına, işin müəyyən edilmiş faktiki hallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə Məhkum verdiyi ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi M.B.Süleymanov həmin şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, CPM-in 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum qarşı CM-in 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz o laraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum həmin maddələrlə özünü təqsirli bilməmiş, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən idarəyə aparılaraq orada şübhəli şəxs qismində dindirilərkən onun müdafiə hüququ pozulmuş, hər iki instansiya məhkəməsi işin hallarını araşdırsa bu hallar üzrə düzgün nəticəyə gəlməmişlər. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, istər hüquqlarını müdafiə etdiyi şəxsin, istərsə də çoxsaylı şahidlərin ifadələrindən görünür ki, Məhkum niyyəti sənəd düzəltmək adı ilə pul almaq yox, qanuni sənəd olduğu və pulsuz da düzələcəyinə əmin olduğu üçün vətəndaşı aldadaraq pulunu ələ keçirmək olmuşdur. Məhkəmə araşdırmaları zamanı o da tam təsdiq olunmuşdur ki, sənədlər Məhkum icraatına tam hazır vəziyyətdə verilm iş, o, vətəndaşlardan rüşvət alıb idarə rəisinin və digər şöbə rəislərinin xəbəri olmadan, yəni onlardan gizlin çıxarış hazırlayıb çap edərək sənəd sahibinə vermək imkanına malik olmamış, və sadəcə olaraq fürsətdən istifadə edib sənəd sahiblərini aldadaraq onların pullarını ələ keçirmək olmuşdur ki, bu da onun tərəfindən rüşvət alma deyil, dələduzluq cinayət əməlini törətməsinə dəlalət edir. Məhkəmələr ümumiyyətlə işin hallarına və dolayısıyla Məhkum əməlinə düzgün hüquqi qiymət verməmiş və o, əsassız olaraq ittiham olunduğu cinayətlərə görə təqsirli bilinərək məhkum edilmişdir. Müdafiəçi M.B.Süleymanov həmçinin qeyd etmişdir ki, Məhkum ailəlidir, himayəsində iki azyaşlı uşaqları var, daimi yaşayış yeri məlumdur, əvvəllər məhkum olunmamış, onun təqsiri isə sübuta yetirilməmiş, lakin bu hal lara baxmayaraq o, məhkum olunması nəticəsində ağır cəzaya məruz qalmışdır. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi M.B.Süleymanov onun kassasiya şikayətinin təmin edilməsini və Məhkum elan olunmuş ittiham sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkum olunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Bel ə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum müdafiəçisi M.B.Süleymanovun kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, Məhkum təqsiri sübuta yetirilmədiyi halda o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətlərə görə təqsirli b ilinib məhkum olunmuş və o, təqsirli bilindiyi maddələrlə ağır cəzaya məruz qalmışdır. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyiş dirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi M.B.Süleymanovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə k i, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmalarını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu z aman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflə rin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı cid di zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin ci nayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ic timai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM -də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töv sif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri mü əyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin təl əblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidi r. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübute tmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hə rtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alın maqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müə yyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş h akimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu i lə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsir li bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinay əti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM- in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edə n sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericili yin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək həmin məhkəmənin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir k i, hər iki məhkəmənin gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Odur ki, məhkumun müdafiəçisi M.B.Süleymanovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının toplanmış sübutların araşdırılaraq onlara düzgün qiymət verilməməsi, habelə məhkumun ona istinad olunan əməli törətməsinin sübuta yetirilməməsi əsasları ilə ləğv edilməsini və Məhkum bəraət verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə ko llegiyası əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni iş üzrə digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, şahidlər Şahid1, Şahid3, Şahid7, Şahid12 ifadələri ilə, 22 fevral 2022-ci il tarixli “baxış” protokolu, bir çox istintaq hərəkətlərinin aparılması haqqında digər protokollarla, telefon danışıqlarının və yazışmalarının aparılmasına dair məlumatlarla və sübut əhəmiyyətli bir sıra sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında kassasiya şikayətində göstərilən dəlillərin əksinə olara q, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanuni və qanunsuz hərəkətlərə görə özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəyərək təkrarən rüşvət qismində almış, qeyrisinin köməkçiliyi ilə tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı etmişdir. İşin bu faktiki hallarının arxasında duran, ibtidai a raşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya şikayətinə baxılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görmür. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə Şahid1 qardaşı X6 adına tərtib edərək çap etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin məzmununda rüşvət müqabilində hər hansı saxtakarlığa yo l verməməsi, həmin sənədin əsasını təşkil edən digər müvafiq sənəd və məlumatların əslində həqiqəti əks etdirməsi, Şahid1 verdikləri vədi yerinə yetirməyərək ondan 5.000 manat məbləğində pulu aldadaraq əslində dələduzluq yolu ilə ələ keçirməsi, Şahid3ya verilən “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin Şahid3 faktiki istifadəsində olan torpaq sahəsinin kordinatlarına uyğun gəlməməklə onun əsasında verilən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”da hər hansı saxtakarlığa yol verilməməsinə dair məhkəmə istintaqı zamanı verdiyi, həmçinin ona elan edilmiş digər epizodlar üzrə- Şahid13 Şahid12 vasitəsilə özü üçün birbaşa yolla 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində alması, Şahid7 1.000 (bir min) manat məbləğində pul vəsaitini alıb Şahid8 adına rəsmiləşdirilmiş “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədi tərtib edib çap etməsi, X10 tanışı Şahid9, sonuncunun isə Şahid7 vasitəsilə ona müraciəti edərək birbaşa yolla 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə dair ittihamlarla razı olmayaraq həmin əməlləri törətməməsi barədə istintaqı zamanı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab etmişlər. İş materiallarından göründüyü kimi, istər ibtidai araşdırma zamanı, istərsə də işə məhkəmələrdə baxılarkən həm ibtidai ar aşdırma orqanı, həm də məhkəmələr tərəfindən, müdafiəçi M.B.Süleymanovun kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı, o cümlədən şahidlərin dindirilmələri və onların ifadələri tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş, işə əlavə olunmuş sənədlər və başqa sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmələr Məhkum təqsirli olması hissəsində yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və əsaslandıqları sübutların qəbuledilməzliyinin əsasını təşkil e dən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, istər Məhkum, istərsə də iş üzrə məhkum olunmuş digər şəxsin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması müəyyən edilməmiş, həmin ifadələr iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq həm Məhkum ifadələrini cinayət məsuliyyətini yüngülləşdirən ifadələr kimi qiymətləndirib qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına araşdırdıqları və qiymət verdikləri başqa sübutları qoymuş, bu sübutların əsasında da sonuncunun CM-in 311.3.2, 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Müdafiə çi M.B.Süleymanovun kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi Məhkum təqsirli bilindiyi cinayət əməlllərini törədərkən vəzifəli şəxs statusunda olmaması, sonuncunun işinin yalnız kargüzarlıqla bağlı olması və başqa heç bir səlahiyyətinin olmaması ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində vəzifəli şəxs anlayışı verilmişdir. Bu normaya əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: 1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövl ət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; 2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; 3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; 4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; 6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsl əri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; 7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasın a görə: qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə verilmiş 1 mart 2013-cü il tarixli, 104/K nömrəli əmrdən görünür ki, Məhkum həmin tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma və ünvan şöbəsinin Daşınmaz əmlakın kadastrı və ünvanların verilməsi sektoruna kadastr üzrə mütəxəssis vəzifəsinə, 29 iyun 2021-ci il tarixli, 197/K nömrəli əmrlə kadastr üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs üzrə verilmiş 15 fevral 2022-ci il tarixli, K-023 nömrəli əmrə əsasən isə müəyyən edilmişdir ki, Məhkum 4 saylı Abşeron Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Daşınmaz əmlakın dövlət kadastrı və ünvanların verilməsi sektoruna kadastr üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təkzib olunmaz şəkildə iş materialları ilə müəyyən edilmiş bu hal onun məhz vəzifəli şəxs kimi öz qulluq səlahiyyətlərindən istifadə etməklə, onun vəzifə səlahiyyətlərinə aid olan hərəkətləri etməklə korrupsiya cinayətlərini törətməsinə dəlalət edir və bu baxımdan onun əməlinin dələduzluq cinayəti kimi qiymətləndirilərək CM-in 178-ci maddəsi ilə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi M.B.Süleymanovun kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Məhkum evli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olması, əvvəllər məhkum olunmaması, təqsirinin sübuta yetirilməməsi və qeyd olunan cəzanı yüngülləşdirən halların məhkəmələr tərəfindən nəzərə alınmaması ilə bağlı müdafiəçi M.B.Süleymanovun kassasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, h əm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə yönəlməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdı r, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilin ən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. O, da qeyd olunmalıdır ki, yuxarıda istinad olunan CPM-in 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə təkcə iş üzrə digər məsələlərin həli zamanı deyil, həm də təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət q anunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün on un törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmal ıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən q ərardan görünür ki, birinci instansiya məhkəməsi Məhkum yekun olaraq cəza təyin etmə məsələsini həll edərkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həmçinin kassasiya şikayətində istinad olunan halları - ali təhsilli olmasını, əməlini qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində ahıl valideynlərinin və yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, yaşadığı ərazidə müsbət xarakterizə edilməklə əvvəllər məhkum edilməməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilərək həm bu halları, həm də onun CM-in 313-cü maddəsində nəzərdə tutulmuş vəzifə saxtakarlığı cinayətini təkrar törətməsini CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar qismində nəzərə almış, apellyasiya müraciətlərinə ba xılarkən isə CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-in 44.2.1-ci maddəsinə əsasən Məhkum cəzanın təyin edilməməsinə dair nəticəyə gəlmiş və öz nəticəsini maddi hüquq normalarının tələblərinə istinad etməklə kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası digər nəticələrlə yanaşı, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həld edərkən məhkəmələrin gəldikləri bu qənaətlə də razılaşaraq eyni zamanda vurğulayır ki, məhkəmələrin cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halı nəzərə almamaları, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir, müdafiəçinin kassasiya şikayətində müvafiq sübutlarla təsdiq olunan belə hallara istinad ed ilməmişdir. Halbuki, kassasiya icraatı zamanı məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, birinci və ya apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən CPM-in 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq araşdırılmış sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hər hansı halı nəzərə almasınlar, yaxud da məhkəmələrin cəzanı ağırlaşdıran hal kimi nəzərə aldıqları hal və ya hallar CM-in 61-ci maddəsində nəzərdə tutulmamış olsun. Məhkum barəsindəki cinayəti işinin materiallarından və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından məhkəmələrin bu kimi çatışmazlıqlara yol vermələri görünmür. Son olaraq, məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun v ə məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir ol unanlardan görünür ki, müdafiəçi M.B.Süleymanovun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-in 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən pozuntulardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müda fiəçisi M.B.Süleymanovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311. 3.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar