Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-106/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Həsənov İmamqulu Vəliqulu oğlunun iştirakları ilə xx xxxxxx 1967-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhər prokurorluğu Təşkilat-analitik şöb əsinin böyük mütəxəssisi (dəftərxana müdiri) vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 310, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarından Məhkum özü və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakim Nazim Tağıyev) Məhkum Azərbaycan Respublikası CM-in 310, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, C M-nin 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32, 312.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 24 iyul 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.H.Əhmədov və H.Ç.Məmmədov) verilmiş apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 28 iyun 1993-cü ildən 21 fevral 2018-ci il tarixədək Bakı şəhər prokurorluğu Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi (dəftərxana müdiri) vəzifəsində işləyərkən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, bacısının əri X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014-cü ilin yanvar ayında tanışı Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs, yəni Bakı şəhər prokurorl uğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi kimi təqdim etməklə, məsul vəzifəli şəxslərlə əlaqələrindən istifadə edib sonuncunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli hökmü ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 06 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən atası X4 cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzadan azad edilməsinin həmin müəssisənin məsul vəzifəli şəxslərinin xidməti səlahiyyətlərinin icrası ilə bağlı edəcəkləri hərəkətə görə birbaşa, şəxsən maddi nemət olan 10.000 ABŞ dolları məbləğində rüşvət veriləcəyi halda, müsbət həll olunacağına XXX birlikdə yala ndan vəd verib 13 fevral 2014-cü ildə həmin dövrün məzənnəsi ilə 7.844 manat olan 10.000 ABŞ dollarını Bakı şəhəri Xətai rayonu, Neapol dairəsi yaxınlığında idarə etdiyi AZ **-XT-*** dövlət qeydiyyat nişanlı «Mercedes E 240» markalı avtomobilində alaraq özlərinin şəxsi ehtiyaclarına xərcləməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxslə Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etmiş və eyni zamanda özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi və Zərərçəkmiş şəxs buna inanması nəticəsində, sonuncunun əmlak hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Kassasiya şikayəti və kassasiya şikayətinə əla vənin dəlilləri: Məhkum özü və müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Həsənov İmamqulu Vəliqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işini yenidən apelyasiya məhkəməsində baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum özü və müdafiəçisi, Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Vəliyev Valeriy Məsum oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslara xitam verilməsi xahiş olunur. Kassasiya müraciətlərində qeyd edilir ki, birinci instansiya m əhkəməsi işə baxarkən məhkəmə baxışına təqdim edilmiş bütün sübutları məhkəmə iclasında tədqiq etmədən məhkəmə istintaqını yekunlaşdırmış, müdafiə tərəfinin sübutlarını tədqiq etməkdən qərəzli olaraq imtina etmiş, məhkəmə istintaqı zamanı sübutları CPM-nin 144-145-ci maddələrində nəzərdə tutulmuş qaydada yoxlayıb qiymətləndirməmiş, ittiham hökmündə ziddiyyətli sübutlara istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntularına əhəmiyyət verməmiş və bu qanun pozuntularının aradan qaldırılması üçün məhkəmə baxışını məhkəmə istintaqı ilə aparılması barədə müdafiə tərəfinin vəsatətlərini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Müdafiə tərəfi hesab edir ki, Məhkum barəsində ittiham hök mü sübutlara əsasən deyil, ehtimallara əsasən çıxarılmışdır. Bu zaman da Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində göstərilən tövsiyələrə əməl etməyərək Məhkum əməlini yalnız CM-nin 178-ci maddəsi ilə tövsif etməli olduğu halda, əsassız olaraq həm də 312.1ci maddəsi ilə tövsif etmişdir. Müdafiə tərəfi həmçinin hesab edir ki, Ali Məhkəmə Plenumunun qeyd olunan Qərarının 24-cü bəndində göstərilən tövsiyələr də ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən pozularaq özünü vəzifəli şəxs kimi təqdim etməni aldatmanın üsulu kimi qiymətləndirməli olduqları halda, Məhkum həm də CM-nin 310-cu maddəsi ilə ittiham vermiş və məhkum etmişlər. Şikayətdə həmçinin göstərilir ki, Məhkum qardaşı tər əfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə depozitə qoyulmuş pul vəsaiti də qanunsuz olaraq cinayət yolu ilə əldə edilmiş vəsait kimi dövlət nəfinə müsadirə edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayəti və əlavənin təmin edilməsi barədə müdafiəçi İ.Həsənovun, kassasiya şikayəti və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən c inayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Məhkum əməlində cinayət tərkibinin olmaması və onun məhkum olunmasına dair məhkəmə qərarlarının əsassız olması qeyd edilir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə münasibətdə qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kassasiya müraciətlərinin Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəlili ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri a rasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən ed ilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspa niyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidi r. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya müraciətlərinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi i şə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-nin 310, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qəra r qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumunn qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması, şahidlər Zərərçəkmiş şəxs, X8, X9, X3, X6, X11 və X2 ifadələri ilə yanaşı, Məhkum ilə Zərərçəkmiş şəxs arasında “whatsapp” proqramı vasitəsi ilə aparılmış yazışmaların çıxarı şı, Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2018-ci il tarixli 13078 nömrəli rəyi, baxış, götürmə və üzləşdirmə istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 310-cu maddəsi özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməni nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əml akını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun i ctimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olar aq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əml akı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Həmin qərarda qeyd edilir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Qərarının 24-cü bəndinə əsasən, özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətləri də törətdikdə, əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 178 və 310-cu maddələri ilə tövsif edilir. Beləliklə də, məhkəmə kol legiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri əsassız olaraq, Məhkum qardaşı X2un 13 sentyabr 2018-ci il tarixli qəbzlə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənilmiş 7.850 manatı, təqsirlə ndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti, xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə müsadirə edilməsi barədə nəticəyə gəlmişlər. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər ə mlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinə görə müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəs ində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi xüsusi müsadirə cinayət-hüquqi tədbiri “məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın” məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Göründüyü kimi, qanunvericilikdə hər bir halda yalnız məhkuma məxsus olan əmlakın xüsusi müsadirə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Məhkum qardaşı X2 CM-nin 73-1.2-ci maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün öz vəsait hesabına ibtidai istintaq tərəfindən hesab etdiyi ziyanı tamamilə ödəmək və cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etmək məqsədi ilə 13 sentyabr 2018ci il tarixli qəbzlə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvə zi kimi 7850 manat məbləğində pulu İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Birinci instansiya məhkəməsi heç bir sübuta istinad etmədən və əsaslandırma aparmadan Məhkum qardaşı X7 tərəfindən ödənilən pul vəsaitinin Məhkum cinayət yolu ilə əldə etdiyi pul vəsaiti olması nəticəsinə gəlmiş və CM-nin 99-1.1.2-ci maddəsinə əsasən həmin pul vəsaitinin dövlət nəfinə müsadirə edilməsinə hökm vermişdir. Apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq həmin hökmün dəyişdirilmədən saxlanması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən məhkum barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilərkən, yəni “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi 7850 manat məbləğində pulun ’’təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti” barədə nəticəyə gələrkən heç bir mötəbər sübuta əsaslanmamışlar. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Odur ki, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2018-c i il tarixli qərarının dəyişdirilməklə, Məhkum qardaşı X7 tərəfindən “xxxx” ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəaların məhkəmə qərarlarından xaric edilməsini və həmin pul vəsaitinin geri qaytarılmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 28 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum qardaşı X7 tərəfindən “xxxx” ASC-nin Əhmədli filialının 13 sentyabr 2018-ci il tarixli TT**********4937850 saylı qəbzi ilə “zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın” əvəzi kimi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin depozit hesabına (AZ15CTRE********************) ödənilmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat pulun dövlət nəfinə müsadirə edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin və həmin pul geri qaytarılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-106/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-106/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver