Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1059/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə x xxxxx 1959-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ü nvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 243.1 və 244.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2024-cü il tarixli 1(105)-871/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 1(074)-20/2024 nömrəli hökmü ilə (hakim N.Ə.İsmayılov) Məhkum - Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 243.1-ci maddəsi ilə 3500 manat cərimə cəzasına, CM-in 244.1-ci maddəsi ilə 3500 manat cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 6500 manat cərimə cəzasının saxlanılması, CM-in 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 1(003)-50/2024 nömrəli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməklə, üzərində qəti olaraq 6500 (altı min beş yüz) manat cərimə və 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli 1(105)-871/2024 nömrəli qərarı ilə (hakimlər: R.O. Əsgərova (sədrlik edən), M.M.Hüseynov və R.Ə.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 1(074)-20/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmiş, saxlamış və gəlir əldə etmək məqsədi ilə təkrarən fahişəliyə cəlb etmə cinayətlərini törətmişdir. Belə ki, Məhkum 2020-ci ilin yanvar ayının əvvəllərindən 2022-ci ilin sonlarınadək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla əri X1 məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bun dan sonra Məhkum tanışları fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin mənzildə kişi müştəriləri Şahid2, Şahid1, Şahid9, Şahid8, Şahid7 və Şahid6 fahişəliklə məşğul olan qadınların intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 25-40 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa Məhkum 2020-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayınadək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanında tanışı olan kişi müştərilərlə 30-50 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 15-25 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəli r əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Məhkum 2020-ci ilin aprel ayının əvvəllərindən 2022-ci ilin sonlarınadək olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında tanışı olan kişi müştərilərlə 30-40 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 15-20 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə təkrarən fahişəliyə cəlb etmişdir. Bundan başqa Məhkum 2021-ci ilin sonlarında tanışı Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında tanışı olan kişi müştərilərlə 40-50 manat məbləğində pulun müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 20-30 manat məbləğlərdə özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə təkrarən fahişəliyə cəlb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü tarixli qərarının ləğv olunması və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, barəsində olan cinayət işi sifarişlidir. Bu məsələ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyi və təşkilatçılığı ilə orada İstintaq İdarəsinin baş müstəntiqi polis mayoru X8 tərəfindən 28 noyabr 2023-cü il tarixdə barəsində ittiha m aktı tərtib edilərək baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Surətini birinci instansiya məhkəməsində iş materiallarına daxil etdiyi sənədlər əsasında Şamaxı Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X11un HK-1-44/23, 19 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, edilmiş müraciət əsasında araşdırma aparılmış və müvafiq izahatlar alınaraq həmin ərazidəki mənim evimdə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin göstərilən xüsusatlar öz təsdiqini tapmamış və beləliklə onun Şamaxıdakı “Meşə İdarəsinin yanındakı evində” heç bir əxlaqsızlıq yuvası aşkar edilməmişdir. Odur ki, bəzi şəxslər onun barəsində məqsədli şəkildə şər-böhtan danışmağa məcbur edilmişlər. İttiham aktında və məhkəmə nin hökmündə adları yazılmış qadınlar və kişilərin əksəriyyəti bildirmişlər ki, ittihamı hazırlayan polis əməkdaşı onlara üz vuraraq adlarını həmin iş materiallarına yazmışdır, amma gerçəklikdə orada yazılmış halların heç birisi baş verməmişdir. Şamaxı Rayon Məhkəməsinin iclasında iştirak edənlərin hamısı da bu qondarma ittihamları rədd edərək ondan şikayətçi olmadıqlarını və belə bir halın baş vermədiyini məhkəməyə bildirmişlər. Şamaxı Rayon Məhkəməsi çıxardığı bu hökmdə məhkəməyə gələnlərin məhkəmə iclas zalında dediklərini yox, onların istintaq prosesində məcburi qaydada sövq edilərək imzaladıqları izahatları yazmışdır. Belə ki, adları çəkilən şəxslər özləri də bildirdilər ki, onların hamısı məcburi qaydada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən çağırılaraq həmin iza hatları və ifadələri imzalamağa sövq edilmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etmir. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hall arla əlaqədar olaraq cinayət və cinayət-prosessual normaların tətbiqinin düzgünlüyünü yoxlayır. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələbinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əsassız olaraq məhkum edildiyi, barəsində qərəzli və haqsız qərarların qəbul edildiyi qeyd olunur. Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsinə görə “Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməiki min beş yüz manatdan üç mi n beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinə görə “Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə— iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanı n 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixl i qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şika yətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqi qindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatl arın qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində təqsirli olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, şahidlər ş Şahid9, Şahid7, Şahid2, Şahid10, Şahid8, Şahid1, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” 1 avqust 2023-cü il tarixli protokol, habelə iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 2 43.1 və 244.1-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur. Sözü gedən maddədə fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkd ən ibarətdir. Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin düzgün tətbiq olunması ilə əlaqədar əxlaqsızlıq yuvalarının təşkil edilməsinin, saxlanılmasının və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsinin aşağıda qeyd olunan əlamətləri nəzərə alınmalıdır: - Əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qat arın kupesi və s.) yerlərdə təşkil oluna bilər. - Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. - Bu məqsədlər üçün mənzil sahələri vermə, şəxsin mənzil sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasını təşkil edən və ya onu saxlayan şəxsə verilməsi kimi başa düşülməlidir. Göründüyü kimi bu kriminal (qanunazidd) hərəkətlərin məqsədi fahişəliklə məşğul olmanı təşkil etməkdən, fahişəliyə sövq etmək dən, bu məqsədlər üçün şəraitin yaradılmasından və digər şəxsin fahişəliyini istismar etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, əxlaqsızlıq yuvalarını təşkil etmək, onları saxlamaq və ya bu məqsədlər üçün mənzil sahələrini vermək əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin fahişəliklə məşğul olmaq üçün təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirici hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olu nacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq a ğlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şə rh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 dekabr 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1059/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1059/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver