Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1059/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azər baycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən X9) xx xxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxxxx 1978-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 01 il 04 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 29,177.3.1, 29,177.3.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsinə əsasən 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il 06 ay təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 29,177.3.2-ci maddəsi hökmdən xaric edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xəzər sanatoriyası, mənzil 2 ünvanında yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 76.6.3-cü maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxx 2010-cu il tarixli, 1(101)-144/2010 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 11 (on bir) ay 20 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, onun üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X10 və X6 təqsirli bilinərək məhkum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli q ərarı ilə (hakim Bayramov Əmir Novruz oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X3 ibarət tərkibdə) Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 177.2.1-ci maddəsi ilə törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X10 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Səxavət Mehdiyevin idarə etdiyi “Nissan Suny” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Binə» Ticarət Mərkəzinin 2-ci sırasının arxa hissəsindən 30 metr aralı məsafədə yerləşən avtomobil dayanacağına gələrək həmin dayanacaqda dayanmış vəziyyətdə olan X1 məxsus “Mercedes Benz C180” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan şüşəsini o əlində olan alışdırıcı şamla (sveça ilə) sındırmış, Turan Rzayev isə avtomobilin salonunda arxa oturacağın üstündə olan Zərərçəkmiş şəxs məxsus 01 ədədinin qiyməti 45 manat olan, 10 ədəd qara rəngli üzərində «Lokomotiv Style PA-D3 sizə 44» yazıları olan içərisi və papağı sünii xəz olan kişi üçün gödəkçələri və 01 ədədinin qiyməti 45 manat olan, 20 ədəd qəhvəyi rəngli üzərində «D58-275f modelli Kemj Kuermingjue 4 XL Made in China» yazıları olan içərisi və papağı sünii xəz o lan uzun biçimli kişi üçün gödəkçələri avtomobilin salonundan gizli olaraq talayıb Səxavət Mehdiyevin idarə etdiyi “Nissan Sunny” markalı avtomobilin arxa yük yerinə qoyub oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 1350 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamış, məhkumun barəsində olan yüngülləşdirici hallara qiymət verilməmiş və onun barəsində ağır cəza təyin edilməklə ədalətsiz və qanunsuz qərar qəbul edilm işdir. Belə ki, Apellyasiya məhkəməsi cinayət əməli ilə vurulmuş maddi ziyanin tam ödənilməsini, Məhkum hal-hazırda “Hepatit C" ağır gedişli sarılıqlı forma xroniki Hepatoxolesistin kəskinləşməsi, kəskin osteoxondroz diaqnozu ilə ambulator müalicədə olmasını, onun uzun müddət həbsdə qalmasının xəstəliyinin daha da şiddətlənməsinə gətirib çıxarmaqla həyatı üçün təhlükə yarada bilməsini, ailə vəziyyətini, məcburi köçkün olmasını, müsbət xasiyyətnaməsini, cəmiyyətdə öz vətəndaş borcunu yerinə yetirmək arzusunu nəzərə almamışdır. Müdafiəçi qeyd edilən yüngülləşdirici halları nəzərə alıb, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının x xxxxxxxx 2019-ci il tarixli qərarının dəyişdirilməsini və məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edi lməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkum müdafiəçisi kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinay ət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsixx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xara kterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, onun cinayət nəticəsində dəymiş ziyanın ödəməsi, hepatit C xəstəsi olmasını CM-nin 59.2-ci maddəsinə əsasəncəzanıyüngülləşdirən hallar kimi əsas götürmüş, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkum əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və son iki məhkumluğu üzrə üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törədərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yəni cinayətlərin təhlükəli residivini ağırlaşdıran hallar kimi qeyd etmişdir. Məhkəmə koll egiyası hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CMnin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişd irilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1059/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1059/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver