Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1058/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Abdullayeva Vəfa Əmiraslan qızının iştirakları ilə Gəncə Ağır Ci nayətlər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.6, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.B.Qasımov, D.H.İmanov və S.Ə.Əzizovdan ibаrət tərkibdə) xx xxxxxx 1962-ci ildə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olmamış, fərdi qaydada təsərrüfatla məşğul olmuş, Bərdə rayonu, Alaçadırlı kəndind ə qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.6, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinib ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 22 fevral 2017-ci il tarixdə saat 01 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu 1960-cı il təvəllüdlü X3 yaşadığı ünvan 1 ünvanda yaşayan, sonuncunun bacısı 1939-cu il təvəllüdlü X2 şam yeməyindən sonra baş ağrısından narahatçılıq keçirdiyini görüb ona üzərində olan və özünün istifadə etdiyi “Kofein” adlı ağrı kəsici həbi verdikdən bir müddət sonra X2nın halının bir qədər də pisləşdiyini görən X3 bacısının vəziyyətinin ağırlaşmasında onun günahkar olması nı bildirməsinə görə aralarında bu zəmində yaranan mübahisə zamanı X3nm onun ünvanına səsləndirdiyi nalayiq ifadələrdən əsəbləşərək evin yataq otağında yumruq zərbələri ilə X3nı vurub ona sağlamlığa zərər vurmayan burun nahiyəsinin, sağ əlin barmağının səthi yaraları, hər iki bud nahiyəsinin qançırları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən alt dodağın selikli qişasının yarası və şişkinliyi kimi xəsarətlər yetirərək çarpayıya yıxmış, sonuncunun bir daha onun vəfat etmiş valideynlərinin ünvanına nalayiq sözlər işlətməsindən daha da qəzəblənərək öldürüb ondan qisas almaq məqsədilə çarpayının üzərində olan X3nm üstünə çıxıb müqavimətini qırmaq üçün hər iki qolunu özünün ayaqlarının altına alıb hər iki əli ilə boğazından tutub sıxaraq boğmaqla onu qəsd ən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan sonra o, X3 bacısı X2 onun tərəfindən törədilmiş xüsusilə ağır cinayəti bilib gələcəkdə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyindən ehtiyatlanaraq törətdiyi cinayəti gizlətmək məqsədilə təkrarən X2nı da qəsdən öldürmək qərarına gəlmiş və cinayətkar niyyətini həyata keçirmək üçün evin digər yataq otağında çarpayıda uzanmış və halsız vəziyyətdə olan, həmçinin yaşı və səhhəti ilə bağlı fiziki göstəricilərinə görə müqavimət göstərmək və özünü müdafiə etmək iqtidarında olmayan, köməksiz vəziyyətdə olan X2ya yaxınlaşaraq onu da eyni üsulla, yəni hər iki əli ilə boğaz nahiyəsindən tutub sıxaraq boğmaqla və sağlamlığına zərər vurmayan alt dodaqda əzilmiş yara, alt çənə nahiyəsinin qançırları kimi xəsarətlər yetirməklə X2nı da qəsdən öldürüb, onları qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 06 fevral 2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu kassasiya şikayətləri verərək, Məhkum ona bəraət verilməsi və ya apellyasiya məhkəməsinin qərarının ləğv edil məsi barədə, müdafiəçi Z.K.Qəhrəmanov isə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona irəli sürülmüş ittihamla qətiyyən razı deyil. Belə ki, iş üzrə toplanmış sübutlar ittihamın həlli üçün kifayət deyil və ona görə də, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yükün nəticəyə imkan vermirlər. Apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsi və ya qərarın ləğv edilərək cinayət işinin yenidən apellyasiya baxışına təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin təqsirliliyinə dair hər hansı bir mötəbər sübut yoxdur. Sübutlardan biri təqsirləndirilən şəxsin ilkin ifadəsidir ki, müdafiə tərəfi həmin ifadənin təzyiq altında verildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, onu polis şöbəsinə gətirdikdən sonra onu polis əməkdaşları döymüş, eyni zamanda onu butulkanın üzərində oturdub ona işgəncə vermiş və həmin vaxt onun sol qulağından qan gəlmişdir. Həmin qan isə onun əynində olan gödəkçənin çiyninə töklümüşdür. İşdə olan ekspertiza rəyilərinə diqqət yetirdikdə təqsirləndirilən şəxsin gödəkçəsinin sol tərəfində qan ləkələri olduğu müəyyən edilmiş həmin qan ləkələri Məhkum məxsus olmuşdur. Təqsirləndirilən şəxsin ilkin ifadəsində evdən gedən zaman qaz peç inin yanılı olduğu qeyd edilmişdir. Lakin hadisə zamanı müəyyən edilmişdir ki, qaz sobası sönülü olmuşdur. Hətta ilkin olaraq zərərçəkmiş şəxslərin qaz boğulmasından ölməsi bildirlmişdir. Bundan başqa zərərçəkmiş şəxslərin üzərində xəsarətlər aşkar edilmişdir ki, təqsirləndirilən şəxsin ilkin ifadəsində onlara həmin xəsarətləri yetirdiyini qeyd etməmişdir. Bu faktlar onu deməyə əsas veririr ki, təqsirləndirilən şəxsin verdiyi ilkin ifadəsi işin faktiki hallarına uyğun olmamışdır. Bütün qeyd edilənlərə əsasən ilkin ifadənin təzyiq altında verilməsi qənatinə gələrək qeyd edirik ki, təqsirləndirilən şəxsin ilkin ifadəsi təzyiq altında verildiyindən sübut kimi qiymətləndirilə bilməz. Bu Konvensiyanın 3 və 6-cı maddəsinin tələblərinin pozuntusudur. Eyni zamanda, Cinayət-Prosesual Məcəllənin 125 ci maddəsnin tələblərinə zidd əldə edildiyindən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə tərəfindən sübut kimi qəbul edilən digər sübut növü mələfə üzərində olan qarışıq qanın aşkar edilməsi və həmin qanın Məhkum məxsus olmasıdır. Məhkum ilkin ifadəsində diqqət yetirdikdə orada göstərilir ki, təqsirləndirirlən şəxs hamamda çimən zaman üzünü kəsmişdir. Onun ifadəsində sonra qeyd edilir ki, onlar həmin gecə cinsi əlaqədə olmuşdular. Belə olan halda həmin vaxt onun üzününü kəsilməsi nəticəsində yaranmış yaranın qanaması ilə mələfəyə qanın bulaşması mümkün idi. Digər bir xüsusat isə təqsirləndirilən şəxsə məxsus telefonun hadisə yerində olması ilə bağlı fikirlərdə hesab edirik ki, əsaslı deyildir. Belə ki, təqsirləndirilən şəxsin həmin vaxt telefonun üzərində olan telefon nömrəsinin anten da irəsi hadisə yerini göstərməmişdir. Bütün qeyd edilənlər onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin təqsirini sübuta yetiricək heç bir əsaslı fakt yoxdur. Beləliklə, müdafiə tərəfi hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara diqqət yetirməmiş və şəxsin təqsirli bilinməsi ilə bağlı yalnış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, guya Məhkum bildirib ki, həmin vaxt ümumiyyətlə, o hadisə baş verən ünvanda olamamışdır. Halbuki, məhkum edilmiş şəxs həmin vaxtı orada olmaması barədə heç bir fikir söyləməmişdir. Məhkum edilmiş şəxs ifadəsində orada olduğunu sadəcə hadisə baş verən saatlarda orada olmadığını bildirmişdir. Cinayət Məcəlləsinin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cin ayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Mahmudov Rusiyaya qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübut etmək vəzifəsi təkzib edənin deyil iddia edənin üzərinə düşür. Avropa Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin arqumnetini inkar edən zaman yetərli olan əsaslar göstərilmədən həmin arqumentlər nəzərə alınmamışdır. İbtidai istintaq aşkar şəkildə təqsirləndirilən şəxsin xeyrinə olan, gəldiyi nəticənin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almamaq möv qeyi tutub. İttiham tərəfi dindirdiyi şahidlərin verdikləri ifadələrin doğru olması motivləri istintaq tərəfindən əsaslandırılmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəm ə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub- olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Odur ki, göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yendiən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxsin hüquqi varisi qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq e dilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 120.2.6, 120.2.9 və 120.2.10-cu maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələri ilə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətlərinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar göstərilmişdir: “...Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, məhkum olunmuş şəxs və müdafiəçi cinayət hadisəsinin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən hesab edirlər ki, CM-nin 120.2.6, 120.2.9 və 120.2.10-cu maddələr ilə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edi lir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və hallan; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Həmçinin, CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2 ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 1 24.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bundan başqa CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Ali Məhkəmənin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında məhkəmələrin nəzərinə çatdırmışdır ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apeilyasiya instansiyası məhkəməsi hökmdən verilən apeilyasiya şikayəti və ya protestlərinə CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istint aqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır (Qərarın 1-ci bəndi). Məhkəmə kollegiyası Plenum qərarının birinci bəndində göstərilən tövsiyyələrə əməl edərək apeilyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almı ş, bu məqsədlə təqsirləndirilən şəxsi dindirmiş, habelə işdə olan yazılı sübutları tədqiq etmişdir. Apeilyasiya instansiyası məhkəməsinin iclasında məhkum olunmuş şəxs Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, həmin ifadəsinin nəzərə alınmasını, təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasım xahiş etmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməlləri özünün ilkin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər yazılı sübutlarla təsdiqini tapmışdır. Həmçinin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə Məhkum cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış, cəzanın növü ilə bağlı tələ bləri mümkün olan həddə gözləmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah etmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın məqsədləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də bir sıra qərarlarında ifadə olunmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsas lı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19.03.2002-ci il tarixli «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də, cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqlan da nəzərə alınmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum verilmiş ittihamın təsdiq olunduğuna, onun təqsirli bilinməli olduğuna, əməllərinin tövsifinə dair gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun oldu ğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Məhkumun kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mö vcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 120.2.6, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1058/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1058/2019
04.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver