Məhkəmə qərarları › İş №1(102)-1058/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1058/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1058/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Məhkum müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1-də qeydiyyatda olmaqla orada yaşamış, hal hazırda həbsdə olan Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)-433/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 1(101)-1327/2021 nömrəli hökmü ilə (hakim: İ.A.Mahmudov (sədrlik edən) F.Ə.Qəniyev və S.S.Hüseynov ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 7 ( yeddi ) il müddətə azadlıqdan məhrumetmə cəz asına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 ( on bir ) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli hökmü ilə ( hakimlər: Z.A. Şirinov (sədrlik edən), Z.B.Babayev və İ.A.İbrahimli ) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına aid hissədə ləğv edilmiş, Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Həmçinin, həmin hökmlə Məhkum üzərində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti vermişdir. İşin halları: Məh kəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı "X” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən "Məhəmməd” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Abşeron rayonu, Masaz ır qəsəbəsi, "Duzlu göl”-ün kənarında gizlətməklə saxladıqları külli miqdarda 4994,866 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 2043,001 qram təmiz çəkidə "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Məhkum qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib külli miqdarda 2975,0 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 738,001 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanında qanunsuz saxlamış, narkotik vasitə heroinin 4,866 qram çəkidə hissəsini ayırıb bir ədəd bükümdə qablaşdıraraq üzərində, külli miqdarda 2015,0 qram çəkidə hissəsini və 1305,0 qram çəkid ə psixotrop maddə metamfetamini idarə etdiyi "Lexus GX470” markalı, **-KK-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz saxlayaraq Bakı- Ələt- Astara avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisində yerəşən «Muradın təndiri» adlanan obyektin yaxınlığına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 11 yanvar 2021-ci il tarixdə saat 07:30-da Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu Digah kəndi ərazisində yerləşən «Muradın təndiri» adlanan obyektin yaxınlığında idarə etdiyi "Lexus GX470” markalı, 90- KK-554 qeydiyyat nişanlı avtomobildə saxlanılaraq həmin Regional şöbəyə gətirilmiş və üzərinə şə xsi axtarış keçirilən zaman əynindəki gödəkçəsinin sol yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd bükümdə külli miqdarda 4,866 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin tarixdə saat 09:15-dən etibarən Məhkum idarə etdiyi "Lexus GX470” markalı, **-KK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildə arxa yük yerindəki oturacağın arxa hissəsində bir ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdarda 2015,0 qram çəkidə narkotik vasitə heroin və 1305,0 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 13:00-dan etibarən Məhkum icazəsi və iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvan ına baxış keçirilən zaman otaqda olan divanın arxasındakı sellofan torbada külli miqdarda 2975,0 qram çəkidə narkotik vasitə heroin və bir ədəd torbada 735,0 qram çəkidə və dörd ədəd bükümlərdə 1,557 qram, 0,744 qram, 0,399 qram və 0,399 qram çəkidə olmaqla ümumilikdə külli miqdarda 738,001 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd kolba aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması müəyyən olunsa da, narkotik vasitənin qaçaqmalçılığı cinayətində onun iştirak etməsi sübuta yetirilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, o, yalnız Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yuxarıda təsvir edilən əməlləri törətməkdə təqsirli bilinmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, nəticədə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə apellyasiya instansiyası məhkəməsində bəraət verilsə də, o, əməlində cinayət tərkibi olmadığı halda Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçi Məhkum məhkəmələr tərəfindən prosessual pozuntularla əldə edilmiş ziddiy yətli sübutlar əsasında məhkum edildiyini, həmçinin Məhkum ifadələrinə istinad edərək kassasiya şikayətində sonuncunun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin törədilməsində iştirak etmədiyini qeyd etmişdir. Bununla da müdafiəçi tərəfindən verilmiş şikayətdə Məhkum ziddiyyətli sübutlar əsasında Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edildiyi iddia edir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdir ilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1. 1-416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibini n bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəh ətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kif ayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, hüquqlarını müdafiə etdiyi Məhkum digər şəxslərlə (o cümlədən şəxsiyyəti müəyyən edilməyən “X” adlı İİR-nın vətəndaşı və qeyriləri ilə) birgə külli miqdarda olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə edilməsində, daşınmasında və saxlanılmasında iştirak etmədiyini iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqq ında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fakt ları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum tərəfindən apell yasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tə rkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəmə iclasında vermiş olduğu qismən etiraf edici ifadəsi (ifadəsində üzərində və avtomaşında narkotik vasitə olması barədə X1 məlumatı olmadığını, heç vaxt X1-in yanında narkotik vasitə qəbul etmədiyini, X1 narkotik vasitələrdən uzaq olduğu üçün X1-dən bunu gizlətdiyini bildirmiş), şahidlər (əməliyyat axtarış tədbiri həyata keçirilən zaman Məhkum ilə Lexus GX470 markalı, **-KK-*** qeydiyyat nişanlı avtomobildə bir yerdə olan şəxs) Şahid4 (ifadəsində Məhkum üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirildiyini, şəxsi axtarışın keçirilməsində onunda iştirak etdiyini, X2-in üzərində, maşınında və yaşadığı ünvanda narkotik vasitə olması barədə məlumatı olmadığını bildirmiş), həmçinin (polis əməkdaşları) Şahid1, Şahid2 və Şahid3 ifadələri, "şəxsi axtarış və götürmə aparılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokol (Məhkum əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümdə 4,866 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş), "baxış və götürmə aparılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokol (Lexus GX470 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobildə arxa yük yerindəki oturacağın arxa hissəsində bir ədəd sellofan torbanın içərisindən bir ədəd bükümdə 2015 qram çəkidə narkotik vasitə heroin və 1305 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş), “baxış və götürmə aparılması haqqında” 11 yanvar 2021-ci il tarixli protokol (yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanına keçirilən baxış zamanı otaqda olan divanın arxasındakı sellofan torbada 2975 qram çəkidə narkotik vasitə heroin və bir ədəd torbada 735 qram çəkidə, dörd ədəd bükümdə 1,557 qram, 0,744 qram, 0,399 qram və 0,399 qram çəkidə olmaqla ümumilikdə 738,001 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş), Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan sms mətnləri (“5 dənə istəyən var 30-dan”, “gör əgər imkan var 25-dən onu 10-dənə edərsən”, “yaxşı brat öpdüm onda 6 dənə patı 5 Ka”), Məhkum üzərindən, avtomobilindən və yaşadığı evdə aşkar edilmiş narkotik və psixotrop maddələrin miqdarı və tərkibi barədə məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2021-ci il tarixli 19/22 nömrəli rəy (narkotik vasitə heroinlər, psixotrop maddələr olan metamfetaminlər tərkiblərinə görə birbirləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi - 4.994,866 qr, cəmi tədqiqata sərf olundu0,15 qr qalıq- 4.094,716 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi - 2.043,001 qr, cəmi tədqiqata sərf olundu-0,24qr, qalıq-2042,761 qramdır), sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun hökmündə təsvir ed ilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hal qismində himayəsində iki azyaşlı övladının olmasından, ağırlaşdıran halın müəyyən olunmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhku m təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə Məhkum münasibətdə həmin hissəsində hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan iş də apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi1, təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)-433/2022 nöm rəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 17 fevral 2022-ci il tarixli, 1(103)-433/2022 nömrəli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar