Məhkəmə qərarları › İş №1(102)-1059/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1059/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1059/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-455/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxara q, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1974-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamışdır. 2. 11 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 iyul 2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 28 oktyabr 20 21-ci il tarixdə Xızı rayonu Giləzi qəsəbəsində dəmiryolunun yaxınlığında Xızı rayonu Giləzi qəsəbəsində yaşayan Şahid1 satış məqsədi ilə qanunsuz olaraq 250 (iki yüz əlli) manata razılaşma yolu ilə əldə etdiyi təmiz çəkisi 8,974 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini taksi fəaliyyəti ilə məşğul olan X1 idarə etdiyi **-XR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero İO” markalı minik avtomobili ilə sonuncunun xəbəri olmadan Siyəzən rayonuna daşımış, 28 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri çərçivəsində Siyəzən rayonu Beşdam kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş, RPŞ-nin Növbətçi hissəsində Məhkum üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin əynində olan göy rəngli gödəkçənin qabaq sağ cibindən şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə digər 1 (bir) ədəd şəffaf rəngli sellofan bükülüdə aşkar olunaraq götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış zamanı ona məxsus otaqda yerləşən çarpayının üzərindəki siyirtmənin içərisindən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar olunaraq müvafiq qaydada götürülmüşdür.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-40/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmə si, cəzaçəkmənin əvvəlinin 28 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Namazlı Fariz Mübariz oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-455/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-40/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində Məhkum narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yaşadığı evdə axtarış aparılarkən heç bir narkotik vasitə aşkar edilmədiyini, evində aşkar olunmuş tərəzinin ona məxsus olmadığını, üzərində yalnız öz istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Qeyd olunanlarla yanaşı özünün İİİ qrup müharibə əlili və preziden təqaüdçüsü olmasını nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-455/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qəra qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiy ası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməs i yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və ya xud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, faktiki olaraq narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin hüquqi tövsifini nübahisələndirmiş və kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının kollegiyasının 1(105)-455/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

18. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 1 44-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

19. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

20. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və h allarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə t əqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya şikayətinin məhkum tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini qismən əsaslı hesab edir.

25. Belə ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməl inin törədilməsində təqsirliliyini müəyyən edərkən, onun ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə ibtidai araşdırma orqanı tərəfindən toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusuna əsaslanmışdır.

26. Həmin sübutların məcmusuna nəzər yetirildikdə müəyyən edilir ki, Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın həlledici əsası kimi aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi, bununla yanaşı yaşadığı evə baxış və götürmə keçirilərkən oradan elektron tərəzinin aşkarlanması olmuşdur.

27. Belə ki, cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” 28 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum barəsində axtarış və götürmə aparılarkən üzərindən narkotik vasitə heroin aşkar edilsə də, o, şifahi sorğu zamanı həmin narkotik vasitənin ona məxsus olmasını təkzib etmişdir.

28. Həmçinin iş materiallarında olan “Baxış və götürmə haqqında” eyni, yəni 28 oktyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin gün onun yaşadığı ünvana baxış keçirilən zamanı qara rəngli elektron tərəzi aşkar edilsə də, o, şifahi sorğu zamanı aşkar olunmuş tərəzini ilk dəfə gördüyünü bildirmişdir.

29. Daha sonra ibtidai istintaqın sonrakı mərhələsində Məhkum şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu təkzib etməmiş, lakin həmin narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün 100 manat müqabilində 28 oktyabr 2021-ci il ta rixdə Siyəzən rayonu Giləzi kəndində yaşayan adını bilmədiyi şəxsdən aldığını bildirmişdir.

30. Bundan sonra 31 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən Məhkum əvvəlki verdiyi ifadələrinə əlavə olaraq narkotik vasitəni əldə etdiyi şəxslə bağlı məlumatlar verərək, narkotik vasitəni özünü Rəsul kimi təqdim edən şəxsdən aldığını bildirmiş, həmin şəxslə narkotik vasitənin əldə edilməsi ilə bağlı danışıqlar apardığı mobil telefon nömrələrini təqdim etmişdir.

31. Cinayət işi materiallarında olan 05 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Məhkum ifadəsində göstərdiyi xüsusatlarla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitə əldə etdiyi Rəsul adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, həmin şəxsin Xızı rayonu, Giləzi qə səbəsində qeydiyyatda olmaqla yaşayan Şahid1 olması müəyyən edilmişdir. Bundan sonra ibtidai istintaq orqanı tərəfindən sonuncunun barəsində istintaq hərəkətləri aparılması ilə bağlı qərar qəbul edilməsinə dair məhkəməyə müraciət edilmiş, Xızı Rayon Məhkəməsinin 5(086)-07/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli axtarış və götürmə aparılması barədə qərarına əsasən cinayət işi üzrə Şahid1 yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evində, həyətyanı sahəsində və orada olan tikililərdə axtarış və götürmə istintaq hərəkətləri aparılması qərara alınmışdır.

32. Həmin qərar üzrə Şahid1 yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evində, həyətyani sahəsində və orada olan tikililərdə axtarış və götürmə istintaq hərəkətləri aparılmış, cinayət işinin materia llarında olan “Baxış, axtarış və götürmə haqqında” 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, axtarış və götürmə zamanı yaşayış evində və evin həyətindəki tikilidən narkotik vasitə heroin, həmçinin elektron tərəzilər aşkar edilərək götürülmüşdür.

33. Bundan sonra Şahid1 şübhəli şəxs qismində cəlb olunaraq dindirilmiş və o, ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində Məhkum narkotik vasitəni əvəzsiz olaraq verdiyini, bunun qarşılığında özü üçün hər hansı qazanc əldə etmədiyini bildirmişdir.

34. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələri arasında 12 oktyabr 2021ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək mütəmadi olaraq danışıqlar aparılmışdır.

35. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 6/5069 nömrəli rəyi üzrə müəyyən edilmişdir ki, Məhkum üzərindən aşkar edilmiş 8,924 qram heroin ilə Şahid1 yaşadığı evdən və evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş heroin kimyəvi tərkib elementlərinə görə eynidir.

36. Cinayət işinin ibtidai istintaqı zamanı Məhkum üzərindən aşkar olunmuş narkotik vasitəni əldə etdiyi mənbə müəyyən olunduğundan, buna görə 05 yanvar 2022-ci il tarixdə Şahid1 barəsində hazırki cinayət işininn materiallarından başqa cinayət işi ayrılaraq, istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Xızı RPŞ-nin İQ-na göndərilmişdir.

37. Həmçinin cinayət işi material larından müəyyən edilir ki, Xızı Rayon Məhkəməsinin 1(068)-15/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli hökmü ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur.

38. Göründüyü kimi, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni Şahid1 əldə etməsi, sonuncunun özünün istehlakçı olması, hər ikisinin bu hissəyə aid etirafedici ifadələri ilə yanaşı, həmçinin iş materiallarında olan və yuxarıda sadalanan digər mötəbər sübutlar əsasında təsdiq olunsa da, həmin narkotik vasitənin Məhkum tərəfindən istehlakçı ilə qabaqcadan razılaşdırılmaqla satış məqsədi ilə əldə edilməsinə və yaxud onda satış niyyətinin olmasına dəlalət edən hər hansı bir sübut cinayət işində aşkar edilmir.

39. Bu məqamda məhkəmə kollegiy ası xatırladır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

40. İbtidai istintaq dövründə toplanmaqla və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum 28 oktyabr 2021-ci il tarixdə 1 (bir) ədəd şəffaf rəngli sellofan bükülüdə 8,974 q ram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımışdır.

41. Lakin ibtidai araşdırma orqanı məhkumdan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmişdir. Halbuki, bu halların müəyyən edilməsi onun əməlinin düzgün tövsif edilməsi üçün həlledici rol daşıyır.

42. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.

43. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CPM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, mötəbər sübutlarla (məsələn, narkotik vasitələri təchiz edən (satan) və/və yaxud əldə edən (alıcı) ilə telefon danışıqları, rabitə vasitələrindən ist ifadə edilməklə müxtəlif formalı yazışmalar, əldə edən (alıcı) tərəfindən narkotik vasitələrlə bağlı sifarişlər, şərti alıcı ilə bağlı hərəkətlər, nağd və ya nağdsız formada maliyyə əməliyyatlarının aparılması, özünün (bir neçə) və yaxud kənar şəxslərin adına olan bank kartlarının aşkar edilməsi və sair) təsdiq olunmadıqda, şəxsin narkotik vasitə və psixotrop maddələrini qanunsuz olaraq məhz satış məqsədi ilə əldə etməsinin müəyyən edilməsi yolverilməzdir.

45. Məhkəmə kollegiyasının qeyd edilən mövqeyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən müddəasına, eləcə də həmin normaya izah verən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə d air işlər üzrə vahid məhkəmə təcrübəsinin formallaşması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsaslanır. Belə ki, həmin qərarda məhkəmələrin nəzərinə çatdırlmışdır ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, § 9, 04 mart 2011-ci il).

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də, narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olara q hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). Bu müqaildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəbləri, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşy alar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin potensial təchizatçıları və ya alıcıları haqqında məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Başqaları Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).

47. Baxılan cinayət işinin materiallarının təhlili göstərir ki, Məhkum üzərində aşkar edilərək götürülmüş heroini nə vaxtsa satmaq üçün alıcı axtardığını, hər hansı şəxslə sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağını təsdiqləyən heç bir sübut ittiham tərəfindən məhkəmələrə təqdim edilməmiş və bunlar ehtimal xarakteri daşıyır. Bundan başqa, satılacaq narkoti k vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir.

48. Eyni zamanda, Məhkum narkotik vasitəni əldə etdikdən bir neçə saat sonra saxlanılması, həmin müddətdə narkotik vasitəni tam istifadə etmək imkanının olmaması, uzun müddət bu narkotik vasitəni üzərində saxlayıb daşımaması da, sonuncunun narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsinə, saxlamsına və daşımasına dəlalət edən hal kimi nəzərə alınmalıdır.

49. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Məhkum 1 (bir) ədəd şəffaf rəngli sellofan bükülüdə 8,974 qram narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitə satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir.

50. Məhkum törətdiyi cinayət əməlinin düzgün tövsifi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, törədilmiş cinayət əməli üzrə aşkar edilmiş narkotik vasitə külli miqdar təşkil etsə də, cinayət törədilən zaman qüvvədə olan qanunvericiliyin tələbləri üzrə Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.

51. Bu qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, satış məqsədi olmadan qanunsuz ol araq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 516-VİQD saylı Azərbaycan Respublikasının Qanununa əsasən Cinayət Məcəlləsinə 26 aprel 2022-ci il tarixdə əlavə edilmiş, Məhkum hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas vermiş əməl isə 28 oktyabr 2021-ci il tarixdə törədilmişdir.

52. Bununla yanaşı, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulursa, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi nin sanksiyası ilə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiqi müəyyən edilir.

53. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur.

54. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habel ə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.

55. Həmin Məcəllənin 10.4-cü maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.

56. Hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas vermiş əməl “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun qəbul edilməsindən əvvəl törədildiyindən, yeni qanun normasının tətbiqi isə onun vəziyyətini ağırlaşdırdığından, bu norma Məhkum barəsində geriyə qüvvə ilə tətbiq edilməməli, onun əməli törədildiyi zaman qüvvədə olan cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir.

57. Məhkum təyin ediləcək cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmələr cəzasının yüngülləşdirən və ağırlaşdıran halların olmamasını müəyyən etmişlər.

58. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

59. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də gö stərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

60. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

61. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qa rşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

62. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğ unsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

63. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Məhkum islah edilməsi, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilən cəzanın digər məqsədlərinə çatmaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməlidir.

64. Beləliklə, məhkəmə kollegiyası nəticə olaraq belə qənaətə gəlir ki, hazırki kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin mübahisəsi edilən qərarı işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, kassasiya şikayətində isə həmin qərarın nəticələrini təkzib edə biləcək yetərli dəlillər gətirildiyindən, Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair aşağı instansiya məhkəmələrinin qərarları əsaslı hesab edilə bilməz.

65. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

66. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-455/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə və ona həmin maddə üzrə cəza təyin edilməsinə dair hissədə dəyişdirilməli, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, məhkum edilmiş şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yeni cəza təyin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şər h edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-455/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tördilməkdə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 1(105)-455/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar