Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1059/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, cəzadan azad edilmiş şəxs (mülki cavabdeh) Məhkum və onun müdafiəçisi Müdafiəçi3 Manaf oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1479/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarından cəzadan azad edilmiş şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Cəzadan azad edilmiş şəxs Məhkum xx xxxx 1956-cı il tarixdə Laçın rayonun Oğuldərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində İ qrup əlil övladı olan, əvvəllər məhkum olunmamış, işsiz, pensiyaçı, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. 2. 24 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir. 3. 14 mart 2022-ci il tarixdə Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 30 oktyabr 2021-ci il tarixdə, saat 12:58-də Bakı Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində idarə etdiyi KİA PRİDE minik markalı, 10XY499 dövlət qeydiyyat nişanlı avtomobillə 5 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən, avtomobilin hərəkət istiqamətini dəyişdirməsi ilə əlaqədar yerdəyişmə və dönmə zamanı təhlükəsiz manevr aparmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, avtomobili sağa istiqamətləndir məzdən əvvəl arxadan onunla eyni istiqamətdə sağ zolaqla nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyini təmin edərək sağa doğru manevr etməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, sağa manevr edərək avtomobilin qabaq sağ hissəsi qarşıda eyni istiqamətdə 5- ci zolaqda 80 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi HYUNDAİ İ30 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, zərbədən HYUNDAİ İ30 markalı avtomobil idarəetməni itirərək yolun sağ kə narında dayanmış Bakı şəhəri Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən polis serjantı Əakı şəhər Vüsal Elqam oğlunu vuraraq avtomobilin qabaq hissəsi yolun sağ kənarındakı daş hasara çırpılmış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, əzilmiş-cırılmış yarası və sıyrığı xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına, HYUNDAİ İ30 markalı avtomobildə olan sərnişinlər - Zərərçəkmiş şəxs2 dərəcəsi təyin olunmayan, sağlamlığa zərər vurmayan sol baldır nahiyəsinin sıyrığı xəsarəti yetirməsinə, Zərərçəkmiş şəxs3 insan həyatı üçün təhlükəli olan ağ ciyərlərin əzilməsi və koma halı ilə müşayiət olunan sol tərəfli İİİ,İV,V, Vİ,Vİİ qabırğaların və sol bud sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, burun və üst dodaq nahiyəsinin əzilmiş-cırılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına, Əırılmış y Vüsal Elqam oğluna insan həyatı üçün təhlükəli olan qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi, alın əng, sol bazu sümüyünün sınıqları, ağciyərlərin kontuzyası (əzilməsi) və sol tərəfli paraorbital hematoma xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına və HYUNDAİ İ30 markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs1 23414 manat maddi ziyan vurmasına səbəb olmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-217/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 263.1- 1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.14 və 1.16-cı bəndləri tətbiq edilməklə təyin olunmuş cəzadan azad edilmiş, mülki iddia qismən təmin olunaraq mülki cavabdeh (təqsirləndirilən şəxs) Məhkum 2935 (iki min doqquz yüz otuz beş) manat maddi ziyan, 400 (dörd yüz) manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsait və 36 (otuz altı) manat dövlət rüsumunun tutulmaqla mülki iddiaçı (zərərçəkmiş şəxs) X1 xeyrinə ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hök m edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 apellyasiya şikayəti verib hökmün Məhkum cəzadan azad edilməsi və mülki iddiaya aid hissələrdə ləğv edilməsini, mülki iddianın tam təmin edilməsini xahiş etmişdir.
7. Hökmdən təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək hökmü mülki iddiaya aid hissədə ləğv edib, mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1479/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi2 tərəfindən veril miş apellyasiya şikayəti qismən təmin edilmiş, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-217/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, təmin edilmiş mülki iddianın məbləği artırılmış və Məhkum maddi ziyana görə 3400 (üç min dörd yüz) manat, hüquqa yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 36 (otuz altı) manat, cəmi 3836 (üç min səkkiz yüz otuz altı) manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat vəsaitin Məhkum dövlət nəfinə tutulması qərara alınmış, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəy işdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından cəzadan azad edilmiş şəxs Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar 10.Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, cəzadan azad edilmiş şəxs Məhkum dəlillərini təkrarlamaqla apellyasiya instansiyası məhkəməsinin qərarının mülki iddiaya dair hissəsini mübahisələndirmişdir. Kassator qeyd etmişdir ki, zərərçəkmiş şəxsin avtomobilinə vurulmuş ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza keçirilməsi barədə verdiyi vəsatəti təmin edilsə də, təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələri qərəzlidir və qəbul edilən məhkəmə aktının əsası kimi çıxış edə bilməz. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 1(103)1479/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini, obyektiv şəkildə əmtəəşünaslıq ekspertizasının keçirilməsini və obyektiv qərar qəbul edilməsini xahiş edir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işi n halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildir ir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Cəzadan azad edilmiş şəxs Məhkum məhkəmə qərarının mülki iddiaya dair hissəsini mübahisələndirərək, zərərçəkmiş şəxsin mülki iddiasının tam rədd edilməsi barədə kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallar la əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1479/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
19. Azərbaycan Respublikası Mülki-Pros essual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası MPM”) 77.1-ci maddəsi ilə prosess tərəflərinin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsi qoyulur.
20. Cəzadan azad edilmiş şəxs Məhkum kassasiya şikayətində ona qarşı verilmiş mülki iddianın əsassız olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edildiyini iddia etsə də, cinayət işinin materiallarından görünür ki, apellyasiya icraatı zamanı təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 9/6867 nömrəli rəyində tədqiq edilən 2007-ci il tarixli, “Hyundai İ30” markalı, 01CH259 dövlət qeydiyyat nişanlı avtomobilin salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla mülki iddiaçı - Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı n məbləği 8400 manat məbləğində müəyyən olunmuşdur.
21. Məhz həmin ekspertiza rəyinə əsaslanmaqla apellyasiya instansiyası məhkəməsi icbari sığorta tərəfindən Məhkum vurduğu ziyana görə artıq ödənilmiş 5000 manat məbləğini ekspertiza rəyi ilə maddi ziyanın ümumi məbləği olaraq hesablanmış 8400 manat məbləğindən çıxıb, ondan bu əsasla tutulacaq pul vəsaitini 3400 manat məbləğində müəyyən etmiş, bu məbləğə hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat və dövlət rüsumuna görə ödənilmiş 36 manat pul vəsaitini əlavə etməklə, mülki iddiaçının xeyrinə ümumilikdə 3836 manat ödənilməsi barədə qənaətə gəlmişdir.
22. Kassasiya şikayətinin ekspert rəyinin əsassız olduğuna dair dəlilinə gəldikdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 269.3.2-ci maddəsinə əsasən eksp ert bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıyır.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 29 noyabr 2019-cu il tarixli, 1709-VQD saylı Qanunun müddəaları ilə ölkəmizdə məhkəmə ekspertizalarının özəl hüquqi şəxslər, habelə özəl məhkəmə eksperti tərəfindən keçirilməsi imkanları yaradılmışdır.
24. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qərarının mülki iddianın taleyinə aid nəticəsinin əsasını təşkil edən rəyi tərtib etmiş ekspertin peşəkarlığına, yaxud hazırlayıb təsdiqlədiyi rəyinə şübhə ilə yanaşmağa əsas verən istənilən formada araşdırmanın aparıldığını təsdiq edən məlumat kassasiya şikayətinin müəllifi tərəfindən təqdim edilməmişdir.
25. Eyni ilə, kassasiya şikayətinin müəllifi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə zidd olaraq etirazlarının əsası kimi istinad etdiyi halların təsdiqlənməsi üçün keçirilmiş alternativ ekspertiza təhqiqatının nəticəsi və yaxud hər hansı digər sübut növünü də təqdim etməmişdir.
26. Bu səbəbdən məhkəmə kollegiyası cəzadan azad edilmiş şəxs Məhkum ona qarşı verilmiş mülki iddianın qismən təmin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətini tamamilə əsassız hesab edir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir..
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, cəzadan azad edilmiş şəxs Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 1(103)-1479/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cəzadan azad edilmiş şəxs Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1479/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.