Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1059/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Müdafiəçi - Məhkum1 müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mahiyyəti üzrə aşıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən), X2 və X5 ibarət tərkibdə) 08 sentyabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1996-cı il tarixdə Ağcəbədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarxı qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullay ev küçəsi ev 1 mənzil1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmçinin həmin hökmlə Məhkum2 da məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirli b ilinib məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirib öz aralarında bölmək məqsədi ilə rolları bölüşdürdükdən sonra 19 aprel 2021-ci il tarixdə, saat 03 radələrində şəxsiyyətlərini gizlətmək üçün əvvəlcədən iki ədəd qış idman papağından hazırlanmış maskaları üzlərinə keçirməklə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına giriş qapısının açıq olmasından istifadə edib qanunsuz olaraq daxil olub, hücuma məruz qalmış Zərərçəkmiş şəxs əlləri ilə tutaraq, onu öldürəcəyini bildirərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə, zərərçəkmiş şəxsə məxsus içərisində 1.500 (min beş yüz) manat məbləğində nağd pul olan 07 (yeddi) manat qiymətində bir ədəd kassanı, bir ədəd 60 (altmış) manat qiymətində qadın əl çantasını və içərisində 150 (bir yüz əlli) manat qiymətində qızıl boyunbağı olan 50 (əlli) manat qiymətində bir ədəd pul kisəsini ələ keçirib, zərərçəkmiş şəxsə ümumilikdə 1.767 (bir min yeddi yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərar ı törədilmiş cinayətə münasibətdə verilmiş cəza həddən artıq ağırdır, törədilmiş cinayətin nəticələri ilə müqaisədə adekvat deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Amma Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 1(103)-1752/2021 saylı hökmü çıxarlarkən CM-nin 8-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının tələbləri pozulmuşdur. CM-nin 5 8-ci maddəsinə əs asən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Lakin, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası 16 noyabr 2021-ci il tarixli 1(103)-l 752 /2021 saylı hökmü çıxararkən Avropa Məhkəməsinin mövqeyinə zidd qərar çıxarmışdır. Belə ki, apelyasiya məhkəməsinin işə baxan cinayət kollegiyası hüquqlarını müdafiə etdiyim şəxsin islah olunması üçün əsasları araşdırmadan, onun barəsində daha yüngül cəza təyin etmək əvəzinə, birinci instansiya məhkəməsinin seçdiyi cəzanı qüvvəsində saxlamışdır. Məhkum1 barəsində olan yüngülləşdiricİ hallar nəzərə alınmamış, CM-nin və CPMnin tələbləri pozulmuşdur. Həmçinin əvvəllər məhkum olunmaması da yüngülləşdirici hallardandır. Məhkəmə qərarında CM-in 58-ci maddədə qeyd edildiyi kimi, “təyin edilmiş cəzanın Məhkum1 “ailəsinin həyat şəraitinə təsiri” nin olub-olmaması, ailəsinin həyat şəraitinə təsirinin nədən ibarət olması və ya olacağı göstərilməmiş və ümumiyyətlə bu barədə heç nə yazılmamış və əsaslandırılmamışdır. Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarının Məhkum1 aid hissəsinin dəyişdirilməsi və ona təyin olunmuş cəzanın daha aşağı həddə təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şika yətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq h ər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçinin kassasiya şikayətində cəzanın ağırlığına dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret ha lda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum1 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişlər. Belə ki, Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Hazırki işə kassasiya qaydasında məhkəmə iclasında baxılarkən müdafiəçi tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs 12 fevral 2022-ci il tarixli, notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Məhkum1 tərəfindən ona dəymiş ziyan ödənildiyindən, eləcə də baş vermiş hadisədən səmimi peşimançılıq hissi keçirərək ondan üzrxahlıq etməsini nəzərə alaraq, onunla barışmış və ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Onun cəzasının yerdə qalan hissəsindən azad edilməsinə və vaxtından əvvəl azadlığa buraxılmasına etiraz etmir. Azərbaycan R espublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəz aların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası i lə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran ha lların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-sü maddələri ilə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası belə bir qənaətə gələrkən Məhkum1 zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, məhkumun şəxsiyyətini, cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, habelə cəzanı yüngülləşdirən digər halları, o cümlədən onun ilk dəfə məhkum olunmasını nəzərə alır və hesab edir ki, göstərilən hallar onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasına əsas verir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2021-ci il tarixli qərarı həmin məhkuma aid hissədə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum1 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarı Məhkum1 aid hissədə dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikasının Cinayət M əcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1059/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1059/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver