Məhkəmə qərarları › İş №1(102)-1058/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1058/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1058/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X4 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs1, Bəraət almış şəxs X8 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(103)-204/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X15 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 1 azyaşlı uşağı olan, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. Bəraət almış şəx s X12 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vəzifəli şəxs olmaqla mağaza müdiri vəzifəsində işləyərkən, vəzifə təlimatının tələblərini pozaraq işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib, Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin 20 yanvar filialının anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsullarının götürülməsi işləri ilə əlaqədar təhlükəsiz iş şəraitinin yaradılmasını yəni, işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etmədiyi üçün xx.xx.2021-ci il tarixdə saat 10 radələrində mağaz ada kassir vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 anbarda olarkən, mağazanın yeməkxanasının yanında olan məhsulların yığıldığı həmin rəfin üzərinə çıxaraq, oradan müvazinətini itirməsi nəticəsində yeməkxananın asma tavanının üzərinə yıxılmış və bunun nəticəsində asma tavan həmin təsir səbəbindən sınaraq, sonuncu ilə birlikdə yeməkxanada çay içən "xxxx" MMCnin işçisi Zərərçəkmiş şəxs1 üzərinə düşərək, Zərərçəkmiş şəxs1 onurğa sütununun bel şöbəsinin İ fəqərəsinin cisminin kompression sınığı və aşağı ətrafların hərəki funksiyalarının pozulması ilə ifadə olunan onurğa beyninin qapalı travması, burun sümüklərinin yerdəyişmiş sınıqları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəlləbeyin travması, qaşarası nahiyədən burun əsasına keçən, sağ yanaq nahiyəsindən alt dodağa keçən və sağ göz altı nahiyədən burun nahiyəsinə keçən əzilmiş-cırılmış yaraların izi olan çapıqları kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin daimi itirilməsi ilə sağlamlığa ağır zərərvurmava aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 isə “sağ budun tış nahiyəsinin postravmatik hematoması, ağrı kürək nahiyəsinin postravmatik qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurularaq, ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X9) 03 oktyabr 2022ci il tarixli, 1(006)-340/2022 nömrəli hökmü ilə X8 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 204 (iki yüz dörd) manatın dövlətə aid edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Amil Ağayevə izah edilməsi, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması, Nəsim rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərarın çıxarılması, həmin tədb irlərin görülməsi üçün xüsusi qərarın Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi hökm edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət məhkəmə tərkibində) 16 noyabr 2023-cü il tarixli, 1(103)-204/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(006)-340/2022 nömrəli hökmünün dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş proku rorluğunun X4 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə X12 əsassız bəraət vermişdir. Kassa siya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(103)-204/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

8. Qərardan bəraət almış şəxs və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasında n təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X15 və onun müdafiəçisi Müdafiəçi1 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada iş in halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələl ərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X12 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəz ərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(103)-204/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərək ət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.

21. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-c ı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

23. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

24. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış b ütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

25. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

26. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissə sində göstərsin.

27. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərin ə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

28. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən X15 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, barəsində ittiham sürülmüş X15 təşkilati struktur baxımından bir sıra filiallara malik olan MMC-nin filialının müdiri işləməklə, daxili təlimata əsasən öz əmək funksiyalarını həyata keçirmişdir. Bu zaman, yuxarıda göstərilən meyarlara əsasən, onun «işəgötürən» statusuna malik olması istisnadır ki, bu da, əmək qanunvericiliyinin tələblərin ə əsasən onun əməyin mühafizəsi ilə bağlı verilmiş ittiham üzrə məsuliyyətini aradan qaldırmış olur. A.A.Ağayevin vəzifə təlimatına əsasən onun işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etməsi kimi heç bir funksional vəzifəsi olmamışdır. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda göstərilən normativlərin ittihama əsasən "xxxx" MMC-nin «20 Yanvar Tbilisi» filialınını müdirinə nə dərəcədə aid olduğu müəyyən olunmur.

30. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələri n təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – əməlində cinayət tərkibi olmaması əsası ilə X12 Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.

31. Belə olan halda həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı da əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

32. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə müba hisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

33. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(103)204/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 1(103)-204/2023 nömrəli qərarı Dövlət ittihamçısı 3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar